Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə56/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   52   53   54   55   56   57   58   59   ...   69

Eşq dənizləri qovuşanda 
 
173 
X X I I   F Ə S İ L  
Anadolu çaxnaşır 
Konya əhalisinin moğol qırğınından xilas olması onların 
Aşiqlər sultanı Mövlana Cəlaləddin Rumiyə olan sevgisinin 
birə-beş artmasına səbəb olmuşdu. Hətta bu xəbər ölkənin 
hüdudlarını da aşmışdı. Bir gün dostlarından biri Mövlana-
ya  onun  şöhrətinin  günü-gündən  genişlənən  hüdudların-
dan bəhs etdi. Lakin Mövlana Cəlaləddin bu şöhrət məsələ-
sini heç cür qəbul etmirdi. Buna görə də o, dostunun dediyi-
nə cavab olaraq, – artan mənim şöhrətim deyil, mənim duy-
ğularımın,  əqidəmin,  amalımın  düzgün  qavranılmasıdır, 
düşüncələrimin insanları doğru yola istaqəmətləndirdiyinin 
düzgün  anlaşılmasıdır,  –  dedi.  Təbii  ki,  Mövlana  müsəl-
manları, xristianları, yəhudiləri, atəşpərəstləri, bütpərəstləri, 
hətta milli mənsubiyyətindən  asılı  olmayaraq allahsızları, 
heç nəyə etiqadı olmayanları belə cəsarətlə ümid və xeyir-
xahlıq dərgahına dəvət edirdi. Zamanın siyasi keşməkeşləri 
ilə əlaqədar olan çətinliklərə baxmayaraq təsəvvüf söhbətlə-
ri və  mövləvi ritualları,  Səma rəqsləri ardıcıl  keçirilir,  mü-
ridlər, möminlər Mövlana Cəlaləddinin sehrindən uzaqlaş-
maq belə istəmirdilər... 
Həmin dövrdə Konya ətrafı gerçəkdən savaş meydanı-
na,  müharibə  “bazar”ına  çevirilmişdi.  Bu  zaman  Kəriməd-
din Qaraman bəyin başçılığı altında Oğuzların Afşar boyu-
na mənsub olan Qaramanoğullarının da mücadiləsi davam 
edirdi. Kəriməddin Qaraman bəy 1255-ci ildə atası Nura Su-
finin  vəfatından  sonra tayfalarına  başçılıq  etməyə  başladı. 
Səlcuqluların  moğol  hökmranlığı  altında  olmasına  baxma-
yaraq, Kəriməddin Qaraman bəy sərbəst hərəkət edir, eyni 


Elbəyi CƏLALOĞLU 
174 
zamanda  böyük sürətlə  döyüş  gücünü  artırmaqdaydı.  IV 
Rüknəddin Kılıçarslan Kəriməddin bəyin uğurlarından eh-
tiyat etdiyindən  onun  zəbt etdiyi torpaqları  özünə  verdi, 
hətta qardaşı Bonsuzu Konyaya gətirərək ona candarlık ver-
di.  Bu  zaman  –  1256-cı  ildə  Qaramanoğullarının  mərkəzi 
olan  Larəndə  şəhərinin  adı  dəyişdirilərək  “Qaraman”  ad-
landırıldı.  Lakin  Qaramanoğullarının  Səlcuqlu sultanı  ilə 
xoş münasibətləri uzun çəkmədi. Qaraman bəyin II İzəddin 
Keykavusu dəstəkləməsi bunun başlıca səbəbi oldu. Bu çə-
kişmənin nəticəsi olaraq Sultan Kılıçarslan Qaramanın rəh-
bərliyini özünə bağlı olan Hacı Bəylərə verdi. Bundan sonra 
Qaraman bəy qoşun yeridərək Qaraman şəhərini ələ keçirdi 
və Hacı Bəyləri öldürtdü... 
Qarmaqarışıqlığa  səbəb  olan  hadisələrdən  biri  də  IV 
Rüknəddin Kılıçarslanın Antaliyada, Əlaiyyədə və Dənizli-
də yaşayan türkmənlərin üzərinə Muinəddin Süleyman Pər-
vanənin başçılığı altında səlcuqlu-moğol birləşmələrini gön-
dərərək Məmməd və İlyas bəyi öldürtməsidir. Qaraman bəy 
1261-ci ilin əvvəlində Keykavusu taxta gətirmək məqsədilə 
iyirmi minlik ordu ilə Konya üzərinə yeridi. Bu zaman Key-
kavusun tərəfində olan konyalılar isə türkmənləri dəstəklə-
yirdilər. Lakin Muinəddin Pərvanə Gevele qalası yaxınlığın-
da türkmənləri məğlub edərək Kəriməddin bəyin qardaşları 
Zeynəlhəc və  Bonsuzu  əsir götürdü.  Sultan  Kılıçarslan  hə-
min  əsirləri Qars qalasında  edam  etdirdi.  Qaraman  bəy 
1261-ci ilin sonunda vəfat etdikdən sonra Sultan Kılıçarslan 
Qaraman və Ermənək elinə qazi Hoteninin oğlu Bədrəddin 
İbrahimi təyin  etdi.  Bədrəddin  bəy Kəriməddin  Qaraman 
bəyin  oğullarından  Məmməd,  Mahmud,  Qasım  və  Xəlil 
bəyləri yaxalayıb  Gevele qalasında  həbs etirdi.  Lakin  IV 
Rüknəddin Kılıçarslan vəfat edib, yerinə kiçikyaşlı oğlu III 
Qiyasəddin Keyxosrov keçdikdə Muinəddin Süleyman Pər-
vanə  türkmənlərin  üsyana  qalxacağından  ehtiyatlanaraq 
onları azad etdirdi. Bundan sonra Qaramanlıların başına ke-
çən  Məmməd  bəy Qaramanoğlu Bədrəddin  İbrahimin 
adamlarını öldürməklə bir çox ərazilərə sahib oldu. O, Göy-


Eşq dənizləri qovuşanda 
 
175 
su vadisində  İbrahimi məğlub  edərək  onu  qaçıb  Ermənək 
qalalarından  birində  gizlənməyə  məcbur etdi.  Qaramano-
ğullarının  Muinəddin  Pərvanənin  dayısı  Xoca  Yunusu  da 
məğlub etməsi  xalq arasında  onların  şöhrətinin  artmasına 
səbəb oldu.  Beləliklə,  Məmməd  bəy Səlcuqlu  xəzinəsinə 
ödənən vergini kəsdi. Məmluk sultanı Rüknəddin Bəybarsa 
güvənən Məmməd bəy moğolları ölkədən çıxarmaq məqsə-
dilə  moğollara üsyan  edən  Niğdə  əmiri  Xatiroğlu  Şərafəd-
din ilə birləşdi və kömək üçün xeyli türkmən döyüşçülərini 
Niğdəyə göndərdi. Məmməd bəy bu uğurlarını Misir və Su-
riyaya hakim olan Türk Memluk sultanı Rüknəddin Baybar-
sa bildirdi. Bu aralıqda Niğdə əmiri Şərafəddinin düşmən-
lər tərəfindən yaxalanıb edam edilməsi vəziyyəti bir qədər 
çətinləşdirdi. Lakin Sultan Bəybarsın Anadolu üzərinə gəl-
mək üzrə  olduğu  xəbərini  alan  Məmməd  bəy  bundan  çox 
məmnun oldu... 
1277-ci ilin əvvəlində Sultan Rüknəddin Bəybars qoşun-
larını toplayıb Hələbdən Anadolu üzərinə hərəkət etdi. Mo-
ğollardan xilas olmaları üçün Səlcuqluların da istəyi elə bu 
idi.  Sultan  Bəybarsın  bu  gəlişindən  cəsarətlənən  Məmməd 
bəy qoşunlarını Ağsaray üzərinə yeritdi... 
Həmin vaxt Anadolunu idarə edən Muinəddin Pərvanə-
nin  siyasi gedişi  əhalini  çaşbaş  saldı.  O,  ölkəni  əldə  saxla-
maq üçün moğollardan dəstək alsa da əsas məqsədi Məm-
luklara sığınıb ölkəni moğollardan təmizləmək idi. Apardı-
ğı ikibaşlı siyasət Süleyman Pərvanənin özünü şübhə altına 
alırdı. Buna görə də o, Məmluklara da tam inana bilmirdi. 
Bu səbəbdən Sultan Bəybars Anadolu üzərinə hərəkət edən-
də  Muinəddin  Pərvanənin  başçılıq  etdiyi Səlcuqlu qoşunu 
ilə  Toxu  Noyanın  başçılıq  etdiyi moğol  qoşunu  da  Qeysə-
riyyədən ona qarşı yeridilər. Ordular Elbistan düzənliyində 
qarşı-qarşıya gəldilər. Bu zaman Süleyman Pərvanənin baş-
çılıq  etdiyi  Anadolu qoşunları  döyüşməyərək Sultan  Bəy-
barsın  tərəfinə  keçdilər.  Yaranmış  vəziyyətdən  faydalanan 
Məmluklar Toxu  Noyanın  başçılığı  altında  olan  moğolları 
qılıncdan  keçirdilər. Pərvanə  isə  əvvəlcə  Qesəriyyəyə,  ora-


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə