E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə54/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   50   51   52   53   54   55   56   57   ...   106

Monarxlar  qurultayının  bütün  iştirakçıları  və  eləcə  də 
«Müqəddəs  Ittifaqm»  tərəfdarlan  yekdilliklə  «başqa  dövlətin 
daxili  işinə  qarışmamaq  prinsipi»nə  tərəfdar  olduqlarını 
bildirmişlər. Elə bu məqsədlə də 1833-cü ilin oktyabr (15) ayında 
Münxenqradda 3-cü müqavilə bağlanmışdır. Müqavilə Rusiya, 
Avstriya  və  Prussiya  arasında  bağlanmışdı.  Müqaviləyə  əsasən 
hər bir dövlətin daxilində baş verən qarşıdurma və yaxud xarici 
təhlükəsizlik  zamanı  Avstriya,  Rusiya,  Prussiya  və  digər 
dövlətlərə  müraciət  edə  bilərlər.  Beləliklə,  hər  üç  dövlətin 
imperatoru sanki «Müqəddəs İttifaqı» bərpa etməli olmuşlar. 
1834-cü  il  Rusiya-Türkiyə  müqaviləsi.  Türkiyə  ilə  onun 
vassalı  olan  Misir  arasındakı  münaqişədən  sonra  Şərqdə 
müvəqqəti  sabitlik  yaranmışdı.  Əlbəttə,  burada  Avropa  az  rol 
oynamamışdır. Avropa istəmirdi ki, Şərqdə Rusiyanın rolu artsın. 
Rusiya  da  İngiltərə,  Fransa  və  Almaniya  ilə  münasibətləri 
gərginləşdirmək  istəmirdi.  Odur  ki,  1834-cü  il  yanvar  ayının 
29-da 
Port 
ilə müqavilə bağladı. Müqavilənin  şərtlərinə əsasən 
Unkiyər  -  İskelesey  və  digər  müqavilələrin  şərtləri  nisbətən 
yüngülləşdirilirdi.  Müqaviləyə  əsasən  porta  hərbi  cərimənin 
verilməyən hissəsindən azad edilmişdir. Eyni zamanda Rusiya öz 
ordusunu  Dunay  Knyazlığından  çıxarmalı  oldu.  İngiltərə  və 
Fransada da gərginlik azalmışdır. Hər iki dövlətin hərbi qüvvələri 
Aralıq dənizi sahillərindən geri çağırılmışdır. 
1839-1841-ci 
illərdə  Türkiyə  Misir  müharibəsL 
Məlumdur  ki,  1832-1833-cü  illərdə  Misir  öz  azadlığı  uğrunda 
üsyana qalxmış və müəyyən üstünlüklər  əldə  etmişdir. Odur ki, 
Türkiyə  sultanı  II  Mahmud  bunun  qisasını  almaq  üçün  6  il 
müharibəyə hazırlaşmışdır. 1839-cu ildə böyük bir ordu ilə onlar 
Suriyaya  daxil  oldular.  Avropa  dövlətləri  müharibə  dalğalarının 
Avropaya  keçməsindən  və  Rusiyanın  bu  işə  qarışmasından 
narahat  idilər.  I  Nikolay  Avropa  dövlətləri  ilə  təklikdə 
müzakirələr aparmağa üstünlük verirdi. Avstriya isə beş 
174 


dövlətin  konfransını  çağırıb,  Türkiyə  üzərində  Rusiyanın 
təkbaşına  protektorat  olmasını  Avropanın  kollektiv  qəyyumluğu 
ilə  əvəz  edilməsi  ideyasını  irəli  sürürdü.  İyun  ayının  axırlarında 
Avropa  dövlətlərinin  daha  qətiyyətli  hərəkətləri  tələb  olunurdu. 
Nəhayət,  Məhəmməd  Əlinin  oğlu  İbrahim  yenə  də  Suriyada 
Türkləri 
darmadağın 
etdi. 
Bir 
neçə 
gündən 
sonra 
Konstantinopolda II Mahmud vəfat etmişdir. Onun yerinə 16 yaşlı 
oğlu  Mahmud  Əbdül-Məcid  keçdi.  Bununla  bağlı  olaraq  öz 
atasının  əmrinə  əsasən  İbrahim  müharibəni  dayandırmalı 
olmuşdur. 
1840-1841-ci U London müqavibsL Belə bir vəziyyətdə hər 
bir dövlət şərqdə öz mövqeyini möhkəmlətməyə çalışırdı. Fransa 
və İngiltərə daha çevik hərəkət etmək istəyirdi. 1840-cı ildə (iyun 
ayının  15-də)  Böyük  Britaniya,  Avstriya,  Prussiya  və  Rusiya 
Türkiyə  sultanına  kömək  etmək  barədə  beynəlxalq  müqavilə 
imzalamalı olmuşlar. Müqavilədə bildirilirdi ki, əgər Məhəmməd 
Əli öz ordusunu Konstantinopola tərəf yeridərsə, bu dörd dövlət 
ona hərbi və diplomatik təsir göstərməlidir. Bu məqsədlə Bosfor 
və Dardanel boğazlarının da müdafiəsi möhkəmlənmişdir. 
1840-cı  il  London  müqaviləsində  Fransa  iştirak 
etməmişdi. Sonra iyul ayının 17-də Fransa səfiri Qizo müqaviləyə 
imza  atmışdır.  Aydındır  ki,  müqaviləyə  münasibət  eyni 
olmamışdır.  Əvvəla  bütün  bəndlər  barədə  Fransa  vaxtında 
xəbərdar edilməmişdir. O, çoxdan idi ki, Misir və Suriya üzərində 
təsir dairəsini artırmaq istəyirdi. Odur ki, bu müqavilə Fransanın 
mənafeyinə  zidd  idi.  Odur  ki,  I  Nikolay  bundan  istifadə  edərək 
İngiltərə ilə öz ittifaqını möhkəmlətmək istəyirdi. 
Nəhayət, bir ildən sonra 1841-ci ilin i)oıl ayında Rusiya, 
Böyük  Britaniya,  Avstriya,  Prussiya  və  Fransa  Türkiyə  ilə 
müqavilə  bağlamışlar.  Müqavilədə  Bosfor  və  Dardanel 
boğazlarından  gəmilərin  keçməsi  şərtləri  qoyulmuşdur.  Orada 
qeyd  edilirdi  ki,  sülh  şəraitində  Bosfor  və  Dardanel  boğazları 
bütün dövlətlərin gəmiləri üçün bağlı hesab edilir. Bu isə şərq 
175 


məsələsində Fransanın rolunu heçə endirirdi. Belə olduqda Paris 
başa  düşürdü  ki,  dörd  dövlətin  birgə  fəaliyyətinə  qarşı  çıxa 
bilməyəcəkdir.  Odur  ki,  Məhəmməd  Əliyə  köməklik  etmək 
fikrindən əl çəkmişdir. 
Rusiya-İngiltərə  münasibətlərinin  inkişafı.  Belə  bir 
mürəkkəb  dövrdə  Rusiya  İngiltərə  ilə  yaxınlaşmaq  üçün  yollar 
axtarırdı.  Bu  məqsədlə  I  Nikolay  1844-cü  ilin  may  ayında 
Londona  gəlmişdi.  O,  İngiltərənin  baş  naziri  C.EIerdin  ilə 
söhbətində  Türkiyənin  ağır  vəziyyətdə  olduğu  barədə  söhbət 
açmış və Türkiyə məğlub olduğu şəraitdə kimə nə çatacağı barədə 
müzakirə aparmışdır. O, açıq-aşkar qeyd etmişdir ki, belə olduqda 
Konstantinopolu heç kəsə verməyəcəkdir. 
Bu  fikri  1946-cı  ildə  (dekabrda)  Vyanada  Metternix  ilə 
söhbətində  də  demişdir.  Fransanın  Misir  və  Suriyaya  qarşı 
maraqlarına  gəldikdə  I  Nikolay  İngiltərəyə  təklif  edirdi  ki, 
Türkiyə məğlub  olduğu  şəraitdə kimə nə çatması barədə təqribi 
razılığa  gəlmək  lazımdır.  Britaniyanın  Xarici  İşlər  Naziri  R.Pil 
bildirmişdi ki, belə olduqda İngiltərə Misiri götürməyə üstünlük 
verir.  I  Nikolay  Peterburqa  qayıdan  kimi  bütün  bu  şifahi 
söhbətləri yazılı sənədə çevirməyi qərara aldı. Lakin onun bu fikri 
baş tutmadı. 1946-cı ilin yayında İngiltərədə Nazirlər Kabinetində 
Ç.Rasseli  R.Pill  əvəz  etmişdir.  Q.Pal-  merston  isə  dövlət  katibi 
olmuşdur.  Palmerston  Avropa  işlərində  və  Şərqdə  Rusiyanın 
rolunun artmasını istəmirdi. 
Elə  həmin  vaxtlar  Avropa  dövlətlərində  inqilabi 
hərəkatlar  genişlənirdi.  Prussiya  və  Avstriya  rəhbərləri  inqilabi 
hərəkatların  yatırılmasında  ancaq  I  Nikolaya  ümid  edirdilər. 
Nəhayət,  1848-ci  ildə  Avropa  dövlətlərində  çox  güclü  inqilabi 
hərəkatlar başlanmışdır. 
176 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə