ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   37   38   39   40   41   42   43   44   ...   59

edirdilər. Müharibənin gedişi tərsinə dönmüşdü. Böyük knyaz qeybə çıxmışdı və cırım-cındır, üst-
başdan tökülmüş, içində haldan düşmüş əsgər qalıqları şəhərin küçələrində  sərgərdan dolaşırdılar. 
Gecələr atışma səsləri eşidilir, gündüzlər isə qarışıqlıq yaradanlar dükanları qarət edirdilər.  
Nino  əyilib atlasa baxırdı. “Mən müharibə olmayan bir ölkə axtarıram” deyə Nino barmağını 
rəngarəng bəzi sərhəd cizgilərinin üzərində gəzdirirdi.  
Mən də istehza ilə dedim: 
“Bəlkə Moskvaya və yaxud da Peterburqa gedək?” dedim.  
Nino çiyinlərini çəkdi. Nino birdən barmağını Norveçin üzərində saxladı.  
– Əlbəttə, o ölkənin barış içində olduğuna əminəm. Amma oraya necə gedə bilərik? 
Nino köksünü ötürdü. 
– Yox, oraya gedə bilmərik. Bəs Amerikaya nə deyirsən? 
– Atlantik okean düşmənin sualtı qayıqları ilə doludur, – dedim. Bəs Hindistan, İspaniya, Çin, 
Yaponiya?  
– Oralarda da ya müharibə gedir, ya da oralara gedib çıxa bilmərik.  
– Əli xan, deməli biz tələyə düşmüşük? 
– Düz başa düşmüsən, Nino. İndi qaçmağın heç bir mənası yoxdur. İndi biz heç olmasa türklər gələnə 
kimi şəhər əhlinin sağlam ağıllı və təmkinli olmasının yollarını axtarmalıyıq.  
Nino narazı halda dilləndi: 
– Axı niyə mən qəhrəmana ərə getmişəm! Mən şüarları, nitqləri sevmirəm. Əgər bu işlər belə davam 
edərsə, İrandakı sənin əminin yanına qaçacağam.  
– Belə davam edə bilməz, – deyib evi tərk etdim.  
İslam xeyriyyə  cəmiyyətinin binasında bir toplantı vardı. Bir neçə ay bundan qabaq atamın evində 
xalqımızın aqibətinə böyük qayğı göstərən alicənab adamlar orada deyildilər. Binanın salonuna qolu 
qüvvətli cavanlar doluşmuşdular. Qapıda İlyas bəyə rast gəldim. İlyas bəy Məmməd Heydərlə birlikdə 
cəbhədən qayıtmışdılar. Çarın öz taxtını tərk etməsini eşidib şəhərə  gəlmişdilər. Müharibədə 
gördüklərini qiyamətə qədər ürəklərində daşıyacaq adamlara bənzəyirdilər.  
–  Əli xan – deyə İlyas bəy mənə müraciət etdi – biz hərəkət etməliyik. Düşmən şəhərin qapısında 
dayanıb  
– Bəli, biz özümüzü müdafiə etməliyik.  
– Yox, bizim hücuma keçməyimiz lazımdır.  
İlyas bəy bu sözləri deyib xitabət kürsüsünə qalxdı və amiranə bir səslə danışmağa başladı: “Hörmətli 
müsəlmanlar! Mən bir daha şəhərimizin vəziyyətini sizə izah etmək istəyirəm. 
İnqilab başlanandan bəri cəbhə dağılır. Rus ordusundan qaçmış əlləri silahlı fərarilər soyğunçuluğa 
hazır vəziyyətdə Bakının ətrafında dayanıblar. Şəhərdə yalnız bir müsəlman hərbi hissəsi vardır. Bu 
hissə  də “Vəhşi diviziya”nın könüllülərindən ibarətdir. Biz həm sayca və  həm də  hərbi sursat 
baxımından rus ordusundan zəifik. Şəhərimizdəki ikinci hərbi hissə isə “Daşnaksütyun” adlı erməni 
millətçi partiyasının hərbi dəstələridir. Bu partiyanın liderləri olan Stepan Lalayev və Andronik 
Ozanyan bizimlə  təmas yaratmışlar. Onlar Qarabağı və Ermənistanı müdafiə etmək üçün şəhərin 
erməni sakinlərindən ibarət ordu düzəldirdilər. Biz bu ordunun yaradılması, eləcə də onun Ermənistan 
tərəfə yürüş etməsi barəsindəki planı təsvib etmişik. Bu səbəbdən də ermənilər bizimlə birləşib ruslara 
ultimatum verməyə razıdırlar. Biz tələb edirik ki, rus əsgərləri və qaçqınları bir də bizim şəhərimizdən 
keçməsinlər. Ruslar bizim tələbimizi rədd etsələr, biz ermənilərlə ittifaqda öz tələblərimizi hərbi yolla 
yerinə yetirmək iqtidarındayıq. Müsəlmanlar, “Vəhşi diviziya”ya yazılın və silaha sarılın. Düşmən qapı 
ağzındadır”.  
Mən qulaq asırdım. Bu nitqdən müharibə  və qan iyi gəlirdi. Artıq neçə gün idi ki, kazarmanın 
həyətində pulemyotdan necə istifadə etməyi öyrənirdim. İndi bu yeni bilgini lazımlı yerdə  tətbiq 
etmək olardı. Məmməd Heydər yanımda dayanıb patrondaşları ilə oynayırdı, əyilib onun qulağına 


dedim: “Toplantıdan sonra İlyas bəylə bizə  gəlin. Seyid Mustafa da bizdə olacaq. Biz vəziyyəti 
müzakirə etməliyik”. 
Məmməd Heydər başı ilə “gələrik” işarətini edib getdi. Dostları çox keçmədən gəldilər. Onlar silahlı 
idilər. Həttə Seyid Mustafa belə yaşıl qurşağının altına bir xəncər taxmışdı. Nino bir evdar qadın kimi 
tələsik çay hazırladı. İçimizdə anlaşılmaz bir sakitlik var idi. Müharibə ərəfəsində şəhər sıxıntılı və yad 
görünürdü. Hələ də küçələrdə insanlar gəzişirdilər, işə gedirdilər və bazarlarda alver edirdilər. Amma 
onların hərəkətlərində qeyri-real cəhətləri sezmək olurdu. Elə bil onlar həyatın gündəlik vərdişlərinin 
tezliklə mənasızlığa çevriləcəyini indidən başa düşürdülər.  
– Evinizdə kifayət qədər silahınız varmı? – deyə İlyas bəy soruşdu. 
– Beş tüfəng, səkkiz tapança, bir pulemyot və döyüş sursatımız var.  
– Bundan başqa evinizdə qadınlarla uşaqların sığınacağı üçün zirzəminiz varmı? 
Nino birdən başını qaldırdı və qətiyyətlə dedi: 
– Mən zirzəmiyə getməyəcəyəm. Mən evimi müdafiə edəcəyəm. Onun səsi çox sərt və qəti idi.  
Məmməd Heydər çox sakit tərzdə dedi: 
– Nino, biz silah tətbiq edəcəyik, əgər yaralansaq, siz də yaralarımızı sarıyarsınız.  
Nino başını aşağı əydi. Onun səsi tutulmuş görünürdü: “Aman Allah, şəhərimizin küçələri döyüş 
meydanına, teatrımızın binası da baş qərargaha çevriləcək. Bir azdan sonra isə, Nikolay küçəsinə 
getmək Çinə getməkdən də çətin olacaq. Müqəddəs Tamara litseyinə getmək üçün ya dünyagörüşünü 
dəyişmək və yaxud bir ordunu məğlub etmək lazım olacaqdır. Qubernator bağına qarnı üstə sürünə-
sürünə getməyinizi və vaxtı ilə  Əli xanla görüşdüyüm hovuzun yanında pulemyot qurulacağını 
xəyalımda canlandırdım. Biz çox qəribə bir şəhərdə yaşayırıq”.  
Sonra İlyas bəy sözə başladı: 
– Şəhərin içində döyüş olmayacağına əminəm. Ruslar bizim ultimatumu qəbul edəcəklər.  
Məmməd Heydər acıqlı-acıqlı gülüb dedi: 
– Sizə deməyi yaddan çıxartdım, buraya gələndə yolda Əsədullaha rast gəldim. O, dedi ki, ruslar 
ultimatumu rədd ediblər. Onlar tələb edirlər ki, biz silahlarımızı təslim edək. Mən silahımı onlara 
verməyəcəyəm.  
İlyas bəy dedi: 
– Bu bizim erməni müttəfiqlərimiz üçün müharibə deməkdir.  
Nino susurdu, onun sifəti pəncərəyə tərəf çevrilmişdi. Seyid Mustafa əmmaməsini düzəldib dedi: 
– Allah, Allah! Mən cəbhədə olmamışam. Əli xan qədər də ağıllı deyiləm. Lakin şəraiti yaxşı bilirəm. 
Müharibə zamanı müsəlmanlar kafirlərin sədaqətinə bel bağlayarsa, o müharibədən xeyir gəlməz. 
Əslində, başqasına bel bağlamağın özü pis şeydir. Şəriət belə buyurur, həyat da belədir. Erməni hərbi 
dəstələrinə kimlər rəhbərlik edir? Stepan Lalay! Onu tanıyırsınız. Mən heç cürə inana bilmirəm ki, 
ermənilər bizimlə birlikdə ruslara qarşı vuruşsunlar. Axı qarşımızdakı bu ruslar kimlərdir? Cır-Cındır 
içində olan bir sürü anarxistlər və quldur dəstələri. Onların başçılarının adı Stepan Şaumyandır. O da 
ermənidir. Erməni anarxistləri ilə erməni millətçiləri, müsəlman millətçiləri ilə erməni 
millətçilərindən tez birləşərlər. Hər şey Quranın həqiqəti kimi aydındır.  
Seyid – deyə Nino sözə başladı. Burada bir məntiq də vardır. Əgər Ruslar qalib gələrsə, hər halda 
Stepan Lalay ilə Andranikə yaxşı münasibət bəsləməyəcəklər.  
Məmməd Heydər birdən-birə qaqqıltı ilə gülüb dedi:  
– Dostlar, məni bağışlayın, üzr istəyirəm düşünürəm ki, əgər biz müharibədə qalib gəlsək ermənilərin 
vəziyyəti necə olacaq? Əgər türklər Ermənistana girsələr, biz onların ölkəsini müdafiə etməyəcəyik. 
– İlyas bəy bərk hirslənərək dedi: 
– Belə sözlər danışmayın, hətta ağlınıza belə gətirməyin. Erməni məsələsi çox asan və sadə yolla həll 
ediləcək. Lalayın rəhbərlik etdiyi batalyonların döyüşçüləri Ermənistana gedəcək. Döyüşçülərlə 
birlikdə onların ailələri də çıxıb gedəcəklər. Beləliklə, bir ilin ərzində Bakıda erməni qalmayacaq. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə