FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə16/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   12   13   14   15   16   17   18   19   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
16


Həmin dövr üçün xarakterik cəhətlərdən biri də ikiqat 
vergitutmanın mövcud olması idi. Məsələn, həm səhmdar 
cəmiyyətlərinin gəlirlərindən, həm də onların ödədikləri dividendlərdən 
vergi tutulurdu. Çay, kofe, duz, alkeqollu içkilər, tütün məmulatları və 
bir sıra digər istehlak mallarının satışına aksizlər müəyyən edilmişdi. 
30-cu illərdən başlayaraq SSRİ-də vergilərin əhəmiyyəti getdikcə 
azalırdı və onlar özlərinə xas olmayan funksiyaları yerinə yetirirdilər. 
Məsələn, onlardan qolçomaqlara qarşı siyasi mübarizə aləti kimi istifadə 
edilirdi. SSRİ XKS-nin 2 sentyabr 1930-cu il tarixli qərarına əsasən 
1930-1932-ci illərdə əsaslı vergi islahatları aparılmağa başlandı. Bu 
islahatlar nəticəsində aksizlər tamamilə ləğv edildi, müəssisələr üçün isə 
2 növ vergi ödənişi – dövriyyə vergisi və mənfəətdən ayırmalar 
müəyyən edildi. Fondlara normativ ayırmalar istisna olmaqla, sənaye və 
ticarət müəssisələrinin bütün mənfəəti dövlət nəfinə tutulurdu. Beləliklə, 
dövlətin gəliri vergilər hesabına deyil, ümumi milli məhsulun dövlətin 
xeyrinə birbaşa məcburi alınması hesabına formalaşırdı. 
Əhalidən tutulan vergilərin dövlət büdcəsində payı olduqca cüzi 
idi. Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar olaraq hərbi 
vergi tətbiq olunurdu. 1946-cı ildə isə bu vergi növü ləğv edildi. 
Çoxuşaqlı analara kömək məqsədi ilə SSRİ Ali Sovetinin 21 noyabr 
1941-ci il tarixli fərmanı ilə subaylara və uşaqsız ailələrə vergi tətbiq 
olundu. Monqolustan istisna olmaqla tarixdə dünyanın heç bir ölkəsində 
bu verginin analoqu olmamışdır. Buna baxmayaraq bu vergi SSRİ 
dağılana qədər mövcud olmuşdur. 
O dövrün əsas vergi ödənişi - dövriyyə ödənişi dövriyyə vergisi 
idi. 1954-cü ildə dövriyyə vergisindən daxil olan vəsaitlər dövlət 
büdcəsinin gəlir hissəsinin 41%-ni təşkil edirdi. 
1980-ci illərin ortalarında islahatlar başlanana qədər SSRİ-nin 
dövlət büdcəsinin gəlir hissəsinin 90%-dən çox hissəsi xalq 
təsərrüfatından daxil olan vəsaitlər hesabına formalaşırdı. Əhalidən 
tutulan vergilərin xüsusi çəkisi isə cəmi 6-7% təşkil edirdi. 
İnkişaf etmiş ölkələrdə isə vəziyyət tamamilə başqa cür idi. 
Məsələn, 80-ci illərin ortaları üçün gəlir vergisi büdcənin gəlir hissəsinin 
ABŞ-da 44,7%-ni, Böyük Britaniyada 32,0%-ni, Kanadada 37,0%-ni 
təşkil edirdi. Büdcənin gəlir hissəsində gəlir vergisinin payının artması 
heç də vətəndaşların üzərinə düşən vergi yükünün ağırlaşmasına səbəb 
olmamışdı. Çünki bir tərəfdən vergilərin çevik şkalası əhalinin müəyyən 
kateqoriyalarını vergilərdən azad etməyə imkan verir, digər tərəfdən isə 
əksər ölkələrdə vətəndaşlar orta illik gəlir artdıqca vergi dərəcəsini 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə