belə olsun” deyə hökm edir. Ondan sonra isə qazı camaat ilə birlikdə ağlayır. Çünki hökmdarın
oğulları
böyük hörmətə malik idilər, camaat onları çox sevirdi.
Lakin qanun qanundur, o yerinə yetirilməli idi. Beləliklə, xain hökmdar diri-diri basdırıldı və ölkənin
ən cəngavər döyüşçüləri olan hökmdarın oğullarının başları atalarının məzarı üstündə vuruldu.
– Bu cansıxıcı bir əhvalatdır – deyə donquldanıb soruşdum: – Bundan yaxşı əhvalat tapmadın ki,
danışasan? Sənin söylədiyin əhvalatdakı qəhrəman altı yüz il bundan qabaq ölüb, özü də xain olub.
Qazı Molla burnunu çəkdi, ağır bir nəfəs alıb soruşdu:
– Şeyx Şamildən xəbərin varmı? Mən Şeyx Şamil haqqında hər şeyi bilirəm. Əlli il bundan qabaq Şeyx
Şamil buranın hökmdarı idi. Şeyx Şamilin hökmranlığı dövründə xalq çox xoşbəxt idi, nə şərab içən
var idi və nə də siqara çəkən. Hər hansı bir oğru yaxalandığı zaman onun sağ əli biləyindən kəsilirdi.
Amma
demək olar ki, heç oğru da yox idi. Bu xoşbəxt günlər ruslar gələnə kimi davam etdi. Ruslar
gəldiyi zaman isə peyğəmbər əfəndimiz Şeyx Şamilə vəhy gəldi və Qazavat müharibə aparmağı əmr
etdi.
Bütün dağ xalqları əhd-peyman ilə Şeyx Şamilin müttəfiqi idilər. Çeçen xalqı onların arasında idi.
Lakin ruslar güclü idilər. Onlar çeçenləri qorxutmağa başladılar. Onların kəndlərini yandırır və
tarlalarını məhv edirdilər. O zaman çeçen köçərilərinin müdrikləri Darqoya Şeyx Şamilinimarətinə
gəlirlər. Lakin onlar Şeyx Şamilin hüzuruna gəldikləri zaman oraya nə niyyətlə gəlmiş olduqlarını
söyləməyə cəsarət etməmişlər. Ona görə də onlar Şeyx Şamilin anası Xanımın yanına gedib onunla
görüşürlər. Xanım ürəyi yumşaq qadın idi. O, çeçenlərin başlarına gətirilən əzab-əziyyətləri dinlədiyi
zaman kədərindən ağlamağa başlamışdı: “Mən Şeyxə deyərəm, o, sizi əhddən azad etməlidir”. Xanım
böyük nüfuza malik idi. Şeyx də anasına daima xeyirli bir övlad olmuşdu. Bir dəfə Şeyx Şamil demişdi
ki, “anasına dərd gətirən övlada lənət olsun”. Xanım Şeyx Şamiləçeçenlərin dərdindən danışanda,
“Quran xəyanəti qadağan edir” – deyə Şeyx söyləmişdi. Ancaq Quran övladın anaya qarşı çıxmasını və
onun sözünü yerə salmağını da qadağan edir.
Mənim müdrikliyim, idrakım bu müşkülatdan çıxmaq
üçün kifayət deyildir. Mən ibadət edib, oruc tutacağam ki, Allah mənə düz yol göstərsin. Şeyx üç gün,
üç gecə oruc tutur. Sonra xalqın qarşısına çıxıb deyir: Allah mənə ilham verdi və buyurdu ki, “xəyanət
barədə mənimlə danışan ilk adam yüz şallağa məhkum olunmalıdır”. Mənimlə xəyanətdən ilk dəfə
bəhs edən, mənim anam Xanım olub. Mən onu yüz şallaq cəzasına məhkum edirəm.
Xanımı meydana gətirirlər. Döyüşçülər onun çadrasını başından dartırlar, sonra onu məscidin
pilləkanlarına yıxıb şallaqlarını havaya qaldırırlar. Şeyxin anasına
birinci şallaq vurulan kimi, Şamil diz
üstə yıxılıb hönkür-hönkür ağlayır və imdad edib deyir: “Cənab Allahın qanunlarına qarşı çıxmaq
olmaz. Heç kim o qanunları dəyişdirə bilməz, hətta mən də dəyişdirə bilmərəm. Lakin Quran bir şeyə
icazə verir. Övladlar valideynlərinin cəzasını öz üzərlərinə götürə bilərlər. Ona görə də anamın
cəzasının qalan hissəsini mən üstümə götürürəm. Sonra Şeyx Şamil cübbəsini çıxartdı və xalqın gözləri
qabağında məscidin pilləkənlərinə uzanıb çığırır: “Şeyx olmağıma baxmayın, əgər mən hiss etsəm ki,
şallağı var gücünüzlə vurmursunuz, başınızı vurduracayam”. Şeyxə doxsan doqquz şallaq vurulur.
Şallağın vurulması sona çatanda Şeyxin bədəni qan içində idi. Onun dərisi parça-parça olmuşdu. Özü
də pilləkənlərin üzərinə sərilib qalmışdı. Xalq bu mənzərəni görəndə dəhşətə gəlir.
O gündən sonra
bir daha kimsə xəyanət kəlməsini ağzına almağa cəsarət etmir. Əlli il bundan qabaq dağlarımızda idarə
üsulu bu cür idi. Xalq da çox xoşbəxt idi.
Mən susmuşdum. Səmadakı qartal uzaqlaşıb gözdən itmişdi. Qaranlıq çökürdü. Balaca məscidin
minarəsində molla göründü. Qazı Molla namaz xalçalarını açıb yerə sərdi. Biz üzümüzü qibləyə
çevirərək axşam namazını qıldıq. Namaz duaları köhnə döyüş şərqilərini xatırladırdı. – Artıq gedə
bilərsən Qazı Molla – dedim – sən həqiqətən mənim dostumsan. Mən yatmaq istəyirəm.
Qazı Molla şübhəylə mənə baxdı. Sonra köksünü dərindən ötürərək tənbəkimə nəşə qırıntılarını
qarışdırdı. Otaqdan çıxdığı zaman onun qonşuya söylədiklərini eşitdim: “Qanlı çox xəstədir!”
Qonşu da ona cavab verdi: “Dağıstanda heç kim uzun müddət xəstə olmur”, deyə cavab verdi.
XIX
Sifətlərindən gərginlik və yorğunluq yağan qadınlar və uşaqlar kəndin içindən keçirdilər. Əllərində
torpaq və peyinlə dolu torbalar var idi. Onlar çox qiymətli yüklərini bir dəfinə sandığı kimi əllərində
bərk-bərk tutub əsəbi halda daşıyırdılar. Çünki, bu torpağı onlar çox uzaq vadilərdən gətirirdilər,
əvəzində isə gümüş sikkələr və əl dəzgahlarında toxunmuş qumaşlar vermişdilər. Onlar istəyirdilər ki,
baha qiymətə satın alınmış bu qiymətli torpağı çılpaq qayalardakı şoran torpaqlara səpsinlər və əhalini
yaşatmaq üçün bu yoxsul sahələr taxıl versin.
Bu sahələri becərmək üçün kişilər bellərinə kəndir bağlayıb işləyirdilər. Onlar bu qayalıqlarda
səliqə ilə
toxum səpirdilər. Külək və torpaq sürüşmələrindən gələcək tarlaları qorumaq üçün, tarlaların yuxarı
tərəfində çiy kərpicdən hasar hörürdülər. Dağıstanın kobud, çılpaq qayalıqlarının ortasındakı tarlalar
bu cür yaranırdı. Bu tarlaların eni üç addım, uzunluğu isə dörd addım idi. Kişilər ala-qaranlıqdan
tarlalara gedirdilər. Onlar bərəkətli torpaqlarda işləməyə başlamazdan əvvəl xeyli dua edirdilər, ancaq
bundan sonra əyilib işləməyə başlayırdılar. Külək əsəndə isə qadınlar tarlalarını qorumaq üçün
evlərindən ədyallar gətirib torpağın üstünə sərərdilər. Onlar sünbülləri qabarmış əlləri ilə sığallayır,
seyrək bitən sünbülləri kiçik oraqlarla biçirdilər. Sonra isə taxılı üyüdüb uzun, yastı çörəklər
bişirirdilər. Bu daş-kəsəkli qayalardakı torpağın göstərdiyi möcüzəyə minnətdarlıq əlaməti
olaraq ilk
bişirdikləri çörəyin içinə sikkə qoyardılar.
Mən balaca bir tarlanın hasarı boyunca yeriyirdim. Yuxarıda, qayalıqların üstündə qoyunlar büdrəyə-
büdrəyə yeriyirdilər. Başında ağ və enli gecə papağı olan bir kəndli iki təkərli arabası ilə qarşıma çıxdı.
Onun arabasının təkərlərinin səsi körpələrin çığırtısını andırırdı. Bu səsi lap uzaqlardan da eşitmək
olardı.
– Qardaş, dedim – Bakıdakı dostlarımdan birinə məktub yazacağam ki, sənin arabanın təkərlərinin
oxlarını yağlamaq üçün sənə bir az yağ göndərsin.
Kəndli gülümsündü:
– Eh, qardaş, mən adi bir adamam və nə üçün özümü gizlətməyə çalışmalıyam? İki təkərli arabamın
gəlişini hamı eşitsin deyə, onun təkərlərinin oxlarını yağlamıram. Bu işi yalnız abreklər edir.
– Abreklər?
– Bəli, abreklər, icmadan qovulanlar.
– Bu tərəflərdə abreklər çoxdurmu?
– Kifayət qədərdir. Onlar quldur və qatildirlər. Abreklərin bəziləri bunu xalqın
xeyri üçün bəziləri isə
öz mənfəətləri üçün edirlər, amma hər şeydən əvvəl abreklərin çox müdhiş bir and içmələri şərtdir.
– O necə anddır?
Kəndli arabasını dayandırıb yerə düşdü. O, tarlasının hasarına söykəndi, xurcunundan bir parça duzlu
qoyun pendiri çıxarıb uzun barmaqları ilə onu parçaladı, yarısını da mənə verdi. Motal pendirin içində
qara qoyun tükləri var idi. Kəndlinin verdiyi pendiri mən də yedim.
– Deməli, abreklərin andından xəbərin yoxdur? Abreklər gecə yarısı gizlincə məscidə gəlib belə and
içirlər: “hörmət etdiyim bu müqəddəs yerdə and içirəm ki, bu gündən
etibarən mən sürgün olunmuş
kimi yaşayacağam. İnsan qanı tökəcəyəm və heç kimə rəhm etməyəcəyəm. Mən hamıya qənim
olacağam. And içirəm ki, insanların sevdikləri, vicdanlarına və namuslarına məqbul nə varsa, hamısını
oğurlayacağam. Südəmər körpələri xəncərlə doğrayacağam. Ən fağır dilənçinin belə daxmasına od
vurub yandıracağam. İnsanların üzü güldüyü hər yerə kədər gətirəcəyəm. Əgər bu andımı yerinə
yetirməsəm, qoy mənə əcdadlarımın məzarını bir daha görmək nəsib olmasın, su susuzluğumu, çörək
aclığımı yatırmasın, cəsədim tozlu yolların üstündə sərilib qalsın və küçə itləri gəlib cəsədimi
murdarlasınlar”.