ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   40   41   42   43   44   45   46   47   ...   59

Qayıqdan dənizin qapqara güzgü kimi parıldayan suyuna baxırdım. Məmməd Heydər öldü, Aişə həlak 
oldu, evimiz talan edildi. Mən isə balaca bir yelkənli qayıqla Şahın diyarına, böyük sakitliyin hökm 
sürdüyü İrana gedirəm. 
Birdən Nino gəlib yanımda durdu və İranda biz nə edəcəyik? – deyə soruşdu. 
– Dincələcəyik, Nino – dedim. 
– Elədir, istirahət edəcəyik deyilmi? Mən də yatmaq istəyirəm Əli xan. Bir ay, bir il yatmaq istəyirəm. 
Yaşıl ağacları olan bir bağçada yatmaq istəyirəm. Amma orada müharibə, atəş səsləri olmamalıdır. 
– Sən elə belə bir ölkəyə gedirsən. İran min ildir yatır və çox nadir hallarda orada atəş səsləri eşidilir. 
Biz kiçik göyərtəyə çıxdıq. Nino o saat yuxuya getdi. Mən isə Seyidin siluyetinə və onun barmaqlarının 
hərlənən qan damlasını andıran təsbeh dənələrinə baxaraq uzun zaman uzandığım yerdə oyaq qaldım. 
Seyid dua edirdi. O, gizli dünyaya, həqiqi həyatın sona çatdığı yerdə başlayan dünyaya yaxşı bələd idi. 
Günəşin doğduğu üfüqün arxasında İran yerləşirdi. Qayığın döşəməsində oturub balıq yeyirdik, su 
içərkən İranın artıq nəfəsini duymağa başlamışdıq. Təkinen qəbiləsindən olan yeganə əcnəbi sükançı 
atamla söhbət edir və adi bir əşyaya baxan kimi mənə etinasızlıqla baxırdı. 
Dördüncü günün axşamı üfüqda sarımtıl bir zolaq göründü. Bu zolaq buludu andırırdı, həqiqətdə isə 
görünən İran sahilləri idi. Mən komaları və çox kasıb bir limanı gördüm. Bu şahın Ənzəlidəki limanı 
idi. Biz köhnə  və taxtaları çürümüş limana yaxınlaşıb lövbərimizi atdıq. Uzun cübbəli bir kişi bizə 
yaxınlaşdı. Onun papağının üzərində qabaq pəncəsindən birini qaldırmış şir və doğan günəş rəmzi 
olan İran gerbi parıldayırdı. Məmurun arxasınca üst-başı tökülmüş iki liman polis nəfərləri gəlirdi. 
Onlardan birincisi iri, yumru gözləri ilə bizə baxdı və dedi: 
– Uşaq doğulduğu gün günəşin ilk şüalarını necə salamlayırsa mən də sizi eləcə salamlayacayam. 
Kimliyinizi isbat etmək üçün yanınızda sənədləriniz varmı? 
Atam cavab verdi ki, “biz Şirvanşirik”. 
– Şah həzrətlərinin almaz qapısının özlərinə açdıqları Əsəd-əs Səltənə Şirvanşir damarlarında sizinkiylə 
eyni qanımı daşıyır? 
– Bəli, o mənim qardaşımdır. 
Biz qayıqdan düşdük. O adam bizi müşayiət edirdi. Anbarın yanına çatanda dedi: “Əsəd-əs-Səltəne” 
bilirdi ki, siz gələcəksiniz. Onun göndərdiyi maşın şirdən güclü, ceyrandan iti, qartaldan gözəl, qayalar 
üzərində qurulmuş qaladan möhkəmdir. 
Biz tini döndük və onun təriflədiyi maşını gördük. Haradasa dağılmaq üzrə olan bir “ford” maşını yol 
üstündə durmuşdu. Onun köhnə rezin şinləri bir neçə yerdən yamanmışdı. Maşına mindik, motor 
titrəyərək işləməyə başladı. Sürücü, okeandakı nəhəng sərnişin gəmisinin kapitanı kimi gözlərini 
uzaqlara dikmişdi. Yarım saatdan sonra biz Rəşt yolu ilə Tehrana gedirdik.  
 
 
XXIII 
 
Ənzəli, Rəşt yollarından səhra nəfəsi ilə qızmış küçələr ... Üfüqdə “Abi-Yezid” şeytan suyu zaman-
zaman bir xəyalət kimi parlayırdı. Rəştə gedən böyük yol çay kənarından keçirdi. Çayın özündə isə su 
yox idi. Onun yatağı qızmar günəş altında cadar-cadar olub. Camur yatağına çevrilmişdi. Adətən İran 
çaylarında su olmur, ancaq orada su yığıntılarından əmələ  gəlmə palçıqlı gölməçələrə  təsadüf etmək 
olurdu. Bu gölməçələrin qupquru sahillərində qumlar üzərinə kölgələr salan əzəmətli qayalar dururdu. 
Bu qayalar ibtidai dövrdən qalmış azman qayaları xatırladırdı. Uzaqdan bir karvanın zınqırov səsləri 
gəlirdi. Sürücümüz maşının sürətini azaltdı-biz sıldırım dağ silsilələrinin  ətəklərində  dəvələrin ağır 
yerişlə getdiklərini gördük. Əlində əsa tutmuş sarban karvanın lap qabağında gedirdi. Onun arxasınca 
da başdan ayağadək qara geyimli adamlar gedirdilər.  Əsəbi dəvələr isə yollarını etinasızlıqla davam 
edirdilər. Onlar addımlarını atdıqca boyunlarından asılan zınqırovların səsləri yüksəlirdi. Dəvələrin 


bellərindən uzun kisələr asılmışdı. Bu kisələrdəkilər görəsən İsfahan parçalarımı ya da gilan yunu idi? 
Sürücümüz maşını saxladı. Dəvələrin bellərindəki yük qara kəfənlərə bükülmüş meyitlər idi. Onların 
sayı iki yüzə  qədər idi. Dəvələr ağır yerişlə yanımızdan ötüb keçirdilər. Bu karvan dağlardan, duzlu 
səhraların göz qamaşdıran hamar səthindən və saysız-hesabsız vahələri keçərək yük daşıyırdılar. Bu 
dəvələr çox uzaqda olan türk sərhədinə çatdıqda diz çökəcəklər. Başlarında qırmızı fəs olan 
kömrükçülər yükləri yoxladıqdan sonra, karvan yenidən yola düzəlib, müqəddəs Kərbəla şəhərinin 
günbəzinə  qədər məsafəni qət edəcəkdi. Karvan İmam Hüseynin məqbərəsinə çatıb yenə dayanmalı 
idi. Orada dəvələrə yüklənmiş meyitlər qayğıkeş əllərlə hazırlanmış məzarlarda dəfn ediləcək və 
qiyamət günü şeypur səsi onları əbədiyyət yuxusundan oyadana kimi onlar Kərbəla qumlarının altında 
rahatlıq tapacaqlar.  
Əllərimizlə gözlərimizi bağlayaraq onların qarşısında ehtiramla səcdə etdik. Bərkdən qışqırıb dedik ki, 
“İmamın məzarında bizim üçün də dua edin”. Sarban da cavab verib dedi ki, “biz özümüz də bir duaya 
möhtacıq”. 
Karvan yenə yoluna davam etdi. O, böyük səhranın xəyaləti olan Abi Yezid kimi sakitcəsinə 
uzaqlaşırdı. 
Biz Rəştin küçələrindən keçirdik. Taxta və palçıqdan tikilmiş komalar üfüqün qabağını kəsmişdi. 
Burada biz keçən yüzilliklərin nəfəsini açıq-saçıq duyurduq. Bircə baxışla palçıq evləri və dar küçələri 
nəzərdən keçirmək olurdu. Burada hər şey eyni rəngdə idi. Şəhərdə  hər şey balaca idi. Ancaq 
hərdənbir komaların arasından baş qaldıran bir məscid gördükdə adam sarsılırdı. 
Kişilər ülgüclə qırxılmış başlarına qabağı andıran yuvarlaq şapkalar qoymuşdular. Onların sifətləri də 
adama maskaları xatırladırdı. 
Hər yer toz, torpaq, natəmizlik içində idi. Bu o demək deyil ki, iranlılar toz, torpaq içində olmağı 
xoşlayırlar. Onlar sadəcə  hər şeyi necə varsa, elə  də saxlamaq istəyirdilər. Çünki hər bir iranlı, 
nəhayətdə hər şeyin toza çevriləcəyini zənn edirdilər. 
Biz balaca bir çayxanada oturub istirahət etdik. Otaqdan nəşə iyi gəlirdi. Kişilər gözlərini Ninoya 
zilləmişdilər. Küncdə saçları dağınıq, ağzı açıq, dodaqlarından tüpürcək axan və  əlində naxışlı mis 
piyalə tutan bir dərviş dayanmışdı. O, hamıya baxırdısa da, heç kimi görmürdü. Elə bil o var gücünü, 
bütün vücud və şüurunu gözə görünməyən varlığın səsinə yönəltmişdi və o gözə görünməyən 
varlıqdan işarə gözləyirdi. Birdən birə o yerindən sıçrayıb bağırdı: 
– Baxın, günəş qərbdən yüksəlir; mən onu görürəm. 
Şəhərin valisi tərəfindən göndərilmiş nümayəndə çayxananın qapısında göründü: 
–  Əlahəzrət  əmr edib ki, bu çılpaq qadının mühafizəsi üçün burada keşikçi qoyulsun. O, çadrasız 
Ninonu nəzərə alırdı. Ninonun halı dəyişmədi, çünki o, farsca başa düşmürdü. 
Gecəni şəhər valisinin evində keçirtdik. Səhər tezdən keşikçilərimiz atları yəhərlədilər. Çarşab 
örtməyən Nino çılpaq sayıldığı üçün və eləcə  də ölkəni bürümüş quldurlardan qorunmaq üçün 
keşikçilər bizi Tehrana kimi müşaiət etməli idilər. 
Maşın yavaş-yavaş irəliləyirdi. Köhnədən qalmış yollarla Qəzvini keçirik. Şah Şahpur ordularını burada 
toplamışdı. Səfəvilər, sənətçilər, sənətçilərin xeyirxahları və müqəddəsləri burada məclis qurardılar. 
Yüz-yüzəlli kilometr yol getdim. Yol ilan kimi qıvrılırdı. Nəhayət uzaq Dəmavəndin qarlı təpəsindən 
Tehran qapısının dörd qülləsi ehtişamla yüksəlirdi. Qapı rəngarəng yumşaq çinilərlə  bəzədilmişdi. 
Qapının üzərində zərif ərəb yazıları ilə həkk edilmiş kəlamlar elə bil şeytan gözləri kimi mənə baxırdı. 
Böyük qapının altında toz-torpaq içində  bədənlərini yara basmış dilənçilər və  pərişan dərvişlər 
oturmuşdular. Onlar incə barmaqlı arıq əllərini bizə uzadaraq hökmdarlara layiq Tehran şəhərinin 
gözəlliyi və əzəməti haqqında şerlər oxuyurdular, amma onların səsləri qəmgin və kədərli idi. Onlar bu 
minbir qübbəli şəhərə neçə illər bundan əvvəl böyük ümidlə gəlmişdilər. Lakin onların ümidləri puça 
çıxmışdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə