ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   38   39   40   41   42   43   44   45   ...   59

Onlar öz ölkələrinin sahibi olacaqlar, biz də öz ölkəmizin sahibi olacağıq. Ondan sonra da biz sadəcə 
iki qonşu xalq olaraq ömür sürəcəyik.  
Mən söz alaraq dedim: 
– İlyas bəy, Seyid Mustafa heç də haqsız deyil. Bir siyasətçi olmalıdır, Əli xan. yəni elə bir adam 
olmalıdır ki, xalqını qırğından xilas etmək naminə öz qəlbindəki şəxsi intiqam hissini boğsun. Əgər 
onun ağlı başındadırsa, özünün və xalqının mənafeyi üçün bizim tərəfimizdə olardı.  
Biz qaranlıq düşənə qədər öz aramızda mübahisə etdik. Sonra Nino sözə başladı: 
– İstər siyasətçi və istərsə də sadə bir insan olun, lakin bir şey istəyirəm ki, bir həftədən sonra inşallah 
sağ-salamat buraya qayıdasınız. 
Əgər şəhərdə müharibə başlayarsa... 
Nino sözünü axıra çatdıra bilmədi, susdu.  
Gecə o mənim yanıma uzandı, amma yuxulaya bilmədi. Ağzı azacıq açıq, dodaqları nəm idi. Nino 
gözlərini pəncərəyə zilləyib susurdu. Mən onu qucaqladım. O, üzünü mənə tərəf çevirib soruşdu: “Əli 
xan, sən də döyüşə qatılacaqsanmı?” 
Əlbəttə, Nino.  
O da: “Əlbəttə vuruşacaqsan” – deyə təkrar etdi.  
Birdən o başımı əlləri arasına alıb, köksünə sıxdı, gözlərini geniş açaraq, dinməzcə  məni öpdü. Onu 
çılğın bir ehtiras bürümüşdü. Məni şəhvətlə və qorxu içərisində özünə tərəf çəkdi. Onun simasında elə 
bil bambaşqa bir dünyanın ifadəsi var idi. Birdən başımı gözlərinə yaxınlaşdırıb xəfif səslə dilləndi. 
– Oğlumuza “Əli adı verəcəyəm” deyib yenə susdu. Sonra tərləmiş gözləri pəncərəyə  tərəf zilləndi. 
Qədim minarənin narın və zərif quruluşu ayın solğun işığına qərq olmuşdu. Qədim qala divarları isə 
arxasına qaranlıq və qorxunc bir kölgə salmışdı. Uzaqlardan dəmirin dəmirə sürtülməsindən çıxan bir 
səs eşidildi. 
Kimsə xəncərini itiləyirdi və elə bil o gələcəkdən xəbər verirdi. Bu vaxt telefon zəng çaldı. 
Yerimdən durdum və qaranlıqda yavaş-yavaş yeriyib telefonun dəstəyini götürdüm. Dəstəkdən İlyas 
bəyin səsi gəldi: 
– Ermənilər ruslarla birləşdilər. Onlar bütün müsəlmanların sabah saat üçə qədər tərksilah edilməsini 
tələb edirlər. Təbii ki, biz bunu rədd edirik. Sən pulemyotu götürüb qala divarlarındakı Sisianaşvili 
darvazasının solunda mövqe tutarsan. Sənin öhdənə otuz nəfər göndərəcəyəm. Darvazanı müdafiə 
etmək üçün bütün hazırlıqları edərsən.  
Telefonun dəstəyini yerinə qoydum. Nino çarpayıda oturub, gözlərini mənə zilləmişdi. Mən xəncəri 
götürüb tiyəsini yoxladım.  
– Nə olub, Əli xan? 
– Düşmən qalanın ağzında durub, Nino. 
Paltarımı geyinib xidmətçiləri səslədim. Onlar gəldilər. Onların hamısı enli kürəkli, güclü və 
hündürboylu idilər. Hərəsinə bir tüfəng verdim, sonra aşağı enib atamın otağına getdim. O, güzgünün 
qabağında dayanmışdı, xidmətçilərdən biri də onun çərkəz pencəyini şotka ilə təmizləyirdi.  
Harada mövqe tutacaqsan, Əli xan? 
– Sisianaşvili darvazasında. 
– Lap yaxşı. Mən İslam xeyriyyə cəmiyyətinin salonunda, qərargahda olacağam.  
Onun qılıncı şaqqıldadı və bığlarını sığallayıb sözünə davam etdi: – Mətin ol, Əli xan. Düşmənlər qala 
divarlarını aşmamalıdırlar. Onlar darvaza qabağındakı meydanı tutsalar, pulemyotla onlara atəş açıb 
qabaqlarını al. Əsədullah ətraf kəndlərdən kəndliləri toplamağa getdi. Kəndlilər də düşmənə Nikolay 
küçəsindəki arxadan hücuma keçəcəklər.  
O, tapançasını cibinə qoydu və yorğun halda mənə baxıb dedi: 
– İrana axırıncı gəmi saat səkkizdə gedir. Nino mütləq o gəmi ilə getməlidir. Çünki ruslar qalib 
gəlsələr, bütün qadınların namusunu ləkələyəcəklər.  


Mən otağıma getdim. Nino telefonla danışırdı.  
– Yox, ana, mən burda qalıram. Yox, yox, burada heç bir təhlükə yoxdur. Sağ ol, ata, narahat olma, 
bizim kifayət qədər  ərzağımız var. Təşəkkür edirəm. Amma çox xahiş edirəm ki, özünüzü üzməyin. 
Yox, gəlməyəcəyəm, yenə  də  təkrar edirəm, gəlmək istəmirəm – deyib telefonun dəstəyini yerinə 
qoydu.  
Mən bu söhbətə qulaq asırdım. Nino son sözləri hıçqıra-hıçqıra dedi: 
– Nino, sən haqlısan, – dedim – çünki atangildə də əmin-amanlıq olmayacaqdır. Son gəmi İrana saat 
səkkizdə gedir. Əşyalarını yığ.  
Onun sifəti qıpqırmızı oldu.  
– Sən məni buradan qovursan, Əli xan? 
Mən Ninonu indiyədək belə qəzəbli görməmişdim.  
– Nino, sən Tehranda əmin-amanlıqda yaşayacaqsan. Düşmən qalib gəlsə, onlar bütün qadınların 
namusunu ləkələyəcəklər.  
Nino başını qaldırıb qətiyyətlə dedi: 
– Mənim namusuma heç kim toxuna bilməz! Arxayın ol, Əli.  
– Hələ nə qədər vaxt var, İrana get, Nino. 
Nino ciddi tərzdə dedi: 
– Bəsdir,  Əli xan. Mən düşməndən, müharibələrdən və bizi gözləyən bütün dəhşətli şeylərdən 
qorxuram. Buna baxmayaraq mən burada qalıram. Düzdür, sənə köməyim dəyməyəcək, amma mən 
səninəm. Mən burada qalmalıyam, vəssalam.  
Elə  də oldu. Ninonun gözlərindən öpdüm. Fəxr edirdim ki, belə arvadım var. Hərdən mənə söz 
qaytarsa da, Nino yaxşı bir həyat yoldaşı idi.  
Mən evdən çıxdım. Səhər açılırdı. Havada toz qoxusu vardı. Qala divarının üstünə çıxdım. 
Xidmətçilərim əllərində tüfəngləri hazır vəziyyətdə dayanmışdılar.  
İlyas bəyin göndərdiyi otuz nəfər adam da bomboş qalmış Duma meydanının gözətçiliyini edirdilər. 
Qapqara bığları, qarabəniz olan bu adamlar səssiz və əsəbi halda idilər. Kiçik lüləli pulemyot bir rusun 
fındıq burnunu andırırdı. Ətraf sükut içində idi. Qərargahla  əlaqə saxlayan adamlar səssizcə qala 
divarının üstündə ora-bura gedib qısa xəbərlər gətirirdilər. Ruhanilərlə ağsaqqallar son anda barış 
möcüzəsinə nail olmağa çalışırdılar.  
Gün çıxdı. Çevrilib qarşı tərəfdəki evimə baxdım. Nino damda oturmuşdu.  
Günorta Nino yanımıza gəldi, o bizə yemək-içmək gətirmişdi. Ürkmüş halda gözlərini pulemyota 
zillədi... Mən onu zorla evə göndərənə kimi səssiz-səmirsiz kölgədə durub ətrafa baxırdı. Saat bir idi. 
Seyid Mustafa minarəyə çıxıb kədərli və ciddi bir səslə  əzan verdi. Sonra yanımıza gəldi. O, tüfəngi 
arxasınca sürüyürdü. Onun qurşağında Quran vardı.  
Mən qala divarının bayırında Duma meydanından irəli baxdım. Yalnız qorxudan tələsən bir neçə kişini 
qaçan gördüm. Çadralı bir qadın deyinə-deyinə meydanda oynayan uşaqlarının dalınca qaçırdı.  
Bir, iki, üç. Bələdiyyə binasındakı saatın səsi sükutu pozdu. Bu səs sanki bambaşqa bir dünyanın 
qapılarını açırmış kimi şəhərin ətraf məhəllələrindən ilk silah səsləri idi. 
 
XXII 
 
O gecə ay görünmürdü. Yelkənli qayıq Xəzər dənizinin donuq suları dalğaları üzəri ilə yellənə-yellənə 
üzürdü. Acı və duzlu su köpükləri üzümüzə səpələnirdi. Qayığın başımızın üstündəki qapqara yelkəni 
gecə vaxtı nəhəng bir quşun qanadlarını andırırdı. 
Mən qoyun dərisindən olan kürkə bürünüb qayığın göyərtəsində uzanmışdım. Sükançımız girdə  və 
saqqalsız sifətini laqeydliklə ulduzlara tərəf çevirib baxırdı. Başımı qaldırdım və əlim qoyun dərisinin 
qıvrım tüklərinə toxundu. “Seyid Mustafa?” deyə səsləndim. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə