Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə61/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   57   58   59   60   61   62   63   64   ...   119

lərinin  inkişaf  etdirilməsi  zəruriliyi  torpaq  ehtiyatlarım  istehsal  alətinə 
çevirir. Torpaq ehtiyatlarının məhdudluğu, torpaq təminatına təsir edən əsas 
amildir. Belə ki, əhalinin artımı və bununla əlaqədar adambaşına düşən əkin 
sahələri azalır. Torpaq tutumlu hasilat sənayesi inkişaf edir. Aqrar sənaye 
kompleksinin  ekstensiv  inkişafı,  əkinçilik  mədəniyyətinin  aşağı  olması, 
torpağa pis münasibət tor- paqlann duzlaşmasma və eroziyaya uğramasına 
gətirib çıxarmışdır. Respublikada 1,2 mln. ha torpaq sahəsi şoranlaşmış və 
627 min ha aşınmalara məruz qalmışdır. Son illərin məlumatına görə, ölkə 
ərazisinin 42,5%-i və ya 3685 min ha eroziyaya məruz qalıb, o cümlədən, 
33,7%  əkin  sahələri,  68,1%  otlaqlar,  15,2%  biçənəklər,  15,9%  bağlar, 
23,9% üzümlüklər və 26% meşəliklərdir [53]. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  ölkə  ərazisində  yerləşən  korlanmış 
torpaqlar bir sıra rayonlarda, xüsusilə əhalisi sıx olan ərazilərdə daha çox 
yayılmışdır.  Belə  ərazilərdən  qənaətlə,  səmərəli  istifadə  edilməsi  çox 
mühüm  problemlərdən  biri  kimi  qarşıda  durur.  Bu  da  istehsalın 
yerləşdirilməsinin tədqiqini o zaman aktual məsələ edir ki, o vaxt bu torpaq 
sahəsi ilə təmin edilmədə torpaqların korlanması ilə əlaqədar olsun. 
Azərbaycanda  kənd  təsərrüfatı  istehsalının  intensivləşdirilməsi 
artmayıb,  bir  çox  rayonlarda  ehtiyat torpaqlardan  qeyri-kənd  təsəır-  üfatı 
funksiyaları üçün ola bilən ayırmaları minimuma endirmək lazımdır. Eyni 
zamanda  sənaye,  nəqliyyat,  energetika  və  digər  qeyri-kənd  təsərrüfatı 
obyektlərinin  istifadəsi  altında  sahələr  üçün  daha  çox  torpaq  tələb  edilir. 
Məsələn,  istehsalın  növündən  və  gücündən  asılı  olaraq,  bir  müəssisəyə 
1-dən  1000  ha  və  daha  çox  sahə  lazımdır.  Maşınqayırma  müəssisələrinin 
yerləşməsi  üçün  -  5-85,  kimya-100-500,  neft  emalı-300-550,  qara 
metallurgiya və fıliz- saflaşdırma-600 - 850 ha sahə düşür [53]. 
Ən  çox  torpaqtutumlu  sənaye  sahələrindən  hidroenergetika  sənayesi 
hesab edilir. Su elektrik stansiyaları altında bir neçə min kvadratkilometr 
qalır.  Respublikada  ən  böyük  Mingəçevir,  Araz,  Sərsəng,  Şəmkir, 
Yenikənd və s. su qovşaqlarıdır. Bunlardan başqa 56 iri sututarlar, 250-dən 
çox göllər, 700-dən çox nasos stansiyaları 
188 


kənd təsərrüfatına xidmət edir. Su altındakı torpaqlann sahəsi 414,2 min ha 
olmaqla  respublika  ərazisinin  4,8%-nə  bərabərdir.  Onu  qeyd  etmək 
lazımdır ki, bütövlükdə sənaye tikintisinə aynimış torpaqların altında bütün 
sahələrin 10%-dən çoxu, hər il hidrotexniki və su təsərrüfatı obyektlərinin 
tikintisinə aynlır. Bundan başqa hidroenergetikanın torpaqtutumluluğunun 
həqiqi orta böyüklüyü təqribən 1,5 mln. manat, 450 ha təşkil edir, bu da 
respublikada  torpaqların  orta  xərclərini  dəfələrlə  ötüb  keçir.  İşləyənlərin 
sayından asılı olaraq ərazidən istifadənin intensivlik dərəcəsi sahələr üzrə 
daha  aydın  fərqlənir.  Belə  ki,  neft  hasilatı  və  neft  emalı  sənayesində  bu 
göstəricilər çox böyük deyil və 7-10 nəfər/ha; qara /və əlvan metallurgiyada 
15-30  nəfər  təşkil  edir.  Çox  böyük  göstəricilər  kimya  sənayesində  22-50 
nəfər  /ba,  yeyinti  sənayesində  27-50  nəfər /ha, tikinti  sənayesində  30-50 
nəfər/ha və s. müşahidə edilir. 
Qeyd  etmək  lazımdır  ki,  istehsal  komponentlərinin  infrastrukturları, 
anbarlar zonasının yaradılması ilə əlaqədar əlavə tələbat yerləri, həmçinin 
zavod  qəsəbələri  üçün  yaşayış  əraziləri  çox  vaxt  nəzərə  alınmır.  Ətraf 
mühitin  mühafizəsi  ilə  əlaqədar,  sanitar-  mühafizə  zonaları,  təmizləyici 
qurğular,  su  durulducu  hövzələr  üçün  ayrılmış  ərazilərin  torpaqlarının 
xərcləri nisbətən yenidir. 
Qeyri-kənd  təsərrüfatı  istifadəsi  ərazilərinin  regional  fərqlərini 
səciyyələndirən  mühüm  göstəriciləri  qeyri-kənd  təsərrüfatı  təyinatlı 
obyektlərin  altında  olan  torpaq  sahələrinin  ərazisinin  ümumi  sahəsinə 
nisbəti kimi müəyyən edilən qeyri-kənd təsərrüfatı tor- paqlannm sıxlığının 
böyüklüyü təşkil edir. 
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 
məlumatına əsasın 2005-ci ildə qeyri-kənd təsəiTÜfatı torpaqlarının sahəsi 
366,9  min  ha  olmuşdur.  Qeyri-kənd  təsərrüfatı  torpaqlarının  orta  sıxlığı 
1,9% təşkil edir və bu da ölkənin regionları üzrə qeyri-bərabərdir. Abşeron 
iqtisadi  rayonunda  qeyri-kənd  təsərrüfatı  torpaqlarının  sıxlığı  daha 
yüksəkdir, regionun ümumi torpaq sahəsinin 39%-ni təşkil edir [53]. 
Qeyri-kənd  təsərrüfatı  təyinatlı  obyektlərin  yerləşdirilməsi  altında 
torpaqların aynlmasımn məqsədəuyğunluğunu əsaslandırmaq 
189 


üçün  kriteriyam,  birinci  növbədə  kənd  təsərrüfatına  yararlı  torpa-  qlann 
hesablanmış iqtisadi  qiymətləri  təşkil  edir.  Yararsız  torpaqların istifadəsi 
zamanı  onların  mühəndis  hazırlığına  çəkilən  xərclərin  məbləği  bu 
qiymətlərdən  az  olmalıdır.  Əgər  yararsız  torpaqlardan  istifadə  etmək 
imkanlan yoxdursa, onda minimum iqtisadi qiymətlərlə kənd təsərrüfatına 
yararlı torpaqlardan ayrılır. 
Bir çox istehsal sahələrinin ənənəvi yerləşdirmə faktorlarından biri də 
sudan istifadədirsə, son vaxtlar onun rolu daha çox artmışdır. Özü də əgər 
bu faktorlar əvvəllər əsasən istehsal - texnoloji xarakter daşıyırdısa, indi isə 
ətraf  mühitin  keyfiyyəti  ilə  sıx  əlaqədar  olduğu  üçün  ekoloji  xarakteri 
artmışdır. 
İstehsalın  yerləşdirilməsində  su  faktorunun  kəskin  surətdə  artması 
aşağıdakı şəraitlərlə əlaqədardır: 
1)
 
Su  resurslarının  qeyri-bərabər  yerləşməsi,  ayrı-ayrı  regionlarda  su 
resurslarının məhdudluğu
2)
 
Ümumilikdə  təsərrüfat  -  məişət  və  əhali  də  daxil  olmaqla  bütün 
sahələrdə suya tələbatın miqyasının artması; 
3)
 
Köhnə  su  tutumlu  sahələrin  sürətli  inkişafı  və  texniki  tərəqqini 
müəyyən  edən  yüksək  sututumlu,  xüsusilə  sintetik  kauçuk,  neft  -  kimya 
kimi yeni istehsalın meydana gəlməsi
4)
 
İstehsalın  və  ərazi  təmərküzləşməsinin  genişlənməsinə  müvafiq 
olaraq suya tələbatın və su aparan kanalların cəmləşdiyi ərazilərin artması; 
5)
 
Bir  sıra  istehsalların,  məsələn,  yeyinti  sənayesinin  müəyyən 
keyfiyyətli su həcminə artan tələbatın təmin edilməsinin zəruriliyi. 
Bundan başqa onu da qeyd etmək lazımdır ki, hətta sututumlu olmayan 
istehsallar  belə  onların  təmərküzləşməsinin  mühüm  dərəcədə  artması  ilə 
yanaşı  böyük  miqdarda  su  tələb  edir.  Sənaye  obyektlərində  suya  olan 
tələbat 3-5 dəfə çoxdur. Bu gün bir çox müəssisələrdə suya olan tələbat çox 
yüksəkdir.  Belə  ki,  1  litr  neft  istehsalına  10  litr  su,  bir  banka  tərəvəz 
konservinə 40 litr, kapron lifi istehsalı üçünsə 2500 kubmetr su sərf edilir. 
Sumqayıtın  iri  müəssisələrindən  olan  kimya  kombinatı  sutkada  1,5  mln. 
m^-dən çox su tələb edir. 
190 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə