Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə26/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   22   23   24   25   26   27   28   29   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
68
alim-politoloqlar,  onların  özünəməxsus  birliklərindən  ibarət  olan  iri  universitet 
və  institutlardır.  Tətbiqi  siyasi  təhlil  və  araşdırmalar  əsasən  adətən  ya  sərbəst 
qurumlar  kimi  funksiyalaşan,  ya  da  dövlət  strukturlarına  daxil  olan  analitik 
mərkəzlər tərəfindən həyata keçirilir 
Nəzəri  siyasi  araşdırmaların  əhəmiyyətini  və  rolunu  qətiyyən  azaltmayaraq 
belə  qənaətə  gəlmək  olar  ki,  tətbiqi  siyasi  araşdırma  və  təhlil  konkret  elmi 
xüsusiyyətlərə malikdir. Bu və digər cəhətlərinə görə  “siyasi təhlil” deyiləndə  
əsasən məhz tətbiqi təhlil nəzərdə tutulur. Siyasi təhlilin iki tipi arasında dəmir 
sədd mövud deyil. Bu ABM-nin fəaliyyətində mühüm yer tutan “siyasi təhlilin”
mahiyyətinin  dərk  edilməsi  ilə  bağlı  olub,  onun  özünəməxsusluğunu  daha
dəqiq ifadə edir.
 
Cədvəl. Nəzəri və tətbiqi araşdırmaları fərqləndirən prinsiplər
Müqayisə meyarları Nəzəri araşdırmalar 
Tətbiqi   araşdırmalar
Məqsəd
Siyasi həyatın
funksiyalaşması və
mexanizmlərinin
aşkarlanması
Siyasi aktorlar qarşısında
duran konkret və kəskin
aktual problemlərin həll
edilməsi
Obyekt
Məkan-zaman hüdudu
ilə konkret məhdudlaş-
dırılmayan siyasi
proseslər
Konkret məkan-zaman
parametrlərinə bağlı olan,
mövcud siyasi təcrübədən
doğan problemli vəziyyətlər
Siyasi prosesdə
iştirak
Daha çox əvvəldən
müəyyən edilmiş
Daha çox emercent (qəfil),
qeyri-müəyyən, şəraitdən
asılı olaraq dəyişən
Subyekt
Xüsusi elmi birliklərdə
(universitet və elmi
tədqiqat institutlarında)
cəmləşən alimlər, kadrlar
İxtisaslaşmış mərkəzlərdə
və dövlət strukturlarında
işləyən analitiklər, mühüm
təcrübəyə malik sabiq dövlət
rəsmiləri, vəzifəli şəxslər və s.
Vasitəçi subyekt
(sifarişçi)
Sosium (cəmiyyət)
Siyasi aktorlar (qərar qəbul
edən şəxslər və s.)


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
69
1.16. Araşdırma və Beyin Mərkəzlərinin fəaliyyətinin və 
maliyyələşməsinin hüquqi-qanunverici əsasları. 
Dünya təcrübəsi
Hüquqi  statusuna  görə  beyin  mərkəzləri  qeyri-kommersiya  təşkilatları 
sayılsalar  da,  stabil  maliyyələşmə-onların    hər  birinin  əsas  problemidir.  Çünki 
maliyyə qayğılarından azad olmaq  bazar iqtisadiyyatı şəraitində onların inkişafını 
təmin etməyin əsas şərtlərindəndir. 
BM-nin  fəaliyyətinin  əksər  aspektləri  hələlik  “İctimai  birliklər”  haqda 
qanunla,  digər  aspektlər  “Qeyri-kommersiya  təşkilatları  haqda”,“Siyasi 
partiyalar  haqda”,“Məqsədli  uzunmüddətli  fondlar  (endoumentlər)  haqda”, 
“Vergi qanunvericiliyi haqda” qanunlar və s. tənzimlənir. Dünyanın demək olar 
bütün ölkələrində fondların yaranmasını nəzərdə tutan qanunlar mövcuddur. Bu 
özü  də  müəyyən  araşdırma  fondlarının  təsis  edilməsinə  şərait  yaradır.  BM-nin 
maliyyələşməsində özəl müəssisələr, fondlar, hökumət idarələri, siyasi partiyalar 
və s. iştirak edirlər.
BM-nin  fəaliyyətini  tənzimləyən  ictimai  birliklər  haqqında  mövcud 
qanunvericilik  onların  büdcəsini  yalnız  öz  qüvvələri  əsasında,  öz  məhsullarını 
reallaşdırmaqla təmin etməyi qeyri-mümkün edir. Bu həm də ona görə mümkün 
deyil ki, analitik mərkəzlərin öz məhsulu ilə bazara çıxması onu avtomatik olaraq 
kommersiya  (profit- mənfəətli) təşkilatına çevirir. Bu və ya başqa səbəblərdən 
BM-ri  hələlik  maliyyə  mənbəyini  daha  çox  daxildə  deyil,  xaricdə  axtarıb  tapa 
bilirlər. Vətəndaş cəmiyyətinin hesabatlarından bunu aydın görmək olar.
ABŞ təcrübəsi
Amerikada BM-nin yaranmasında ilk vaxtdan dövlət strukturları, hüquqşünas 
və  qanunverici  orqanların  təmsilçiləri  iştirak  edib.  Qeyd  edildiyi  kimi ABŞ-da 
BM-nin  çiçəklənməsi  XX  əsrin  70-ci  illərində  ABŞ  məhkəməsini  Ali  Hakimi 
Lyuis  Pauelin  Ticarət  Palatasına  belə  mərkəzlərin  yaradılması  üçün  maliyyə 
ayrılması  üçün məktubla müraciət etməsindən sonra baş vermişdir.
Xüsusilə  qeyd  etmək  yerinə  düşərdi  ki,  Federal  Qanunl  əsasən  ABŞ-da   
Beyin Mərkəzləri Konqresdə qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququna 
malikdirlər.  Federal  Qanun      Araşdırma  və  beyin  mərkəzlərinə  mövcud  olan 
qanunvericiliyin və hətta Konstitusiyanın  hər hansı bir maddəsinə əlavələr etmək, 
yaxud  da  yeni  qanunvericilik  təşəbbüsü  layihəsi  ilə  Konqresə  müraciət  etmək  
hüququnu verir. Belə layihə olarsa, o Konqresdə gündəliyə salınır və  müzakirə 
edilir. 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
70
Konstitusiyanın və ya mövcud qanunvericiliyin hər hansı bəndinə düzəlişlər 
edilməsi imkanı ABŞ-da bir çox beyin mərkəzlərinin siyasi proseslərdə ciddi və 
geniş tətbiq edilən iştirak mexanizmi kimi tətbiq edilir. Üstəlik də partiya beyin 
mərkəzləri  bu hüquqdan birbaşa və ya  dolayısı ilə istifadə edə bilərlər. “Dolayısı 
ilə”  dedikdə,  yeni  təşəbbüsün  və  ya  konkret  qanun  layihəsinin  müraciət  deyil, 
beyin  mərkəzinin  məncub  olduğu  partiyanın  üzvü  olan  konqresmen  tərəfindən 
səsləndirilməsi    nəzərdə  tutulur.  Həm  də  bu  zaman  beyin  mərkəzləri  yalnız 
partiya statusuna aid olan deyil, geniş məsələlər haqda təşəbbüs irəli sürə bilərlər. 
(Məsələn  “Katon  İnstitutu”  beyin  mərkəzi  Konqresə  balanslaşdırılmış  büdcə 
Layihəsini təqdim edib və həmin layihəyə baxılır).
Bundan  başqa  ABŞ-da  Konqreslə  tədqiqat  mərkəzləri  arasında    vasitəçi 
funksiyasını  yerinə  yetirən  Agentlik    mövcuddur. Araşdırma    mərkəzi    və  ya 
mərkəzləri  assosiasiyası  büdcə  vəsaiti  hesabına  hər  hansı  bir  tədqiqat  həyata 
keçirmək istəyirsə, həmin Agentliyə sorğu göndərir. Agentliyin təqdimatı ilə ABŞ 
Konqresinin xüsusi komissiyası 3 gün ərzində  tədqiqatın həyata keçirilməsi üçün  
maliyyə ayrılıb-ayrılmamasını əsaslandırır. Bu ümumən qəbul edilmiş  praktika 
olub, qanunla da təsbit edilmişdir. və lobbist xarakter daşıyır.
ABŞ-da  qeyri-kommersiya  təşkilatları  (non-profit-mənfəət  almağı  və  onu 
iştirakçılar  arasında  bölməyi  qarşısına    məqsəd  qoymayan  hüquqi  şəxslər) 
milyardlarla dollar dəyərləndirilən fəaliyyət həyata keçirsələr də qanunvericiliklə 
vergidən azad edilmişdir. ABŞ-da qeyri-dövlət təşkilatlarının fəaliyyəti  Maliyyə 
Uçotunun  Standartları(FASB),  eləcə  də  İnzibati  və  Büdcə  İdarəçiliyi  (ОМВ) 
tərəfindən hazırlanmış qaydalarla  tənzimlənir.Dünyada ən çox bu qəbildən olan  
təşkilatlar da Amerikadadır. Bu gün sivilizasiyada informasiya inqilabı yaradan  
ideya və texnologiyalar məhz bu cür qeyri-kommersiya təşkilatlarında yaradılıb.
İstər Amerikada, istərsə də Almaniyada və ya başqa inkişaf etmiş ölkələrdə  
beyin mərkəzlərinin inkişafında sıçrayış yaradan, təkan verən məqamlardan biri-
immiqrasiya  haqda  qanuna  əlavələr  edilməsidir.  Bu  qanunlar  xarici  alimlərə, 
beyin mərkəzləri əməkdaşlarına gəlib ailələri ilə birlikdə maddi təminat da nəzərə 
alınmaqla  heç  bir  problem  olmadan  işləməyə  və  araşdırma  ilə  məşğul  olmağa 
hüquq verir. 
Beyin Mərkəzlərnin maliyyələşməsində fondlar (endoument/trastlar) müstəsna 
yer tutur. Paradoks bundan ibarətdir ki, bəzi fondlar həm donor, həm də “beyin 
mərkəzi” kimi fəaliyyət göstərir. Qlobal reytinqdə beyin mərkəzi kimi əks edilir. 
Onlardan ABŞ-ın Ford, Soros,  Makkartur,  Karnegi,  Knight, King, Almaniyanın- 
partiya yönlü: Konrad Adenauer, Fridrix Ebert, Fridrix Nauman fondları bütün 
dünyada  donor  təşkilatlar  kimi  tanınır.  Burada  deyildiyi  kimi,  “Fondlar  haqda 
qanunun” qəbul edilməsi mühüm rol oynayır. Onlar  həm daxili, həm də xarici 


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə