ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   11   12   13   14   15   16   17   18   ...   59

təbəqədən olan adamların söhbət etməyə üç mövzusu var idi: din, siyasət və ticarət. Müharibə bütün 
bu sahələri  əhatə edirdi. Müharibədən istədiyin zaman, istədiyin yerdə  və istədiyi qədər danışa 
bilərdin. Çünki bu mövzunu dinləməkdən heç kim yorulmaq bilmirdi. 
- Qoçum – dedim. Bizim dostlarımız Yaponiya imperatoru, hindistan Kralı, İngiltərə kralı, Serbiya 
kralı, Belçika Kralı və Fransa respublikasının prezidentidir. 
Qoçu bu söhbətdən narazı halda dodaqlarını büzdü: 
- Fransa respublikasının prezidenti axı sivil bir adamdır. O necə döyüş meydanına gedib, müharibə 
apara bilər? 
- Bilmirəm, bəlkə öz yerinə generallarından birini göndərəcək. 
- Adam gərək müharibəni özü aparsın, başqasının ümidinə qoymasın. Yoxsa, müharibənin sonu heç də 
xeyirli olmaz. 
Qoçu yorğun baxışlarla faytonçumuzu süzüb, səriştəli adam kimi danışmağa başladı: 
- Çar balacaboy, cılız bir adamdır. Kayzer Gilyom isə  əksinə, iri gövdəli və güclüdür. O, elə ilk 
döyüşdə çarın öhdəsindən gələcək. 
Bu sadəlövh qoçum elə bilirdi ki, müharibəni başlamaq üçün iki düşmən ölkələrinin hökmdarları 
atlarına minərək onları bir-birlərinin üzərlərinə sürəcəklər və müharibə də belə başlayacaqdır. Əslində 
müharibənin belə başlamadığını söyləyərək onu inandırmağa çalışmaq mənasız idi. Kayzer Gilyom çarı 
vurub yıxandan sonra şahzadə meydana çıxmalıdır. Şahzadə isə çox gənc, üstəlik də xəstədir. Halbuki, 
gilyomun aslan kimi altı sağlam və qolu qüvvətli oğlanları vardır. 
Mən onun bədbinliyini sovuşdurmağa çalışdım: 
- Gilyom ancaq sağ əli ilə vuruşa bilər, çünki onun sol qolu şikəstdir. 
- Eh, bunun heç bir əhəmiyyəti yoxdur. Sol əl ona yalnız atın yüyənini tutmaq üçün lazım olacaqdır. 
Vuruşmaq üçün isə ona sağ əl lazımdır, 
Qoçum dərin düşüncələrə daldığı üçün alnında cizgilər əmələ gəlmişdi. O birdən-birə soruşdu: 
- Kayzer Frans Yozefin doğrudan mı yüz yaşı var? 
- Dəqiq deyə bilmərəm. Amma çox qoca olduğu şübhəsizdir. 
- O yaşda bir qocanın atına minib qılıncını çəkərək vuruşması dəhşətdir – deyə qoçum dilləndi. 
- Allah onun yardımçısı olsun. 
- Amma, onun vuruşmasına lüzum yoxdur. 
Necə yəni lüzum yoxdur? 
- Ona görə ki, onunla Serbiya Kralı arasında qan davası vardır. İndi onlar bir-birlərilə qan 
düşmənləridirlər. Kayzer Frans Yozef də öz vəliəhdinin tökülən qanının intiqamını almalıdır. Bizim 
kəndlilərdən biri olsaydı, yəqin ki, yüz beş inəklə bir ev verib qan pulunu ödəyə bilərdi. Amma Kafzer 
tökülən qanı bağışlaya bilməzdi. Əgər hamı tökülən qanı bağışlamalı olsaydı, ondan sonra qan davası 
tezliklə aradan qalxardı. Qan davası da olmasa, ölkə tənəzzül edər. 
Qoçum haqlı idi. Avropalılar nə deyirlər desinlər, qan davası dövlət quruluşunun və insan davranışının 
ən önəmli təməlini təşkil edirdi. Əlbəttə, yaşlı və müdrik kişilər əlavə qan tökülməməsi üçün yalvarıb 
yaxarırdılar ki, axıdılan qanın əvəzində böyük miqdarda pul alıb onları bağışlasınlar. Amma tökülən 
qan davasının əsasını mühafizə etmək lazımdır. Əks təqdirdə tökülən qanların sonu haraya çatardı? 
Bəşəriyyət millətlərə deyil ailələrə bölünmüşdü. Ailələr arasında isə Allahın buyuruğuna və kişilərin 
güclü inamına əsaslanan bir müvazinət vardı. Kobud zorakılıq nəticəsində bu müvazinət pozularsa. 
Allahın buyuruğuna qarşı gedən ailə  də bir üzvünü qurban verməlidir. Bu yolla da müvazinət bərpa 
olunur. Ancaq, qan qisasını yerinə yetirmək bir az çətin işdir. Çox vaxt qisas alan adamın gülləsi hədəfə 
dəymir, ya da onun gülləsi lazım olandan daha çox adam öldürür. Ondan sonra qan davası davam edir. 
Qan qisasının əsası isə doğru və aydındır. Qoçum məni çox yaxşı başa düşürdü və razılıq ilə başını 
yırğalayırdı. Öz vəliəhdinin tökülən qanının intiqamını almaq üçün yüz yaşı olan Kayzer Yozef atına 
minib davaya hazırlanması gözəl və ədalətli bir hərəkət idi. 


-  Əli xan, əgər Kayzer ilə Serbiya kralı qan üstündə döyüşmək istəyirlərsə, başqa hökmdarlar bu işə 
niyə qarışırlar? - deyə qoçum dilləndi. 
Bu sual çox çətin sual idi, özüm də bu suala cavab tapa bilməzdim...- Buraya bax, - deyə sözə başladım, 
-bizim çar da Serbiya Kralının səcdə etdiyi Tanrıya itaət edir, elə ona görə  də çara kömək edirdi. 
Mənim fikrimcə Kayzer Gilyomla digər düşmən krallar və imperatorlar qohumdurlar. İngiltərə kralı 
çarla qohumdur. Beləliklə, hər şey zəncir kimi biri-birilə bağlı olur.  
Mənim cavabım qoçumu qane etmədi. Çünki Yaponiya imperatoru çarın Tanrısından tamamilə fərqli 
olan bir Tanrıya itaət edirdi. Fransada hökmdarlıq edən o müəmmalı mülki şəxsin isə heç bir 
hökmdarlarla qohumluğu olmayacağına qoçum əmin idi. Bunlar hələ bir yana, qoçumun fikrincə, 
Fransada tanrı deyilən bir varlıq da yox idi. Deməli fransızlar allahsızdı. Ona görə  də, o ölkəyə 
respublika deyilir. 
Bütün bunlar mənə  də qaranlıq idi. Qoçuma qeyri-müəyyən bir şəkildə cavablar verib soruşdum ki
görəsən mənim igid qoçum müharibəyə gedəcəkdirmi? Qoçum xülyalı baxışlarla silahlarına baxdı. 
- Bəli, - deyə cavab verdi – təbii ki, mən müharibəyə gedəcəyəm. Amma bilirsən ki, mən müharibəyə 
getməyə  də bilərəm. Çünki biz müsəlmanlar hərbi xidmətdən azadıq. Ancaq ona baxmayaraq mən 
yenə də müharibəyə getmək istəyirəm, – deyə sadəlövh qoçum birdən-birə həyəcana gəldi. - Müharibə 
yaxşı şeydi. Müharibənin sayəsində çox səyahət etmək və uzaq diyarlara getmək mümkün olacaqdı. 
Qərbdə küləklərin vıyıltısını eşidəcək və düşmənlərin tökdükləri göz yaşlarını görə biləcəyəm. 
Müharibəyə getsəm mənə bir at və bir tüfəng verəcəklər. Mən silah dostlarımla birlikdə tutduğumuz 
kəndlərin içərisindən böyük ruh yüksəkliyi ilə keçəcəyik. Müharibədən qayıdanda isə özümlə çoxlu 
pul gətirəcəyəm, qəhrəman olduğum üçün hamı mənim qəhrəmanlığımı bayram edəcək. Əgər həlak 
olsam,  əsl kişi kimi döyüş meydanında qəhrəmancasına həlak olacağam. O zaman da hamı mənim 
qəhrəmancasına həlak olmağımdan danışacaq, oğluma və atama böyük hörmət göstərəcəklər. Kimə 
qarşı olursa-olsun müharibə yaxşı şeydir. Kişi gərək ömründə heç olmasa bir dəfə müharibəyə getsin. 
Qoçum durmadan şövqlə danışırdı. O, düşmənlərinə vuracağı yaralardan danışır və  hətta xəyalında 
artıq hərbi qənimətlərini də görürdü. Onun gözləri getdikcə artan ehtirasdan parlayırdı, qarayanız 
sifəti isə ilahi “Şahnamə” əsərinin səhifələrindəki əfsanəvi cəngavərlərinin simasını xatırladırdı.  
Mən həqiqətən ona qibtə edirdim, çünki o nə edəcəyini dəqiq bilən sadə bir adamdı. Mən isə 
gələcəyə xəyalpərəstlik və qərarsızlıqla baxırdım. Mən rus imperator gimnaziyasında oxuduğum zaman 
tələb olunandan da artıq oxumuşdum. Rusların xəyalpərəsliyi mənə də keçmişdi. 
Gəlib Dəmir yol stansiyasına çatdıq. Gürcüstandan olan qadınlarla, uşaqlar, qocalar və Zaqataladan 
gəlmiş köçərilər stansiyanın binasına dolmuşdular. Onların haradan gəlib və haraya getmək 
istədiklərini bilən yox idi. Elə bil bunu heç özləri də bilmirdilər. Onlar palçıq topaları kimi dinməz-
söyləməz yerdə otururdular, ya da ki, hansı istiqamətə getməsindən asılı olmayaraq gələn qatarlara 
hücum edib vaqonlara doluşurdular. Əynində qoyun dərisindən cırıq kürk olan bir qoca gözləmə 
zalının qapısında oturub hönkür-hönkür ağlayırdı. O, İran sərhədindəki Lənkəran şəhərindən idi. Ona 
elə  gəlirdi ki, onun evi yanıb yerlə yeksan olmuş, uşaqları da ölmüşlər. Ona dedim ki, İran bizimlə 
müharibə aparmır. O, ümidsiz halda mənə baxıb dedi: “Yox, ağa İranın qılıncı uzun illərdi ki, 
paslanmışdı. İndi isə o qılıncı yenidən itiləyiblər. Gecələr bizə basqın edəcəklər, Şahsevənlər də 
evlərimizi yerlə-yeksan edəcəklər, çünki biz kafirlər imperiyasında yaşayırıq. İran aslanı ölkəmizi 
xarabazara çevirəcək. Qızlarımız kölə, oğlanlarımız da İran şahpərəstlərinin oyuncağı olacaq”.Qocanın 
mənasız fəryadları davam edirdi. Qoçum qarışıqlıqda camaatı itələyə-itələyə vaqona minmək üçün yol 
açırdı. Çox böyük əziyyətdən sonra nəhayət vaqona minə bildik. Konduktora pul verəndən sonra o 
bizə bir kupe açdı. Biz də sakitləşib oturduq. Lokomotivin küt siması Nuh əyyamından qalma əjdahanı 
xatırladırdı. Səhramızın fonunda onun qara yırtıcı bir görünüşü vardı.  
Qoçum üzərində qızılı sapla toxunmuş “Z.J.D.”(1) hərfləri olan məxmər döşəkçənin üstündə oturdu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə