paqlarm, sanitar - qoruyucu zonaların proqnoz tələbatının hesablanması
üçün müxtəlif proqnozlaşdırma metodlarından (ekstrapol- yasiya, ekspert
qiymətləndirmə) istifadə edilir.
Ərazi balansının proqnozlannm təhlilinin vəzifələri aşağıdakılardan
ibarətdir:
1)
Ərazinin real resursları ilə tələbatının
müqayisə edilməsi;
2)
Balansın optimallaşdırılması yollarının tədqiq edilməsinə, yəni
mövcud resursların hesaba alınması ilə əhlinin rahat yaşamasına, təbii
mühitin saxlanmasına müəyyən səviyyədə nail olmaqla əlaqədar, müvafiq
effektli təsərrüfat sahələrinin fəaliyyətini təhlil edən belə strukturlann
işlənib hazırlanması daxildir.
Cədvəl 5
Kapital qoyuluşunda torpaqtutumlu istehsal yerlərinin
azalması perspektivləri
Sənaye sahələri
Torpaqtutumlu yerlər (1 hektara 1
mln. manat kapital qoyuluşu)
1980
2010
SES və su anbarları
200-400
100-250
Dəmir filizi hasilatı sənayesi
15-18
7-10
Kimya sənayesi (sanitar-mühafizəsi zonasız)
6-8
4-6
Neft hasilatı sənayesi
3-4
1,5-2,5
Neft emalı sənayesi
4-6
3-4
Qara metallurgiya
2-4
1,5-2
Əlvan metallurgita
3-5
2,0
Maşınqayırma
3-5
1,5-2
Yüngül sənaye
2-4
1,5-3
Yeyinti sənayesi
4-6
1,5-3,5
Tikinti materialları sənayesi
4-6
2,5-4
Yeni ərazilərə ola bilən çatışmazlığı aradan götürmək məqsədilə
kənd təsəiTÜfatı cəhətdən qiymətli torpaqlan qəsb etmək hesabına
əldə edilməsi variantı kimi baxılır. Bu da problemin həllinin ekstensiv
yoludur. Lakin ərazi balansının səmərələşdirilməsinin əsas
istiqamətləri, şəhər və sənaye tikintilərində elmi-texniki tərəqqinin im-
kanlannı nəzərə almaqla torpaqlardan istifadənin intensivləşdirilməsi
hesabına aşkar edilmiş ehtiyat ərazilərdən istifadə ilə bağlıdır.
176
Bundan başqa resursların ümumi balanslaşdırılmaması və tələbatı
zamanı çatışmazlığın yaranmasına şərait yaradan amillərin yox edilməsi,
yaxud da, yumşaldılması imkanları axtarılmalıdır.
Belə təhlil üçün ayrı-ayrı çıxış parametrlərinin redaktəsi məqsədilə
demoqrafik, sosial və təsərrüfat proqnozlannm məlumatlarından istifadə
etmək olar. Torpaq istifadəsində mütərəqqi meyllərin torpaqların
məhsuldarlığının saxlanılması, istifadəsi və korlanmış torpaqların xüsusi
çəkisinin azalması, xüsusi təyinatlı ərazilər və s. nəzərə alınmaqla prinsipial
mövqedən çıxış edərək balans struktur- lannın optimallığı hər mərhələdə
dəfələrlə təhlil edilir [138].
Regionda torpaqdan istifadənin proqnozlaşdırılmasmm mühüm
mərhələsi, faydalı qazıntıların hasilatı zamanı və təsərrüfatın digər
formaları ilə korlanmış torpaqların sahəsinin müəyyən edilməsidir, özü də
belə ərazilərin ölçüsünün artmasına meyli çoxalır. Bu məlumatlar ölkə üzrə
sahələrin inkişafı əsasında proqnozlardan alınır, hər şeydən əvvəl neft-qaz,
dəmir filizi, qeyri-fıliz inşaat materiallarının hasilatı sənayesi və s.
Belə ərazilərin aşkar edilib öyrənilməsi rekultivasiyaya ehtiyacı olan
ərazilərdə korlanmış torpaqların həcminin müəyyən edilməsinə imkan
verir. Özü də birinci növbədə ərazinin dağ-texniki şəraitindən və korlanmış
ərazilərin rekultivasiyasından sonra təsərrüfatın hansı növlərinin
istifadəsinə verilməsi dəqiqləşdirilir [80].
Korlanmış torpaqlarm rekultivasiyası üçün daha çox mürəkkəb şəraitə
malik ərazilərə tikinti materiallan karxanaları, neft və qaz hasilatı
ərazilərində neftə bulaşmış toıpaqlar aiddir, özü də onların gələcəkdə payı,
demək olar ki, çoxalacaqdır. Bunu ən çox Xəzər dənizi sahillərində plansız
qum karxanalanmn artması şərait yaradır.
Rekultivasiyaya ehtiyacı olan korlanmış torpaqlarm ümumi sahəsi
aşağıdakı düstürla müəyyən edilir [141].
Rn = Re Sk + Rm Sm + Rf Sf
Burada,
Rn
- rekultivasiyanın
proqnoz həcmi;
Re
- neft - qaz hasilatı ilə korlanmış torpaqlarm rekultivasiyası əmsalı;
Sk
- neft - qaz hasilatı ilə korlanmış
torpaqlann sahəsi;
177
P.m-tikinti materiallarının hasilatı ilə korlanmış torpaqların
rekultivasiya əmsalı;
Sm-tikinti materiallannın hasilatı ilə korlanmış toıpaqlann sahəsi;
Rf-təsərrüfatın digər formaları ilə korlanmış torpaqların rekultivasiyası
əmsalı;
Sf- təsərrüfatın digər formaları ilə korlanmış torpaqların sahəsi.
Ətraf mühitin keyfiyyətli vəziyyətinin proqnoz balanslannm
metodlarının tərtibi kifayət qədər tədqiq edilməmişdir. Daha çox real
yanaşma, ətraf mühitə daxil olan istehsal tullantılarının, həmçinin su
hövzələrinə tökülən çirkab sularının həcminin təhlili ilə əlaqədardır.
Bununla yanaşı, genetik proqnoz əsasında alınmış göstəricilər məqsədli
tullantıların həcmi ilə, yaxud da, onların emalına görə gücü ilə tutuşdurulur.
Proqnozun vəziyyətinin səciyyələndirilməsi üçün zərərin dəyişməsinin
göstəricilərindən istifadə oluna bilər. Tullantılann ümumi kütləsinin
dəyişməməsi ilə zərərin artmasına şərait yaradan əsas amilləri, korlanmış
zonaların və əhalinin sıxlığının artması, ictimai əmək məhsuldarlığının
yüksəldilməsi, xalqın maddi vəziyyətinin artımı, tibbi xidmətlərin
xərclərinin yüksəldilməsi təşkil edir.
Son vaxtlar regional ekoloji proqnozlaşdırmanın elmi-tədqiqatlarında
istifadə edilən bir çox iqtisadi, statistik və iqtisadi-coğrafi metodlar
keyfiyyətcə yeni dəyişikliklərə məruz qalmışdır. İstər xaricdə, istərsə də
ölkəmizdə artıq onların bir neçəsini mahiyyətcə ənənəvi metodlara deyil, ən
yeni kəmiyyət metodlarına aid edirlər. Regional ekoloji proqnozlaşdırma
sahəsində görülən işlərdə iqtisadi hadisələr və proseslər çox vaxt kütləvi
xarakter daşıyır və mürəkkəb səbəbiyyət əlaqələr kompleksinə şərait
yaradır [153]. Buna görə də, bu hadisə və prosesləri daha çox əlverişli təhlil
etmək, ən yaxşı variantlan ən dəqiq kəmiyyət-iqtisadi-riyazi tədqiqat
metodlarının köməkliyi ilə seçmək olar. Ən çox iki növ iqtisadi-riyazi
model-straktur (balans) və optimallaşdırma yanaşmalar üstünlük təşkil edir.
Göstərilən metodlardan həm təsərrüfat fəaliyyətinin ətraf mühitin ayrı-ayrı
elementlərinə göstərdiyi təsirin proqnozlaşdırılması üçün, həm də
proseslərin
kompleks qiymətləndirilməsi
178