ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   41   42   43   44   45   46   47   48   ...   59

Balaca maşın əyri-üyrü dar küçələrdən, Top meydanından və şah sarayının Almas darvazası yanından 
keçib şəhərin o biri tərəfinə, Tehranın yaxınlığındakı Şəmiran qəsəbəsinə gedən geniş yola çıxır. 
Şəmiran saray bağçasının qapıları taybatay açılmışdı. Qapıdan içəri girdikdə qızıl gülün ətiri bizi vurdu. 
Biz bağçadakı fəvvarələrin yanından keçib saraya girlik. Pəncərələri pərdələrlə örtülmüş qaranlıq otaq, 
bulaq suyu kimi sərin idi. Nino və mən başımızı yumşaq balışlara qoyub şirin yuxuya getdik. 
Biz yatdıq, oyandıq, mürgülədik, yuxular gördük və yenidən yatdıq. Pəncərələri pərdələrlə örtülmüş 
bu sərin otaqda yatmaq həddindən artıq xoş idi. Saysız-hesabsız döşəklər, yastıqlar və xalılar alçaq 
divanın və döşəmənin üstünü örtmüşdülər. Yuxulu-yuxulu bülbüllərin cəhcəhini eşidirdik. Adamı 
qeyri-adi bir hiss bürüyürdü. Biz bütün təhlükələrdən, Bakının əldən düşmüş qala divarlarından çox 
uzaqlarda, böyük bir sakit evdə mürgüləyirdik. Vaxt səssiz-səmirsiz keçirdi. Nino hərdənbir dərin bir 
ah çəkir, yuxulu qalxır, sonra başını mənim sinəmə qoyub yenidən yuxuya gedirdi. Mən isə İran 
hərəmxanasının cazibədar  ətri gələn yumşaq yastığına başımı qoyub yatırdım. Məni dəhşətli bir 
tənbəllik bürümüşdü. Burnum qaşındığı zaman onu qaşımaq üçün əlimi qaldırmağa belə  tənbəllik 
edirdik. Nəhayət burnumun qaşıntısı öz-özünə dayandı və mən yenidən yuxuya getdim. 
Nino birdən oyandı və başını qaldırıb dedi: 
– Əli xan, acından ölürəm. 
Biz bağçaya çıxdıq. Fəvvarələrin ətrafını qızıl güllər bürümüşdü. Sərv ağacları göyə ucalırdı. Rəngarəng 
qanadlarını yelpinc kimi açmış tovuz quşu batmaqda olan günəşi, seyr edirdi. Uzaqlarda Demavənd 
dağı ucalırdı. Mən  əl çaldım. Şiş sifətli bir hərəm xidmətçisi tez yanımıza gəldi. Onun dalınca da 
əlində xalça və yastıq tutan yaşlı bir qadın gəlirdi. Biz bir sərv ağacının kölgəsində oturub süfrə açdıq. 
Hərəm xidmətçisi su və  ləyən gətirdi. Sonra yerə  sərilmiş xalının üzərinə İran mətbəxinin  ən ləziz 
yeməkləri ilə dolduruldu. 
Pulemyotun şıqqıltısını eşitməkdənsə xörəyi əllə yemək yaxşıdır, deyən Nino sol əlini buğlanan plova 
uzatdı. Xədimağası qorxunc bir ifadəylə ona baxdı. Ağasının utanmasına şahid olmasın deyə xidmətçi 
üzünü yana çevirdi. 
Mən Ninoya, İranda plovun sağ əlin üç barmağı ilə necə yeyildiyini öyrətdim. Bakını tərk etdiyimiz 
gündən bəri ilk dəfə olaraq Nino güldü. İndi mən də artıq özümü sakit hiss edirdim. Şah ölkəsində
Şəmiran sarayında, dindar şairlərin və müdriklərin diyarında həyat çox gözəl idi.  
Nino birdən soruşdu: 
– Bəs sənin əmin Əsəd-əs Səltənə ilə onun hərəmxanası haradadır? 
– Hər halda, şəhərdəki saraydadı. Üç arvadı da onun yanında olmalıdır. Hərəmxananı soruşursan? Bu 
bağça və ətrafındakı otaqlar elə hərəmxanadır da! 
Nino güldü: 
– Deməli, məni hərəmxanaya gətirmisən, eləmi? Mən bilirdim ki, əvvəl-axır belə olacaq. 
Bu zaman ikinci bir hərəm xidmətçisi gəldi. Bu xidmətçi bədəncə arıq və bir qoca idi. O, bizə 
yaxınlaşıb soruşdu ki, bizim üçün mahnı oxusun ya yox. Biz istəmədiyimizi bildirdik. Üç qız gəlib 
xalçaları bükdülər.  Əvvəlki qoca xidmətçi də  gəlib süfrədən artıq qalan yeməkləri yığışdırıb apardı. 
Balaca bir oğlan da tovuz quşuna yem verirdi. 
– Əli xan, bu adamlar kimdirlər? 
– Xidmətçilər. 
– Görəsən nə qədər xidmətçi var burada?! 
Mən bunu bilmədiyim üçün xidmətçini çağırıb ondan soruşdum. O bir qədər fikirləşəndən sonra dedi 
ki, Hərəmxanaya iyirmi səkkiz qulluqçu xidmət edir. 
– Bəs burada neçə arvad yaşayır? 
– Hal-hazırda ancaq biri, o da sənin yanında oturan qadındır. Amma burada kifayət qədər yer vardır. 
Əsəd-əs-Səltənə arvadları ilə birlikdə şəhərdə yaşayır. Bu indi sənin hərəmxanandır. 
Sonra o oturub sözünə davam etdi: 


Mənim adım Yəhya Quludur. Mən sənin namusunun keşikçisiyəm, xan. Mən yazmağı, oxumağı və 
hesablamağı bilirəm. Evi idarə etməyi və qadınlarla əlaqədar bütün məsələlərdən başım çıxır. Mənə 
bel bağlaya bilərsən. Yanınızda oturan qadının əcnəbi olduğu bəllidir. Amma mən ona yavaş-yavaş 
əxlaq və  rəftar qaydalarını öyrədə bilərəm. Mən görürəm ki, onun qoltuqlarının altı tüklüdür. Bəzi 
ölkələrdə qadınların tərbiyəsinə son dərəcə etinasızlıq edirlər. Sabah onun dırnaqlarına həna 
qoyacağam və yatmazdan əvvəl onun ağzını da müayinə edərəm. 
Ay Allah, daha bunlar nəyə lazımdır? 
– Çürük dişləri olan qadınların ağzından pis iyi gəlir. Mən onun dişlərinə baxıb, nəfəsini iyləməliyəm. 
– Bu adam orada nə boşboğazlıq edir? – deyə Nino soruşdu. 
– O diş həkimi kimi öz xidmətini təklif edir. Əcaib bir tipə oxşayır. 
Qəribə bir vəziyyətə düşmüşdüm. Sonra hərəm xidmətçisinə dedim: 
– Yəhya qulu, görürəm sən mədəniyyətə aid olan bütün məsələlərdən xəbəri olan səriştəli bir 
adamsan. Lakin, mənim arvadım hamilədir və ondan muğayat olmaq lazımdır. Elə bu səbəbdən də, 
körpə dünyaya gələnədək tərbiyə məsələlərini təxirə salırıq. 
Bunu deyərkən utandığımdan yanaqlarımın qızardığını hiss edirdim. Nino həqiqətən hamilə idi, 
amma buna baxmayaraq mən yenə yalan danışırdım. 
Hərəm xidmətçisi cavab verdi: 
– Siz çox ağıllı hərəkət edirsiniz, xan. Hamilə qadınlar anlaşılmaz olurlar. Yeri gəlmişkən deyim ki, 
doğulacaq uşağın oğlan olmasını təmin etmək üçün bir əlac var. – O, bunu deyib Ninonun zərif 
vücudunu nəzərdən keçirdib əlavə etdi: 
– Mənə elə gəlir ki, onun üçün hələ bir-iki ay vaxtı var. 
Eyvandan çoxlu ayaq səsləri gəldi. Xidmətçilər və qadınlar bir-birlərinə qəribə işarələr etdilər. Yəhya 
Qulu eşiyə çıxdı və dərhal çox qayğılı halda geri qayıtdı. 
– Xan, möhtərəm Seyid Mustafa həzrətləri səni salamlamaq istəyir. 
Hərəmxanada sizi narahat etməyə cürət etməzdim, amma Seyid də Peyğəmbər nəslinə mənsub elmli 
bir adamdır. O, sizi Böyük Salonda gözləyir. “Seyid” sözünü eşidən kimi Nino başını qaldırdı: 
– Seyid Mustafanımı deyirsiniz. Deyin gəlsin, hamımız birlikdə çay içərik. 
Mən çaşqın və bir az da utancaq halda dedim: 
– Seyid buraya gələ bilməz, Nino. Bura hərəmxanadır. 
– Ah, buranın nə qəribə adətləri var. Onda onunla kənarda görüşərik. 
– Nino, qorxuram ki... Sənə necə başa salım... Bilirsən də İranda bir çox şeylər bizim ölkəmizdəkindən 
fərqlidir. Seyid axı kişidir. 
Təəccübdən Ninonun gözləri bərəldi. 
– Yəni demək istəyirsən ki, məni Bakıdan Dağıstana aparan Seyid Mustafa buraya gələ bilməz? 
– Hə, Nino, qorxuram... Heç olmasa müəyyən vaxt keçənə qədər... 
Nino birdən birə soyuq bir tərzlə “yaxşı” – dedi. “İndi isə çıx get”.  
Əzab çəkə-çəkə bayıra çıxıb getdim, sonra da Seyidlə böyük kitabxanada oturub çay içirdim. Seyid 
Mustafa deyirdi ki, Bakı kafirlərin əlindən azad olunana kimi Məşhədə gedib orada məşhur əmisinin 
yanında qalmaq istəyir. Dedim ki, bu çox yaxşı düşünülmüş fikirdir, Seyid çox nəzakətli bir adam idi. 
O, Ninonu heç soruşmurdu və bir dəfə də olsun onun adını belə çəkmədi. Qəflətən qapı açıldı. 
– Axşamınız xeyr olsun, Seyid. 
Ninonun səsi boğuq idi. 
Seyid Mustafa yerindən hoppandı. Onun çopur sifətində dəhşət ifadəsi var idi. 
Nino xalçanın üstündəki döşəkdə oturdu: – Bir stəkan da çay içərsinizmi, Seyid? 
Eşikdə  təlaşla gəlib gedən adamların ayaq səsləri gəlirdi. Şirvanşir evinin nüfuzu birdəfəlik yerə 
vurulmuşdu. Seyid yalnız bir neçə dəqiqədən sonra özünə gəldi. Nino qaşqabağını sallayıb güldü: 
– Mən pulemyotdan qorxmamışam, sənin üç, beş, hərəm xidmətçilərindən mi qorxacaydım – dedi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə