39
3. Kəndin sosiologiyası
Kənd
tarixən təşəkkül tapan, daxilən diferensial olan nisbi müstəqil sosial-ərazi sistemidir. O, maddi-əşyavi
mühitin, təbii-coğrafi şəraitin, insanların spesifik sosial-məkan təşkilinin vəhdəti ilə səciyyələnir.
Kənd şəhərdən sosial-iqtisadi inkişafına, insanların rifahının səviyyəsinə, məişətinin təşkilinə görə məlum
geriliyi ilə fərqlənir. Bu, müvafiq surətdə əhalinin sosial strukturunda və həyat tərzində müəyyən iz buraxır. Kənd
üçün şəhərlə müqayisədə əmək fəaliyyəti növlərinin azsaylılığı, nisbətən yüksək sosial və peşə yekcinsliyi
səciyyəvidir. Nisbi sabit xüsusiyyətlərə malik olan kənd özünün əsas komponentləri baxımından şəhərə uyğundur.
O, şəhərlə birlikdə tarixən cəmiyyətin sosial və ərazi (məkan) strukturunun bütövlüyünü formalaşdırır.
Sosiologiya kənddəki proseslərə ciddi əhəmiyyət verir; bu elmi maraq zəminində onun xüsusi sahəsi -
kəndin sosiologiyası təşəkkül tapmışdır. Bu sahə kənd sosial-ərazi birliyinin meydana gəlməsi,
fəaliyyəti və
inkişafı qanunauyğunluqlarını, onun sosial-iqtisadi təbiətini, təkraristehsal strukturunu, təbiətlə və maddi-əşyavi
mühitlə əlaqəsini, həyat tərzini, tipologiyasını öyrənir. Kəndin sosiologiyasında əhalinin sosial təkraristehsalı
prosesinin tədqiqi, onun şərait, məqsəd və nəticələrinə uyğun olan tədbirlər görülməsi mərkəzi problemlərdəndir.
Təkcə fərdlər, kənd əhalisi təkrar istehsal olunmur, həm də onların qarşılıqlı əlaqələri, münasibətləri və digər
komponentləri təkrar istehsal olunur.
Kənd əhalisinin xarakter xüsusiyyəti onun kifayət qədər yüksək stabilliyidir: adamların
mütləq əksəriyyəti
kənddə fasiləsiz yaşayır (belə ki, doğulduğu gündən kənddə yaşayanlar təxminən 70 faizə yaxındır).
Kənd əhalisinin sosial-sinfi strukturu mürəkkəb olub, müəyyən dinamizmə malikdir; burada sosial
birliklərin fasiləsiz dəyişilməsi prosesi müşahidə olunur. Kənddə əhalinin yeni sosial kateqoriyaları (məsələn,
fermerlər) formalaşmaqdadır.
[92 - 93]
Araşdırmalar göstərir ki, perspektivdə onların rolu daha da artacaqdır.
Lakin qeyd olunmalıdır ki, kənddə əməyin yeni, mütərəqqi formalarının tətbiqi xeyli dərəcədə ləngiyir. Ona görə
də «yeni yanaşma lazımdır; onun əsasında insanın cəmiyyətdəki vəziyyəti dayanmalıdır»
1
. Yalnız
belə olduqda
insanın, onun qabiliyyətlərinin, sosial fəallığının inkişafı təmin edilə bilər.
Əmək qabiliyyətli kənd sakinlərinin öz əməyinə münasibəti, ondan razı qalıb-qalmaması bu yaşayış
məskəninin inkişafı baxımından çox əhəmiyyətli məsələdir. Məlum olduğu kimi, əməkdən razı qalmaq görülən işin
şəxsi maraqlara, meyllərə uyğunluğundan, əmək haqqından
və şəraitindən, ifadəetmənin səviyyəsindən və s.
asılıdır. Aparılmış sosioloji tədqiqatlar göstərir ki, bu sahədə ciddi problemlər mövcuddur. Daha ixtisaslı və təhsilli
işçilər daha ciddi tələblər irəli sürürlər, peşə yüksəlişində daha fəaldırlar. Azixtisaslı və ixtisassız adamların əksər
hissəsi də öz işlərindən razı deyildir, eyni zamanda peşə baxımından inkişafla əlaqədar problemlərə münasibətdə
passivdir. İşçilərin xeyli hissəsinin qeyri-yaradıcı, icraçı əməyə istiqamətlənməsi əhəmiyyətli dərəcədə kəndin
mövcud imkanları ilə şərtlənir. Qeyd etmək lazımdır ki, son illərdə kəndin müasir texnika ilə təmin olunmasına
diqqət xeyli güclənmişdir. Bu, kənd təsərrüfatı əməyində yaradıcı ünsürlərin artmasına kömək edəcəkdir.
Ümumiyyətlə, kənddə işçilərin sosial irəliləyişi vacib məsələlərdən biridir. Sosiologiyada sosial irəliləyiş
dedikdə sosial statusun yüksəlməsi başa düşülür. Bu yüksəlmə ictimai təkraristehsalın (inkişafın) tələbatları ilə
şərtlənir, insanların şəxsi mənafeləri ilə vasitələnir. Sosial irəliləyişdə cəmiyyət (kollektiv) tərəfindən işçinin
qabiliyyətlərinin, fəallığının, təşəbbüskarlığının, işgüzar keyfiyyətlərinin və s. etirafı ifadə olunur.
Sosial irəliləyiş
prosesi özündə bunları birləşdirir: a) ixtisas, dərəcə, bilik cəhətdən məlum peşə hüdudlarında
[93 - 94]
yüksəlmək;
b) daha yaradıcı işə keçmək; c) vəzifədə yüksəlmək, irəli çəkilmək; ç) fəxri adlar, mükafatlar almaq və s. Sosial
irəliləyişdə motiv böyük rol oynayır: eqoist məqsədlər, yoxsa ictimai cəhətdən əhəmiyyətli məqsədlər izlənilir?
Sosial irəliləyiş təkcə konkret işçinin şəxsi uğuru deyildir; o, elə bir şəraitdir ki,
işə təşəbbüskar, yaradıcı münasibət
istehsalın inkişafına, kollektivin geniş sosial təkraristehsalına kömək edir.
Kəndin həyat tərzi özünəməxsus cəhətlərə malikdir. Əhali sıxlığının çox da böyük olmaması, təbii mühitlə
üzvi bağlılıq, kəndlinin əldə etdiyi torpaq payında əməyin tətbiqi, ictimai xidmətin zəif inkişaf etməsi və s.
özünəməxsusluğun mənbələridir. Buraya istehsal əməyinin zəif diferensiasiyası, onun texniki və enerji təchizinin
nisbətən aşağı olması, iş yerlərinin və onları seçmək imkanlarının məhdudluğu, əməyin təbiətin ritminə və
tsikllərinə tabeliyi, əmək məşğuliyyətinin qeyri-bərabərliyi, iş şəraitinin nisbətən ağırlığı və s. əlavə olunmalıdır.
Nəzərə alınmalıdır ki, kənddə istirahət növləri çox da rəngarəng deyildir, əmək
mobilliyi zəifdir, əmək və məişət
daha sıx qovuşmuşdur; şəxsiyyətlərarası münasibətlər də spesifikdir, sosial və milli cəhətdən homogen ailələr
üstünlük təşkil edir, ünsiyyət anonimliyi, demək olar ki, yoxdur, ictimaiyyətin insanların davranışı üzərində güclü
sosial
nəzarəti var, milli adətlər, ənənələr, yerli nüfuz sahibləri etiraf olunur. Həyat ritmi şəhərlə müqayisədə az
gərgindir, adamlar ünsiyyətin daha sadə formalarından istifadə edir, psixoloji yükü daha az hiss edirlər. Adamların
bir qismi kənd və qəsəbələrdə yaşamaqla şəhərlərdə işləyir.
Keçən əsrin 80-ci illərinin sonundan başlayan məlum proseslər, xüsusən Azərbaycanın bir sıra rayonlarının
Ermənistan tərəfindən işğalı, nəticədə normal fəaliyyət ritminin pozulması kəndlərimizin inkişafına son dərəcə
1
Социальные ориентиры обнавления: общество и человект. М., 1990, с. 50.