– Bizdən narahat olma. Cəbhədə özümüzə bir yer tapacayıq.
Gülüşdük, öpüşdük. Sonra qapı arxadan bağlandı.
Başımı yastığa qoyub gözlərimi qırmızı rəngli xalçanın naxışlarına zillədim. Yazıq dostlarım!
Bu mənim
günahımdır. Gözlərim açıq ola-ola qəribə xəyallara dalmışdım. Hər şey gözlərimin qabağından çəkilib
yox olurdu. Ninonun gah gülən, gah da ciddiləşən sifətidumanlar içində görünürdü. Yad əllər mənim
vücudumatoxunurdu. Kimsə farsca dedi: “Ona xaş-xaş vermək lazımdır. Vicdan əzabına qarşı çox
kömək edir”
Biri kəhrəba müştüyü ağzıma qoydu və bu gözü açıq, xəyallardan ayılarkən qulağıma səs gəldi:
– Möhtərəm xan, mən sarsılmışam. Bu nə faciədir başımıza gəldi. Mən istəyirəm ki, qızım sizin
oğlunuzun yanına getsin. Onlar dərhal evlənməlidirlər”.
–
Möhtərəm knyaz, Əli xan evlənə bilməz. Son hadisədən sonra Əli xan artıq qanlıdır. İndi
Naçararyan ailəsi ilə aramızda qan davası var. Mən oğlumu İrana göndərmişəm. Onun həyatının hər
anı təhlükə altındadır.
Oğlum Əli xan,sizin qızınıza ər ola bilməz.
–
Səfər xan, çox rica edirəm, uşaqlarımızı qorumaq lazımdır. Onlar buradan Hindistana və yaxud
İspaniyaya çıxıb getməlidirlər. Mənim qızımınnamusu ləkələnib. Onun namusunu ancaq nikah xilas
edə bilər”.
– Möhtərəm knyaz, bu Əli xanın təqsiri deyildir. Sonra da qızınız əgər
istərsə onun üçün bir rus və
yaxud bir erməni kürəkən belə tapıla bilər. Mən buna əminəm.
– Amma çox xahiş edirəm. Qızım zərərsiz, məsum bir gecə gəzintisinə çıxmışdı, desəm heç kəs buna
inanmaz. Elə boğanaq havada kim belə gəzintiyə çıxa bilər. Oğlunuz bu işi görməkdə tələsib. Ona
qarşı sürülən ittiham təmamən səhvdir. Oğlunuz bu səhvi düzəltməlidir”.
– Orasını düşünürük, knyaz. Lakin nə olursa olsun, Əli xan artıq qanlıdır. Onun üçün o, evlənə
bilməz.
– Səfər xan, mənim də bir ata olduğumu unutmayın. Səslər kəsildi. Hər yeri yenidən bir səssizlik
bürüdü.
Nəhayət, yaralarımın sarğılarını açdılar. Bədənimdə ilk şərəfli nişanə olan yara yerimə toxundum.
Sonra ayağa durdum. Tərəddüdlə addım ataraq otağın içində yeriməyə başladım. Nökərlər ürkmüş
baxışlarla mənə baxırdılar. Otağın qapısı açıldı. Atam içəri girdi. Qəlbim şiddətlə çırpınmağa başladı.
Nökərlər otaqdan çıxdılar.
Atam bir müddət susdu. O, otaqda gəzişməyə başladı. Sonra yerində dayanıb dedi:
– Hər gün evimizə polis gəlir. Polisdən başqa Naçararyanlar ailəsi hər yerdə səni axtarır. Onların beş
nəfəri artıq İrana getmişlər. Mən evi qorumaq üçün evin ətrafına silahlanmış iyirmi nəfər adam
qoymuşam. Hə, yadımdan çıxmamış deyim ki, Melikovlar da istifadə etdiyin kəhər atından ötrü səni
qan düşməni elan ediblər.
Dostlarını da cəbhəyə göndərməyə nail oldular.
Mən cavab vermədən başımı aşağı əymişdim. Atam yanıma gəlib əlini çiynimə qoydu və mehribanlıqla
dedi:
– Mən səninlə fəxr edirəm, Əli xan.
Mən sənin yerində olsa idim, elə mən də eyni şeyi edərdim.
– Ata, sən razısanmı?
– Özü də hədsiz dərəcədə razıyam, – deyə atam cavab verdi və məni qucaqlayıb düz gözlərimin içinə
baxa-baxa soruşdu:
– Qızı nəyə görə öldürmədin?
– Bilmirəm, ata. Mən yorğun idim.
– Onu da öldürsəydin, çox yaxşı olardı. İndi artıq gecdir. Mən səni bunun üçüntəqsirləndirmirəm.
Bütün ailəmiz səninlə son dərəcə fəxr edir.
– Bəs bunun axırı nə olacaq, ata?
– Atam, fikirli-fikirlinəfəs alaraqyenidən otaqda gəzişməyə başladı.Sonra həyəcanla ah çəkib dedi:
– Sən burada qala bilməzsən. İrana da gedə bilməzsən. Polis və iki nüfuzlu ailə səni axtarırlar. Ən
yaxşısı budur ki, Dağıstana gedəsən. Oradakı aulların
birinə gedərsən, səni heç kim tapa bilməz.
Çünki, nə bir erməni və nə də polis nəfəri cürətedib oraya gedə bilməz.
– Bəs nə vaxtadək orada qalmalıyam, ata?
– Orada uzun bir vaxta qədər qalmalısan, Əli xan. O vaxta qədər ki, polis baş verən hadisəni unutsun
və düşmən ailələr bizimlə barışsın. Mən sənə ara bir baş çəkəcəyəm.
O gecə yola düşdüm. Əvvəlcə Mahacqalaya, oradan da dağlara yollandım. Uzun yalları olan balacaboy
atların belində dar dağ yolları ilə yuxarı dırmaşırdıq. Hədəfimiz dəhşətli bir uçurumun başındakı ucqar
bir aul idi.
İndi mən burada, Dağıstan qonaqpərvərliyinin etibarlı himayəsində idim. Camaat mənə qanlı kimi
baxırdılar. Zərif əllər tütününə nəşə qarışdırırdılar. Mən çox çəkirdim. Xəyallar içində üzərək
susurdum. Qanadının altında himayə tapdığım adam-atamın dostu Qazı Mollaidi. O, mənə qayğı
göstərirdi. Qazı Molla durmadan danışırdı, və onun dediyi sözlər gözlərimin qabağında canlanan
həyəcanlı xəyallarımı dağıdırdı.
–
Özünü xəyallara sürükləmə, Əli xan! Mənə qulaq as. Sən Andalalın əhvalatını heç eşitmisənmi?
Bilirsənmi, Andalal nədir? Altı yüz il bundan qabaq Andalal gözəl bir kənd idi. Böyük qəlbli, ağıllı və
cəsur bir xan oranın hökmdarı idi. Lakin xalq onun bu qədər səxavətinə dözə bilmirdi. Buna görə də
bir gün camaat hökmdarın hüzuruna gəlib dedilər: “Biz sənin əlindən artıq bezmişik, çıx get
ölkəmizdən”. Hökmdar bu sözləri eşidib hönkür-hönkür ağladı, yaxın adamları ilə vidalaşıb atına
mindi və çox uzaqlara, İrana getdi. Orada o, böyük bir adam oldu. Şah onu özünə müşavir etdi. O, bir
çox ölkələri və şəhərləri fəth etdi. Lakin Andalal xalqına qarşı qəlbindəki kini saxlayırdı. Ona görə də o
deyirdi ki, “Andalal vadisində çoxlu qızıl və daş-qaş
dolu çox zəngin xəzinələr var, biz oranı fəth
etməliyik”.
Şah böyük bir ordu ilə Dağıstana yola düşdü. O zaman Andalal xalqı, “siz sayca çoxsunuz, amma
dağların ətəklərindəsiniz. Bizim sayımız isə sizinkindən çox azdır, ancaq biz dağın başındayıq. Lakin
bizdən yuxarıda da cənabi Allah var. O bənzəri olmayan Tanrı hamımızdan güclüdür” dedilər.
Beləliklə, Andalal xalqı döyüşə girişdi. Döyüşdə kişilər, qadınlarvə uşaqlar iştirak edirdilər. Ön
cəbhədə isə Andalal hökmdarının İrana gedərkən kənddə qalmış oğulları vuruşurdular. Döyüşdə
İranlılar məğlub oldular. İlk qaçanlardan biri şah oldu. Axırda qaçan isə şahı Andalala gətirən oranın
hökmdarı oldu.
Bu hadisənin üstündən on il keçdi. Hökmdar yaşlandı və vətən üçün həsrət çəkməyə başlayır. O,
Tehrandakı sarayını tərk edib atına minir və vətəninə yola düşür. Lakin kəndinə gəldiyi zaman, camaat
düşmən ordusunu Andalala gətirən xaini tanıyır. Onlar onun üzünə tüpürürlər və qapılarını onun
sifətinə bağlayırlar. Hökmdarbütün günü atı ilə kəndin içində dolaşır,
amma özünə bir dost tapa
bilmir. Nəhayət, o, qazının yanına gedir və ona “Mən vaxtı ilə etdiyim günahımın cəzasını çəkmək
üçün vətənimə gəlmişəm. Məni mühakimə et. Şəriətimizə uyğun olaraq hökm et” dedi. Qazı da
ətrafındakılara əmr etdi ki, onun əl-ayağını bağlasınlar və sonra bəyan edib qərarını bildirdi:
“Əcdadlarımızın qanununaəsasən bu adam diri-diri basdırılmalıdır”. Sonra isə qazı adamlara müraciət
edərək soruşur: “Ay camaat, bəyan edilmiş qərara siz nə deyirsiniz? Camaat da “Qoy elə olsun!” deyə
qışqırdılar. Lakin qazı ədalətli adam olduğu üçün ondan soruşur: “Özünü müdafiə etmək üçün nə deyə
bilərsən?” Hökmdar ona cavab verərək deyir: “Heç bir şey deyə bilmərəm, mən
günahkaram”.Əcdadlarımızın qanunlarına belə hörmətlə əməl edilməsi yaxşı şeydir. Lakin
əcdadlarımızın eyni zamanda başqa bir qanunu da vardır. Bu qanunda deyilir ki, atasına qarşı
vuruşan
oğul öldürülməlidir. Mən də o qanuna əsaslanaraq öz atalıq haqqımı tələb edirəm. Oğullarım mənə
qarşı vuruşdular, elə ona görə də onların başları mənim məzarımın üstündə vurulmalıdır. Qazı “Qoy