Fəlsəfə tarixi
- 41 -
sına qədərki təcrübəsi, həmçinin belə haçalanmadan yaranan münasibətlərin
batini tərəfidir. Varlığın dərk edilməsində irrasionala tam üstünlük verən di-
ni filosof N.A.Berdyayev (1874-1948) bu işdə ağılla ruhun vəhdətini vacib
sayaraq belə yazır: «Canlı həqiqət, bütöv həqiqət yalnız intellektual yolla,
mühakimə yolu ilə açıla bilməz; onunla (həqiqətlə – M.A.) ancaq ruhani hə-
yat təcrübəsində təmasda olmaq mümkündür. Ağıl özünün təcrid olunmuş,
ayrılmış mövcudluğuna son qoymalı və ruhun dolğun, tam həyatı ilə üzvi
surətdə yenidən birləşməlidir. O zaman şüurlu dərketmə mümkündür. Varlı-
ğı dərketmə təcrübədə verilir, lakin o, heç vaxt rasionallaşdırılmış təcrübədə
bəlli olmur. Subyekt və obyektə parçalanma mərhələsinə qədərki dövrdə
varlıq yalnız dini, mistik təcrübədə bəlli olur. Fəlsəfə üçün qidanı, materialı
yalnız orada axtarmaq lazımdır» (7, s. 23). Ezoterizmin ehtiva etdiyi belə bi-
liklər idrak nəzəriyyəsinin ana xəttini, cövhərini təşkil edir. «Qərb fəlsəfə-
sində irrasional bilik, əsasən, qnosis termini ilə eyniləşdirilir və ya yaxın
mənalı sözlər kimi qəbul edilir… Şərq fəlsəfəsində irrasional bilik mərifət
kimi məlumdur. Ədəbiyyata ilk dəfə sufi mütəfəkkir Zu’n-Nun Misri tərə-
findən gətirilən mərifət termini yalnız bilik əldə etmə deyil, həm də irfan
(batini məna), kəşf, ilham, intuisiya kimi anlayışları özündə cəmləşdirən bir
anlamdır» (1, s. 21). Təsəvvüfün idrak nəzəriyyəsinin əsasını təşkil edən
mərifət «insanın müəyyən mənəvi inkişafının, yəni fövqəlaləmlə ünsiyyəti-
nin, yaşadığı hal və məqamların nəticəsidir» (1, s. 22). Mərifət zaman föv-
qündə yaşanılan mistik təcrübədə əldə edilən özünüdərk və özünüdərk vasi-
təsilə Allahı dərketmədir ki, bu da dünya ezoterizminin, o cümlədən, Azər-
baycan fəlsəfi poeziyasının ezoterizminin ana xəttini təşkil edir. Ezoterik bi-
liklərin batini obrazı, onların dolğunluğu bu və ya digər dinin zahiri forma-
larına bürünür. Məsələn, sufilik müsəlman ənənələrini özündə ehtiva etsə
də, onun sərhədlərindən çox-çox genişdir, eynilə də kabbala iudaizmin, isi-
xazm pravoslav xristianlığın, kvietizm katolik xristianlığın ənənələrinə
bürünür.
Aydın olur ki, müxtəlif zamanlarda və müxtəlif məkanlarda yazıya
alınmış ezoterik biliklər zahiri formalarına – ifadə tərzinə, üslubuna, vasitə-
lərinə və s. əlamətlərinə görə fərqləndirilsələr də, mahiyyətcə eyni şeyi ifadə
edirlər.
Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
- 42 -
Ezoterizmdə insan faktoru
Ezoterizm həm də insan və aləm haqqında təsəvvürləri maddi keyfiy-
yətlərlə məhdudlaşdırmadan onlarda makro- və mikrokosmosun vahidliyini,
makro- və mikrokosmosda gizli qüvvələrin mövcudluğunu təsdiqləyən, bü-
tün şeylərin batini mahiyyətini dərk etdirməyə yönələn təlim metodudur ki,
onun da əsas ölçü vahidi insandır. Həm Şərq, həm də Qərb ezoterizminin
əsas məqsədi insana özünü dərk etməkdə köməklik göstərməkdir. İnsan hər
şeyə ölçüdürsə, birinci növbədə, o, bu ölçünün həm xarici, həm də batini
mahiyyətini anlamalıdır. Qidanın dadı olduğu kimi, hər şeyin də batini
mənası var. A.Y.Bertels deyir ki, insanların cahilliyinin və imansızlığının
səbəbi bütün yaradılışı batil hesab etmələrindədir (9, s. 230).
Ona görə də mikronu (özünü) anlamadan, makronu (xarici aləmi), var-
lığı və Yaradanı anlamaq mümkün deyil. Bu barədə klassiklər belə söyləyir-
lər:
Özünü tanı ki, mənalar yolu ilə
Özünü tanısan, Allahı da tanıyarsan. (5, s. 316)
Gözünü (İlahinin) köməyi ilə bəsirətləndirib o,
Özünü tanıyaraq Tanrını tanıdı. (4, s. 138)
Özünü dərk etmək insanlığın ən qədim və ən müşkül problemidir.
Təsadüfi deyil ki, qədim yunan şəhəri Delfdə tikilmiş Apollon məbədinin
üzərində belə sözlər yazılıb: «Özünü dərk et!». Bu ideyanı formaca müxtə-
lif, məqsədcə eyni olan bütün dini-mistik cərəyanlar özündə ehtiva edir.
«Mistik səviyyədə dinlər arasında əhəmiyyətli fərq yoxdur, belə ki, təcrübə
hər birində, faktiki olaraq, eynidir» (13, s. 117). «Özünü dərk et» ideyası
çox dərin mistik təcrübəyə əsaslanır. Ona görə də deyirlər ki, özünü dərket-
məni təlqin edən «din və mistika fəlsəfənin kökü, onun həyatı əsasıdır» (7,
s. 23). Bir sıra dinlər (induizm, buddizm, sihhizm, daosizm) güclü mistik
ənənələrə bağlı olduğu halda, bəzi dinlərdə belə ənənələr özünü, demək olar
ki, çox zəif göstərir, ancaq onların içərisindən intişar etmiş dini-mistik tə-
limlərdə (islamda təsəvvüf, hərçənd onun islamdan əvvəl yarandığını söylə-
yən mənbələr də var, lakin bu məsələyə münasibət bildirməkdə hələlik
Fəlsəfə tarixi
- 43 -
bitərəf qalırıq), iudaizmdə kabbala, xristianlıqda xristian mistisizmi) mistik
təcrübə ana xətti təşkil edir. Lakin dini yolla mistik yolun çox dərin fərqləri
də var. İnsanın özünü, kainatı, Allahı dərkində mistikaya müstəsna yer ayı-
ran Nikolay Berdyayev belə yazır: «İnsanla onu Yaradan arasında
dməsafəyə əsaslanan və insanın acizliyini və zəifliyini təlqin edən dini
dünyagörüşdən fərqli olaraq, mistika üçün insanla Allah arasındakı
transsendent vəziyyət və insanın acizliyi həyat sirlərinin, mövcudluğun
sirlərinin son həqiqəti deyil. İmmanentlik hər cür mistikanın özəyidir» (8).
Mistik təcrübə həqiqət axtarışında olanın keçdiyi mistik yoldur, introspektiv
təcrübə yoludur. Ezoterizm isə bünövrəsi mistika üzərində qurulmuş
möhtəşəm bir tikilidir. «Mistik təcrübədə insan özünün qapalı ruhi
çərçivəsindən çıxıb varlığın ruhi ilkin əsası ilə təmasa girir… Mistika
fərdiliyin dəf edilməsi və fərdilik halından çıxmadır. Mistika ruhani həyatın
həm dərinliyi, həm də zirvəsidir» (8). İntrospektiv Şərq fəlsəfi məktəbi
həmişə Qərb üçün örnək olmuşdur. Ezoterizmi, bir elm olaraq, Şərq
fəlsəfəsinin işığı ilə tədqiq etmək lazımdır. «İslamın qərb tədqiqatçıları üçün
müsəlman mistisizmi o qədər cazibəli göründü ki, onun praktik tərəfi ilə,
həqiqətən, bağlı olan şeylərə ayıqlıqla baxmaq zərurəti yaranıb» (13, s.
117). Trimingemin bu fikrinə oxşar fikri XIX əsrin məşhur teosofu Yelena
Blavatskaya da irəli sürmüşdür (Bax: 10, s. 34).
Həqiqətən, dərin simvolizmi, rəngarəng koloriti, qeyri-adekvat ifadə
formaları ilə fərqlənən Şərq ezoterizmi və onu «qidalandıran» mistik
ənənələr Qərb üçün zəngin məxəzdir.
Klassik poeziya ezoterik ədəbiyyat kimi
Ezoterik ədəbiyyatda lirik qəhrəman hər zaman insan olub. İnsan və
Tanrı münasibətləri və bununla bağlı bütün estetik, psixoloji, emosional ka-
teqoriyalar və keyfiyyətlər poeziyada rəmzlərlə verilib. Bu baxımdan fəlsəfi
poeziya bir «güzgü» olaraq Tanrının həyatda, təbiətdə «görünən» və «gö-
rünməyən» emanasiyalarını, hiss olunan və olunmayan keyfiyyətlərini özün-
də əks etdirən qüdrətli bədii silahdır, – desək, səhv etmərik. Şərq müdriklik
rəmzi olub və Şərqin görkəmli söz ustadları belə bədii silahdan çox mə-
harətlə istifadə ediblər. Böyük sənətkarların qələmindən çıxmış əsərlərə hər
Dostları ilə paylaş: |