50
işlər təşkil etmək olar. Onların fəal iştirakı ilə belə bir qənaətə gəlmək olur ki, müxtəlifcinsli bu
qoşasaitli sözlərin tələffüzündə müxtəlif çalarlıqlar özünü göstərir. Məsələn, ea, eo sait birləşməli
sözlərdə e saiti i ilə əvəzlənərək iya, iyo çalarlığında tələffüz olunur. Yaxud üa, üə qoşa saitlərinin
işləndiyi sözlərdə a və ə saitləri uzun tələfffüz olunur. Belə sözlər üzərində iş apararkən
öyrəncilərin ən çox çətinlik çəkdikləri məqamlardan biri də həmin sözlərdə vurğunun yerinin
dəqiqləşdirilməsində özünü göstərir. Bu çətinliyi şagirdlərin özünün iştirakı, vurğu kitabları və
müəllimin fəallığı ilə aradan qaldırmaq mümkündür.
Şəkilçilər sözlər tək
Omonim ola bilir.
Kökə uyğun olaraq
Qalınlaşır, incəlir.
Gah iki cür görünür,
Gah dörd dona bürünür.
“İnqilabi”,”tarixi”
Sözlərində axır i
Neçə cürə yazılır?
Bu ortaq şəkilçinin
Tərcümeyi –halında
Daha nələr yazılır?
Müəllim şeiri oxuduqdan sonra şəkilçilərin omonimliyi haqqında qısa məlumat verir.
Bildirir ki, şəkilçilər də sözlər kimi omonim ola bilir. Belə şəkilçilərdən biri də -ı,-i,-u,-ü-dür. Bu
şəkilçi feildən isim (qorxu, ölçü), isimdən sifət (armudu, ümüşü və s.), feildən feil (sürümək),
sifətdən feil (ləngimək) düzəldir, ismin təsirlik halı qələmi ver, onu gətir) və ismin mənsubiyyət
şəkilçisi (onun iti, şairin qələmi) yerində işlənir. Şagirdlər şeirin tələbinə uyğun olaraq bu omonim
şəkilçinin tərcümeyi-halına bu deyilənləri də əlavə edirlər.
o
Orfoepiyanın tədrisində aşağıdakı poetik çalışmalardan da istifadə etmək məqsədəuyğun
sayılır.
1. Nənəm «Fidan» deyəndə,
«F» səsin söyləyəndə
Səs telləri titrəyir,
Dodaq dişlərə dəyir?
2. Yüzə qədər
Hər bir sayın
Adın çəksən,
Səkkiz ona
Nə deyərsən?
«Həştad» düzdür,
Yoxsa «səksən?»
Düz söyləsən,
Sənə əhsən!
3. Nənəm söyləyirdi: « Böyüyə hürmət,
Yaxşılıq edənnər daha güclüdür.
Qocıya, kadına ülvü möhübbət
Üreyin gücüdür, əqlin gücüdür».
Babam da hirslənib dedi ki, « hərə
Əvvəlcə nitqinə nəzarət etsin
Borcudur dildəki bütün sözlərə
51
Hər kəs səcdə etsin, məhəbbət etsin».
Dialekt sözləri babam eşitdi
Pərişan bir halda bığların eşdi.
Ədəbi bir dildən xəbərsiz nənə
Sözlərdən neçəsin düz deməmişdi?
4. Maral, sözdə saitin
Uzunca tələffüzü
Məna dəyişməsinə
Söylə, bir təsir edər?
Mən inanıram, düzü
Tam cavab söyləməyə,
Ona aid sözlərə
Nümunələr deməyə
Sənin də gücün yetər.
5. Söyləyin, ay uşaqlar,
Maili kəlməsində
Neçə hərf, neçə səs var?
6. İnsan öz diliylə çox həvəslənər,
Hər qəlbdə məhəbbət bir cür bəslənər.
Vətən, çəmən, üzüm sözləri ismin
Çıxışlıq halında necə səslənər?
7. " Avqust, orden, modelə,
Tayqa, epos, hotelə,
Duet, folklor, tennisə,
Sintaksisə, defisə,
Keşniş, kələz, kələfə,
Səksən, sərnic, sələfə"
Nəzər yetir müxtəsər
Vurğunu tapıb göstər.
8. Bulud, armud, kənd, söyüd,
Əsəd, Səməd, qənd, öyüd,
Dərya, Dərbənd, dar, daşar
Sözlərindən hansında
«D» samiti karlaşar?
9. Meşə, araba, kölgə,
Qaya, dərə və özgə
Sözlərində a, ə-lər
Tamam axırda gələr.
Bu sözlər dəyişəndə,
Haldan-hala düşəndə
Hansı halda kim bilər
Tələffüzdə açıq səs
Qapalıya çevrilər?
52
ƏDƏBİYYAT
1.
Abdullayev N.Ə. Orfoepiya və orfoqrafiya təlimi məsələləri, Bakı, 1985, 90 səh.
2.
Azərbaycan dilinin orfoqrafiya lüğəti sözlüyü. Bakı, Elm, 1989, 151 səh.
3.
Azərbaycan müəllimi qəzeti, 14 noyabr, 2015, № 42
4.
Əfəndizadə Ə.R. Orfoqrafiya-orfoepiya-qrammatika lüğəti. Bakı, Azərnəşr, 1989, 151 səh.
5.
Maqsudov E.S. Poetik-praktik Azərbaycan dili, Naxçıvan, Əcəmi, 2015, 304 səh.
6.
Maqsudov E.S. Azərbaycan dilinin tədrisində poetik-praktik nümunələrlə işin təşkili
metodikası, Naxçıvan, Qeyrət, 2014, 98 səh.
РЕЗЮМЕ
Эльбеи Магсудов
Использование поэтических упражнений в
укреплении орфоэпических навыков
В статье отражены значение использования поэтических упражнений на уроках
азербайджанского языка, их путь в развитии мышления учащихся. Автор определил
возможности
эффективного
использования
поэтико-практических
упражнений в
организации работ по орфоэпии, рассмотрел вопрос о работе над поэтических текстах.
Исследователь откомментировал роль поэтических упражнений, порождающих большой
интерес в процессе обучения в связи с языком, в его совершенном осмыслении и
формировании у учащихся орфоэпических навыков.
ABSTRACT
Elbeyi Magsudov
Using poetic exercises in the consolidation of orthoepic skills
The article reflects the importance of using poetic exercises and the ways of their usage to
develop the learners’ thinking in the Azerbaijan language classes. It also establishes the
opportunities and effective ways of using poetic-practical exercises in the arrangement of the work
related to orthoepic, focuses on the issues of the arrangement of the work related to the poetic texts.
The role of using poetic exercises which arouse greater interest in languages in the teaching process
to make students love our language, to acquire it perfectly and also in the formation of orthoepic
skills is explained.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Dostları ilə paylaş: |