F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə13/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   71

23 
 
vəhdətini qoruyub saxlamaqda çox mühüm rol oynayır. Ova hazırlaşmaqla, nikah mərasimləri və s. ilə bağlı birgə 
rituallar cəmiyyətin kollektiv ruhunun möhkəmlənməsinə kömək edir. 
«İndustrial cəmiyyət» termini hələ O. Kont tərəfindən elmi dövriyyəyə daxil edilmişdi. Belə  cəmiyyətin 
əsasını istehsal, sənayenin inkişafı təşkil edir; bunlar əməyin elmi təşkilinə istinad edir. Sənaye istehsalı fəhlələrin 
iş yerlərində 
[50 - 51]
  təmərküzləşməsini nəzərdə tutur. Əmələ  gələn işçi kütləsinin sahibkarlarla münaqişəsi 
yaranır. Zənginliyin artmasının əsas şərti mənfəət ardınca qaçma və rəqabət olur. Lakin artıq istehsalla bağlı olan 
böhranlar da çoxalır; nəticədə bolluq içərisində yoxsulluq güclənir. İndustrial cəmiyyət sosial həyatın təşkilinin elə 
tipidir ki, burada fərdlərin azadlığı  və maraqları onların birgə  fəaliyyətini nizamlayan ümumi prinsiplərlə 
əlaqələnir. Belə  cəmiyyət üçün çevik sosial strukturlar, sosial mobillik, inkişaf etmiş kommunikasiyalar sistemi 
xarakterik cəhətlərdir. 
XX  əsrin 60-cı illərində postindustrial (informasiya) cəmiyyət konsepsiyaları (D. Bell, A. Turen, 
Y. Habermas)  meydana  gəlir; bu, ən inkişaf etmiş ölkələrin iqtisadiyyatında və  mədəniyyətindəki kəskin 
dəyişikliklərlə  şərtlənmişdi. Cəmiyyətdə bilik və informasiyanın, kompüter və avtomatik qurğuların aparıcı rolu 
etiraf olunur. Zəruri təhsil alan, ən yeni informasiya əldə etmək imkanı qazanan adamlar sosial ierarxiya 
pilləkanında irəliləmək üçün üstün şanslar  əldə edirlər.  İnsanın cəmiyyətdə  əsas məqsədi yaradıcı  əmək olur. 
Postindustrial cəmiyyətin neqativ tərəfi də var: dövlətin, hakim elitanın informasiyaya müyəssərlik, kütləvi 
informasiyanın və kommunikasiyanın elektron vasitələri sayəsində insanlar, bütövlükdə  cəmiyyət üzərində sosial 
nəzarəti gücləndirməsi təhlükəsi qalır. Cəmiyyətin həyat dünyası effektivlik və instrumentalizm məntiqinə daha 
çox tabe olur. Mədəniyyətdə, o cümlədən  ənənəvi dəyərlərdə inzibati nəzarətin təsiri altında pozulma meylləri 
güclənir, çünki belə  nə-zarət sosial münasibətlərin, sosial davranışın standartlaşmasına, unifıkasiyasına can atır. 
Cəmiyyət iqtisadi həyat və bürokratik təfəkkür məntiqinə daha çox tabe olur. İnsanlar sosial nailiyyətlərdən istifadə 
etsələr də, iqtisadiyyatın və dövlətin öz şəxsi həyatlarına müdaxiləsindən müdafiə olunmaq məcburiyyətində 
qalırlar. Deməli, müasir cəmiyyətin sosial sferası  təhlükəsiz deyildir. Ona görə  də modernizasiyaya qarşı 
müqavimət və mübarizə  zəminində müəyyən sosial 
[51 - 52]
  hərəkatlar (məsələn, vətəndaşlıq təşəbbüsləri, 
«yaşıllar» hərəkatı, antinüvə hərəkatı və s.) meydana çıxır. 
Göründüyü kimi, cəmiyyətin bir pillədən digərinə keçməsinin obyektiv göstəriciləri kimi sənayenin inkişafı, 
elmi-texniki tərəqqi ön plana çəkilir. 
Bir çox tədqiqatçıların (məsələn, D. Bell, A. Kinq, C. Martin, A. Norman, C. Neysbit, İ. Məsud və 
başqaları)  əsərlərində postindustrial cəmiyyətin fərqləndirici xüsusiyyətlərinə xüsusi diqqət yetirilir. Həmin 
xüsusiyyətlər aşağıdakılardır: əmtəələrin istehsalından xidmətlər iqtisadiyyatına keçilməsi; yüksək təhsilli peşəkar 
texniki mütəxəssislərin rolunun artması; cəmiyyətdə  kəşflərin və siyasi qərarların mənbəyi kimi nəzəri biliklərin 
öncül mövqeyi; texnika üzərində  nəzarət və elmi-texniki yeniliklərin nəticələrini qiymətləndirmək imkanı; 
intellektual texnologiya yaradılması zəminində, habelə informasiya texnologiyası deyilən texnologiyadan istifadə 
etməklə qərarların qəbul olunması. 
İnformasiya cəmiyyətinin təşəkkülü təsadüfi deyildir. Bu cəmiyyətdə sosial dinamikanın  əsası  ənənəvi 
maddi ehtiyatlar deyil, informasiya (intellektual) bilikləridir, elmi, təşkilati amillərdir, insanların intellektual 
qabiliyyətləri, təşəbbüsləri, yaradıcıhqlarıdır. Formalaşmaqda olan informasiya cəmiyyətinin tələbatları 
informasiya texnologiyalarının, necə deyərlər, həyat vəsiqəsi almasını zəruri etmişdir. 
İndustrial cəmiyyətdən informasiya cəmiyyətinə keçilməsi zamanı sosial həyatın bütün sahələrində 
informasiya ehtiyatlarının toplanması ilə onlardan istifadə olunması arasındakı  məhdudiyyətlər aradan qaldırılır; 
bu, sosial proseslərin dinamikasının artmasına, ictimai tərəqqinin sürətlənməsinə səbəb olur. Deməli, informasiya 
cəmiyyətində informasiya axınları  və massivləri sosial inkişafı müəyyən edir, mövcud ehtiyatlar və amillərlə 
müqayisədə prioritet istiqamətlidir; burada əhalinin mütləq  əksəriyyəti və ya hamısı informasiya fəaliyyəti ilə 
(əlbəttə, fərqli səviyyədə) məşğul olur. 
Elmi  ədəbiyyatda informasiya cəmiyyətinin gələcəkdə 
[52 - 53]
 informasiya-ekoloji cəmiyyətə keçəcəyı 
fıkri də öz əksini tapmışdır. Mütəxəssislərin fıkrincə, informasiya cəmiyyəti ekoloji sağlamlaşma imkanlarını 
artırmalıdır.  İnformasiya-ekoloji cəmiyyət ekoloji problemləri effektli həll etməyi bacaran, ekotələbatların, 
ekodəyərlərin və imperativlərin tarazlığını  təmin edən, yüksək ekoloji mədəniyyətə,  əxlaqa,  şüura  əsaslanan 
cəmiyyətdir. Başqa sözlə, o, sosiumun yeni qlobal vəziyyətidir, noosferanın təşəkkülünün növbəti mərhələsidir. 
Müasir sosiologiyada cəmiyyətin sistem-struktur və münaqişə konsepsiyaları geniş yayılmışdır. Onları 
yığcam şəkildə nəzərdən keçirək. 
Sistem-struktur konsepsiyalar cəmiyyəti müəyyən birlik, bütövlük kimi nəzərdən keçirir. Cəmiyyətin 
dəyişilməsi konsensusun (cəmiyyət üzvləri arasında qarşılıqlı razılığın), müvazinətin pozulması ilə bağlıdır, onu 
bərpa etmək üçün cəmiyyətin sosial təşkilini dəyişdirmək zəruridir. A. Malinovskinin fıkrincə, sosial sistem olan 
cəmiyyətin ünsürləri insanların  əsas tələbatları ilə bağlıdır.  İnsanlar öz tələbatlarını ödəmək üçün birləşməyə 
məcburdur. Buna əlaqələndirmə, idarəetmə institutları kömək edir. Deməli, cəmiyyət bir sistem olmaq etibarilə 
insanın öz təbiəti ilə  şərtlənmişdir. K. Erikson cəmiyyəti özü inkişaf edən sosial sistem kimi nəzərdən keçirirdi; 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə