IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
851
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Azərbaycan dilinə ən çox ərəb, fars və rus dillərindən sözlər keçmişdir. Həmin sözlər xalq
tərəfindən qəbul olunaraq dildə işlənməyə başlayır. Alınma sözlər dilə daxil olan ilk dövrlərdən
dilimizin xüsusiyyətlərinə uyğunlaşmışdır. Məsələn, adam -adəm, mağaza-maqazin, qəzet -qazeta,
maşın -maşina, rezin -rezina, vedrə -vedro və s. kimi sözlər dilimizin quruluşuna uyğun şəkildə
tələffüz olunur.
“Afərin” sözü ana dilimizə fars dilindən keçmişdir, afəridən felindən götürülmüş, mənası
yaratmaq, xəlq etmək deməkdir. Fars dilində afərin sözü yaradan, xaliq mənalarını verir. Bu sözlər
kifayət dərəcədə geniş şəkildə işlənərək dilimizin doğma sözləri kimi istifadə olunur.
Bəşəriyyətin inkişafının müasir mərhələsində müxtəlif xalqlar arasında geniş dil əlaqələrinin
olması təbii haldır. Dil əlaqələri prosesində bir xalq digər xalqın topladığı həyat təcrübəsindən müəy-
yən anlayışları qəbul etdiyi kimi, əksərən həmin anlayışları ifadə edən sözləri də qəbul edir . Bu baxım-
dan onlar toplanmış həyat təcrübəsinin müxtəlif xalqlar tərəfindən mənimsənilməsinə xidmət edir.
Əcnəbi sözlər daxil olduqları dildə bir neçə mərhələdən-nitq prosesində işlədilməsi, dil sisteminə
keçərək assimilə olması və əcnəbilik formasını itirərək doğmalaşması mərhələlərindən keçir.
Dil əlaqələri prosesində alınmış əcnəbi sözlər bu və ya başqa dilin fonetik, morfoloji, sintaktik,
leksik və üslubi sistemlərinə daxil olursa, demək həmin sözlər o dildə vətəndaşlıq hüququ qazanılır və
qrammatik qaydalara uyğun şəkildə işlədilir.
Alınma sözlər bu və ya dilə gələrəkən həmin dilin daxili quruluşuna uyğun olaraq işlədilir.
Alınma sözlərin həddindən çox dilin tərkibinə daxil olması onun təbiətində müəyyən keyfiyyət
dəyişiklikləri doğurur. Bu da öz növbəsində dilin daxili müvazinətini poza bilər.
BƏKİR ÇOBANZADƏNİN DİLÇİLİK ARAŞDIRMALARINDA
SAYLARINMORFONOLOGİYASI HAQQINDA
Pərvin EYVAZOV
Bakı Dövlət Universiteti
pervin.bdu@mail.ru
AZƏRBAYCAN
Görkəmli türkoloq professor Bəkir Çobanzadə öz dilçilik araşdırmalarında türk dillərinin, o
cümlədən Azərbaycan türkcəsinin morfoloji quruluşu haqqında geniş məlumat vermişdir. Türk
dillərinin morfoloji quruluşunu xarakterizə edən amilləri düzgün şəkildə və konkret faktlara
söykənərək araşdıran müəllif bu yöndə Azərbaycan dilinin morfonoloji quruluşu barəsində akademik
şəkildə təsəvvür yaratmış, o zamankı dilçilik elminin uğurlarına istinad etmişdir.
Bu mənada, Bəkir Çobanzadənin toxunduğu məsələlərdən biri də türk dillərində, o cümlədən
Azərbaycan türkcəsində sayların morfonologiyasıdır. Əvvəla, qeyd edək ki, sayların morfonologiya-
sından danışarkən onların spesifik xüsusiyyətləri həmişə nəzərdə tutulmalıdır. Məsələn: kontekstdə
daha çox sadalama intonasiyası ilə deyilən saylarda sait uzanması baş verir, geminantların yaranması
üçün şərait yaranır, deməli, saylarda rast gəldiyimiz uzanmalar ilkin deyil, sonrakı vəziyyət kimi qiy-
mətləndirilməlidir. Yaxud sayların morfoloji quruluşu pratürk dilinin keçdiyi inkşaf mərhələləri fonunda
izah olunmalıdır. B.Çobanzadə dilimizdəki sayların inkişaf tarixini də məhz bu məzmunda araşdırmışdır.
Dilçi alim səkkiz, doqquz, iyirmi, otuz, əlli, altmış, yetmiş saylarının etimologiyasını araşdırır,
onların fonosemantik quruluşunu türk dillərinin inkişaf tarixi fonunda izah edir. Məlumdur ki, türk
dillərində sayların adlandırılmasında onluq say sistemindən geniş istifadə olunur. Buna nümunə olaraq
B.Çobanzadə qeyd edir ki, səksən və doxsan sayları “səkiz+on”, “doquz+on” saylarının birləşməsi
nəticəsində əmələ gəlib. Ancaq bunu bütün saylara şamil etmək olmaz. Belə ki, bu gün türk-tatar dillə-
rində on sayı mövcud olduğu halda, onun arxetipi olan mış sözü artıq arxaikləşmişdir. Ancaq fin-uqor
dillərində mış sözünün tarixi izlərini müşahidə etmək mümkündür. Müəllifin qənaəti də odur ki, mış
sözü Ural-Altay dillərinə aid leksik vahid olub, bütün dillərdə on mənasını ifadə edir. Bu mənada, alt-
mış sözü “altı+on”, yetmiş sözü “yeddi+on”, səksən sözü “səkkiz+on” formasında meydana gəlmişdir:
“Bu təqdirdə alt+mış=altı+on, yet+miş=yeddi+on olur. Netəkim bir çox türk-tatar ləhcələrində böylə
də qullanılıyor. Məsələn, yakutcada və bəzi Altay türk şivələrində mış yerinə on vardır”.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
852
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
B.Çobanzadə əlli sayının morfonoloji quruluşunu dəqiq şəkildə izah edir. Ümumən əlli sayının
türk dillərində müxtəlif fonetik variantlarda işləndiyini görürük: elli, əlli, ellik, elü, eliq, ələ, ille və s.
Bu allomorfları nəzərdən keçirdikdən sonra artıq əlli sayının arxetipi haqqqında təsəvvür yaratmaq
mümkündür. B.Çobanzadə doğru olaraq əlli sözünü əl və li morfemlərinə ayırır. Əl sözünün
arxetipinin eş (yəni beş) olması qənaətinə gələn müəllif göstərir ki, türk dillərində
ş
səsinin
l
səsinə
keçməsi hadisəsinə rast gəlmək mümkündür və bu, hal-hazırda çuvaş dilinin ədəbi normasına
çevrilmişdir. Bundan çıxış edərək demək olar ki, əl sözü arxetipi eş olmuş və fonetik dəyişikliklə eş
sözü də beşə çevrilmişdir. –li hissəciyinə gəlincə isə qeyd olunur ki, bu morfem –mi formasında olub,
sadəcə iki morfemin qovuşması zamanı assimilyasiya hadisəsi baş vermişdir:
m
səsi
l
səsinin təsiri
ilə onun məxrəcinə uyğunlaşmışdır. Və bu
–mi morfemi də əslində
mış – on sayının törəməsidir ki,
nəticə etibarilə əlli sayı bu formada təkamül etmişdir: beşmiş=bəyalmış =bəyalmı=bəyallı=əlli.
Professor M.Qıpçaq əlli sayının birinci komponentinin əl sözünə dayandığını və əl sözünün də beş
mənasında olmasını göstərir. Demək ki, B.Çobanzadənin gətirdiyi arqumentlər real elmi faktlara
əsaslanır.
Məlumdur ki, otuz sayı da iki komponentin birləməsindən meydana gəlmişdir. Monqol, tunqus-
mancur və fin-uqor dillərinin materiallarına istinadən ot morfeminin üç mənasında olduğu aydın
görünür. Bəkir Çobanzadə də otuz sayını ot və uz morfemlərinə ayırır. Qeyd olunur ki, ot sözündəki
t
səsi
ç
səsinin ilkin səslənməsidir, çünki “əsasən ç=t+ş olduğundan sövtiyyatca bu mümkündür və
türk-tatar dillərinin tarixini tədqiq edəcək olursaq, buna bir çox misallar bula biliriz”. Sözün
uz
hissəsinə gəlincə isə bildirilir ki, bu morfem mış və ya mıs hissəciyinin fonetik formasıdır. Beləliklə,
tədqiqatçının gəldiyi nəticə budur: ut=uç, uz=mış, otuz=üçmış=üçon.
İyirmi sayına gəlincə, bilirik ki, bu say bəzi türk dillərində işlənmir. Bu sözün qarşılığı kimi şor
dilində iyqon, sarı uyğur dilində işkon, tofalar dilində ihyon və s. sözlər işlənir. Bu sayların quruluşuna
diqqət yetirdikdə iyirmi sözünün etimologiyası haqında təsəvvür yaranır. Bəkir Çobanzadə iyirimi
sayının quruluşunu izah edərkən sözü iyir+mi morfemlərinə ayırır. Bildirilir ki, türk dillərində ş>l
hadisəsi ilə rastlaşdığımız kimi, iyirmi sözündə də r>z səs əvəzlənməsini bilmək lazımdır. Çünki türk
dillərində r səsinin z səsinə keçdiyini göstərən çoxlu nümunələr vardır. Məsələn, öküz=ökür+mək,
semiz=semir(mək),
göz=gör(mək),
quduz=qudur(maq) və s. Hazırda bu dil hadisəsinə digər türk
ləhcələri ilə müqayisədə çuvaş dilində daha çox rast gəlinir və bu dildə
z
səsinə qarşılıq
r
səsindən
istifadə olunur. Bu faktlara istinadən tədqiqatçı göstərir ki,
yegir=yegiz, yaxud
yekiz olur ki,
iki və
yaxud eki sözünün mənşəyi məhz buna söykənir.
İyirmi sayının
–mi morfemi isə
əlli sözündə rast gəldiyimiz
mış-ın
mi formasından başqa bir şey
deyildir. Bu mənada iyirmi sayı yigirmi=ekizmi=ekizmiş=egiz on=eki on formsasında təkamül
etmişdir.
Bəkir Çobanzadə səkkiz və doqquzu saylarının quruluşunda diqqəti eston və fin dillərinə çəkir.
Göstərir ki, fincədə uhdekesen=doqquz, kahdekesen=səkkiz deməkdir ki, dekesen fin dilinə daxil
olmuş əski german sözü olub on mənasında on=bir, kah=iki deməkdir.
Bu mənada, uhdekesen=bir on, yəni bir – on=doqquz, kahdekesen=ikion, yəni iki – on=səkkiz
edir. Türk dillərinin səkkiz və doqquz sayları da eynilə bu formadadır. Beləliklə, dilçi alimin qənaəti
budur ki:
Sək=eki, iz=miş olduğu təqdirdə, sək iz=sək - iz=eki – on=8;
Doq=ek, uz=miş olduğu təqdirdə, doq uz=doq - uz=bir – on=9 edər.
B.Çobanzadə dilimizdəki sayların təhlilindən sonra qeyd edir ki, bu fikirlər o dövr dilçilik
elminin nailiyyətlərinə söykənən “fərziyyələrdir”. “Bəlkə, yarınkı tədqiqat bunları qüvvətləndirəcək,
bəlkə, büsbütün yıxacaqdır”, -deyən görkəmli türkoloqun bu mövzuda apardığı araşdırmaların
məzmunu, düzdür, bu gün daha dərinləşdirilmişdir, ancaq onun fikirlərinin elmi çəkisi öz əhəmiyyətini
və aktuallığını saxlamaqdadır. Və tam əminliklə deyə bilərik ki, ilk dəfə olaraq B.Çobanzadənin
sayların morfonologiyası haqqında tədqiqata cəlb etdiyimiz fikirləri bugünkü dilçilik tədqiqatları ilə
demək olar ki, üst-üstə düşür.