Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə22/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   59

 
71
Dövrün mütərəqqi ruhlu ziyalıları elm və maarifə  işıqlı sabaha 
çıxmaq, zülmdən qürtülmaq vasitəsi kimi baxırdılar. Ona görə də bu 
hərəkatın simasını maarifçilik müəyyənləşdirirdi. Tərəqqipərvər 
ziyalılar xalqı işıqlı sələcək uğrunda mübarizəyə səfərbər etmək üçün 
maarifə xalqın əql və şüurunun elm nuru ilə ziyalandırılmasında ilkin 
və  əsas hazırlıq mərhələsi kimi baxırdılar. Odur ki, XIX əsr 
Azərbaycan maarifçiliyini səciyyələndirən  əsas cəhət mübarizənin 
despotizmin, özbaşnalığın, fiziki və mənəvi zülmün əleyhinə, eləcədə 
xalqın, millətin iqtisadi və  mədəni  əsarətdən azad olması  səmtinə 
yönəldilməsidir. 
Azərbaycan maarifçiləri xalqa elmin, texnikanın sirlərinə 
yiyələnməyi, maariflənməyi təbliğ  və  təlqin etməklə öz işlərini 
bitirməyib, bu vəzifənin həyata keçirilməsinin yol və üsullarını da 
görüb göstərməyə,  əməli fəaliyyətə çalışırdılar. Onların haqlı 
qənaətinə görə, savadsız, elm və texnikanın nailiyyətlərindən bixəbər 
olan hər kəs və millət ac-yalavac qalıb sərgərdan olmağa, 
başqalarının  əlinə möhtac olmağa məhkumdurlar. Ona görə  də, 
xalqın istehdad və qabiliyyətinə, öyrənmə bacarığına dərin inam 
bəsləyən Azərbaycan maarifçiləri onun savadlanmasına çalışmırdılar. 
Azərbaycan maarifçiləri  ədəbiyyat və incisənətə  də xalqı 
maarifləndirmək, milləti tərəqqi və inkişafa sövq etmək vasitəsi kimi 
baxır və ondan ilk növbədə elə bunu da tələb edərək yazırdılar: 
“Hər tayfanın və millətin keçmişdən olan yaman və yaxşı 
günlərini  şərh edən mahnıları olur ki, bu mahnılar ağızdan-ağıza 
düşüb milləti birləşdirməyə bais olur...” 
Maarifçilər bədii  ədəbiyyatdan da tələb edirdilər ki, zamanın 
tələbinə uyğun olaraq, xalqı oyatmaqla onu tərəqqiyə işıqlı gələcəyə 
çıxmaq uğrunda mübarizəyə  səfərbər etsin. Onlar milli gerilik və 
ətalətdə ədəbiyyatın da böyük məsuliyyət daşıdığını qeyd etməklə heç 
olmasa indi 
 


 
72
xalqı  mənəvi oyaqlığa, fəaliyyətə, öz güc və qüdrətinə inandırmaq 
üçün bədii sənət adamlarını,  şair və yazıçıları bütün güclərini 
səfərbər etməyə çağırırdılar. 
Maarifçilər öhdələrinə düşən tarixi vəzifəni həyata keçirmək 
üçün öz müəllimlərinin - H.Zərdabinin çağrışına qoşularaq mümkün 
olan bütün vasitə və imkanlardan istifadə edərək məktəb, kitabxana-
qiraətxana açır, müsamirələr təşkil edir, “Əkinçi” səhifələrində  dərs 
proqramı  və  dərsliklərin yenidən tərtib məsələsini qaldıraraq, orada 
dünyəvi elmlərin əsas yer tutmasını vacib sayırdılar. 
“Əkinçi”nin uğrunda mübarizə apardığı ideyalar ondan sonra 
meydana çıxan milli mətbuat orqanlarımız - “Ziya (Ziyayi-
Qafqasiyyə)”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Molla 
Nəsrəddin”, “Tərəqqi”, “Açıq söz”, "Dirilik", “Azərbaycan” və s. 
tərəfindən davam və inkişaf etdirildi. Milli mətbuat xalqımızın milli 
özünütəsdiq ideallarının    ifadəçisi    rolunu    bu gün də ləyaqətlə 
oynamaqdadır. 
İncəsənət tarixində  ən böyük hadisələrdən biri də Azərbaycan 
milli teatrının yaranması idi. Belə ki, 1873-cü il martın 22-də Novruz 
bayramı günü Bakı realnı  məktəbində H.Zərdabi və N.Vəzirovun 
səyi ilə M.F.Axundovun “Hacı Qara” komediyası tamaşaya 
qoyulmuş, on il sonra isə xalqımızın maariflənməsində xüsusi rolu 
olan H.Z.Tağıyev teatr binası tikdirmişdi. Bu hadisə Bakıda teatr 
sənətinin inkişafına təkan vermiş, tezliklə böyük dramaturqlar və 
artistlər nəslinin yetişməsinə səbəb olmuşdur. 
Çarizmin Azərbaycanın mədəni inkişafına  əhəmiyyət 
verməməsinə baxmayaraq - XX əsrin  əvvəllərində burada 
məktəblərin sayı artmaqda davam edirdi. “Molla Nəsrəddin” və 
“Füyuzat” jurnalları ilə yanaşı digər mətbuat orqanlarının nəşri isə 
nəinki Azərbaycanda, hətta İranda da böyük tərpənişə səbəb oldu. 


 
73
Bildiyimiz kimi, Azərbaycanın musiqi mədəniyyətinin 
inkişafında Ü.Hacıbəyov və M.Maqomayevin əvəzsiz xidmətləri 
olmuşdur. 1908-ci ildə  Şərqdə ilk dəfə “Leyli və  Məcnun” operası 
tamaşaya qoyularkən Məcnun rolunun ifaçısı dahi sənətkar 
H.Q.Sarabski olmuşdur. Bu operadan sonra Ü.Hacıbəyov 1909-
1916-cı illər  ərzində daha beş opera və üç musiqili komediya 
yaratmışdır. Bütün bunlar Azərbaycanda qeyd etdiyimiz dövrlərdə 
milli mədəniyyətin əldə etdiyi nailiyyətlərin göstəriciləridir. 
XX əsr tarixin yaddaşında həm də Asiya ölkələrində, xüsusən 
də Çində, Hindistanda, Əfqanstanda,  İranda və Türkiyədə, eyni 
zamanda Azərbaycanda baş verən milli azadlıq hərəkatları, rus 
imperiyasının dağıdılması kimi qalacaqdır. Bu ölkələrdə baş verən 
ictimai-siyasi hadisələr elm və mədəniyyətə də öz təsirini göstərdi. 
Rəsmən ikiyə bölünsə  də, qəlbləri bir olan Azərbaycanın XX 
əsr çərçivəsində həm o tayının, həm də bu tayının elm və mədəniyyət 
sahəsindəki uğurları üzərində bir qədər  ətraflı dayanmağı lazım 
bilirik. 
1905/11-ci illərdə  İran inqilabı-Səttarxan hərəkatı dövründə 
Cənubi Azərbaycanda 37 milli məktəb (Təbrizdə 22), 1911/25-ci 
illərdə isə 50-dən çox məktəb (Təbrizdə 29) açılmışdı. Bu 
məktəblərdə Azərbaycan və fars dillərindən əlavə ərəb, fransız və rus 
dilləri də tədris olunurdu. 
Cənubi Azərbaycanın mətbuat tarixi XIX əsrin ikinci 
yarısından başlanır. Burada ilk nəşr edilən mətbu orqan fars dilində 
“Azərbaycan” qəzeti olmuşdur. Bundan sonra 1905/11-ci illər 
inqilabına qədər Cənubi Azərbaycanda 18 adda qəzet və jurnal 
buraxılmışdır. 
1905/11-ci   illər  Məşrutə  inqilabı   dövründə    Cənubi 
Azərbaycanda ilk dəfə ana dilində bir sıra qəzet və jurnal 
Azərbaycan”, “Ana dili” işıq üzü gördü. Azərbaycan  əyalət 
əncüməninin fars və Azərbaycan dillərində  nəşr etdiyi “Naleyi-
millət”, “Molla Nəsrəddin” yayılmağa başlandı. Maraq- 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə