F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə15/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   71

25 
 
Amerika sosioloqu F. Perkin müasir cəmiyyətdə münaqişəni zülm olunanlarla imtiyazlıların qarşıdurması 
kimi nəzərdən keçirir. Lakin onların mübarizəsi sosial ziddiyyətləri həll edən və ya yumşaldan incə mexanizmlər 
(məsələn, sosial mobilik, zülm olunanların tələbatlarının aşağı  səviyyəsi, dinin təsiri və s.) sayəsində üsyanlara 
gətirib çıxarmır. Bölgü sisteminin daha çox bazar vasitəsilə formalaşması hökmran elitanın zəruri saydığı 
istiqamətdə cəmiyyətə təsir göstərməsinin gizli mexanizmlərini qavramaqda müəyyən çətinliklər yaradır. Beləliklə, 
sosial münaqişə konsepsiyası cəmiyyətdə mübarizəni, düşmənçiliyi, zorakılığı onun real surətdə fəaliyyətinin tərkib 
hissəsi kimi, bir mexanizmi kimi nəzərdən keçirir. 
Göründüyü kimi, konsensus konsepsiyası sosial sistemin sabit, davamlı fəaliyyətinə, münaqişə konsepsiyası 
isə onun dəyişilməsinə daha çox diqqət yetirir. 
[56 - 57]
 


26 
 
 
 
III FƏSİL 
 
ŞƏXSİYYƏT SOSİAL SİSTEMDİR 
 
1. Şəxsiyyət anlayışı 
 
İnsan sadəcə olaraq sosial sistemin ünsürü deyildir; o həm də mürəkkəb struktura malik olan sistemdir. Ona 
görə də şəxsiyyət problemi onu bir tam, bir sistem kimi açıqlamağa imkan verən, müxtəlif elm sahələrində çalışan 
mütəxəssislərin səylərini fəal  şəkildə birləşdirməyi zərurətə çevirən geniş kontekstdə öyrənilməlidir. Bu bir 
həqiqətdir ki, müxtəlif bilik sahələrinin hər biri həmin problemə öz predmetinə uyğun surətdə müraciət edir. 
Şəxsiyyətə bir sosial sistem kimi yanaşan sosiologiya başlıca diqqəti onun təşəkkülü və inkişafının sosial 
qanunauyğunluqları, həmin qanunauyğunluqların təzahür xüsusiyyətləri üzərində  cəmləşdirir.  Şəxsiyyət 
probleminin sosiologiyadakı  əhəmiyyətini bundan görmək olar ki, bütöv bir sahə - şəxsiyyətin sosiologiyası 
təşəkkül tapmışdır. Xatırlatmaq yerinə düşər ki, vaxtilə  şəxsiyyətin sosiologiyasının mövcudluğu bir çoxları 
tərəfindən ancaq Qərbin təsiri kimi qiymətləndirilirdi. 
Şəxsiyyət anlayışının özünü dəqiqləşdirməyə ehtiyac vardır. Elmi ədəbiyyatda bu barədə çox müxtəlif 
mülahizələr söylənilsə də, onları əsasən iki qrupda birləşdirmək olar. 
Birincisi,  şəxsiyyət normativ kateqoriya kimi izah edilir, yəni onun mahiyyəti insanın  şüuruna və 
fəaliyyətinə aid olan müsbət keyfiyyətlərlə  əlaqələndirilir. Bu halda bəziləri yaş etibarilə yetkinliyi və psixi 
cəhətdən normal olmağı, bəziləri yüksək mənəviyyatı,  şüurluluğu, məsuliyyəti, bəziləri fikirlərin müstəqilliyini, 
baxışların müəyyənliyini, hisslərin orijinallığını, iradə qüvvəsini, daxili intizamı və s. şəxsiyyət olmaq üçün vacib 
normalar hesab edirlər. Məsələyə bu cür 
[57 a 58]
 yanaşılması elmi cəhətdən doğru deyildir. Çünki insanların bir 
qismini  şəxsiyyət kimi, digər qismini isə qeyri-şəxsiyyət kimi səciyyələndirmək  şəxsiyyət anlayışının tarixən 
yaranması faktına uyğun gəlmir, ümumiyyətlə,  şəxsiyyət probleminin həm nəzəri, həm də praktik səpgidə 
öyrənilməsi işinə lüzumsuz çətinliklər  əlavə edir. Bu cür yanaşma  əslində normativ əlamətlər  əsasında insan və 
şəxsiyyət anlayışlarını nisbətən kəskin hədlərlə bir-birindən ayırır. Burada xatırlatmaq yerinə düşər ki, hüquq 
nəzəriyyəsi və praktikası insanların şəxsiyyət və qeyri-şəxsiyyət kimi ayrılmasını məqbul saymır. 
İkincisi, şəxsiyyət öz tipik və fərdi cəhətlərinin vəhdətində konkret insan kimi izah edilir. Bu nöqteyi-nəzər 
şəxsiyyət anlayışını daha dəqiq əks etdirir. 
Şəxsiyyət anlayışını fərd və fərdiyyət anlayışları ilə müqayisə etdikdə onun mahiyyətini daha aydın təsəvvür 
etmək olar. 
«Fərd» anlayışı  bəşər nəslinin hər hansı ayrıca nümayəndəsini ifadə etmək üçün işlədilir. Məlum olduğu 
kimi, sosial fəlsəfədə bu anlayış müəyyən sosial bütövün yeganə nümayəndəsini ifadə edir. Həmin anlayışın 
köməyi ilə hər bir ayrıca adamın şəxsiyyət kimi formalaşdığı sosial şəraitdən mahiyyətcə asılılığı nəzərə çarpdırılır. 
İnsan sosial münasibətlərin məhsulu kimi mövcud olur və  fəaliyyət göstərir. Cəmiyyət sadəcə olaraq fərdi  əhatə 
edən «mühit» deyildir, həm də onun «daxilində» yaşayan fenomendir. Təsadüfi deyildir ki, insanın fərdi 
davranışında bu fenomenin müxtəlif amilləri (məsələn, mədəniyyətin səviyyəsi, həyat fəaliyyətinin formaları, 
üsulları  və s.) dərin iz buraxır. Ona görə  də insan məlum cəmiyyətin yaratdığı  şəraiti, imkanları  nəzərə almaq 
məcburiyyətində qalır. Lakin bu o demək deyildir ki, fərdi mövcudluq şəraiti insanın sonrakı davranışını irəlicədən 
birdəfəlik və  həmişəlik müəyyən edir. İnsan davranışının öz sosial-qrup vəziyyətinə müncər edilə bilməməsi, bu 
davranışın mövcud ilkin amillərə münasibətdə nisbi müstəqil 
[58 - 59]
 olması,  şəxsin öz fərdi siması üçün 
məsuliyyət daşıması, cəmiyyətin nəzərində müəyyən dəyər, məna kəsb etməsi - bütün bunlar fərd anlayışının deyil, 
şəxsiyyət və  fərdiyyət anlayışlarının köməyi ilə qeydə alınır.  İnsanlar özlərində sosial cəhətdən  əhəmiyyətli 
keyfiyyətlər işləyib hazırlamışlar ki, bunları da ifadə etmək üçün şəxsiyyət və  fərdiyyət anlayışlarından istifadə 
edilir. Bu iki anlayış məna etibarilə bir-birinə çox yaxındır və qarşılıqlı surətdə əlaqəlidir. Görünür məhz buna görə 
də həmin anlayışları çox zaman bir-birini əvəz edə bilən eynimənalı anlayışlar kimi işlədirlər. Lakin şəxsiyyət və 
fərdiyyət anlayışlarında müəyyən məna çalarını  fərqləndirmək mümkündür. İnsan  şəxsiyyətdir, çünki onun öz 
sosial siması vardır; insan həm də fərdiyyətdir, çünki onun xüsusi, spesifik, təkrarolunmaz xassələri mövcuddur. 
Fərdiyyət nəinki müxtəlif qabiliyyətlərin təzahürüdür, həm də onların müəyyən bütövlüyüdür. Bu halda 
adətən qabiliyyətlərdən biri digərləri ilə müqayisədə üstün mövqe tutur, onların  əlaqələndirilməsinin orijinal 
üsulunu müəyyən edir. Lakin fərdiyyət anlayışı bütün insan fəallığını tam həcmdə  əhatə edə bilmir. Fərdiyyətin 
yetkinləşməsi, dolğunlaşması, ahəngdarlaşması xeyli dərəcədə şəxsiyyət strukturundan asılıdır. Fərdiyyət anlayışı 
insan fəaliyyətinə özünəməxsusluq və təkrarolunmazlıq, çoxcəhətlilik və ahəngdarlıq, təbiilik və sərbəstlik ölçüsü 
ilə yanaşdığı halda, şəxsiyyət anlayışı bu fəaliyyətdə  şüurlu-iradi başlanğıcı  nəzərə çarpdırır.  Şəxsiyyət anlayışı 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə