IX
Fəsil.
1848-
Cİ İL İNQİLABİ VƏ KRIM
MÜHARİBƏSİNİN BEYNƏLXALQ
MÜNASİBƏTLƏRƏ TƏSİRİ
1848-Cİ il fevral ayının 22-də Fransada fəhlələr, tələbələr
və peşə məktəblilərinin güclü çıxışları başlanmışdır. Bu inqilabi
hərəkatlar genişlənərək Avstriyaya, Prussiyaya, Alman İttifaqının
bütün şəhərlərinə yayılmışdır. Avstriyanın baş naziri Mettemix
qaçmışdır.
I Ferdinand hakimiyyətdən düşmüşdür.
18 yaşlı Frans
İosif Avstriyanın imperatoru olmuşdur. Martın 15-də
Macarıstanda inqilab olmuşdur. 1848-
1849-
cu illərdə beynəlxalq münasibətlərdə silahlı mübarizələr
diplomatiyanı əvəz etmişdir.
Avstriya — Alman münasibətləri. Alman dövlətlərində
olan çıxışlar Prussiyaya birləşmək uğrunda gedirdi. Alman
dövlətlərində və İtaliyanın şimalında inqilabi hərəkatların artması
artıq Avstriya hakim dairələrini məcbur edirdi ki, üsyan edən
macarlarla olan rəftarı zəiflətsinlər.
İnqilab istəməyənlər Avstriya ətrafında birləşməyi
nəzərdə tuturdular. Belə bir mürəkkəb şəraitdə Alman
dövlətlərində Milli Məclisə seçkilər keçirilirdi. Birinci iclas 18
may 1848-ci ildə
Mayn üzərində Frankfurtda keçirilmişdir. Bu
vaxt Avstriyanın yeni baş naziri knyaz Şvarsenberq Frankfurt
parlamentinə nota göndərmişdir. O qeyd edirdi ki, birinci
Avstriyanın məqsədi Avstriya imperiyası ilə tam vahid şəklə
düşməkdir.
İkinci
Avstriya
imperatoru
Almaniyanın
konstitusiyasında müəyyən dəyişiklik etmək hüququ qazanarsa
Almaniyanın konstitusiyasını tanıyacaqdır. Aydındır ki, bu nota
Alman İttifaqı ilə Avstriya arasındakı münasibətlərin pisləşməsinə
səbəb olmuşdur. Alman imperiyası yaradılmasında mərkəz kimi
Prussiyanın rolu isə nisbətən artmışdır.
Elə bu
177
vaxtdan da Alman dövlətlərinin birləşdirilməsində O,
Fon
Bismarkın rolu artmışdır.
Avstriya və Rusiya münasibətləri. Avstriyanın imperatoru,
Frans İosif və yeni baş nazir
Şvarsenberq həmişə özlərinin
iqtisadi və siyasi inkişaf planlarını Rusiya ilə əlaqələndirirdilər.
Çətin vəziyyətə düşən Avstriya Macarların üsyanını yatırmaq
üçün Rusiyadan köməklik istəyirdi. Peterburqa bu barədə vahid
fikir yox idi. Bir qisim diplomatlar Avstriyaya kömək etməyin
əleyhinə idi. Çünki lazım gələndə onlar Rusiyaya kömək
etmirdilər. Buna baxmayaraq, 1849-cu il ilin may ayında I
Nikolay öz əsgərlərini Avstriyaya göndərmişdir. Beləliklə,
Qabsburq monarxiyası macar üsyançılarından azad edildi. Daha
doğrusu, Rusiya öz düşmənini inqilabçılardan azad etmişdir.
Buna baxmayaraq sonralar Avstriya dəfələrlə Rusiyaya qarşı əks
mövqedə çıxış etmişdir. Macarların da ruslara qarşı inamı
pisləşmişdi.
1850-
ci il London və Olmyus müqaviləsi. Çoxlu
miqdarda olan Alman dövlətlərinin birləşdirilməsi məsələsi
həmişə gündəlikdə dayanırdı. Avropa dövlətləri isə buna yol
vermirdilər. Odur ki, 1850-ci il avqust ayının 2-də
Böyük
Britaniya, Fransa, Rusiya və Avstriya Londonda Alman
dövlətlərinin birləşməsi əleyhinə müqavilə imzalamışlar. Bu dörd
dövlət
belə qərara gəlmişlər ki, Danimarkanı Qolşteynə versinlər.
Bununla da Prussiyanın işini çətinləşdirməli olurdular. Sonra
yenə də Avstiya - Macar münaqişəsi şəraitində 1850-Cİ il noyabr
ayının 29-da Avstriya ilə Prussiya arasında
Olmyus müqaviləsi
imzalanmışdı. Avstriya Rusiyanın köməkliyi ilə Almaniyanın
bəzi şəhərlərində olan inqilabi üsyanları yatırda bilmişdir.
Beləliklə, Rusiyanın və bəzi dövlətlərin köməkliyi ilə
Almaniyanın birləşməsinə yol verməmişdir.
1S50-Cİ illərdə Rusiya diplomatiyasının bəzi məqamları.
Demək olar ki, 50 ilə qədər Rusiya ordusu
ən güclü ordu olmaqla
bir çox hərbi və diplomatik nailiyyətlər əldə etmişdir. Həmin
dövrdə İngiltərə və Fransa Rusiyanın
xarici siyasi
178