Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   59   60   61   62   63   64   65   66   ...   99

129 
 
1880-ci  illər  ərzində  Roden  öz  ölkəsində  daha  geniş  tanınmağa  başladı.  O, 
bu  vaxt  nüfuzlu  dairələrdə  sərbəst  dolaşırdı.  Madam  Edmon  Adam  vasitəsilə  o, 
dövlət xadimi Leon Qambetta ilə tanış oldu və axırıncı da öz növbəsində Rodeni 
bir  sıra  mühüm  və  yüksək  rütbəli  mülki  qulluqçulara  təqdim  etdi.  1884-cü  ildə 
yaratdığı  «Madam  Morla  Vikunya»  portretini  1888-ci  il  Salonunda  dövlət  satın 
aldı, həm də o, öz nəslinin baş monumental heykəltəraşı adını qazandı. Hətta əgər 
«Cəhənnəm  qapıları»  heç  vaxt  tammlanmasa  da,  onun  əsas  fiqurlarının  detalları 
barədə  məlumatlar  artıq  ictimai  rəydə  dolaşmağa  başlmışdı.  Həqiqətən  də,  1880-
1890-cı onilliyində Roden iri miqyaslı heykəltəraş kimi çox işlər gördü.  
1884-cü  ildə,  məsələn,  ona  Kale  burgerlərinin  abidəsini  yaratmaq  üçün 
sifariş  etibar  edildi.  İngiltərə  ilə  Fransa  arasındakı  Yüzillik  müharibə  vaxtı,  XIV 
əsrdə kral III Eduard və ingilis ordusu tərəfindən Kale şəhəri mühasirəyə alınmışdı. 
Altı  nəfər  nüfuzlu  şəhər  sakininin  könüllü  olaraq  ölümü  qəbul  etməsi  şərtilə  kral 
şəhəri  viranə  qoymaqdan  və  vətəndaşlarına  aman  verməklə  qırğından  xilas 
edəcəyini  bildirdi.  Mühasirə  nəticəsində  aclıq  şəhər  sakinlərini  artıq  taqətdən 
salmışdı.  Kralın  şərtinə  müvafiq  olaraq  burgerlər  tək  nazik  köynəkdə  və 
boğazlarına  dolanan  kəndirlə,  şəhərin  və  qalanın  açarları  əllərində  kralın  yanına 
gəldilər.  
Gözlənildiyi  kimi  kompozisiyanın  sxemi  etirazla  qarşılandı. Kale  şəhərinin 
vətəndaşları  qrup  şəklində  deyil,  təkcə  bir  insan  fiqurunu  görmək  istəyirdilər. 
Komitə  faktiki  olaraq  ümumilikdə  layihəyə  və  fiqurlara  münasibətdə  yüksək 
dərəcədə tənqidi mövqe tutdu, narazılıq heç bir  vəchlə qurtarmaq  bilmirdi. Şəhər 
də abidəni qoymaq üçün maddi fondlar barədə çox böyük çətinliklərlə üzləşdi. Ona 
görə də heykəl qurupunun  üzərindəki pərdənin yalnız 1895-ci ildə götürülməsinə 
müyəssər  olundu.  Hətta  bu  vaxt  abidə  üstəlik  Rodenin  xoşuna  gələn  yerdə  də 
qoyulmdı.  
Bu  sənət  əsərinin  həllində  mürəkkəb  mövzunun  orijinal  düşünülməsi 
xüsusilə  nəzərə  çarpırdı.  İdeya  həm  arxitektura,  həm  də  heykəltəraşlıq  nöqteyi-
nəzərindən  bütövlükdə  orijinal  görünürdü.  Hər  bir  halda  mövzu  qəhrəmanlıq 
tarixçəsi  olduğundan  qəhrəmanlıq  konsepsiyasını  da  tələb  edirdi  və  altı  fiqurdan 
ibarət  olan  heykəl  qrupu  ünsiyyətə  girən  qaydadakı  bir  ifadədə  və  emosiyada 
təqdim edilirdi. Pyedestal döyüş arabası şəklində deyil, insana xas olan patriotizmi, 
inkarı  və  ləyaqəti  dəstəkləmək  üçün  zəfər  nişanəsini  daşıyırdı,  kobud  görünən 
model  müəllif  tərəfindən  böyük  entuziazm  və  ciddiliklə  icra  edildi.  Ancaq  bir 
məsələ  var  idi  ki,  abidənin  formalaşmasına  cəhd  edildikdə,  bunu  o,  ağlında 
yaratmışdı. Gil eskizdə altı şəxsdən biri olan Jan de Fyen yarımçılpaq şəkildə təsvir 
edilmişdi,  paltarının  cırıq  qalıqları  bədəninin  aşağı  tərəfinə  tökülmüşdü. 
Tamamlanmış  əsərdə  o,  həmçinin  Renessansın  qəhrəman  tipinə  çevrilmişdi, 
əhəmiyyətli bir cəhət də onda idi ki, onun heykəli paltarda idi. Fiqurların paltarda 
olmasını  Roden  onunla  izah  edirdi  ki,  heykəlləri  sadə  kətan  paltarda  göstərmək 
istəyirdi,  çünki  kətan  paltar  gözəl  olmaqla  kompozisiyanı  da  sadələşdirərdi, 
ansamblı  birləşdirməyə  kömək  edərdi.  Lakin  Roden  buna  cəsarət  etmədi.  Gipsdə 
fiqurlar  paltarda  idi,  tunc  abidədə  isə  parçalar  daha  çox  bədəndən  üzülüb  düşən 
kimi görünürdü. Heykəl Kaledə 1895-ci ildə quruldu.  


130 
 
 
 
 
“Kale burgerləri” 
 
Tuncdan tökülmüş Kale qrupu həmçinin Londonun Parlament bağlarında da 
qoyuldu  ki,  ingilis  kraliçasının  öz  əri  kral  Eduardı  qəhrəmanlara  mərhəmət 
göstərməyə məcbur etməsini nümayiş etdirsin. 
Londonda qoyulan abidənin versiyası Rodenin Kaledə qoyduğunun orijinal 
ideyasına yaxın olmaqla, bütöv effekt yaratmaq üçün heykəlin ətrafına dolaşmağı 
tələb edirdi. Bu hər  bir  təsvir olunan şəxsi görmək imkanı və onların əzablarının 
bütövlüyünün təəssüratını yadda saxlamaq üçün vacib idi. Buradakı təntənə ruhun 
şadlanmasıdırsa, bədənin əzab çəkməsidir, bunlar da həyatın özü ilə bağlıdır. Əgər 
onun yaddaşında özünü qurban verməyə can atan yüz fədakar şəxs baş qaldırsaydı, 
o,  onların  bütöv  yüzünü  də  qəbul  edərdi.  Lakin  rəssam  onları  altı  nəfər  kimi 
göstərdi.  Bu  fikirləri  Rilke  söyləmişdi.  Roden  bir  neçə  il  sonra  öz  kolleqasına 
demişdi  ki,  «Belə  nəcib  mövzunu  yaşatdığıma  görə  mən  özümü  təbrik  edə 
bilərəm».  
1887-ci  ildə  o,  özünün  uzun  müddətli  ambitsiyasını  həyata  keçirdi.  Çilinin 
paytaxtı Santyaqo şəhəri üçün nəzərdə tutulan «General Linç»in atlı heykəltəraşlıq 
portretinin  dizaynını  hazırlamaq  təklifini  qəbul  etdi.  Bu  əsər  tamamlanmasa  da, 
heykəlin  maketi  onun  əvvəllər  də  müstəqil  olduğunu  nümayiş  etdirir.  O,  atlı 
portretinin ənənəvi tipindən istifadə etdi, bu ənənə Renessans dövründən mövcud 
idi,  həm  də  onun  xüsusi  formasına  uyğun  gəlirdi,  ehtiraslı  coşğunluğu  nəzərdə 
tuturdu.  
1888-ci  ildə  Roden  Viktor  Hüqonun  abidəsini  yaratmaq  barədə  dövlət 
sifarişi  aldı.  Təhsil  naziri  öz  məruzəsində  bildirmişdi  ki,  heykəl  Panteonu 
bəzəyəcəkdir. Heykəltəraş Viktor Hüqonu sürgündə olan dövrdəki kimi göstərmək 
üçün dizayn hazırlayırdı. Şairi belə təqdim etmək onun özü tərəfindən seçilmişdi. 
Öz konsepsiyasına görə şair sürgündə olduğu İngiltərənin Gernsi adasındakı qaya 
üzərində  oturmuş  şəklində  göstərilməli  idi.  Onun  arxasında  dalğanın  ləpəsi 
görünəcəkdi, bu dalğada gənclik, yaşa dolmaq və qocalığın muzaları olacaqdı.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə