Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   62   63   64   65   66   67   68   69   ...   99

137 
 
ildə anadan olmuşdu, «yeni qadının» tipik nümunəsi idi. Belə qadınlar tezliklə çox 
sayda müasir romanların və pyeslərin qəhrəmanına çevrilirdilər. Bütöv düşüncədə 
onun  «bacılarının»  uğrunda  mübarizə  apardığı  azadlıq  arzusu  Rodenin  də 
əsərlərində əks olunurdu.  
Kamillanı heykəltəraşlıq özünə çəkir, çox cəzb edirdi, onun əsərləri Salona 
göndərilirdi. Mirbo bir dəfə onu «təmiz şəkildə böyük rəssam - unikal şəxs, təbiət 
qiyamçılarından  biri,  «düha  qadını»  adlandırmışdı.  Onun  rəssamlıq  qabiliyyətinə 
Rodenin  özü  də  qiymət  verərək,  bəyan  etmişdi  ki,  «Mən  ona  qızılın  harada 
olduğunu göstərdim; o, onu tapdı, ancaq bu mənim deyil, onun öz qızılı idi».  
Kamilla Roden üçün çox şey demək idi və onu ilhamlandırırdı. Roden üçün 
bu  qız  yüksək  təəssürat  doğuran  «Dan  yeri»,  «Düşüncə»  və  «Fransa»  kimi 
əsərlərində  model  kimi  xidmət  göstərmişdi.  Yunan  mifologiyasında  Kipr  çarı, 
görkəmli heykəltəraş Piqmalion özünün mərmərdən düzəltdiyi qız olan Qalateyaya 
vuruldu.  Piqmalionun  xahişi  ilə    ilahə  Afrodita  onu  diriltdi  və  Piqmalion  ona 
evləndi.  Poden  isə  öz  «Qalateya»sında  virtual  deyil,  canlı  və  bütün  varlığı  ilə 
sevdiyi  Kamillanı  vəsf  etmişdi.  Onun  Rodeni  necə  əsir  etməsini  başa  düşmək 
asandır. O, rəssam idi, hissiyyatlı və ilham pərisi olan bir qız idi, bir sözlə, Rozaya 
tam  əks  idi.  Edmon  de  Qonkur  bu  qızla  1894-cü  ilin  martındakı  görüşünü  təsvir 
edərək yazır ki, o, üstündə iri yapon gülləri olan komzolda gəlib çıxdı, uşaq başına 
oxşar başı, gözəl gözləri, kəlməni orijinal qaydada dəyişdirməsi və özünü təqdim 
etmək üslubu ilə kəndli qadın ağırlığını yada salırdı..  
 
 
 


138 
 
“Qalateya” 
Rodenlə  bir  neçə  il  davam  edən  sevgi  məsələsi  hökmən  öz  davamı  kimi 
narahatlıq  da  gətirməli  idi.  Münaqişə  istedadlı,  ehtiraslı  və  əsəbi  xarakteri  olan 
rəssamla  -  Kamilla  ilə,  heç  də  az  ehtiraslı  olmayan,  ancaq  çox  sadə  qadın  olan 
Roza  arasında  baş  verdi.  Belə  hadisələrdə  daim  baş  verən  kimi,  hər  iki  qadın 
aqoniyadan əzab çəkirdi və o vaxtdan onların hər ikisi barışmaz və möhkəm iradəli 
rəqibə çevrildilər. Məzəmmətlər, göz yaşları və hətta hədələr Rodeni cana yığırdı. 
Əgər o, evə gələndə geciksəydi, Roza qısqanclıqdan dəli olub, qisas duyğusu 
ilə yanaraq, lunatik kimi qaranlıq bağda, hər ikisinin sevdiyi və nifrət etdiyi addım 
səslərini eşitmək üçün dolaşırdı. Məhəbbət məsələsinin adəti qaydada olan həllində 
olduğu kimi Roden Rozaya görə Kamillanı tərk etməli oldu. Bu düzgün idimi? Axı 
o, qızın yeganə məşuqu deyildi, bəstəkar Debyüssi bu məhəbbətdə onun rəqibi idi. 
1895-ci  ilddə  Qonkur  məlumat  verir  ki,  Rocer  Marks  şahiddir  ki,  heykəltəraş  və 
onun məşuqəsi yan-yana, böyük məhəbbətlə işləyirdilər. Belə bir maraqlı şəhadət 
də vardır ki, Kamilla onu atıb getmişdi. Roden özü də bəyan etmişdi ki, qız bir gün 
onu  tərk  etdi,  sonra  qayıtdı  və  nəticədə  həmişəlik  çıxıb  getdi  -  məhəbbət 
məsələsində  çox  vaxt  təkrar  olunan  bir  nümunə  ondan  ibarətdir  ki,  üçlük  nəticə 
etibarilə hökmən dağılır.  
Bu  baş  verdikdə,  Roden  göz  yaşları  içində  dostuna  demişdi  ki,  o,  artıq 
Kamillanin üzərində heç bir təsir gücünə malik deyildir. Nəticə hər ikisi üçün çox 
xoşagəlməz idi. Kamilla əsəb xəstəliyinə, nevrastaniyaya tutuldu. Rodenə isə onu 
unutmaq olduqca çətin idi, o, Kamilla ilə ayrılıqdan əzab çəkirdi və bu dərd çox-
çox illər davam etdi.  
Roden, onu ləkələyən keçmiş məşuqəsi barədəki parlaq xatirəsini ömrünün 
sonunadək  qoruyub  saxladı.  Kamilla  isə  onu  özünün  uğursuz  həyatına  və 
karyerasına  görə  ittiham  edirdi.  Axı  onu  da  qeyd  etmək  lazımdır  ki,  istedadlı 
adamlar nadir hallarda xoşbəxt olurlar. 
Kamilla  ruhi xəstəliyə  tutulduqdan  sonra  ona  elə  gəlirdi ki, Roden  onu  ələ 
salır, onun köhnə işlərini düzəldib, öz adına çıxır. Belə depressiya vəziyyətində o, 
heykəllər  qayırırdı,  lakin  sonra  qəzəbindən  onları  qırıq-qırıq  edirdi.  1913-cü  ildə 
onu dəlixanaya götürdülər, burada o, otuz il qaldı. Bu qadın əmin idi ki, onun bura 
salınmağının  təqsirkarı  da  Ogyüst  Rodendir.  O,  dahi  rəssamı  özünün  bütün 
bədbəxtliklərində  təqsirləndirirdi,  onu  lənətlərlə  yad  edirdi.  Sonradan  o,  artıq 
heykəltəraşlıqdan da əl çəkib, bu işə bir daha toxunmadı.  
Kamilla 1943-cü ildə 79 yaşında öldü. Ölümündən əvvəl onun yanına gələn 
doğma qardaşını da tanımadı. Bu gün də Rodenin muzeyində onun şagirdi Kamilla 
Klodenin  heykəltəraşlıq  işlərini  görmək  olar.  Bu,  rəssamın  özünün  vəsiyyətinə 
uyğun olaraq edilmişdir.   
Rodenin  sənəti  daim  qadına  hörmət  mövqeyində  idi.  Kamilla  bunun 
mərkəzində  idi  və  Roden  daim  ona,  bu  qız  barədəki  düşüncələrinə  qayıdırdı. 
Bununla əlaqədar bir şayiə də yada düşür, bunda isə ümumən onun qadın bədəninə 
dəlicəsinə vurulması öz əksini tapır. O, «Kale burgerləri» üzərində işləyəndə çılpaq 
fiqurun modelini hazırlayırdı. Onun modeli masanın üstündə uzanmışdı və Roden 


139 
 
gündəlik  işini  bitirdikdə  qıza  tərəf  əyilib,  onun  gənc  qadın  göbəyindən  öpdü  - 
təbiətin saysız mərhəməti qarşısında sitayiş bacını bu yolla qızdan aldı . 
Roden qadın məlahətindən istifadə edən idi, çox müxtəlif olan nəhayətsiz və 
sevindirici  dərəcələrdə  qadın  bədənini  əsir  etməyə  çalışırdı,  bu  müxtəlifliklər 
qadının  döşlərinin  və  göbəyinin  arasındakı  hərəkətdə  və  ya  ehtiras  impulsunun 
təsiri  altında  qəbul  edilə  bilən  qadın  bədəninin  qeyri-adi  və  adəti  olmayan 
ölçülərində özünü göstərirdi. 
Divanda  uzanan  qadının  gözəl  başı  onun  qurtaracağında  qərar  tuturdu. 
Saçları, saçın qızıl piramidası yanaqların ətrafına tökülürdü. Saç payız yarpaqlarına 
bənzər rübənddə işıq saçırdı. Sifəti əhatə edilən gözəl saç qızıl sünbül topaları olan 
taxıl zəmisinə bənzəyirdi. Rütubətli qırmızı ağız heyranedici idi, onun nəcib əyrisi 
ilana bənzəyirdi, dəyirmi bəbəklər qapalı idi, kirpiklərin tikişi ilə çarpazlanırdı. Bu, 
gözlərlə ağız arasındakı incə harmoniya idi. Bu sözləri onun modellərini öyrənən 
bir səriştəli adam yazmışdı.  
Roden  uzanan  qadın  bədəninə  yaxınlaşmaq  üçün  əyilirdi  və  qorxurdu  ki, 
səsinin azacıq eşidilməsi bu sevimli zərif məxluqu narahat edə bilər, ona görə də 
pıçıldayırdı: «Ağzını elə tut ki, elə bil ki, fleyta çalırsan. Yenə! Yenə!» 
Bu  təsvir  davam  edirdi:  «Ağız,  qabağa  çıxan  parlaq  dodaqlar  hiss  edilən 
qədər  ifadəli  idi…  Buradan  ətirli  nəfəs  gəlirdi  və  arı  kimi  içəri  cumub  və 
pətəyindən  qaçırdı.»  Roden  bu  təəssüratı  barədə  deyirdi  ki,  bəşər  çiçəyini  ardı 
kəsilmədən  öyrənməyim  necə  də  məni  sevindirir.  «Necə  bir  xoşbəxtlikdir  ki, 
mənim sənətimdə sevilməyə və həmçinin sevgim barədə danışmağa qadirəm».  
Onu  bəzən  ağuşuna  alan  pessimizmin  əksinə  olaraq  o,  həyatla,  insanlarla 
məhəbbətdə  idi.  Onun  qadınlara  ehtirası  «I  Sirena.  Veneranın  üz-gözünü 
bəzəməsi» əsərində heyranedici qaydada ifadə olunur. Onun saçlarının burulması, 
bədəni və yumulu gözləri bir bayram ləzzəti kimi yadda qalır və adamı şadlandırır. 
Titsianın  qadınları  kimi  bu  gözəl  bədənli  qız  barəsində  də  hansısa  bir  pozğunluq 
düşüncəsi ola bilməz. Bu qız sevilən məmnun qalmanın obrazıdır, Rodenin bir dəfə 
həya  etmədən  qeyd  etdiyi  kimi  «məhəbbətdə  hər  şeyin  hesabı  fəaliyyətdir».  O, 
həyatda  baş  verən  kontrastları  vurğulamağa  can  atırdı.  Buna  ən  təsirli  nümunə 
«Öpüş»  və  «Bir  vaxt  o,  dəbilqə  qayıranın  gözəl  arvadı  olmuşdu»  əsərləridir.  O, 
dəfələrlə ötüb keçən məhəbbət, ölüm mövzularına müraciət etmişdi. İkinci əsərində 
isə, onun mövzusu Vilyonun məşhur poemasından götürülmüşdür və qadın ən pis 
vəziyyətdə,  pərişan  şəraitdə,  demək  olar  ki,  skelet  kimi  təsvir  edilmişdir. 
«Ölpüş»dəki  məhəbbət  alovunda  yanmaqdan  həzz  alan  xoşbəxt  qızla  bu  bədbəxt 
qadın arasındakı fərq həyatdakı kontrastı əks etdirir.  
   Roden  onun  dövrünü  valeh  edən  problemlərdən  birinin  birbaşa  ürəyinə 
nüfuz  edir  -  qadın  kişi  üzərində  ağalıq  edir.  Bunu  o,  heyrətamiz  «Hər  şeyi  məhv 
edən qadın» əsərində təsvir edir. Freyd nəzəriyyəsinə inam bəsləməklə, o, bizə elə 
bil ki, dişi pələng olan qadının kişiyə hücum etməsini göstərir. Qadın öz ovu kimi 
taqətdən düşmüş kişinin üzərinə atılır və kişi ona müqavimət göstərmir. Kişi qadın 
üçün qul ola bilər, bunu o, «Əbədi büt» əsərində açıb göstərir. Burada qadının başı 
incə  şəkildə  irəli  əyilmişdir.  O,  aşağı,  elə  bil  ki,  sakit  gecənin  yüksəkliyindən 
kişiyə baxır, axırıncının üzü elə bil ki, bol çiçəklərin içərisində olan kimi  qadının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə