- 59 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
adda ikinci real hökmdar tarixşünaslığa bəlli deyildir.
Üçüncüsü, məlum səbəblər üzündən müasir
erməni mənbələri söhbətin
məhz hansı Navuxodonosordan getdiyini bildirmirlər. Amma onlara yardım
məqsədilə əlavə edək ki, tarixdə bu adda dörd hökmdar yaşasa da, onların heç
birinə nə “erməni”, nə də urartulu Aramla eyni dövrdə yaşamaq şərəfi nəsib
olmuşdu. Belə ki, I Navuxodonosor eramızdan əvvəl 1127-1105-ci illərdə, II
Navuxodonosor – eramızdan əvvəl 605-562-ci illərdə, III Navuxodonosor -
eramızdan əvvəl 522-ci ildə, ən nəhayət IV Navuxodonosor isə eramızdan əvvəl
521-ci ildə hakimiyyətdə olmuşdular.
Dördüncüsü, sadaladığımız “Navuxodonosorlar kvartetinin” üzvlərinin
heç birinin qədim Assuriya dövlətinə aidiyyatı olmamışdı və onlar müxtəlif
dövrlərdə Babilistan taxtında əyləşmişdilər! Üstəlik, tarix qaynaqlarına əsasən
onu da yada salmalıyıq ki, Urartu hökmdarı Aramın dönəmində Assuriya
dövlətinin başçısı II Aşşur-nasir-apal idi.
Ən nəhayət, ötən əsrin 80-ci illərinin sonlarında işıq üzü görmüş “Dünya
xalqlarının mifləri” ensiklopediyasını “Aram”
sorğusu ilə vərəqləsək, bir daha
əmin ola bilərik ki, ermənilərin ümumiyyətlə “Aram” adında “kralı”, “şahı”,
“xanı”, “işxanı”, “məliyi”, “qındapeti”, “vardapeti” və s. olmamışdı. Sadəcə
olaraq, bu obraz Şaxta baba, Çəkməli Pişik, Pinokkio, Sindibad, Qırmızı Papaq,
Əlibaba və qırx quldur kimi nağıl personajlarından biridir.
Yeri
gəlmişkən,
onu
da ötəri də olsa xatırladaq ki, həmin akademik nəşrdə çap edilmiş bu qənaətin
müəllifi erməni alimi
S.Arutyunyandır.
83
Erməni tarixinin atası sayılan Movses
Xorenatsi isə “Tarix” kitabında bir tərəfdən müasir erməni mifyaradıcılarının
yalanını üzə çıxarır, digər tərəfdən özü başqa bir rəvayəti ortaya qoyur. Onun
salnaməsinə görə, Babil hökmdarı Navuxodonosorun müasiri heç də Aram
deyil,
“Xaçeay” adlı “erməni şahı” olmuşdu. Bu həmin Xaçeaydır ki, erməni taxt-
tac sahiblərinin dölünü nəcibləşdirmək üçün Babil hökmdarı Navuxodonosora
müraciət etmiş və yəhudi əsilli əsir əsilzadələrdən Şambat Baqratı satın alaraq
Ermənistana gətirmişdi. Xaçeay ona şahlara
layiq ehtiram göstərmiş, Şambatı
(erməni mənbələrində “Smbat”) evləndirmişdi. Ondan törəmələr Baqratunilər
nəslinin təməlini qoymuşdu. Yeri gəlmişkən, M.Xorenatsinin etirafına görə,
onun yazdığı “Tarix” kitabının sifarişçisi də həmin yəhudi nəslindən olan Saak
(İshak) Baqratuni idi.
84
83 Мифы народов мира. В 2-х томах. Глав ред. С. А. Токарев. М., Советская энциклопедия, 1987 [Электронная версия:
Энциклопедия “Мифы народов мира”, М.: “Директ-Медиа”, 2009
84 Хоренаци М. “История Армении”. В трех частях. Рассказанная Мовсесом Хоренаци по просьбе Сахака Багратуни.
Книга первая. http://www.vehi.net/istoriya/armenia/khorenaci/01.html
- 60 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Təsadüfi deyil ki, bu uyğunsuzluqları nəzərə alan tarixçi-etnoqraf İ.Şuşanyan
Aram-lavaş məsələsini tamamilə yeni variantda təqdim etməyə çalışmışdır.
Onun fərziyyəsinə əsasən, Aramı Assuriya hökmdarı Yerişum oxatma
yarışında iştirak etmək üçün əsir götürmüş və on
gün müddətində ona pəhriz
saxlamağı tapşırmışdı. Aram isə şərt qoymuşdu ki, yarışda iştirak etmək üçün
Ermənistandan onun qalxanını deyil, zirehlərini gətizdirsinlər. O vaxt zirehlər
dəri və ağacdan hazırlanar və içərisində çoxlu cibləri olardı. Ermənistandan isə
zirehi göndərərkən ciblərində xeyli lavaş gizlətmişdilər. Lavaşın sayəsində Aram
qalib gəlmiş və vətənə qayıtdıqdan sonra bütün ermənilərə lavaş yemək əmrini
vermişdi.
85
85 Шушанян.И С армянским лавашом связана одна легенда про царя Арама. http://www.alavash.ru/
- 61 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
V iddia
“Arşakilər etnik erməni olmuşlar”
Əməvi xəlifəsi Müaviyə
(661-685-ci illər) ilə əlaqədar aşağıdakı hadisəni
xatırladaq: “
İbn Zül-Kala istinadən Nuaym söylədi: “
Mən Müaviyənin
yanında olarkən Ərməniyyə canişinindən məktub gəldi. Müaviyə onu
oxudu və bərk əsəbləşdi. Katibi yanına çağırdı. Ona bunları söylədi:
“
Onun məktubuna cavab olaraq bunları yaz... Sən deyirsən ki, türklər sənin
torpaqlarına axın etdilər və qənimət topladılar. Sən isə onların arxasınca
adamlarını göndərdin, onlar da qəniməti geri aldılar. Sənə deyirəm, onları
heç bir hərəkətinlə qıcıqlandırma, fərz et ki, səni uşaqlıqda anan itirib və
bu itkinin heç bir bədəllə yeri dolmayacağı kimi onlardan nəyisə geri alma.
Allahın elçisinin dilindən eşitmişdim: “
Onlar bizim əcdadların yurdlarına
qədər irəliləyəcəklər”.
86
Arsakilər sülaləsi dönəmində Parfiya əraziləri
Müsəlman rəvayətlərinə görə, Kantura İbrahim
peyğəmbərin üçüncü,
bibliyaşünaslıq ənənəsinə görə isə ikinci xanımıdır. Onun adı Bibliyada
“Xettura” kimi çəkilir. Ərəblərin əcdadı sayılan İbrahim peyğəmbərin oğlu
86 Асадов Ф. Арабские источники о тюрках в раннее средневековье. Баку, 1993
- 62 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
İsmayılın anası Həcər Əhdi-Ətiq ənənələrinə görə İbrahim peyğəmbərin
xanımı deyil, kənizi sayılır. Bu səbəbdən də Xettura patriarx Avraamın sayca
ikinci xanımı kimi qəbul olunur. Müsəlman rəvayət və hədislərində Xetturanın
adı çox zaman “
gələcəkdə Şərqdən axın edən Kantura övladları ordularının
Fərat və Dəclə hövzələrinə edəcəkləri basqınlar” kimi düşüncələrlə əlaqədar
hallanırdı. O dövrün bir çox şərhçilərinin fikrincə, “Kantura övladları” dedikdə
türklər, konkret olaraq isə səlcuqların da daxil olduğu Xorasan türkləri nəzərdə
tutulurdu. Maraqlı burasındadır ki, “tarixi Armeniyanı” 400 ildən artıq idarə
etmiş parf Arşakilər də erməni salnaməçilik ənənəsinə əsasən, “Xetturanın
övladları” sayılırdılar. Xatırladaq ki, Armeniyanı vəftiz edən Müqəddəs Qriqori
də o nəsildən idi. Sak tayfalarından çıxan Arsakilər
ilk olaraq Baktriya-Xorasan
ərazilərində taxta əyləşmişdilər.
Həm islam, həm də Bibliya ənənəsinə görə, İbrahim peyğəmbər Kantura
ilə ilk xanımı Saranın ölümündən sonra evlənmişdi. Erkən müsəlman ərəb
rəvayətlərinə əsasən, Xorasan türkləri İbrahim peyğəmbərin Kanturadan
doğulan dörd oğlunun törəmələri idilər. Bu rəvayətlərin hansı tarixi bilgilərə
əsaslandığı məlum deyil. Çünki, islama qədərki ərəb mətnləri əsasən
günümüzə qədər gəlib çatmayıb. Amma ola bilsin, bu qənaətlər üçün hansısa
xatirələr mövcud olmuşdu. Maraqlısı budur ki,
bəzi tarixi məlumatlara görə,
Xorasan türkləri Abbasi xəlifələri dövründə əcdadları barədə bu genealoji
xətti qəbul edirdilər. Bəzən də ərəblərlə polemika zamanı özlərini onlardan
üstün tuturdular. Buna misal olaraq, ərəb müəllifi
İbn əl-Cahizin xatirələrində
(IX əsr) qeyd edilən Xorasan türkləri ilə ərəblər arasındakı əsil-nəcabətləri
barədə mübahisəni göstərmək olar: “
Sonra türklər müqayisə üçün dəlil
gətirərək bunları söylədilər: “
Siz deyirsiniz ki, xəlifəyə yaxınlıq qazanılan
xidmətlərlə ölçülür. O zaman biz itaət göstərərək sizdən daha əvvəl sevgi
və xeyirxah nəsihətlərə layiq görüldük. Yox, əgər yaxınlıq əsil-nəcabətlə
ölçülürsə, o zaman da bizim daha yaxın əqrəba bağlarımız vardır. Ərəblər
kəhtanilər və adnanilər olaraq iki qrupa bölünürlər. Kəhtanilərə gəldikdə,
əslimizə görə biz kəhtanilərlə müqayisədə xəlifələrə daha yaxınıq. Çünki
xəlifələr Kəhtan və Abirlə heç bir əlaqəsi, münasibəti olmayan İbrahim
oğlu İsmayılın soyundan gəlirlər. İbrahimin qiptilərdən olan Həcərdən
İsmayıl, aramilərdən olan Saradan İshaq və saf ərəblərdən olan Məftunun
qızı Kanturadan digər altı oğulu dünyaya gəldi. Və kəhtanilərlə müqayisədə
bizim anamız daha nəcabətli idi, çünki o saf ərəblərdəndi. Çünki onun altı
oğlundan dördü sonralar Xorasanda peyda oldular və Xorasan türklərinin