Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə60/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   56   57   58   59   60   61   62   63   ...   119

IV
 
FƏSIL
 
REGİONAL SOSİAL-İQTİSADİ DAVAMLI İNKİŞAF 
FONUNDA EKOLOJİ FAKTOR TƏHLİLİ 
4.1.
 
İstehsal strukturun ərazi təşkilinin ekoloji 
faktorları 
D^gional sosial-iqtisadi inkişaf-həm bütün ölkə üzrə, həm də 
jLVomxn  ayn-ayn  regionları  üzrə  ekoloji  problemlərinin  həllinin  ən 
mühüm yanaşmalardan biridir. Bu təbii resurslardan kompleks istifadəni və 
əhalinin yaşayışı üçün optimal şəraitin səmərəli təşkilini təmin edir. İctimai 
istehsalın ekologiyalaşdırılması işində çox əlverişli əhəmiyyətə malikdir. 
Bununla  əlaqədar,  ətraf  mühitin  mühafizəsi  ilə  yaranan  problemlər 
regionun  ərazi  strukturlarının  xarakterinə,  ərazi-istehsal  komplekslərinin 
formalaşması  prosesinə  zəruri  təsir  göstərir.  Ayn-ayn  istehsallar, 
müəssisələr, 
müəssisələrqrupu, 
komplekslər 
onların 
ekoloji 
xüsusiyyətlərinin  hesaba  alınması  ilə  yerləşdirilməlidir.  Məhsuldar 
qüvvələrin  yerləşməsi  zamanı  ətraf  mühitin  mühafizəsi  amillərinin  tam 
qiymətləndirilməməsi  mühitin  mühafizəsi  ilə  əlaqədar  birbaşa  və  dolayı 
xərclərin mühüm dərəcədə artmasına gətirə bilər. 
Beləliklə  ətraf  mühitin  yerləşdirilməsi  prosesləri  və  mühafizəsi 
planlaşdırmanın bir-birindən asılı, qarşılıqlı əlaqəli mühüm məsələsi kimi, 
cəmiyyət  və  təbiətin  qarşılıqlı  münasibətlərinin  optimai-  laşdınlması 
vasitəsi  kimi  yalnız  istifadəsiz  yerləşmə  deyil,  həm  də  məhsuldar 
qüvvələrin bütün mərhələlərdə ekoloji faktorlann və şəraitin əsaslandınimış 
hesaba  alınmasıdır.  Son  vaxtlara  qədər  emal  sənayesinin  yerləşməsində 
ekoloji amillər tez-tez qiymətləndirilmirdi və xammal, tələbat, yanacaq və 
s.  yaxınlığına  meyl  kimi  qəbul  edilmiş  belə  amillərlə  nə  təhər  olsa  da, 
rəqabət apara bilmirdilər. 
Yuxanda  göstərilən  faktorlar  bir  qayda  olaraq  yalnız  müəssislərin 
mikroyerləşməsi  zamanı  nəzərə  alınırdı.  Bu  ən  çox  onlardan  sayılmayan 
amillərin məlumatlarından daha da effektlisini aşkar 
185 


etmək  və  adətən  variantların  müqayisəsi  zamanı  və  müəssislərin 
yerləşməsinə sahəvi yanaşmanın üstünlüyü ilə əlaqədar idi. 
XX  əsrin  80-ci  illərindən başlayaraq  respublikada  ekoloji faktorların 
ön plana çəkilməsinə başlanıldı. Bu da istehsalın və ərazi təmərküzləşməsi, 
məhsulun  dəyərinə  və  kapital  qoyuluşrma  ekoloji  xərclərinin  payının 
artması  ilə  əlaqədar  olmuşdur.  Müəssisələrin  və  texnoloji  xətlərin  gücü 
artırdı.  Belə  ki,  son  illərdə  kimya,  elektroenergetika,  metallurgiya 
zavodlarının və müəssisələrinin orta gücü bir neçə dəfə artmışdır. Müvafiq 
olaraq  ətraf  mühitin  də  gərginliyi  artırdı.  Həmçinin  bu  dövrdə  ekoloji 
amillərin əhəmiyyətini bir sıra kimyəvi müəssislərdə təmizləyici qurğular, 
istehsal  fondlarının  də  yerinin  35-40%-ə  qədərini  təşkil  etməsini  sübut 
edirdi  [23].  Bəzi  müəssisələrdə,  məsələn  sement  zavodunda  toz-qaz  tə- 
mizləyicilərinə və sanitar-mühafizə zonalarının təşkilinə kapital qoyuluşu 
ümumi məhsulun illik dəyərinə bərabər idi. 
Tədqiqatın  məqsədinə  müvafiq  olaraq,  regionlann  sosial-iqtisadi 
inkişafının  planlaşdırılmasının  müxtəlif  səviyyələrində,  etaplarında  və 
mərhələlərində müxtəlif cür təzahür edən əsas ekoloji faktorlara və şəraitə 
aşağıdakılar aid edilir. Lakin qeyd etmək lazımdır ki, burada əsasən emal 
sənayesinin  yerləşdirilmə  məsələlərinə  baxılır,  buna  görə  də  yerləşdirmə 
faktoru kimi mineral-xammal və meşə resurslanna diqqət yetirilmir: 
1)
 
Torpaq resurslarından istifadə etmə; 
2)
 
Su mənbələrindən istifadə etmə
3)
 
Atmosferin mühafizəsini təmin etmə; 
4)
 
Suyun ola bilən keyfiyyətini təmin etmə
5)
 
Rekreasiya və estetik dəyərə malik landşaftların mühafizəsi
6)
 
Torpaqların mühafizəsi. 
Sənayenin  yerləşməsində  əsas  faktor  kimi  sənaye  istehsalının  ən 
mühüm resursları və şəraiti müəyyən edilir. Hansı ki, bu məhsul istehsalı və 
mövcud  ərazi  təbəqələşməsini  fərqləndirmək  üçün  lazımdır.  Lakin 
faktorları  şəraitlə  eyni  dərəcədə  bərabərləşdirmək  çətin  olar.  Şərait 
obyektiv mühitdir, hansı ki, üzərində müəssisələrin və yaxud da istehsalın 
yerləşməsi prosesi gedir. Yerləşdirmə 
186 


faktoru  anlayışı  bu  prosesin  hərəkətverici  qüvvəsinin  səciyyəsi  kimi 
fəaliyyət göstərməklə yanaşı, yerləşdirmə prosesini müəyyən edir, yaxud 
da ona güclü təsir göstərir. 
Faktorlar  az  obyektivdir,  lakin  şəraitə  nisbətən  daha  çox  fəal  rol 
oynayır. Qeyd etmək lazımdır ki, göstərilən fərqlər şərti xarakter daşıyır və 
əslində şəraitlə faktorlar arasında dəqiq bir fərq qoymaq çətindir. Hələlik o 
vaxta  qədər  ki,  yerləşdirmə  prosesinə  ekoloji  xarakteristika  fəal  təsir 
göstərməyib, onlar yalnız şərait olur. Lakin gələcəkdə onların rolu sözsüz 
artacaqdır. Eyni zamanda səmərəli təbiətdən istifadəyə yeni yerləşdirmək 
faktorlann  gəlməsi  haqqında  fikirlə  razılaşmaq  olmaz.  Çünki  səmərəli 
təbiətdən istifadəyə tələb-istehsalın yerləşməsi və təşkili prinsiplərinin ən 
mühüm məcmuyundan biri kimi hələ çoxdan məlumdur. 
İndi  hər  hansı  bir  ekoloji  faktoru  və  effektli  variantların  yerləş- 
dirilməsinin qiymətləndirilməsinin sosial-iqtisadi təhlilində onların hesaba 
alınması xüsusiyyətlərini nəzərdən keçirik. 
Məhsuldar qüvvələrin sosial-iqtisadi inkişafının müasir mərhələsində 
planlaşdırmanın  bütün səviyyələrində torpaqların  mühafizəsi  və  səmərəli 
istifadəsi  ilə  əlaqədar  bu  və  ya  digər  yerləşdirmə  amilləri  qrupunun 
əhəmiyyətini qiymətləndirmək çətindir. 
Yerləşdinuə  prosesini  müəyyənləşdirən  ən  mühüm  faktorlar  sırasına 
torpaqla  təminetmə  aiddir.  O  cümlədən,  o  istehsal  üçün  ki,  orada  torpaq 
əsas istehsal vasitəsi deyil, yalnız “ərazi resursudur”. 
Torpağın  tək  Azərbaycanda  deyil,  bütün  Yer  kürəsində  nə  qədər 
əhəmiyyətli  sərvət  olduğu  hamıya  məlumdur.  Ölkənin  torpaq  fondu  8,6 
mln.ha-dan çoxdur, bunun 4,2 mln.ha-ya qədəri kənd təsərrüfatına yararlı 
sahələrdir.  Bunun  1537  min  hektarı  əkin  yeri,  245  min  hektarı  çoxillik 
əkmələr, 92 min hektan dincə qoyulmuş, 110 min hektarı biçənək, 2,133 
min hektan onun otlaq sahələridir. Respublikada adambaşına 0,7 ha kənd 
təsərrüfatına yararlı, 0,21 ha əkinə yararlı torpaq sahəsi düşür. Əkinə yararlı 
torpaq  sahəsi  hər  nəfərə  1958-ci  ildə  0,38  ha,  1970-ci  ildə  0,26  ha 
düşürdüsə, hazırda bu 0,21 ha-dır. 
Ərzaq tələbatını ödəmək üçün bitkiçilik və he)rvandarhq sahə 
187 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə