Qoy, ri-i-istehsalda Xi ümumi məhsulun illik tullantıların həcmi,
bilavasitə i-sahəsinə məxsus tullantıların tutduğu ölçü isə olsun Vi=rixi;
ri, Vi-ni modelin matrisa variantına [135] daxil etsək onda mat- risa
istifadəsində alarıq.
R=Vx=V (l-A)^’y.
Burada R-m çirkləndirici maddələrin tullantılannın ümumi həcminin
vektoru;
Y-son
istehlakm vektoru;
V-sənaye tullantılarının düz əmsallan matrisası
(l-A)“‘-sahələrarası əlaqələr modelinin əks matrisası.
Aparılan hesablamalar məhsul vahidinə düşən tam tullantıların
ölçüsünün ölkə üzrə böyük olduğunu göstərir. Respublikada istehsal
olunan elektrik enerjisi İES-lər vasitəsilə həyata keçirilir. Azərbaycanda iri
İES-lər Abşeronda, Mingəçevir və Şirvan şəhərlərində fəaliyyət göstərir.
Bu İES-lər təbii qaz və mazutla işləyir. Mazutun kükürdlülük dərəcəsi 2%
təşkil edir. Yandırılan mazutdan atmosferə sutka ərzində 700-1000 ton
kükürd və azot oksidləri daxil olur. Ümumiyyətlə əsrin başlanğıcında ölkə
üzrə stasionar mənbələrdən atmosferə atılan zərərli maddələrin miqdarı
2100 min ton, o cümlədən, bərk maddələr-148 min ton, kükürd 2- oksid-90
min ton, karbon oksidi-60 min ton, karbohidrogenlər-1700 min ton, digər
maddələr - 7 min ton olmuşdur.
Apanim tədqiqatlar göstərir ki, ölkə ərazisində atmosferin çirk-
ləndiriciləri və çirklənmə mənbələri qeyri-bərabər paylanmışdır.
Atmosferin çirklənməsinə səbəb olan əsas mərkəzlər Abşeron regionunda
yerləşir. Bu regiondan atmosferə orta hesabla hər il 1500 min tondan artıq
müxtəlif qeyd olunan tullantılar atılır. Məhsul vahidinə düşən tam
tullantıların ölçüsü neft emalında 7,5 min ton, 1 mln. manat təşkil edir.
Bununla yanaşı sahələr arasında düz və dolayısı tullantılann nisbətində çox
böyük təzadlar aşkar edilmişdir. Sahələrarası əlaqələr hər hansı sahədən
tullantılann pilləli artımının inkişafına şərait yaradır. Yeyinti sənayesində
birbaşa tullantılar 3 min ton dolayı tullantıların hesaba alınması ilə 6 min
ton təşkil edir.
181