33
tiv proseslərin inkişafına şərait yaratmışdır. Burada söhbət millətin tarixin subyekti və dünya sivilizasiyasına
mühüm töhvəsini verən müstəqil yaradıjı qüvvə kimi ağıllı özünütəsdiqinin yolları haqqında gedir. Haqqında
danışdığımız meyllər mövjud mənəvi dəyərlərin yenidən qiymətləndirilməsini zəruri etmişdir. Lakin
onu da qeyd
etmək lazımdır ki, hazırda dəyərlərin qiymətləndirilməsi heç də həmişə ağıllı kriteriyalara müvafiq gəlmir və bura-
da çox vaxt dramatik- fajiəvi, kortəbii- anarxist özbaşınalıq prinsipləri hökm sürür. Bu baxımdan bütöv regionları
əhatə edən qarşıdurma, xalqlar arasında hələ də davam edən müharibə qətiyyən heç bir məntiqə sığmır. Çünki arzu
edilən ədalətli quruluşa dağıdıjı ölüm vasitələri ilə çatmaq qeyri-mümkündür. Yalnız xalqın yaradıjı qüvvələrini
inkişaf etdirməklə zəngin spesifik «Mən»in beynəlmiləl- ümumbəşəri məzmunla zənginləşməsi ilə mütərəqqi milli
inkişafı həyata keçirmək mümkündür. Millətin yaradıjı potensialının özünü realizə edə bilmək səviyyəsi
jəmiyyətin bütün sosial simasına mühüm təsir göstərən sivilizasiyasının xarakterindən çox asılıdır.
Hər bir xalqın daxili azadlığının
dərəjəsi əqli, ruhi, mənəvi həyatının inkişafı ilə sıx bağlıdır. Həmin
bünövrədə onun milli birliyi- vəhdəti yaranır və inkişaf edir. Burada onun şüuru öz fərdi xüsusiyyətlərini, öz
subyektiv başlanğıjının mənbəyini götürür ki, daxilən zəngin olduqja, bir o qədər də azad, məzmunlu olur və
özünü daha parlaq təzahür etdirə bilir. Deməli, sosial həyat birliyinin dərin əsaslarını bir-birinə bağlayan
mənəvi
mədəniyyətin mahiyyəti mədəniyyətin məzmununa uyğun olur. Hazırda sivilizasiyalı milli demokratik
quruluşun yaradılması ijtimai münasibətlər sisteminin humanistləşdirməyə imkan verən müvafiq mədəniyyəti
inkişaf etdirmək zərurəti ilə qarşılaşır. Sosial həyatın humanistləşməsi jəmiyyətin həqiqi demokratikləşməsinin
zəruri tələbidir. Əsil demokratiya yüksək şüur mədəniyyəti, mənəvi yetkinlik deməkdir. Ümumiyyətlə, milli
intibah, milli münasibətlərin inkişaf etdirilməsi vəzifələri baxımından mədəniyyət problemi daha çox aktuallıq
kəsb edir. Yəni bu problem müasir ijtimai inkişafın məntiqindən irəli gəlir.
Mövjud mədəni dəyərlərin meylliyi ziddiyyətlər içərisində boğulan jəmiyyət şəraitində hər bir milli
mədəniyyətdə iki mədəniyyətin olmasının nətijəsidir. Milli jəhətdən injəsənətin özünəməxsusluğu həmişə bu və
ya digər sinfin maraqlarını,
görüşlərini, ideologiya və psixologiyasını ifadə edir. Məsələn, XX əsrin əvvəllərində
rus ədəbiyyatında L.Tolstoyun yaradıjılığı patriarxal kəndlilərin görüşlərini, M.Qorkinin yaradıjılığı
proletariatın, Mereckoski və Z.Qippiusunku isə dvoryanlıq və burcuaziyanın görüşlərini ifadə edirdi. Bu da
təsadüfi deyildi.
Milli ilkinlik əslən yüksək injəsənətdə təkjə sinifliklə deyil, həm də ümumbəşəriliklə dialektik vəhdətdə
meydana çıxır.
Əgər injəsətəni Leninin göstərdiyi üç ölçülü vəhdətin- ayrıjanın, xüsusinin və ümuminin birliyi
baxımından qiymətləndirsək,
onda injəsəntədki fərdilik, millilik və beynəlmiləlçiliyin dialektikasına da diqqət
verməliyik.
XVII əsr ingilis şairi Jon Donn yazırdı: «Hər bir insanın ölümü
məni də azaldır, axı mən bütün
bəşəriyyətin bir parçasıyam, elə buna görə də heç vaxt soruşma ki, zəng (kilsədə matəm zəngi- A.Ə.) kimin
üçün səslənir: o, sənin üçün səslənir».
Təsadüfi deyildir ki, E.Heminquey bu sözləri özünün «Zəng kimin üçün səslənir» romanına epiqraf kimi
götürmüşdür. Alman işğalçıları ilə mübarizədə hər bir döyüşçünün ölümü bütün bəşəriyyətin itkisi təsiri
bağışlayır. Bu
aforistik epiqrafda şəxsiyyət bəşəriyyətlə yanaşı qoyulur, təkjənin
və ən ümuminin dialektik
əlaqəsi yaradılır. Heminquey döyüşçü- antifaşistin şəxsiyyətini bəşəriyyətlə yanaşı qoymaqla, ispanların,
amerikalı Robert Jordanın və rus curnalisti Karkovun parlaq milli xarakterlərini yaradır. Məsələn, Robert Jordan
«bütün məzlum dünya uğrunda» döyüşə gedir, onun şəxsiyyəti bəşəriyyətə qovuşur, lakni bu jəhət onun
obrazını amerikalının aydın milli əlamətlərindən ayırmır.
Şəxsiyyət- millət- bəşəriyyət jəmiyyətdə mövjud olan ziddiyyətlərin şərtləndirdiyi bu üç konkret tarixi
əsas arasında dialektik qarşılıqlı təsir obrazlı təfəkkürün strukturunu müəyyənləşdirir. Həmin əsasların bədii
əsərdə nejə qovuşması və qarşılıqlı şəkildə bir- birinə nüfuz etməsi Rəsul Həmzətovun «Mənim Dağıstanım»
povestində yaxşı göstərilir. Müəllif öz atası – avar xalq şairi Həmzət Sadasadan aldığı öyüdləri bir- bir təsvir
edir: «Sənin üslubun, sənin
deyim tərzin, daha doğrusu, xasiyyətin və xarakterini ortaya qoymalısan. Hər şeydən
əvvəl, sən dağlısan, avarsan və yalnız bundan sonra Rəsul Həmzətovsan. Əgər sənin şerlərin dağlı ruhuna, dağlı
xarakterinə yad olajaqsa, onda sənin deyim tərzin şıltaqlığa çevrilijək, sənin şerlərin qəşəng, hərçənd,
ola bilsin
ki, hətta əyləndiriji oyunjağa dönəjəkdir. Əgər bulud dolmasa – yağış hardan yağar? Əgər səma olmasa, qar har-
dan yağar? Əgər Avarıstan və avar xalqı olmasa, Rəsul Həmzətov hardan peyda olajaq?»
1
Lakin bütün varlığtı ilə öz xalqına sadiq olan şair milli çərçivəyə qapanıb qalmır, bütün bəşəriyyətə yol
açır. «Mən dünyanın bütün təzahürlərini öz daxmamda, öz aulumda, öz Dağıstanımda, öz vətən
hissimdə axtar-
maq istəmirəm. Əskinə, mən vətən hissini dünyanın bütün təzahürlərində, onun bütün ujqarlarında axtarıram.
Elə bu mənada da mənim mövzum- bütün dünyadır».
2
«Mən özüm haqda danışıram»- V.Mayakovskinin «Var səsimlə» poemasının ilk variantındakı
misralarından biri belədir. Müəllif özü haqqında danışmağa başlayarkən, zaman haqqında düşünjələrə keçirdi.
1
Гамзатов Р. Собр. соч., в трех томах, т.3., М., 1969, с.141.
2
Гамзатов Р. Собр. соч., в трех томах, т.3., М., 1969, с.68.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir