58
1. İslama qədərki dövr,
2. İslamın qəbulu və yayılmasından sonrakı dövr. İslama
qədərki dövrdə xalqımızın dini görüşlərinə dair əlamətləri qəbirüstü
yazılarda, daş kitabələrdə, arxeoloji qazıntılar nəticəsində tapılmış
abidələrdə, dəfn mərasimləri ilə əlaqədar olaraq qəbirlərə qoyulmuş
cürbəcür məişət əşyaları və digər alətlərdəki şəkillərdə və folklor
nümunələrində görə bilərik. Məsələn, Qobustan qayaları üzərində
həkk olunmuş qurban- kəsmək mərasimi, yallıyabənzər rəqs və
digər rəsmlər, Orxon və Yenisey kitabələrində və oğuznamələrdə
qorunub saxlanan dünyaduyumu xalqımızın qədim dövr mədəniyyəti
və baxışları haqda dolğun məlumat verən əvəzsiz sərvətdir. Bu
abidələrdə tanrıçılıq, dövlətçilik, məişət mədəniyyəti, ailə
münasibətləri nəsillərarası sələf-xələflik əlaqələri, təbiət
hadisələrinə bəslənən münasibət, çoxçeşidli mərasim və ayinlər
özünün bədii-fəlsəfi əksini tapmışdır. Qeyd edək ki, ayrı-ayrı təbiət
hadisələri (yazın gəlişi, qış, quraqlıq, yağış və s.) haqda, bitki və
heyvanların müqəddəsliyinə dair yaradılan əfsanə, əsatir və
rəvayətlər də milli-mədəni sərvətin tərkib hissəsidir.
Yeni eranın əvvəlindən VII əsrə qədər Azərbaycan mədəniyyəti
müxtəlif inkişaf dövrləri keçirmişdir. Sasanilər dövründə, Azərbaycan
xalqının şimal və cənub düşmənlərinə qarşı mübarizə illərində ölkəni
müdafiə etmək üçün tikilən qalalar, çəkilən sədlər burada memarlıq
işini sürətləndirmişdi. IV əsrdən başlayaraq xristianlığın
Azərbaycanda qismən yayılması ilə əlaqədar tikilən kilsələr və
xristianlıq təlimi zəminində təşəkkül tapan dünyagörüş ölkənin
mədəni həyatına müəyyən dərəcədə təsir göstərmişdir. Bunu
xristianlığın qəbul edildiyi yerlərdə Bizans təsirlərinin
qüvvətlənməsində, yeni Alban əlifbasının yaradılması və yazılı
ədəbiyyatın inkişafında da görə bilərik.
59
VII əsrdə Azərbaycanda müstəqil Alban dövlətinin yaranması
ilə yüksələn mədəniyyət ərəb istilasına qədər inkişaf etmişdi.
Cavanşirin ölümünə məşhur Azərbaycan şairi Davdağın
yazdığı mərsiyə dövrün gözəl ədəbiyyat nümunəsi olmaqla yanaşı,
özündə VII əsrdə ərəb işğalçılarına və Sasani qəsbkarlarına uzun
müddət müqavimət göstərən xalqımızın istiqlaliyyət mübarizəsini və
azadlıq duyğusunu da əks etdirir. Xəyanətin qurbanı olan bu igid
sərkərdənin tabutu önündə oxunan həmin mərsiyədə xalqımızın
qəhrəmanın itkisindən doğan dərin kədər hissi də özünün bədii
ifadəsini tapmışdır. Ağıdan gətirdiyimiz bir neçə bəndə diqqət edək:
Ey ilahi kəlamları xəlq eyləyən ulu tanrı,
Özün nəğmə-ağı söylə, yad et bizim hökmdarı.
Elə nəğmə-ağı qoş ki, bu əvəzsiz itki üçün,
Gözümüzdən gecə-gündüz axsın odlu göz yaşları.
Görün kimlər əl qaldırdı o bahadır tacidara!
Atasından xəbərsiz, bic,...Zatıqırıq, özü gürzə.
Sürüm-sürüm qoy sürünsün, həsrət qalsın xoş bir üzə,
Qoy sülənsin bu dünyada Qabil kimi əsə-əsə...
Qonlarına yığsa belə min pəhləvan qüvvətini,
Çiçəkləri asta üzər, gülü ehmal dərərdi o.
Danışarkən göz qalardı o kəlamda, o xoş sözdə,
Əxlaqı saf, ruhu yüksək, könlü odlu bir həvəsdə.
Cavanşirin məziyyətlərini, ölkəsi və xalqı üçün əvəzsiz bir
şəxsiyyət, müdrik insan, cəsur sərkərdə, yenilməz pəhləvan, eyni
zamanda incə ruhlu insan olduğunu diqqətə çatdırdıqdan sonra
Davdaq dərin bir yanığı ilə yazır: Mənim ağım nə qu quşu, nə də pəri
nəğməsidir, Qatarından ayrı düşən bir durnanın naləsidir. Göründüyü
kimi, sərkərdə və dövlət başçısının ölümü böyük bir ümumxalq
fəlakəti kimi qarşılanır. Bu da türk (Azərbaycan) dövlətçilik
ənənəsindən irəli qəlir. VII əsrdən başlayaraq ərəb istilası və xalqın
bu istilaya qarşı mübarizə-
60
si, yeni şəraitdə ölkənin siyasi-iqtisadi həyatında baş verən
dəyişikliklər mədəniyyətə də öz təsirini göstərdi.
Azərbaycanı istila etdikdən sonra ərəblər xristian xalqlara və
yəhudilərə dini vergi (cizyə) vasitəsilə öz dinlərini saxlamaq imkanı
verdikləri halda, atəşpərəstliyə qadağa qoyaraq burada islam dininin
yayılması asanlaşdırmaq məqsədilə atəşpərəstliyin bütün
nişanələrinin məhvinə çalışırdılar. Qədim Azərbaycan mədəniyyəti
atəşpərəst məbədlərində,. atəşgədələrdə saxlandığı üçün yandırılan
məbədlərin içərisində həmin mədəniyyət abidələri də məhv olurdu.
Biz bu tarixi hadisələrin bədii əksi ilə dahi Azərbaycan şairi Nizami
Gəncəvinin “İskəndərnamə” əsərində də rastlaşırıq...
İslam dinini təbliğ etmək üçün ərəblər yerlərdə mədrəsələr
açdılar. Ərəb dili rəsmi dövlət dili olduğu üçün elm və ədəbiyyatla
yanaşı mədrəsələrdə təlim-tərbiyə işləri də ərəb dilində aparılırdı.
Beləliklə, latın dilinin Qərbi Avropada oynadığı rolu, ərəb dili Yaxın
Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında
oynayırdı.
IX əsrdə Azərbaycanın həyatında baş verən ən mühüm hadisə
Babək üsyanı olmuşdur. Xalq qəhrəmanı Babək 20 ildən artıq
müddət ərzində xilafətə qarşı mübarizə aparmışdır. Bu xalq
qəhrəmanının işğalçılarla inadlı vuruşları, mərdanə ölümü onun
haqqında bir sıra ədəbi və tarixi əsərlərin yaranmasına səbəb
olmuşdur...
Orta əsrlərdə İslam Şərqində mədəni-siyasi fikir əsasən bir-biri
ilə bağlı olan iki istiqamətdə öyrənilir:
l. Ancaq siyasi problemlərin tədqiqi ilə məşğul olan
professional alimlər tərəfindən.
2. Siyasi-ideoloci istiqamətdə, məsələn, islamilik, sufilik-
hürufilik, işraqilik və s.
Bundan başqa məlum olduğu kimi, orta əsr islam Şərqi
mütəfəkkirlərinin mövcud bədii yaradıcılığı da dövrün aparıcı ideya-
fəlsəfi fikirlərini özündə əks etdirirdi. Buna
Dostları ilə paylaş: |