Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   60   61   62   63   64   65   66   67   ...   99

131 
 
Viktor  Hüqo  Rodenə  təbii  görünürdü,  axı  o,  pafos  ustasının  qardaşı  idi. 
Üstəlik,  heykəltəraş  onunla  yaxın  olmasa  da,  yazıçını  tanıyırdı  və  onun  gözəl 
büstünü  yaratmışdı.  Heykəlin  ilk  maketi  qaya  üstündə  oturan  şairi  bir  barmağı 
dodaqları üzərinə qoyulmuş, başı bir tərəfdə olmaqla, üç çılpaq erotik qızla əhatə 
olunmuş şəkildə təsvir edirdi.  
Xeyli  diskussiyalardan  sonra  hakimiyyət  heykəlin  Lüksemburq  bağında 
qoyulması ilə razılaşdı və rəssamdan xahiş ediləcəkdi ki, Panteon üçün digər, həm 
də  fərqli  bir  heykəl  düzəltsin.  Nəticədə,  Roden  Hüqonun  abidəsi  üçün  iki  sifariş 
aldı. O, birinci sifariş üzərində işini davam etdirəndə, digər maketi də hazırlayırdı, 
muzaların sayını üçdən ikiyə ixtisar etmişdi. Son layihədə fiqurların sayı yenidən 
azaldıldı  -  şair  və  onun  «daxili  səsi»  qaldı.  Bununla  o,  sənətkarla  öz  ilhamı 
arasında  dialoqu  təsvir  edirdi.  Ancaq  nəticədə  abidə  Pale  Royal  bağında 
qoyulanda, heykəl yalnız şairin özünü təsvir edirdi.  
 
 
 
“Viktor Hügo” heykəli 
 
Bir tənqidçi dördüncü layihə haqqında da yazırdı ki, «Hüqo, çılpaq şəkildə 
allaha  bənzəyirdi,  dalğaların  döyəclədiyi  qayaların  arasında  oturmuşdu  və  bu, 
gələcəyin, onun necə gördüyü idi… Onun bütün işi dəhşətli okeanda çimirdi və o, 
arzulara dalan, sirenaların səsini dinləyən kimi göstərilirdi».  


132 
 
Rodenin  məqsədi  Panteonun  fasadında  nəqş  edilmiş  «Vətənin  mötəbər 
böyük adamlarına» sözlərinə müvafiq olaraq, Hüqonun apofeozunu göstərmək idi. 
Təəssüf ki, abidə Panteon üçün heç vaxt istifadə edilmədi.  
Viktor  Hüqo  abidəsi  üzərində  aparılan  işdə  qarşılanan  çətinliklər  Balzakın 
məşhur heykəlinin  yaradılması ilə  əlaqədar olan problemlərlə  müqayisədə heç  nə 
idi.  Bu  iş  heykəltəraşın  karyerasında  dəfələrlə  baş  verən  kəskin  ziddiyyətlərlə  və 
çox  sayda  intriqalarla  müşayiət  olunurdu.  Qırx  illik  cəhdlər  əsasında  Balzakın 
abidəsini  qoymaq  axır  ki,  mümkün  oldu.  Paris  şəhəri  heykəli  Pale  Royalda 
yerləşdirmək  istəyirdi.  1891-ci  ildə  Emil  Zolya  Fransız  Ədəbiyyatçıları 
Cəmiyyətinin  prezidenti  seçiləndə,  həmin  heykəlin  qoyulması  üçün  təklif  edilən 
yerə etiraz etdi, o, bədənin təklif olunan səmti ilə də razılaşmırdı. Lakin Rodenin 
nüfuzlu  dostları  israr  edirdilər  ki,  onun  adı  uğurun  qarantiyasıdır  və  o,  sifarişi 
qəbul etməklə razılaşdı. Roden maketi on səkkiz aya başa çatdırmağı vəd etdi və 
nəticədə o, sifarişlə mükafatlandı. 
Lakin sifariş üçtündə bir neçə kolleqasının qısqanclığına görə belə şayiələr 
gəzirdi  ki,  Roden  həmin  heykəli  başa  çatdırmağa  qadir  deyildir.  Bu  şayiələr 
cəmiyyətin  bəzi  üzvlərinin  qulağına  gəlib  çatırdı,  digər  əsərlərində  baş  verən 
problemləri yada salaraq, onlar razılığı ləğv etmək istədilər.  
O, məcbur edildi ki, qırx səkkiz saat ərzində əsəri bitirsin. Cəmiyyətin şərəfi 
yalnız Jan Ekartın 1894-cü ildə prezident kimi Emil Zolyanı əvəz etməsi ilə xilas 
olundu. Zolya yeddi kolleqası ilə birlikdə istefa vermişdi. Rodenin özünə gəldikdə 
isə  o,  xəstə  idi,  depressiya  və  həyəcan  keçirirdi  (o,  bu  vaxt  həm  də  Kamilla 
Klodellə  əlaqədar  olan  işin  ortasında  idi),  lakin  öz  niyyətləri  ilə  kompromissə 
getməkdən imtina etdi.  
O,  inadkarlıq  göstərməkdə  davam  edirdi.  1898-ci  ildə  iş  xeyli 
irəlilədiyindən,  o,  gil  variantını  -  Milli  İncəsənət  Cəmiyyətinə  göndərə  bildi, 
burada həmin vaxt həm də «Öpüş» kompozisiyası göstərilirdi.  
«Öpüş»  kompozisiyası  da  Dantenin  «İlahi  komediyasında»  təqdim  edilən 
məhəbbət macərasının təsviri kimi verilir. Dante Françeska da Rimini ilə Paolonun 
faciə ilə bitən sevgisini nəql edir. XIII əsrdə yaşamış gənc italyan qadını Françeska 
Avropa  mədəniyyətində  əbədi  obrazlardan  birinə  çevrilmişdi.  Ravenna 
hökmdarının  bu  qızı  müstəsna  gözəlliyi  ilə  fərqlənirdi.  20  yaşında  o,  Rimininin 
hökmdarı  Canqotto  Malatestaya  ərə  getmiş,  zahirən  eybəcər  olan  ərinə  iki  uşaq 
doğmuşdu.  Qız  ərinin  qardaşı  Paolo  ilə  sevişməyə  başladı.  Məşuqları  cinayət 
yerində tutan əri onların hər ikisini xəncərlə qətlə yetirdi. Bu vaxt Françeskanın 30, 
Paolonun isə 39 yaşı var idi.  
Dante onların hisslərini alovlandıran kitabı oxumalarını belə sətirlərlə təsvir 
edir:  
«Məhəbbət  yandırır  zərif  ürəkləri»,  «İkilikdə  sevgi  apardı  məhvə  bizi».     
Roden  də  özünün  ən  məşhur  əsərlərindən  birini  bu  faciəli  tarixə  həsr  etmiş, 
məhəbbətin  tezliklə  yoxa  çıxan  nişanəsinin  xüsusən  mərmərdə,  həm  də  digər 
variantlarda  həkk  etmişdir.  Eşq  daşqınına  məruz  qalan  iki  gənc  yalnız  bu  anın 
hökmünə  tabe  olduqlarından,  həyatlarına  olan  ölümcül  təhlükəni  hiss  etmirlər. 
Məhəbbət öz qılıncından imtina edib, yalnız ehtiyatlılıq qalxanına bel bağlasaydı, 


133 
 
çox hallarda yalnız puç olan arzulardan birinə çevrilərdi. Roden də məhz iki bir-
birini dəlicəsinə sevən gəncə belə nikbin şərqisini oxuyur.  
 
 
 
“Öpüş” 
 
«Balzak»ın nümayiş etdirilməsi isə böyük və xoş bir müzakirəyə səbəb oldu. 
Xüsusən  gənclər  entuziazm  göstərirdilər,  heykəlin  onlara  verdiyi  təəssüratı  təsvir 
etmək  üçün  şeirlər  söyləyirdilər.  Yaşlılar  isə  bu  fikirə  gəlirdilər  ki,  bu,  gələcəyin 
heykəlinin  simvoludur.  Salona  gələnlər  arasında  bir  nəfər  dəyərli  tamaşaçı 
«Balzak»ın  ətrafında  iti  addımlarla  gəzirdi.  Bu  böyük  ingilis  dramaturqu  və  şairi 
Oskar Uayld idi (Cinsi orientasiyasına görə dələduz dostunun ucbatından vətənində 
borc dustaqxanasına düşmüş Oskar Uayld Salonda olduğu vaxtdan iki il sonra elə 
Parisdə  də  vəfat  etmiş  və  orada  da  Per-Laşez  qəbiristanrlığında  dəfn  edilmişdi. 
Fransa simvolistlərinin ənənəsində yazan şairə həmin ölkədə böyük sevgi var idi). 
O,  bu  vaxt  vernisaja  baxmağa  gəlmişdi.  Yerə  düşmüş  mələyin  şir  başı  (Balzak 
heykəldə iri başı ilə təsvir edilmişdi), geyindiyi mantiya ilə onu valeh etmişdi. Baş 
dəbdəbəli  idi,  əynindəki  mantiya  ağ  gipsdə  bütünlüklə  ölçüyə  sığmayan  palıd 
qozası kimi görünürdü. Bəziləri ona münasibətini qəzəblə ulamaqla bildirirdilər.  
Əslində  «Balzak»ın  nümayiş  etdirilməsi  XIX  əsrin  sonunun  Parisini  xeyli 
dərəcədə həyəcanlandıran dəhşətli sənət münaqişələrindən birinin başlanğıcı üçün 
siqnal oldu. Rodenin əsərini bu toqquşmada Henri de Roşfor «gipsdə olan qarın və 
ya ayının yaxşı adamı» kimi unudulmayan sözlərlə qiymətləndirilmişdi. Roden isə 
bu  nankor  adamın  büstünü  düzəltmişdi.  Bir  sənət  işbazı  isə  daha  uzağa  gedərək, 
maskalanmış  şar  verməklə  qonaqlarını  qəbul  edirdi  ki,  Rodenin  «Balzak»ı  kimi  
onların bundan zəhlələri getsin.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə