ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   46   47   48   49   50   51   52   53   ...   59

Səhər tezdən onu pəncərənin qabağına apardım, başını yavaşcaəlləriminarasınaalıb,istədimki, ağzını 
açsın. Ay xan, axı onun ağzında çürük dişi olub olmadığını və  nəfəsindən iyi gəlib gəlmədiyini 
yoxlamaq mənim vəzifə borcumdur. Lakin buna əks olaraq xanımınız başını kobudca geriyə çəkərək, 
sağ əlini qaldırıb var qüvvəsiylə mənə bir sillə vurdu. Sillə o qədər də ağrıtmadı, amma qürurum çox 
qırıldı. Nökərinizi bağışlayın, xan. Amma mən onun bədənindəki tükləri qırxmağa cəsarət etmirəm. 
O, həqiqətən qəribə bir xanımdır. O, qolbağı taxmır, qarnında daşıdığı uşağı qorumaq üçün də heç bir 
tədbir görmür. Doğulacaq uşaq əgər qız olarsa, məni yox, ey xan, Nino xanımı məzəmmətləyərsən. 
Hər halda, onun içində, pis bir ruh var ki, ona toxunan kimi başlayır titrəməyə.  Əbdül Qasım 
məscidin yaxınlığında bir qoca qarı tanıyıram. Pis ruhları qovmaqda onun bərabəri yoxdur. Mənə elə 
gəlir ki, o qarını buraya çağırsaq yaxşı olar. Bir fikirləşin, xanımın dərisi pozulsun deyə, o səhərlər 
üzünü buz kimi soyuq su ilə yuyur. O, dişlərini hamı kimi sağ əlinin şəhadət barmağı ilə yumaq 
əvəzinə, dişlərini kobud bir fırça ilə elə yuyur ki, dişlərinin ətləri qanayır. Onu belə davranmağa ancaq 
bədənə girmiş murdar ruhlar məcbur edə bilər. 
Mən onun dediyi sözlərə heç qulaq asmırdım. Demək olar ki, o hər gün evimə  gəlib biri-birinə 
oxşayan məlumatları mənə çatdırırdı. Onun gözləri qayğı hissi ilə dolu idi. O namuslu bir adam kimi 
sadəcə  vəzifəsini yerinə yetirmək istəyirdi. Çünki o, gələcək uşağım üçün məsuliyyət daşıdığını hiss 
edirdi. 
Nino onunla uğursuz, amma inadkar bir mübarizə aparırdı. O, yastıqları Yəhya Qulunun üstünə 
tullayır, evin ətrafındakı bağça divarının üstünə çıxıb orada çadrasız gəzir və otağın divarlarına gürcü 
qohumlarının fotaşəkillərini vururdu. Yəhya Qulu bütün bunları mənə qəmgin halda və böyük təlaşla 
xəbər verirdi. Nino isə axşamlar divanda oturub ertəsi gün üçün savaş planını hazırlayırdı.  
O, fikirli halda çənəsini ovxalaya-ovxalaya “nə deyirsən, Əli xan, sabah nə edim?” deyə soruşdu. Gecə 
onun üzünə azacıq su mu fışqırdım, yoxsa sabah səhər onun üstünə pişik mi atım? Yox, mən nə 
atacağımı hələ ki, bilmirəm. Mən hər gün fəvvarənin yanında gimnastika ilə məşğul olacağam, sonra 
onu da gimnastika etməyə məcbur edəcəyəm, çünki o çox kökəlməyə başlayıb. 
Nino qorxunc intiqam planları hazırlayırdı. O, yuxuya gedənə qədər onların üzərində işləyirdi. Ertəsi 
gün hərəm xidmətçisi dəhşət içində gəlib mənə dedi: 
“Əli xan, Nino xanım fəvvarənin yanında durub, qolları və ayaqları ilə çox qəribə  hərəkətlər edir. 
Qorxuram, ağa. O, bədənini gah qabağa, gah da arxaya elə  əyir ki, elə bil bədəni sümüksüzdür. O, 
istəyir ki, mən də onun etdiyi hərəkətləri təkrar edim. Amma xan, mən mömin müsəlmanam və yalnız 
Allahın qarşısında əyilib alnımı yerə qoyuram. Xanımın sümükləri və ruhunun gələcəyi üçün çox 
qorxuram. 
Hərəm xidmətçisini qovmaq heç bir şeyi həll etməyəcəkdi. Çünki onun yerinə başqası gələcəkdi. 
Hərəm xidmətçisi olmayan ev, ev sayılmırdı. Evin təsərrüfat işini kimsə apara bilməzdi, ev işini görən 
qadınlara və pulun hesabatına nəzarət kimsə edə bilməzdi. Bunları yalnız hərəm xidmətçiləri edərdilər. 
Onlar arzu deyilən şeyləri duymadıqları üçün, onların rüşvətlə satın almaq da mümkün deyildi. 
Buna görə  də  mən susurdum və bütün diqqətimi Bakının ətrafını bürüyən bir sıra kiçik yaşıl 
bayraqlara vermişdim... 
Hərəm xidmətçisi yavaşca öskürüb dedi: 
– Əbdül-Qasım məscidinin yaxınlığında oturan qadının evə çağırtdırım, gəlsin mi? 
– Nə üçün, Yəhya Qulu? 
– Nino xanımın bədəninə girmiş murdar ruhları çıxartmaq üçün. 
Mən dərin bir ah çəkdim. Çünki Əbdül-Qasım məscidinin yanında oturan müdrik qadın Ninonun 
bədəninə girmiş Avropa ruhlarını çıxarda biləcək iqtidarda olacağını sanmırdım. 
– Buna ehtiyac yoxdur, Yəhya Qulu. Mən özüm də pis ruhları bədəndən çıxarda bilirəm. Vaxtı 
gələndə  mən hər şeyi qaydaya salacağam. Amma indi bütün gücümü bu balaca yaşıl bayraqların 
üzərinə toplamağım lazım gəlir. 


Xidmətçinin gözlərində qorxu və maraq hissi oyandı: 
– Yaşıl bayraqlar qırmızıları sıxışdırdığı zaman sənin vətənin azad olacaq? Elədirmi Əli xan? 
– Bəli elədir, Yəhya Qulu. 
– Bəs niyə yaşıl bayraqları götürüb elə indi öz yerinə sancmırsan? 
– Bu mümkün deyil, Yəhya Qulu, çünki buna mənim gücüm çatmır. 
O dərin bir qayğıkeşliklə mənə baxdı: 
– Allaha dua etməlisən ki, sənə güc versin. Gələn həftə  məhərrəmlik başlayır. Məhərrəm ayında nə 
diləyiniz varsa onu Allahdan istəyin, o, mütləq sənə gərəkli gücü verər. 
Mən xəritəni bükdüm. Yorğun və çaşqın idim. Xidmətçinin boşboğazlığına uzun zaman dözmək 
mümkün deyildi. 
Nino evdə deyildi. Onun valideynləri Tehrana gəlmişdilər. Nino indi tanınmış knyaz ailəsinin kirayə 
etdiyi evdə saatlarla qalırdı. Orada o, başqa avropalılarla görüşürdü. Bunu da məndən gizləməyə 
çalışırdı. Amma bundan mənim xəbərim var idi. Mən sadəcə susurdum, çünki ona acıyırdım. 
Xidmətçim farağat durub mənim əmrimi gözləyirdi. Bir neçə günlüyə Tehrana gəlmiş dostum Seyid 
Mustafa yadıma düşdü. Onu nadir hallarda görürdüm, çünki o, bütün günlərini məscidlərdə
müqəddəslərin məzarları üstündə  və cır-cındır içində olan dərvişlərlə maraqlı söhbətlər etməklə 
keçirirdi. 
Nəhayət diləndim. 
– Yəhya Qulu, Seyid Mustafanın yanına gedərsən. O, Sipəhlisar məscidində qalır. Ondan xahiş et ki, 
iltifat edib buraya təşrif gətirsin. 
Xidmətçi getdi. Mən evdə yalqız qaldım. Həqiqətən də yaşıl bayraqları Bakıya sancmaq üçün mənim 
gücüm çatmırdı. Haradasa, vətənimin çöllərində türk batalyonları və onlarla birlikdə də Azərbaycanın 
yeni bayrağı altında könüllülərdən ibarət yaranmış hərbi hissələr düşmənlə vuruşurdular. Mənim bu 
yeni bayraqdan, könüllü qoşunların sayından və onların harada vuruşduqlarından xəbərim var idi. İlyas 
bəy də könüllülərin cərgəsində vuruşurdu. Mən də bu döyüşdə onunla birlikdə iştirak edib sabahın 
erkən çağında vuruş meydanlarına atılmağa can atırdım. Lakin cəbhəyə gedən yol bağlı idi. Rus və 
ingilis hərbi hissələri sərhədləri tutmuşdular. İranı müharibə meydanı ilə bağlayan Araz çayı üzərindəki 
geniş körpüyə isə tikanlı məftillər çəkilmişdi. Körpü pulemyot və əsgərlərin mühasirəsində idi. 
İran isə qabığına sığınmış İlbiz kimi öz durğunluğu içinə çəkilmişdi. Döyüş gedən, mikroblu əraziyə nə 
bir adamın, nə bir siçanın və  nə  də bir quşun keçməsinə izin verilməyirdi. Bunun əksinə olaraq 
Bakıdan İrana çoxlu qaçqın gəlirdi. Çərənçi Arslan ağa da onların arasında idi. O, çayxanalarda olur 
türklərin qələbəsini Böyük İsgəndərin müzəffər yürüşləri ilə müqayisə edərək məqalələr yazırdı. Onun 
yazdığı məqalələrdən birini qadağan etmişdilər: çünki senzura İsgəndəri tərifləyə-tərifləyə göylərə 
çıxararkən, onun bir zamanlar İsgəndər tərəfindən fəth edilmiş İrana qarşı gizli, çirkin hərəkət kimi 
başa düşmüşdü. Bu əhvalatdan sonra Arslan ağa özünü əqidəsi uğrunda şəhid olan bir şəxs kimi 
qələmə verirdi. O, bir gün məni görməyə  gəldi və  mənim Bakını müdafiə edərkən göstərdiyim 
qəhrəmanlıqların ən kiçik təfərrüatınadək təsvir edirdi. Onun fikrincə guya düşmən regionları yalnız 
mənim gülləmdən ölmək üçün, arxasında oturduğum pulemyotun qabağında yürüşlə keçiblərmiş. 
Onun özü isə döyüş zamanı bir mətbəənin zirzəmisində gizlənib, xalqı həyəcana gətirən atəşli 
müraciətnamələr hazırlayırmış. O, müraciətnamələr heç bir yerdə oxunmamışdı. O, bunları mənə 
oxudu və xahiş etdi ki, bir qəhrəmanın əlbəyaxa vuruşda duyduğu hissləri ona danışım.  
Ona şirniyyat yedirdib, qapıya qədər ötürdüm. O, mətbəə boyasının iyi gələn, qatı açılmamış bir 
dəftəri otağımda qoyub getdi ki, əlbəyaxa döyüşündə bir qəhrəmanın keçirtdiyi hissləri oraya yazım. 
Dəftərin ağ vərəqlərinə baxanda, Ninonun kədərli baxışlarını yada salıb, qarmaqarışıq həyatımı 
düşünərək qələmi  ələ aldım. Amma bir qəhrəmanın  əlbəyaxa döyüşdə  nələr duyduğunu yazmaq 
niyyətində deyildim. Əksinə, bizi – Nino ilə  məni Şəmiran sarayının ətir saçan bağçasına gətirib 
çıxardan və onun gözlərindən sevinci yox edən yolu cızmaq üçün qələmə əl atdım. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə