http://www.amu.edu.az
15 noyabr 2016-cı il
6
u
Bu günlərdə Azərbaycan
Tibb Univer siteti Mikrobiologiya
və immu
nologiya kafedrasının
müdiri, t.e.d., professor, ə.e.x.,
AMEA-nın müxbir üzvü Zakir
Ömər oğlu Qarayevin anadan ol-
masının 75, elmi-pedaqoji fəaliy-
yətinin 50 illiyi tamam olur.
Z.Qarayev 27 noyabr 1941-ci ildə
Qərbi Azərbaycanın (indiki Ermənistan
Respublikası) Dilican mahalının Göyərçin
kəndində qulluqçu ailəsində anadan
olmuşdur. 1962-ci ildə Azərbaycan Tibb
İnstitutunun tibbi-profilaktika fakültəsini
fərqlənmə diplomu ilə bitirmişdir. Elə
həmin ildən əmək fəaliyyətinə başlayaraq
1962-1964-cü illərdə Qərbi Azərbaycanın
Göyçə mahalında həkim kimi çalışmışdır.
1964-1967-ci illərdə “Mikrobiologi-
ya” ixtisası üzrə ATİ-nin əyani aspirantı
olmuş, 1968-ci ildə “Polien antibiotiklərin
immunogenezə təsiri” mövzusunda tibb
üzrə fəlsəfə doktorluğu müdafiə etmişdir.
ATİ-nin METL-in direktoru (1968-
1974), daha sonra Sankt-Peterburq Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunun
ETL-da böyük elmi işçi (1974-1975),
direktor (1975-1982), SSRİ Səhiyyə
Nazirliyinin və Ümumdünya Səhiyyə
Təşkilatının Mikologiya və Dərin Mi-
kozlar Elmi Mərkəzinin direktoru (1982-
1993) vəzifələrində çalışmışdır. 1974-
cü ildə Sankt-Peterburq Elmi Tədqiqat
Antibiotiklər İnstitutunda “Antibiotiklərin
orqanizmin immun reaktivliyinə təsir me-
xanizminin tədqiqi” mövzusunda doktor-
luq dissetasiyasını müdafiə etmişdir.
1982-1993-cü illərdə SSRİ TEA-nın
Elmi Şurasının, ekologiya və mikrobi-
ologiya üzrə problem komissiyalarının,
SSRİ Səhiyyə və Tibbi Sənaye Nazirlikləri
sahələrarası ekspert şurasının üzvü
olmuşdur. Uzun illər Fransa, Almani-
ya və Yaponiya Tibbi Mikoloqlar Elmi
Cəmiyyətlərinin Fəxri üzvü, Beynəlxalq
“Mikologiya və Fitopatologiya” və Alma-
niyada nəşr olunan “Health” jurnalının
Redaksiya Şurasının üzvü, eləcə də 1980-
1994-cü illərdə Ümümdünya Səhiyyə
Təşkilatının eksperti olmuşdur.
Müstəqillik qazandıqdan sonra vətənə
qayıdan Zakir Qarayev Azərbaycan
Respublikası Elmi-Tədqiqat Mikrobio-
logiya, Virusologiya və İmmunologiya
İnstitutunun direktoru (1993-1994),
İstanbul Universiteti Tibb Fakültəsinin
Mikrobiologiya və İmmunologiya
kafedrasında professor (2001-2004)
vəzifələrində çalışmışdır. 2004-cü ildə
Azərbaycan Tibb Universitetinin Mikrobi-
ologiya və İmmunologiya kafedrasının mü-
diri vəzifəsinə təyin edilmiş və indiyədək
bu vəzifədə çalışır.
Z.Ö.Qarayevin elmi-tədqiqat işlərinin
əsas istiqamətləri orqanizmin im-
mun sisteminin, immun reaktivliyinin
öyrənilməsinə, bir sıra kimyəvi, bio-
loji, fiziki amillərin təsiri nəticəsində
baş verən dəyişikliklərin, immun
çatışmazlıqların xüsusiyyətlərinin və
onların mexanizmlərinin araşdırılmasına,
immun çatışmazlıqlarla əlaqəli infek-
sion-mikotik, bakterial, virus mənşəli
xəstəliklərin ilkin diaqnostikası, mü alicə
və profilaktika prinsiplərinin təkmil-
ləşdirilməsinə yönəlmişdir. Bu tədqiqatlar
əsasən tibbi praktikada geniş istifadə olu-
nan sitostatiklərin, antibiotiklərin, hor-
monal preparatların insanlarda immun
çatışmazlıq virusunun və radiasiyanın
təsiri ilə əlaqəli baş verən patoloji
proseslərlə əlaqəli axtarışlardan ibarət
olmuşdur.
1993-cü ildə vətənə qayıtdıqdan sonra
onun elmi fəaliyyəti o vaxtlar ölkəmizdə
narahatlıq doğuran bir sira tibbi-sosial
problemlərlə əlaqədar olmuşdur. Bu
baxımdan cəbhə bölgələrində qəlpə
və güllə yaralanmaları, ağır yanıqların
fasadlaşmaları ilə əlaqəli anaerob və no-
zokomial infeksiyaların etiopatogene-
zinin öyrənilməsi, müalicə və profilak-
tika tədbirlərin hazırlanması mühüm
əhəmiyyət kəsb edir. Keçən əsrin 90-cı
illərində əsgərlər və əhalinin digər qrupları
arasında bəzi infeksion xəstəliklərə
qarşı müvafiq profilaktik tədbirlərin
hazırlanması və aparılması da önəmli
olmuşdur.
Z.Qarayev bu illər ərzində tibb
elmində öz dəsti-xətti olan bir alim kimi
formalaşmışdır. O, 300-dən cox elmi
əsərin, o cümlədən 4 monoqrafiyanın, 5
patentin, 2 dərsliyin və 20-yə qədər dərs
vəsaitinin müəllifidir. Dünyanın müxtəlif
elmi jurnallarında nəşr olunmuş 63 elmi
əsərinin “xülasə”si ABŞ-ın Milli Səhiyyə
İnstitutunun Milli Tibb Kitabxanasının
rəsmi saytı olan
www.pubmed.qov
in-
ternet portalında yerləşdirilmişdir. Onun
rəhbərliyi ilə 70-dən artıq fəlsəfə dok-
toru, 20 elmlər doktoru hazırlanmışdır.
Onların bir çoxu ölkəmizdə və xari-
ci ölkələrin universitetlərində, elmi-
tədqiqat institutlarında məsul vəzifələrdə
çalışırlar.
Z.Qarayev dəfələrlə vətən tibbi mikro-
biologiya, mikologiya və immunologi-
ya elmini xarici ölkələrdə (ABŞ, Kana-
da, Fransa, Avstriya, Almaniya, Polşa,
İtaliya, Macarıstan, Yaponiya, Türkiyə,
Misir, Avstraliya və s.) müxtəlif elmi
konqreslərdə, simpozium və konfranslar-
da müvəffəqiyyətlə təmsil etmiş, Yaponi-
yada, Misirdə, Polşada və digər ölkələrdə
çoxsaylı mühazirələr oxumuşdur. Onun
təşəbbüsü və rəhbərliyi ilə Sankt-Peterburq
şəhərində mikologiya və immunologiyanın
aktual problemləri üzrə 3 Beynəlxalq və 4
Milli simpozium, 2009-cu ildə isə Bakıda
III Avrasiya Klinik Mikrobiologiya,
İmmunologiya və İnfeksion Xəstəliklər
Beynəlxalq konqresi təşkil edilmişdir.
Ömrünün müdriklik çağlarını yaşayan
Zakir müəllim bu gün də çalışır, öz
biliklərini gələcək həkimlərə - tələbələrə,
rezidentlərə və doktorantlara yorulmadan
öyrədir. Onun azərbaycan, rus və ingilis
dillərində oxuduğu mühazirələr tələbələr
tərəfindən böyük maraqla qarşılanır.
Hazırda rəhbərlik etdiyi kafedranın
əməkdaşlarının böyük bir qismi məhz Za-
kir müəllimin yetirmələridir.
Mikrobiologiya və İmmunologiya kafed-
rasının əməkdaşları Zakir müəllimi yubi-
leyi münasibətilə səmimi-qəlbdən təbrik
edir, ona möhkəm can sağlığı, fədakar
və yorulmaz fəaliyyətində uğurlar arzu
edirlər.
Mikrobiologiya və İmmunologiya
kafedrasının əməkdaşları
Görkəmli alim, sevimli müəllim
u
Orta məktəbin son sinfində
oxuyanda Rəhilə xanım
Müzəffərovanın da ürəyindən həkim
olmaq keçirdi. Amma taleyinə Xarici
Dillər İnstitutunun (indiki Dillər Uni-
versiteti) tələbəsi olmaq düşdü. İnstitu-
tun ingilis-azərbaycan dilləri fakültəsini
bitirib, doğulduğu Qəbələ rayonunun
Seyidqışlaq kəndinə təyinat aldı. Həmin
kənd məktəbində müəllim işlədikdən bir
müddət sonra ailə qurub Bakıya köçdü.
1991-ci ildən Azərbaycan Tibb Univer-
sitetinin təsisçiliyi ilə nəşr olunan “Təbib”
qəzetində əmək fəaliyyətini davam etdir-
di. O, qəzetdə fəaliyyətə başladığı dövrdə
Azərbaycan xalqı tarix boyu arzusunda ol-
duğu dövlət müstəqilliyini təzəcə bərpa et-
mişdi. Həkimlik arzusuna çatmasa da, tale
onu Tibb Universitetinə gətirib çıxardı.
Dörd ildən artıq redaksiyada çalışan-
dan sonra Universitetin rəhbərliyi ona in-
diki Hərbi Səfərbərlik şöbəsində işləməyi
məsləhət bildi. Elə o vaxtdan da bu şöbədə
mühəndis vəzifəsində çalışır.
R.Müzəffərova bu universitetdə dərs deyən
müəllimlərin, professorların mühazirələrini
dinləməsə də, tibb elminə misilsiz töhfələr
verən dünya şöhrətli akademiklərdən, pro-
fessorlardan-uzun illər ATU-nun rektoru
olmuş akademik, SSRİ Dövlət Mükafatı
Laureatı Əhliman Əmiraslanov, Moskvada
Bloxin adına Rusiya Onkoloji Mərkəzinin
direktoru Mixail Davıdov, həmyerlimiz,
Rusiya Tibb Elmləri Akademiyasının
üzvü, Rusiya Dövlət Mükafatı laureatı
Məmmədbağır Əliyevdən səhhəti ilə bağlı
məsləhətlər aldı.
Bu günlərdə Rəhilə xanımın 60 yaşı ta-
mam olub. Bu illərin 25 ili Azərbaycan Tibb
Universiteti ilə bağlıdır. Qüsürsuz işlədiyinə
görə və 60 illik yubileyi ilə əlaqədar onu
universitetin rektorluğu mükafatlandırıb.
Hərbi Səfərbərlik şöbəsinin kollektivi də
bu təbrikə qoşulur, Rəhilə xanıma möhkəm
cansağlığı, şəxsi həyatında və işində uğurlar
arzulayır!
Hərbi Səfərbərlik şöbəsinin kollektivi
ARZUSU HƏKİM OLMAQ İDİ
u
Azərbaycan Tibb Universitetinin
Tibbi biologiya və genetika kafed rasının
assistenti, b.ü.f.d Aytəkin Həsənova bu
ilin yayında Türkiyədə tibbi genetika
üzrə keçdiyi bir neçə aylıq təlimin davamı
olaraq yenidən oktyabr ayında 10 günlük
ezamiyyətdə olub. O, İzmir şəhərinin
Ege və Manisa şəhərinin Celal Bayar
Universitetlərinin tibb fakültələrinin tibbi
genetika kafedralarında (tıbbi genetik
anabilim dalı) öz bilik və bacarığını
artırıb.
Səfər zamanı A.Həsə-
nova tibb fakül
təsinin
dekanı Prof.Dr.Süleyman
Sami İlkerin göstərişi
ilə Prof.Dr.Sırrı Çam ilə
birlikdə çalışıb, moleku-
lyar genetika və sitogene-
tika laboratoriyalarında
praktiki və nəzəri biliklər
əldə edib.
Bu müddət ərzində
əməkdaşımız molekulyar
və sitogenetik laborato-
riyada genetik diaqno-
zun, müalicənin yeni və
ən son üsullarının tətbiq
edilməsi nəticəsində ana-
liz
lərin aparılması ilə
yaxından tanış olmuş, klassik metod-
la Smarttype Karyotyper proqaramı
vasitəsilə xromosomlarla bağlı (say
və quruluşu) pozğunluğun səbəb
olduğu xəstələrə və ailələrinə prenatal
(doğum öncəsi) ve postnatal (doğum
sonrası) diaqnoz qoymaq üçün perife-
rik qan, amnion mayesi, abort materialı
və dölün xorion hüceyrələri üzərində
aparılan xromosom analizləri haqqında
qazandığı biliklərin təcrübədə necə tətbiq
olunduğunu əyani şəkildə izləmişdir. O,
həmçinin Türkiyənin bu bölgələrində
xromosom abberasiyalarının prenatal
diaqnostikasının tədbiqi səviyyəsi ilə
maraqlanmış, klassik sitogenetik me-
todun mərhələlərini öyrənmiş, tədqiqat
materiallarının genetik müayinəsində
iştirak etmiş, tədqiqat müddətində qəbul
olunmuş materiallar əsasında xromo-
som xəstəliklərinin rastgəlmə tezliyi ilə
maraqlanmışdır.
A.Həsənovanın sözlərinə görə,
bu təcrübə yalnız ixtisas biliklərini
dərinləşdirmək üçün deyil, həmçinin tib-
bi genetika sahəsində yeni araşdırmalar
aparmaq və elmi tədqiqat işlərini inkişaf
etdirmək üçün əvəzolunmaz, faydalı bir
təcrübə olmuşdur.
Səfər çərçivəsində təlim iştirakçısı
həmçinin İzmir şəhərində yerləşən Ege
Universitetinin Tibb fakültəsinin Mo-
lekulyar tibb laboratoriyasının müdiri
Prof. Dr.Afiq Berdeli, Celal Bayar Univer-
sitetinin tibb fakültəsinin tibbi biologiya
kafedrasının müdiri Prof.Dr. Mehmet
Korkmaz və Dos. Dr. Nuray Altintaş ilə
görüşlər zamanı onların istifadə etdikləri
dərsliklər və dərs proqramları ilə tanış
olmuş, Türkiyənin bu universitetləri ilə
Azərbaycan Tibb universiteti arasında
birgə əməkdaşlığın həyata keçirilməsi
barədə fikirlər müzakirə olunmuşdur.
Ezamiyyətin sonunda təlimi uğurla
başa vurduğuna görə A.Həsənovaya
Universitetlərin dekanlıqları tərəfindən
sertifikatlar təqdim edilmişdir.
“Təbib„
Universitetimizin gənc alimi
Türkiyədə ezamiyyətdə olub