Əzizağa Nəcəfov
8
vasitələrin şərhi üçün daha çox şairin anadilli “Divanı”ndan, “Leyli
və Məcnun” poemasından və “Hədiqətüs-süəda” əsərindən misallar
verəcəyik. Burada məqsəd şairin ədəbi dilimizə, mili düşüncə tər-
zinə gətirdiyi yenilikləri müəyyən etmək, əksər hallarda şairin tər-
cümə əsəri kimi şərh olunan “Hədiqətüs-süəda”nın orijinal əsər
olduğunu bir daha əsaslandırmaqdır. Füzuli dühasının böyüklüyünü
müqayisədə təyin etmək üçün təkcə şairin yaradıcılığı ilə məhdud-
laşmayacaq, şairin ədəbi irsi ilə yanaşı, müqayisəli şəkildə digər
klassiklərimizin əsərlərindən də faydalanmağa çalışacağıq.
Sözsüz ki, bu poetik vasitələrin hamısının Füzuli yaradıcılı-
ğında işlənmə xüsusiyyətlərinin şərhi
real imkanlar xaricində
olduğundan tədqiqat işimizin ikinci fəslində bunların yalnız
bəzilərinə nəzər salmış, poetik fiqurların şairin ədəbi irsində
tətbiqinin ümumi mənzərəsini yaratmağa çalışmışıq. Biz Füzuli
irsində geniş tətbiq olunan bədii ifadə vasitələrinə - touzi, məqlub,
iştiqaq, səc, iltizam, təcnis, rəddül-əcz aləs-sadr və s. kimi fonetik
səviyyədə təkrar və paralelizm vasitələrinə, təkrir və onun müxtəlif
növ rəngarəngliyi, təzad, təfvir, həşv və s. kimi leksik göstəricilərə
və istigfəm,
sual-cavab, təcahülül-arif kimi bəzi qrammatik
göstəricilərin şərhinə daha geniş yer ayırmış və yeri gəldikcə, digər
poetik fiqurların izahına da müraciət etmişik. Çünki Füzuli bir şeir
vahidində tək bir poetik fiqurun tətbiqi ilə məhdudlaşmır, bəzən
müvazi olaraq bir neçə poetik üsuldan istifadə edir, hətta onun bir
misrasında bədii təsvir və ifadə vasitələrinin bütöv bir çələngi,
kompozisiyası əksini tapır ki, bu da Füzuli irsinə kompleks
yanaşmağı tələb edir.
Azərbaycan ədəbiyyatşünaslığının və onun tərkib hissəsi olan
füzulişünaslığın aktual problemlərindən
biri də şairin bədii irsini
tədqiqata cəlb edərkən onun hər hansı bir poetik fiqurdan nə
məqsədlə, necə faydalandığının təyini problemidir. Klassik ərəb və
fars nəzəri traktatlarından üzü bəri sadəcə poetik fiqurları şərh
etmək, onun növ çalarlığını müəyyən edib, misallarla rəngarəngliyi-
ni əsaslandırmaqla kifayətlənən, onları şairin ideya-bədii məramın-
dan kənarda formülə edən nəzəri araşdırmalardan fərqli olaraq, hər
Füzuli – şairin yaradıcılıq psixologiyası
9
hansı bir poetik priyomun səbəbini vermək işimizin ən əsas yenili-
yidir. Bizim tədqiqatımızda Füzuli irsi, onun ölməz şeiriyyəti təkcə
köhnə, ənənəvi bölgüdən kənara çıxmadan,
çərçivə daxilində şərh
olunmamış, bu unikal sənət nümunələrinə müasir, struktur və tarixi
poetikanın tələblərinə uyğun yanaşılmışdır.
Biz “Şərq şairinin yaradıcılıq psixologiyası” başlığı altında
poetik fiqurların tətbiqinə psixolinqvistik, linqvopoetik və sırf ədə-
bi-nəzəri mövqedən münasibət bildirir, ədəbiyyatşünaslıq tarixi-
mizdə, bəlkə də, ilk dəfə şərq şairinin yaradıcılıq psixologiyası
elementlərini müəyyənləşdirməyə, onun özünəməxsus cəhətlərini
aydınlaşdırmağa çalışmışıq.
Bu iş Füzuli yaradıcılığında müxtəlif poetik fiqurların, şairin
özünəməxsus bədii dil özəlliklərinin öyrənilməsi,
onun ədəbi-bədii
məramının açıqlanmasında forma elementlərinin rolunun aydınlaş-
dırılması baxımından nəzəri əhəmiyyət kəsb edir. Tədqiqatın hər iki
fəsli vahid bir məqsədə - Füzuli şeiriyyətinin təsir gücünün həm
forma, həm də məzmun istiqamətində əldə etdiyi yenilikləri aydın-
laşdırmağa xidmət edir. Bu isə Füzuli yaradıcılığının kompleks təd-
qiqində poetik fiqurların öyrənilməsinin zəruriliyi məsələsini gün-
dəmə gətirir. Tədqiqat nəzəri əhəmiyyəti ilə yanaşı, praktik əhəmiy-
yətə də malikdir:
- Bu tədqiqatdan gələcəkdə başqa klassiklərimizin ədəbi irsini,
onlardakı poetik fiqur çalarlarını öyrənmək üçün istifadə etmək olar.
- O, gələcəkdə sırf linqvistik, ədəbiyyatşünaslıq və psixolinq-
vistik, poetikalinqvistik istiqamətdə aparılacaq tədqiqat işləri üçün
mənbə ola bilər.
- Bu kitabdan ali məktəblərin filologiya
fakültələrində müva-
fiq kursların tədrisində dərs vəsaiti kimi də faydalanmaq mümkün-
dür.
Əzizağa Nəcəfov
10
POETİK FİQUR –
BƏDİİ DÜŞÜNCƏ VƏ İLHAM HADİSƏSİ KİMİ
Mövzunun tədqiq tarixinə bir nəzər
Tarixin müəyyən dövr kəsiklərində hər bir xalqın, etnosun,
ayrı-ayrı imperiya və dövlətlərin tərkibindəki müəyyən bölgənin
məişətinə xas təkrarolunmaz xüsusiyyətlər, onu əhatə edən mühit və
mövcudiyyətin mənimsənilməsindəki fərdilik bütövlükdə insan
anlayışı və təfəkkürünün içərisində də sərhədləri müəyyənləşdir-
məyə imkan yaratdı. İnsanlar təkcə fizioloji
cəhətlərinə görə - irqi
amillərlə deyil, həmçinin müəyyən adət və ənənələrin təkrarlanması,
din, dil, ictimai münasibətlərdəki eynilik, yaxud yaxınlığa görə də
fərqli qruplarda birləşdi. Tarixən coğrafi və fizioloji amillər əsa-
sında diferensiasiyaya uğrayan insan nəsli müəyyən ictimai tələblər
nəticəsində yenidən inteqrasiya edərək əvvəl milli, sonra isə ayrı-
ayrı ictimai qrupların başqalarından fərqlənən mədəniyyətini forma-
laşdırdı. Mövcud reallığın bir-birindən fərqlənən subyektiv əksi
olan milli mədəniyyətlər müəyyən ictimai-tarixi amillərin nəticə-
sində əlaqəyə girərək sosial təfəkkürdə tədrici,
yaxud birbaşa dəyi-
şikliyə səbəb oldu. İnsan həyatının, məişət və yaşam tərzinin bütün
sahələrini əhatə edən din kimi böyük ictimai amilin təsiri ilə forma-
laşan müxtəlif birliklər tədricən öz mədəniyyətini yaratdı və bunlar
arasındakı fərq aşkar sezilməyə başladı. Artıq yeni dövrdəki inteq-
rasiyalar zamanı bu fərqlər ya tamamilə aradan qalxdı, ya da onların
qarşılıqlı öyrənilməsi müxtəlifliyin meydana gəlmə səbəblərini
aydınlaşdırdı.
Deməli, başqa canlı orqanizmlərdən fərqlənən ümumi insan
tipinin təfəkküründəki müxtəlif ictimai amillər nəticəsində meydana
çıxan fərdilik, ilk növbədə, yaradıcı şəxsin düşüncə materialı olan
maddi və mənəvi mədəniyyət nümunələrində əks
olunmaqla müəy-