Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova



Yüklə 4,61 Kb.
Pdf görüntüsü
səhifə51/54
tarix19.11.2017
ölçüsü4,61 Kb.
#11109
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   54

 
269
zün daxilinə düşür. Qüzehli qişada həlqəvi və radial 
(uzunsov) əzələlər yerləşir. Həlqəvi əzələlər parasimpatik, 
radial  əzələlər isə simpatik sinir lifləri ilə innervasiya 
olunur. 
 
Bəbəyin işığa qarşı reaksiyası.  Əgər gözün 
qarşısında qaranlıq mühit yaradıb, sonra işıq şüasının gözə 
düşməsinə  şərait yaratsaq, qaranlıq mühitdə genişlənmiş 
bəbəyin daralaraq əvvəlki normal vəziyyətinə qayıtdığını 
müşahidə etmək olar. 
 Adrenalin 
və atropin qüzehli qişanın saya əzələsinə 
təsir edir (adrenalin simpatik sinir sisteminin mediatoru 
kimi, atropinin isə xalinoreseptorları blokada edən amil 
kimi) və  bəbəyin genişlənməsinə  səbəb olur. Bu effekt 
həm tam orqanizmdə, həm də təcrid edilmiş göz almasında 
özünü göstərir.  
 Lazım olan material və avadanlıqlar: 2 qurbağa, 
iki dovşan, saat şüşəsi, göz pipetkası, fizioloji məhlul, 
adrenalin 1:1000, atropin 1:200. 
 
İşin gedişi: Qurbağanı  hərəkətsizləşdirib, hər iki 
göz almasını  çıxarıb, saat şüşəsi içərinə qoyub, fizioloji 
məhlul ilə yuyuruq. Bir neçə dəqiqədən sonra gündüz işı-
ğında bəbəyin dairəsini ölçürük, sonra bir gözə 2 damcı 
adrenalin məhlulu tökürük. Bu zaman bəbəyin kəskin 
böyüməsi müşahidə edilir. İkinci qurbağanı 
hərəkətsizləşdirib uyğun təcrübəni atropin vasitəsilə 
aparın. 
 2. 
Təcrübəni dovşanlar üzərində aparıb, sağ  və sol 
gözün bəbəyinin məsaməsinin ölçüsünün eyni olmasını 
qeyd edin. Dovşanlardan birinin sol gözünə pipetka 
vasitəsilə 1 – 2 damla adrenalin, digərinin gözünə isə bir o 
qədər atropin tökün. 10 – 15 dəqiqədən sonra hər iki gözün 
bəbəyinin eninin ölçüsünü yoxlayın. Hər iki dovşanın sol 
 
270
gözünün bəbəyinin böyüdüyünü müşahidə edəcəksiniz. 
 
 
 
75 saylı  iş. Qurbağanın yarımdairəvi kanallarının 
bədənin müvazinətinin ənzimində rolu 
 
 
 
Bədənin müvazinət analizatorunun reseptor şöbəsi 
daxili qulağın labirintinin dəhliz cihazında yerləşir. 
Axırıncıya iki torbacıq və üç yarımdairəvi kanallar aid 
edilir. Dəhliz cihazı göz, dəri və  əzələ analizatorları ilə 
birlikdə heyvanda və insanda başın və  bədənin fəzada və 
məkanda vəziyyətinin və hərəkətinin sürətini təmin edir. 
 
Lazım olan material və avadanlıqlar:  Qurbağa, 
şüşə banka, efir, qablar, tənzif, bint, pambıq tampon. 
 
İşin gedişi: Qurbağanı arxası üstə mantar lövhəyə 
bərkidirik. Salfetka vasitəsilə aşağı çənəsindən tutub aşağı 
dartıb, ağzını geniş açırıq. Ağız boşluğunun dibinin selikli 
qişasını lansetlə  kəsib, kənarlarını aralayırıq. Kəllə 
əsasında damar dəstəsinin yanında gicgah sümüyünün 
təpələri görünür. Bu təpələrdən birini alətlə deşib, əyilmiş 
ucu olan iynəni açılmış deşiyə daxil edib labirinti pozuruq. 
Qurbağanın başı  və  bədəni zədələnmiş  tərəfə  əyilir, suda 
həmin tərəfə dairəvi üzmə  hərəkət edir. İkinci labirinti 
pozduqdan sonra bədənin vəziyyəti düzəlsədə, suda üzən 
zaman hərəkətin tənzimində pozğunluqlar aydın müşahidə 
edilir.  
 
 
76 saylı  iş. Qıcığın qüvvəsi və hissiyyatın intensivliyi 
arasındakı asılılığın təyini (Veber-Fexner 
qanunu) 


 
271
 
 Reseptorların oyanması qüvvələr münasibəti 
qanununa tabedir. Belə ki, qıcığın qüvvəsi müəyyən həddə 
qədər artdıqca, reseptorun verdiyi cavab da o nisbətdə 
yüksəlir (Veber, 1934). Qıcığın qüvvəsi ilə hissiyyatın 
intensivliyi arasındakı nisbət aşağıdakı formulaya əsasən 
hesablanır: 
2
1
P
P
K

=
 
Burada 
1
P

-qıcığın artma qüvvəsi, 
2
P
-qıcığın ümumi 
qüvvəsi, K-hissiyyatın intensivliyini göstərir.  
 
Təcrübə ilə müəyyən edilmişdir ki, hər 100 q-a ən 
azı 3 q əlavə edilməlidir ki, dəriyə təsir edən yeni ağırlıq 
hiss edilsin. 
 Tutaq 
ki, 
dəridə olan baroreseptorlar 100 q qıcıq 
təzyiqindən oyanır.  Əgər həmin ağırlığa 2q-da əlavə 
olunarsa, bu əlavəyə qarşı baroreseptorların oyanması 
müşahidə edilmir. Lakin əlavə  ağırlıq 3 q, ya daha artıq 
olduqda qıcıq hiss ediləcəkdir.  Əvvəlcədən 200 q ağırlıq 
təsir etməkdədirsə, əlavə 6 q ağırlıq olmalıdır. Əvvəlcədən 
600 q ağırlıq təsir göstərməkdədirsə,  əlavə yük hər 100 
qrama 3 q olmaqla 18 q-dan az olmamalıdır. 
 Fexner 
bu 
hadisəni yoxlayarkən müəyyən etmişdir 
ki, qıcıq qüvvəsi və reseptorun oyanması arasındakı 
asılılıq nisbidir. Çünki reseptorların adaptasiyası (qıcığa 
«adət etmək») xüsusiyyəti də vardır. Qıcığın loqarifmik 
artımı ilə hissiyyatın intensivliyi arasındakı münasibət 
aşağıdakı formula ilə ifadə edilir: 
 
b
log
a
+
=
R
S
 
Burada S-hissiyyatın intensivliyi, R-qıcığın qüvvəsi, a və 
 
272
b-sabit kəmiyyətdir. 
 Lazım olan vəsait: əşya şüşəsi və müxtəlif ağırlıqlı 
çəki daşları. 
 
İşin gedişi: 
 
Müayinə edilən  şəxs  əyləşib gözlərini yumur və 
əlini masanın üzərinə barmaqları açılmız vəziyyətdə qo-
yur. Barmaqların ucuna əşya  şüşəsi,  şüşənin üstünə isə 
çəki daşları qoymaqla hansı  ağırlıq təzyiqinin hiss olun-
duğu qeydə alınır. Sonra tədricən yükü artırır və müayinə 
edilən adamdan təzyiqin artdığını hiss edib, etmədiyini 
soruşurlar. Təcrübəni müxtəlif yüklər qoymaqla bir neçə 
dəfə təkrarlayır, hissiyyatın qıcıq qapısını və intensivliyini 
(K) müəyyən edirlər. 
 
 
77 saylı iş. Dad hissiyyatının öyrənilməsi 
 
 Dad 
hissiyyatı dilin, qismən yumşaq damağın, 
udlağın arxa divarının və  qırtlaq qapağının reseptorlarına 
acı, şirin, turş və şor qidalar təsirilə baş verən hissiyyatdır. 
Dilin ucunda, kökündə  və  kənarlarında olan reseptorlar 
dadı 
fərqləndirməkdə, xüsusilə mühüm fizioloji 
əhəmiyyətə malikdir. 
 Qidanın və ümumiyyətlə, hər hansı maddənin 
dadının hiss olunması üçün o, mayedə həll olmalıdır. 
 Lazım olan vəsait:  göz pipetkası, stəkan, 0,5%-li 
xinin hidroxlorid məhlulu, 1%-li limon turşusu və ya 
tartarat turşusu məhlulu, qənd, innab yarpağı. 
 
İşin gedişi: 
 
Təcrübə iki tələbə üzərində aparılır.  Əvvəlcə dil 
səthinin müxtəlif sahələrinə pipetka vasitəsilə 
məhlullardan növbə ilə damızdırırlar. Hər maddənin 


Yüklə 4,61 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə