FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


Oxuda “nitq texnikası” anlayışı və onun əhatə sahələri



Yüklə 0,72 Mb.
səhifə38/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   34   35   36   37   38   39   40   41   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

3. Oxuda “nitq texnikası” anlayışı və onun əhatə sahələri
Şagirdlərin emosional, ifadəli nitqə yiyəlnmələri üçün ilk növbədə nitq texnikası üzrə iş aparılmalıdır. «Nitq texnikası» anlayışına oxu və danışıq prosesinə tənəffüs, səs və diksiya daxildir.
Düzgün tənəffüs düzdün nəfəsalma və havanı qənaətlə, bərabər ölçüdə xərcləməkdən ibarətdir. Səsin təmizliyi, düzgünlüyü, gözəlliyi və dəyişməsi (tonal çalarlığı) düzgün nəfəsalmadan asılıdır. Buna nail olmaq üçün döş qəfəsinin bütün əzələ aparatından istifadə olunur. Sözlər və ya ifadələr arasındakı qısa fasilələr zamanı hiss olunmadan ciyərlərə hava daxil olur. Dərindən nəfəs alanda, xüsusilə, ciyərlərin daha tutumlu olan aşağı hissəsi hava ilə dolur, döş qəfəsi genişlənir, oxu zamanı hava məntiqi cəhətdən bitmiş hissələrə uyğun olaraq az – az xərclənir. Bu vaxt qabırğalar və diafraqma fəal hərəkət edir. Şagird nəfəsi elə –alıb verməlidir ki, oxu prosesinə mane olmasın. Kitabın üzərinə çox əyilmə , sinəni partanın kənarına dirəmə prosesində nəfəsalma çətinləşir, oxuyan tez – tez dayanıb, dərindən nəfəs almalı olur.
Düzgün nəfəsalmanı təmin etmək üçün müxtəlif təmrinlər məsləhət görülür: 1- dən 5-ə qədər saymaqla nəfəs almaq və ciyərlərin həddən artıq dolmasına yol verməmək; xüsusi mətnləri oxuyarkən nəfəsalmanı yoxlamaq və s.
Biz söz tələffüz edərkən ciyərlərdən hava buraxırıq. Hava nəfəs yolları ilə xirtdəyə gəlir, orada səs tellərinin yığılıb – açılması nəticəsində zəif səs əmələ gəlir.
Səs imkan daxilində kifayət qədər gur və xoş avazlı olmalıdır. O, bu keyfiyyətlərə ağız boşluğunda yiyələnir.
Səsin qüvvəsi, ucalığı, uzunluğu, sürəti, tembri və başqa keyfiyyətləri var. Nitqə ifadəlilik verən də elə budur. Səsin qüvvəsi və ucalığını eyniləşdirmək olmaz. Qüvvə obyektiv, real böyüklüyü bildirir. Ucalıq isə nitq situasiyasından, oxunan mətndən asılıdır. Səsin müəyyən qüvvəsinə malik olan adam həm bərkdən, həm orta səviyyəli, həm də zəif səslə danışa bilər. Bəzən səsin ucalığı bir cümlənin içərisində dəyişir.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə