mşıqlai'da-Dunay knyazlığına münasibət; Dunayda gəmilərin
sərbəst üzməsi; Qara dənizin neytral adlandıniması; xristianlara
münasibət və digər məsələlər də müzakirə edilmişdir.
Beləliklə,
1856-cı il mart ayının 30-da Paris sülh müqaviləsi
imzalanmışdı. Müqavilənin şərtlərinə əsasən Rusiya Kars
şəhərini Türkiyəyə qaytarmış, Fransa, İngiltərə və Sardiniya isə
Sevostopol, Balaklavu, Kamış, Evpatoriya, Kerç, Yeni Kala,
Kinburn və s. əraziləri Rusiyaya qaytarmalı olurlar.
Türkiyə sultam Türkiyədə yaşayan bütün xalqlar üçün
bərabər hüquq yaradılması barədə fərman verir. Beləliklə, Rusiya
Qara dənizdəki limanlardan məhrum olmuşdu. Eləcə də Valaxiya,
Moldova və Serbiya üzərindəki protektorat hüququnu itirmişdi.
Rusiya Qara dənizdəki flotundan məhrum edilmişdir.
Beləliklə, Krım müharibəsi 1853-cü ilin oktyabr ayından
1856-cı ilin fevral aymadək davam etmişdir. Burada Rusiyaya
qarşı Türkiyə, İngiltərə, Fransa və Sardina krallığı birgə
vuruşurdu. Krım müşaribəsini 4 mərhələyə ayırmaq olar.
Birinci mərhələ - 1853-cü ilin oktyabrından 1854-cü ilin
mtırt. ayına qədər olan dövrü əhatə edir. Bu mərhələdə Türkiyə
Rusiyaya müharibə elan etmiş, İngiltərə və Fransa müharibəyə
qoşulmuşlar;
İkinci mərhələ -1854-cü ilin mart ayından avqust
aymadək olan dövr. Bu mərhələdə İngiltərə ilə Fransa Dunay
knyazhğmda Rusiyaya qarşı fəal mübarizə aparmışlar.
Üçüncü mərhələ -1854-cü ilin sentyabr ayından 1855- ci
ilin avqust aymadək olan dövrdür. Bu mərhələ əsasən
Sevostopolun müdafiəsi xarakterizə edilir.
Dördüncü mərhələ -1855-ci ilin sentyabr ayından
1856-
cı ilin fevral aymadək olan dövrdür.Bu mərhələdə Parisdə
rəsmi sülh danışıqları başlanmışdı.
Krım müharibəsindən qalib çıxdılar. İngiltərə Rusiya
əleyhinə möhkəm koalisiya yarada bilmədi.
182