ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   42   43   44   45   46   47   48   49   ...   59

Beləliklə biz hamımız, axşama kimi bir yerdə qaldıq. Çünki Seyid sadəcə incə bir kişi deyil idi, eyni 
zamanda da çox anlayışlı bir insan idi. 
O gecə yatmazdan əvvəl hərəm xidmətçisi alçalmış bir adam kimi mənə yaxınlaşıb dedi: 
– Ağa, mənim cəzamı veriniz. Mən arvadınızı gözümdən qoymalı deyildim. Lakin onun bu dərəcədə 
çılğın və bu qədər yabanı olacağı kimin alğına gələ bilərdi. Bu mənim günahım, diqqətsizliyimdir ağa. 
Özünü son dərəcə günahkar sayan bir insanın ifadəsi vardı onun girdə sifətində.  
 
XXIV 
 
Qəribədir! Bibiheybətin neft hopmuş sahilində son güllə səsini eşidən zaman elə bilirdim ki, mən bir 
daha özümü xoşbəxt hiss etməyəcəyəm. Lakin Şəmiran sarayının gül qoxulu bağçasında dörd həftə 
içərisində özümü vətənimdə olduğum kimi tamamən rahat hiss edirdim. 
Şəhərə çox nadir hallarda gedərdim. Şəhərdə dostlara baş çəkərdim və yaxud xidmətçilərimin 
müşayiəti ilə Tehran bazarının qarmaqarışıq yollarında dolaşıb alış-veriş edən adamları seyr edərdim. 
Nəhəng çətirə  bənzər qübbəli bir damın altında dar küçələr, qaranlıq döngələrdə gündüzlər belə 
yanan lampalar, çadıra bənzər dükanlar uzanırdı. Bazarda vaxtımı qızıl güllər, xalçalar, baş örtükləri
ipək əşyalar və zinət şeylərini axtarmaqla, keçirirdim. Onların arasında qızılla işlənmiş güyümlər, çox 
qədim boyunbağları, bilərziklər, tumac balışlar və seçmə  ətriyyatlar tapıb alırdım. Aldığım şeylərə 
uyğun İran tacirlərinin ciblərinə böyük gümüş tümənlərim axırdı. Xidmətçilərim Şərqin qeyri adi cah-
cəlallarını daşıyıb aparırdılar. Bunların hamısı Nino üçün idi. 
Xidmətçilərin kürəkləri yükün altında iki qat olurdu. Mən isə bəzi şeyləri almaq üçün hələ də bazarda 
gəzişirdim. Bazarın bir tinində tumac cildli Qurani Kərim və miniatür rəsmlər satılırdı: birinci rəsmdə 
sərv ağacının altında badam gözlü bir Şahzadə və onun yanında oturmuş bir qız, ikinci rəsmdə isə ova 
çıxmış padşah, havada uçan bir nizə  və qaçmaqda olan bir ceyran təsvir olunurdu. Yenə  də gümüş 
tümənlər cingildəməyə başladı. Bir az irəlidə iki tacir alçaq kürsüdə oturmuşdular. Onlardan biri 
cibindən bir gümüş tümən çıxardıb o birisinə verir. O da tüməni diqqətlə gözdən keçirir, dişlərinin 
arasında sıxıb dişləyir, balaca bir tərəziyə qoyub çəkir və iri bir torbaya qoyurdu. Tacir borcunu tam 
ödəyənə  qədər  əlini yüz, min, bəlkə  də on min dəfə torbaya salıb çıxardırdı. Hərəkətlərindən və 
üzünün ifadəsindən ləyaqətli adama oxşayırdı. Bu ticarətdir! Axı Peyğəmbərimizin özü də tacir 
olmuşdur. 
Bazar labirinti xatırladırdı. Həmin iki tacirin dükanı yanında müdrik bir qoca kişi oturub qabağındakı 
kitabın səhifələrini vərəqləyirdi. Qocanın sifəti yosun basmış qədim qaya yazılarını yada salırdı. Uzun 
incə barmaqları onun iltifatlı və rəhmdil olduğuna dəlalət edirdi. Kitabın saralmış vərəqlərindən Şiraz 
güllərinin  ətri, İran bülbüllərinin cəh-cəhi, şən nəğmələrin səsi, badam gözlərin, uzun kipriklərin 
xəyali təsviri duyulurdu. Qocanın incə barmaqları bu qədim kitabın səhifələrini ehtiyatla vərəqləyirdi. 
Bazar səs-küylü adamlarla dolu idi. Çox qədim və zərif rəngləri olan bir Kirman xalçasını görüb sahibi 
ilə qiymət danışmağa başladım. Üzərində bağça naxışları olan xalçalardan Ninonun xoşu gəlirdi. 
Bazarda birisi qızılgül suyu və qızılgül yağı satırdı. 
Xidmətçilər əldən düşmüş halda yanımda dayanmışdılar. Bunların hamısını tez Şimrana aparın. Mən 
sonra gələcəyəm. 
Xidmətçilər izdihamın içinə girib, gözdən itdilər. Bir neçə addım qabağa atıb çayxananın alçaq 
qapısından başımı aşağı əyərək içəri keçirəm. Çayxana ağzına qədər adamla dolu idi. Çayxananın 
ortasında qırmızı saqqallı bir kişi oturmuşdu. Gözlərini yarı qapamış bu kişi Hafizin bir qəzəlini 
oxuyurdu. Dinləyicilər ovsunlaşmış kimi dərindən köks ötürür və  qəzəldən ləzzət aldıqlarını 
gizlətmirdilər. 
Sonra həmin kişi qəzetdən xəbərləri oxumağa başladı: “Amerikada elə bir cihaz icad edilib ki, 
söylənilən sözü bütün dünyaya eşitdirir. Parıltısı günəş şəfəqindən güclü, əli marsa çatan, taxtı 


dünyadan uca olan hökmdarımız şahənşah Sultan Əhməd, Şah Bakeşah sarayında İngiltərədə 
hakimiyyətdə olan kralın elçilərini qəbul etmişdir. 
Dinləyicilər heyrətlə ona qulaq asırdılar. Sonra qırmızı saqqallı kişi qəzeti büküb, yenə mahnı oxumağa 
başladı. Mahnı bu dəfə  cəngavər zal oğlu Rüstəmdən və onun oğlu Zöhrabdan bəhs edirdi. Mən 
gözlərimi isti məxməri çaya zilləyib, fikirləşirdim ki, işlər lazım olan tərzdə getmir. 
Mən İrandayam, sarayda yaşayıram, həyatımdan da razıyam. Nino da mənimlə eyni sarayda yaşayır, 
ancaq həyatından tamamilə narazıdır. O, Dağıstanda dağlı həyatının bütün əzab-əziyyətinə qatlaşırdı. 
Burada isə dəbdəbəli İran həyat tərzinin əxlaq qaydalarına uymaq istəmirdi. Polis qadınlarla kişilərin 
küçələrdə yan-yana getmələrini qadağan etmiş olduğu halda, Nino mənimlə birlikdə küçəyə çıxıb 
gəzmək istəyirdi. Həqiqətən bu ölkədə  ərlə arvad birlikdə  nə qonaq qəbul edə bilərdi və  nə  də bir 
yerdə gəzməyə çıxa bilərdi. Nino mənə yalvarırdı ki, şəhəri ona göstərim. Onu fikrindən döndərməyə 
çalışan zaman isə Nino qəzəblənirdi. Ninoya deyirəm ki, böyük məmnuniyyətlə  şəhəri sənə 
göstərərdim, amma səni şəhərə apara bilmərəm, məni düz başa düş. 
Onun iri qara gözlərində narazılıq hissini oxumaq olurdu. Axı onu necə başa salım ki, xanın arvadı 
çadrasız küçələrdə gəzə bilməz. Ona ən bahalı çadra almışam. Nino, bax gör çadra nə qəşəngdir. Çadra 
qadının üzünü günəşdən və tozdan qoruyur. Vallah, mən də böyük məmnuniyyətlə çadra örtmək 
istərdim.  
Nino kədərlə gülümsəyir və çadranı qırağa qoyub deyirdi. 
– Üzünü örtmək qadın üçün ləyaqətsizlikdir,  Əlixan.  Əgər çadra örtsəm, mən özüm-özümə ömrüm 
boyunca nifrət edərəm. 
Ona polisin bu barədəki əmrini göstərdim. Nino onu cırıb atdı. Onu şəhərdə gəzdirmək üçün hər yeri 
qapalı, şüşələrinə də pərdə çəkilmiş kareta sifariş verdim.  
Sonra da Nino ilə karetaya minib şəhəri gəzdik. Top meydanından keçərkən Nino atamı gördü və 
istədi ona salam versin. Bu bir dəhşət idi. Onun könlünü almaq üçün bazarın yarısını satın almaq 
gərəkdi...  
İndi də burada oturub fincanımın içinə baxıram. 
Nino darıxdığından məhv olub gedirdi, mən isə ona heç bir yardım edə bilmirəm. O Tehrandakı 
Avropalıların arvadları və qızları ilə tanış olmaq istəyir. Amma buna yol vermək olmaz. Çünki bir Xan 
arvadının kafirlərin arvadları ilə tanış olub dostluq etməsi xoş qarşılanmayacaq. Onlar Nino ilə dostluq 
edərlərsə Ninonun hərəmxana həyatına necə tab gətirməsinə o qədər acıyacaqlar ki, nəhayət o 
doğrudan da bu məşəqqətə dözə bilməyəcək!.. 
Bir neçə gün əvvəl Nino, xala və bibilərimi görməyə getmişdi və oradan dəhşət içində qayıtmışdı. 
Nino evə gələn kimi qışqırıb dedi: 
Əli xan, onlar bilmək istəyirdilər ki, sən gündə neçə  dəfə öz məhəbbətinlə  məni xoşbəxt edirsən. 
Onlar ərlərindən eşidiblər ki, sən bütün vaxtını mənimlə keçirirsən. Onlar mənə cinlərdən qorunmaq 
üçün bir dərman verdilər və  məsləhət gördülər ki, gözmuncuğu taxım. Bunlar məni mütləq 
düşməndən qoruyacaq. Sonra, sənin bibin Sultan xanım soruşdu ki, belə cavan ərin tək bir arvadı 
olması yəqin ki, onu darıxdırır. Sonra da hamısı səni oğlanlardan necə uzaq tuta bildiyimi öyrənmək 
istədilər. Xalam qızı Suat hər hansı bir zöhrəvi xəstəliyə tutulmuş olub, olmadığımı bilmək istəyirdi. 
Onlar iddia edirdilər ki, mənə qibtə etmək lazımdır. Eşidirsənmi? 
Bacardığım qədər ona təsəlli verdim. O, ürkmüş bir uşaq kimi küncə qısılıb dəhşət içində  mənə 
baxırdı. Nino xeyli vaxt idi ki, özünə gələ bilmirdi. 
Çayım lap soyumuşdu. Çayxanada oturmuşdum ki, camaat mənim bütün günümün hərəmxanada 
keçmədiyinin şahidi olsun. Çünki burada kişinin daim arvadının yanında olmasına yaxşı baxmırlar. 
Qohumlarım artıq məni  ələ salmağa başlamışdılar. Burada yalnız müəyyən vaxtlarını qadına sərf 
etməlisən. Qalan vaxtın sahibi isə kişidir. Halbuki Ninonun yeganə təsəllisi mənəm, onun qəzeti də, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə