44
yunan mifalogiyasında da tapmışdır. Belə ki, əfsanəvi obrazlar
içərisində öz bənzərsizliyi ilə seçilən Orfey obrazı da məhz müğənni
və lira ifaçısı olmuşdur. Bildiyimiz kimi yunan musiqisinin əsası xalq
yaradıcılığından ibarət idi. Yunanıstanda üç növ musiqi aləti geniş
yayılmışdı: simli, nəfəsli və zərb. Simli alətlərdən lira, kitara, arfa və
s. nəfəsli alətlərdən avlos, zərb alətlərindən isə kimbal və timkanı
göstərmək olar. Yunanlar simli musiqini insanın hisslərində
ahəngdarlıq yaradan bir qüvvə, nəfəsli musiqini isə “barbar” musiqisi,
hiddətləndirici bir qüvvə hesab edirdilər.
Getdikcə musiqi müstəqü bir sənət sahəsinə çevrilirdi. Yunan
sənətkarları musiqi tonları qammasını işləyib hazırlayırdılar. Filosof
və riyaziyyatçı Pifaqor (e.ə. VI əsr) və görkəmli riyaziyyatçı Evklid
(e.ə. III əsr) musiqiyə dair xüsusi əsərlər yazmışlar.
Yunanlar yalnız ədəbiyyat, teatr və musiqidə deyil,
mədəniyyətin digər sahələrində də uğurlar qazanmışdılar Onların ən
mükəmməl memarlıq əsəri Afina akropolunun başında tikilmiş İlahə
Afinanın məbədi Parfenondur. Afina Propileyası adlı akropola gedən
böyük yol və əfsanəvi Afina padşahı Erextey və Gefestə həsr olunmuş
məbədlər yunan memarlıq sənətinin nadir incilərindəndir.
Yunan memarlığında üç üslub-ən qədim və formaca lap sadə
dori üslubu, qeyri-adi incəliyi ilə məşhur olan ionı üslubu və
mürəkkəb ornamentli Korinf üslubu xüsusilə nəzərə çarpır. Bəzən bu
üç üslub bir abidədə cəmlənirdi. Fikrimizə, dori və ioni üslublarının
birləşməsindən ibarət olan ilahə Afinanın məbədi Parfenonu misal
göstərmək olar.
Bizim e.ə. VI-V əsrlərdə Yunan heykəltəraşlığı da öz
inkişafının ən yüksək zirvəsinə çatmışdı. Yunan incəsənətinin ən
zəngin dövrü Fidinin (e.ə. V əsrin 432-431-ci illəri) adı ilə bağlıdır.
Yalnız yunan mədəniyyəti deyil, o cümlədən bəşər mədəniyyəti
tarixində silinməz iz qoymuş Fidi Afina
45
Akropolunun tikilməsinə rəhbərlik etmiş və burada ucaldılan
əsrarəngiz gözəlliyə malik heykəllərin müəllifi olmuşdur. Hellin
xalqının qırılmaz birliyinin təsdiq edilməsi və yunan quldar
demokratiyası mədəniyyətinin mərkəzi olan Afinanın mədhi
Akropolun əsas ideyasını təşkil edir.
Bu dövrün görkəmli heykəltəraşları arasında Polikletin,
Praksitelin və Lisippin də xüsusi yeri vardır. Onların əsərlərində
sağlam insan bədəninin gözəlliyi sənətkarlıqla əks olunurdu. Onu da
qeyd etmək lazımdır ki, bu sənətkarlar insan bədəninin sağlamlığının
səbəbini qədim Yunanıstanda tez-tez keçirilən idman məşqləri və
yarışları ilə əlaqələndirirdilər.
Yunanıstanda rəssamlıq heykəltəraşlıqla əlaqədə inkişaf edirdi.
Yunan rəssamları içərisində b.e.ə. V əsrin I yarısında yaşamış
Poliqnot və bu əsrin II yarısında yaşamış Apollodor məhşur
olmuşdur. Rəssamlıqda diqqəti cəlb edən cəhətlərdən biri də qablar
üzərində yunan əfsanələrindən götürülmüş mövzuların çəkilməsi idi.
Rəssamlar bu sahədə böyük uğurlar qazanmışdılar.
Ümumiyyətlə, K.Marksın qeyd etdiyi kimi, V-IV əsrlər yunan
mədəniyyətindən danışarkən göstərmək lazımdır ki, bu dövrdə insan
ətraf aləmin dərk olunmasmda, o cümlədən özünün bədiı düşüncə
tərzinin inkişafı baxımmdan xeyli irəliyə getmışdir. Sinfi xarakter
daşımasına baxmayaraq, kökləri xalqla bağlı oian yunan
mədəniyyətinin tamlığı, harmoniyası, nikbinliyi onun bir çoxu
indiyədək əvəzsiz bir sənət nümunəsi kimi qalmaqda olan ən yaxşı
abidələrini əbədiləşdirmişdir.
Yunan mədəniyyəti Roma mədəniyyətinin, daha sonralar isə
bütün Avropa mədəniyyətinin gələcək inkişafı üçün bir əsas təşkil
etmişdir.
46
§9. ROMA MƏDƏNİYYƏTİ
Roma Qədim Yunanıstandan sonra antik dünyanın ən böyük
quldar dövləti olmuşdur. E.ə. I əsrdə Balkan yarımadası və Kiçik
Asiya ölkələri Roma imperiyasının tabeliyində olduğuna görə Roma
mədəniyyətində yunan mədəniyyətinin güclü təsiri müşahidə olunur.
E.ə. 88-ci ildə diktator Sulla Apellikonun kitabxanasının
Afinadan Romaya köçürülməsi nəticəsində Aristotelin əsərləri aşkar
olundu və getdikcə onun fəlsəfı baxışları sönməz bir maraq
obyektinə çevrildi. Bir çox elm sahələri tədqiqata cəlb olundu. Göy
cismlərini planlı şəkildə müşahidə edən isgəndəriyyəli Menelay həm
də sferik həndəsə və triqonometriyaya aid əsərlər yazdı. Onun
həmyerlisi Heron isə (e.ə. 1-ci əsr) tətbiqi mexanikaya, həndəsi
optikaya aid əsərlər yaratdı. Heronun elmi-nəzəri fikirləri Ptolemeyin
yaradıcılığında daha da inkişaf etdirildi. Ptolemey özünün məşhur
“Almagest” əsərində dünyanın geosentrik sisteminə dair geniş izahat
verdi.
Eyni zamanda bu dövrdə kənd təsərrüfatına, memarlığa,
hidrotexnikaya, hərbi texnikaya və s. aid əsərlər yazıldı. botanika,
tibb sahəsində mühüm nailiyyətlər qazanıldı. Dövrün məşhur
təbiətşünaslarından Senekanın “Təbii-elmi məsələlər” adlandırdığı 7
kitabında meteorologiya və s. məsələlər, Plininin 37 kitabdan ibarət
“Təbii tarix” adlı əsərində bir çox ölkələrin heyvanat aləmi haqqında
məlumat verilmişdir.
Varronanın qramatika, məntiq, ritorika, həndəsə, hesab,
astronomiya, musiqi nəzəriyyəsi, tibb və memarlığa həsr edilmiş 9
kitabdan ibarət külliyyatı da bu dövrün əhəmiyyətli elm və
mədəniyyət nümunəsidir. Dövr haqqında tam məlumatı isə
Strabonun “Coğrafiya”sından almaq mümkündür.
47
Ptolemeyin “Coğrafiya” əsəri isə bütünlüklə kartoqrafiyaya
həsr olunmuşdur. Belə ki, bu əsərdə Kanar adalarından Çinə qədər
yer kürəsi səthinin bütün hissələrini izah edən iyirmi yeddi xəritə öz
əksini tapmışdır.
Qədim Romada tarix elmi isə öz başlanğıcını salnamələrdən
götürmüşdür.
Əsərlərini latın dilində yazmış ilk Roma tarixçisi Böyük
Katondur. O, əfsanəvi zamanlardan başlamış yeni eradan əvvəl 149-
cu ilə qədər davam edən Roma tarixi haqqında “Mənşə” adlı əsərin
müəllifidir. Katonun eyni zamanda “Kənd təsərrüfatı haqqında” adlı
bir əsəri də vardır.
Roma tarixşünaslığının daha mükəmməl, dolğun dövrünün ilk
nümayəndəsi isə Polibidir. Əslən yunan olan Polibi Yunanıstan və
Romanın ellinizm dövründən bəhs edən “Ümumi tarix” adlı çox
qiymətli bir əsərin müəllifidir. 40 kitabı əhatə edən bu əsərdən yalnız
beşi bizə gəlib çatmışdır.
Roma tarixinin daha bir nümayəndəsi Tit Livi isə bədii-
didaktik cərəyanın nümayəndəsi olmuşdur. Onun 142 kitabdan ibarət
olan “Roma tarixi” adlı əsərinin yalnız 35-i bizə məlumdur.
Yuli Sezarın “Qalliya müharibəsi haqqında qeydlər”,
“Vətəndaş müharibəsı haqqında qeydlər” əsərləri isə tarixi memuar
ədəbiyyatı janrının nümunələridir.
Tit Livinin əsasını qoyduğu bədii-didaktik cərəyanı imperiya
dövründə Korneli Tasit (təqr. 55-120) daha da inkişaf etdirdi. O, öz
əsərlərini tiranlığa və despotizmə nifrət ruhunda yazmışdı. III-II
əsrlərdə yunan ədəbiyyatının təsiri altında Roma ədəbiyyatı meydana
çıxmağa başlayır.
- IV-III əsrlərdə Roma yazılı ədəbiyyatının əsasını Anni Klavdi
qoymuşdur.
Romanın ilk yazarları azad edilmiş qullar olmuşdur. Qul Livi
Andronik “Odisseya” ilə bərabər digər yunan faciə və komediyalarını
da latın dilinə çevirmişdir.
Dostları ilə paylaş: |