Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   56   57   58   59   60   61   62   63   ...   99

122 
 
Rodenin yaşlı vaxtında necə işləməsi gənc Avstriya yazıçısı Stefan Tsveyqi 
heyran  etmişdi.  Nahardan  sonra  onlar  birgə  studiyaya  yollandılar.  Bu  iri  bir  otaq 
idi. Orda onun əsərlərinin dəqiq kopiyaları var idi, ancaq onların arasında həm də 
qiymətli olan kiçik studiyalar var idi - əl, qol, at yalı, qadın qulağı, əsasən yalnız 
gil modellər. Tsveyq bu sakinlərin çoxunu yaxşı xatırlayırdı, onları Roden özünün 
təcrübə  aparmaq  niyyəti  ilə  düzəltmişdi  və  onların  haqqında  saatlarla  danışa 
bilərdi.  O,  yazıçının  gözü  qabağında  qadın  heykəli  yaradırdı,  bu  qadın  elə  bil  ki, 
canlı,  nəfəs  alan  məxluq  idi.  O,  güzgüdə  heykələ  baxdı,  başa  düşülməyən  səslər 
tələffüz edirdi, işinə dəyişikliklər və düzəlişlər edirdi. Rodenin gözləri qəribə işıqla 
parlayırdı, o, elə bil ki, daha da böyüyür və cavanlaşırdı. O, bütün ehtirası və ağır 
bədəninin  var  gücü  ilə  işləyir,  işləyir,  işləyirdi.  O,  heç  nə  eşitmirdi.  Yanında 
dayanan  gənc  oğlanı  da,  elə  bil  ki,  görmürdü.  Bu  oğlan  isə  ağzını  belə  açmadan 
dayanmışdı, ürəyi boğazında idi, çox sevinirdi ki, ona bu unikal ustanı işləyən vaxt 
görməyə icazə verilmişdir.  
Tsveyq  yazır  ki,  o,  məni  bütünlüklə  unutmuşdu,  mən  onun  üçün  mövcud 
deyildim.  Təkcə  heykəl,  parça  örtüyü  ilə  gizlədilmiş  qadın  heykəli  var  idi.  O, 
örtüyü  götürdükdə  yazıçı    təəccübündən  «heyrətamiz»  ifadəsini  işlətdi.  Hətta 
ildırım zərbəsi də Rodeni bu işdən ayıra bilməzdi. Onun hərəkətləri ağırlaşırdı, o, 
demək olar ki, hirsli idi. Elə bil ki, onun üzərinə vəhşiliyin və ya sərxoşluğun bir 
növü hücum etmişdi. O, getdikcə daha yeyin işləyirdi. Bu vaxt onun əli tərəddüd 
edənə çevrildi. Elə görünürdü ki, o, hər şeyi etmişdir və daha nəsə etmək üçün heç 
nə qalmamışdır. Dəyişiklik etmədən bir, Iki, üç dəfə geri addımladı. Sonra o, nəsə 
dodağının altında mızıldandı. Heykəlin çiyinlərinin üstünə bir sevimli qadın kimi 
şal sərdi. Dərindən nəfəs aldı və dincəldi. Onun bədəni yenidən elə bil ki, ağırlaşdı. 
Alov söndü. Yenidən ev paltarını geyinib, getmək üçün qapıya tərəf döndü. Tsveyq 
yazır  ki,  “həmin  vaxt  özünə  müstəsna  diqqət  hesabına  o,  məni  bütünlüklə 
unutmuşdu.  O,  artıq  yaddan  çıxarmışdı  ki,  bu  gənc  oğlanı  özü  studiyaya 
gətirmişdir  ki,  ona  öz  işini  göstərsin.  Ona  görə  də  heykəl  kimi  hərəkətsiz 
dayanmışdı. Bu vaxt mən bütün böyük sənətin əbədi sirrini, gözləri, özünü bəyan 
edən  öləri  nailiyyətin  hər  bir  nişanəsini  gördüm…  Mən,  bütün  ömrüm  üçün  bəzi 
şeyləri öyrəndim».  
Roden  özünün  «Düşüncələr»ində  antik  dünyaya  valeh  olduğunu  açıb 
göstərir. Böyük heykəltəraş Bernininin təsiri Fransada o dərəcədə hiss olunmurdu, 
ancaq  başqalarının  vasitəsilə  Rodenə  də  öz  təsirini  göstərdi.  Onun  Berniniyə 
aludəçiliyi başa düşülən idi, çünki az sayda rəssam onun getdiyi yolla öz nəslinin 
sərhədlərində  antik  sənəti  izah  etmək  dühasına  malik  ola  bilərdi.  Roden  də 
həmçinin yaşadığı era üçün eyni işi görmək yollarını axtarırdı.  
1870-ci illərdə Rodenin qalib gəlmək bacarığı Londonda keçirilən müsabiqə 
üçün işləməyə başlayanda aşkar oldu. İngiltərənin paytaxtında böyük şair lord Corc 
Bayronun  şərəfinə  heykəl  ucaltmaq  üçün  müsabiqə  elan  olunmuşdu.  1875-ci  ildə 
Böyük  Britaniyanın  baş  naziri  Bencamin  Dizraelinin  sədrliyi  altında  böyük  və 
nüfuzlu  komitə  yaradılmışdı,  buna  Metyu  Arnold,  Lonqfello  və  Tennison  kimi 
yazıçılar  daxil  idi.  Abidə  üçün  ilk  müsabiqə  1876-cı  ilin  noyabrında  Cənubi 
Kensiqton (indiki Viktoriya və Albert) muzeyində keçirilirdi. Ancaq qərarı alındı 


123 
 
ki,  “müsabiqəyə  göndərilən  heç  bir  əsər  komitənin  tələblərinə  bütünlüklə  cavab 
vermir».  Həmin  vaxt  bir  cəhət  kimi  o  da  qeyd  olunurdu  ki,  burada  «ingilis 
heykəltəraşlarından heç bir namizəd və ya Royal Akademiyanın hansısa bir üzvü 
yox idi. Fransa heykəltəraşlarından burada az adam və ya heç kəs yox idi - Karrye-
Bellyozdan  savayı  heç  bir  ad  eşitmədik.  Onun  heykəl  qrupu  ən  yaxşı  olmasa  da, 
əslində ən yaxşıların arasında idi».  
Roden  çox  cəhd  etdi  ki,  ikinci  müsabiqəyə  öz  əsərini  göndərsin,  bu 
müsabiqə 1877-ci ilin iyulunda Albert Hollda keçirildi. Şairin heykəli üçün onun 
layihəsi pyedestalın üzərində dayanan və iki alleqorik fiqur tərəfindən əhatə olunan 
Bayronu  təsvir  edirdi.  Əsl  model  Brüsseldə  hazırlanmışdı  və  sonra  Parisdə  onun 
köməkçisi tərəfindən tökülmüşdü.  
Baxmayaraq  ki,  model  Londona  salamat  çatmışdı  və  digər  otuz  yeddi 
iştiraka  müraciət  edənlərin  əsərləri  ilə  birlikdə  lazımınca  nümayiş  etdirilmişdi, 
lakin  bədbəxtlikdən  heç  bir  təsir  göstərə  bilməmişdi.  Görünür,  mətbuat  da  onu 
diqqətsiz buraxmışdı. Hər halda müsabiqəyə sadəcə daxil olmağın özü də komitə 
tərəfindən  həqiqi  məmnunluq  əlaməti  kimi  qiymətləndirilirdi.  Ancaq  Riçard  Belt 
qalib elan edildi və  onun yaratdığı heykəl 1880-ci ildə Londondakı Hayd  Parkda 
qoyuldu.  London  isə  ona  xoş  münasibətə  görə  Rodenin  müsabiqədə  qalib 
gəlməkdəki uğursuzluğuna görə çox narahat olmuşdu. 
Brüssel  illəri  bütün  problemləri  və  çətinlikləri  ilə  yanaşı  Rodenin 
karyerasında  dönüş  nöqtəsini  formalaşdırmalı  oldu.  O,  iri  miqyasda  işləməyi 
təcrübədən  keçirdi  və  İtaliyaya  səfər  onun  gözlərini  yeni  üfüqlərə  açdı.  Lakin  o, 
hələ də ümumi qaydada bəyənilməni qazanmalı idi, öz enerjisinin fokus nöqtəsini 
tapmalı idi. 
 
 
Əvvəlki inkar münasibətlərinin əksinə uğurun ilkin müjdələri 
 
Paris  bir  daha  Rodeni  geri  çağırmağa  başladı,  1877-ci  ilin  avqustunda, 
həmin  ili  onun  atası  ölmüşdü,  o,  doğma  şəhərinə  qayıtdı.  Van  Rasburq  ilə 
kontraktını  da  həmin  vaxt  başa  çatdırdı.  Paytaxtda  məskunlaşmamışdan  əvvəl  o, 
bütün Fransanı gəzdi ki, çox böyük məhəbbət bəslədiyi Fransız kafedral kilsələrini 
öyrənsin.  Bu  səyahət  onun  çox  illərdən  sonra,  1914-cü  ildə  nəşr  olunan  məşhur 
kitabının  əsasını  təşkil  etdi.  Parisə  dönən  kimi  o,  və  Roza  Sen  Jak  küçəsində  ev 
tutdular. Onun studiyası isə Furno küçəsində yerləşirdi.  
«Bürünc  epoxa»nın  ətrafındakı  həyəcanın  əksinə  Roden  hələ  də  öz 
dolanışacağını  kommersiya  rəssamı  kimi  qazanmağa  məcbur  olurdu.  Misal  üçün, 
o,  üzərində  məzəli  maska  bəzəyi  olan  şabalıd  ağacından  düzəldilən  sandığın,  iki 
kariatidanın və kupidonlarla bəzənmiş yataq otağının dizaynını verdi. O, başqa bir 
heykəltəraşla birgə işləyirdi, onunla birlikdə iki böyük dekorativ maska düzəltdi və 
bu iş partnyorunun adı altında 1878-ci il Salonunun sənaye incəsənəti bölməsində 
qızıl medal aldı. Bununla yanaşı, onun «Qırılmış burunlu adam» əsəri bir müəllif 
kimi öz adı altında göstərilsə də, heç nə udmadı. O, həmçinin park üçün bir neçə 
dekorativ baş düzəltdi, lakin onlar qoyulandan azacıq sonra oğurlandı. 1878-ci ilin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə