Atu-nun Tələbə Gənclər Təşkilatının sədri Fəxri Fərmanla təltif edilib



Yüklə 296,81 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix30.12.2017
ölçüsü296,81 Kb.
#18491
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

15 noyabr  2016-cı il

6

u



Bu günlərdə Azərbaycan

Tibb Univer siteti Mikrobiologiya 

və immu 

nologiya kafedrasının 

müdiri, t.e.d., professor, ə.e.x., 

AMEA-nın müxbir üzvü Zakir 

Ömər oğlu Qarayevin anadan ol-

masının 75, elmi-pedaqoji fəaliy-

yətinin 50 illiyi tamam olur.

Z.Qarayev 27 noyabr 1941-ci ildə

Qərbi Azərbaycanın (indiki Ermənistan 

Respublikası) Dilican mahalının Göyərçin 

kəndində qulluqçu ailəsində anadan 

olmuşdur. 1962-ci ildə Azərbaycan Tibb 

İnstitutunun tibbi-profilaktika fakültəsini 

fərqlənmə diplomu ilə bitirmişdir. Elə 

həmin ildən əmək fəaliyyətinə başlayaraq 

1962-1964-cü illərdə Qərbi Azərbaycanın 

Göyçə mahalında həkim kimi çalışmışdır. 

1964-1967-ci illərdə “Mikrobiologi-

ya” ixtisası üzrə ATİ-nin əyani aspirantı 

olmuş, 1968-ci ildə “Polien antibiotiklərin 

immunogenezə təsiri” mövzusunda tibb 

üzrə fəlsəfə doktorluğu müdafiə etmişdir. 

ATİ-nin METL-in direktoru (1968-

1974), daha sonra Sankt-Peterburq Dövlət 

Həkimləri Təkmilləşdirmə İnstitutunun 

ETL-da böyük elmi işçi (1974-1975), 

direktor (1975-1982), SSRİ Səhiyyə 

Nazirliyinin və Ümumdünya Səhiyyə 

Təşkilatının Mikologiya və Dərin Mi-

kozlar Elmi Mərkəzinin direktoru (1982-

1993) vəzifələrində çalışmışdır. 1974-

cü ildə Sankt-Peterburq Elmi Tədqiqat 

Antibiotiklər İnstitutunda “Antibiotiklərin 

orqanizmin immun reaktivliyinə təsir me-

xanizminin tədqiqi” mövzusunda doktor-

luq dissetasiyasını müdafiə etmişdir.

1982-1993-cü illərdə SSRİ TEA-nın 

Elmi Şurasının, ekologiya və mikrobi-

ologiya üzrə problem komissiyalarının, 

SSRİ Səhiyyə və Tibbi Sənaye Nazirlikləri 

sahələrarası ekspert şurasının üzvü 

olmuşdur. Uzun illər Fransa, Almani-

ya və Yaponiya Tibbi Mikoloqlar Elmi 

Cəmiyyətlərinin Fəxri üzvü, Beynəlxalq 

“Mikologiya və Fitopatologiya” və Alma-

niyada nəşr olunan “Health” jurnalının 

Redaksiya Şurasının üzvü, eləcə də 1980-

1994-cü illərdə Ümümdünya Səhiyyə 

Təşkilatının eksperti olmuşdur. 

Müstəqillik qazandıqdan sonra vətənə 

qayıdan Zakir Qarayev Azərbaycan 

Respublikası Elmi-Tədqiqat Mikrobio-

logiya, Virusologiya və İmmunologiya 

İnstitutunun direktoru (1993-1994), 

İstanbul Universiteti Tibb Fakültəsinin 

Mikrobiologiya və İmmunologiya 

kafedrasında professor (2001-2004) 

vəzifələrində çalışmışdır. 2004-cü ildə 

Azərbaycan Tibb Universitetinin Mikrobi-

ologiya və İmmunologiya kafedrasının mü-

diri vəzifəsinə təyin edilmiş və indiyədək 

bu vəzifədə çalışır.

Z.Ö.Qarayevin elmi-tədqiqat işlərinin

əsas istiqamətləri orqanizmin im-

mun sisteminin, immun reaktivliyinin 

öyrənilməsinə, bir sıra kimyəvi, bio-

loji, fiziki amillərin təsiri nəticəsində 

baş verən dəyişikliklərin, immun 

çatışmazlıqların xüsusiyyətlərinin və 

onların mexanizmlərinin araşdırılmasına, 

immun çatışmazlıqlarla  əlaqəli infek-

sion-mikotik, bakterial, virus mənşəli 

xəstəliklərin ilkin diaqnostikası, mü alicə 

və profilaktika prinsiplərinin təkmil-

ləşdirilməsinə  yönəlmişdir. Bu tədqiqatlar 

əsasən tibbi praktikada geniş istifadə olu-

nan sitostatiklərin, antibiotiklərin, hor-

monal preparatların insanlarda immun 

çatışmazlıq virusunun və radiasiyanın 

təsiri ilə əlaqəli baş verən patoloji 

proseslərlə əlaqəli axtarışlardan ibarət 

olmuşdur. 

1993-cü ildə vətənə qayıtdıqdan sonra 

onun elmi fəaliyyəti o vaxtlar  ölkəmizdə 

narahatlıq doğuran bir sira tibbi-sosial 

problemlərlə əlaqədar olmuşdur. Bu 

baxımdan cəbhə bölgələrində qəlpə 

və güllə yaralanmaları, ağır yanıqların 

fasadlaşmaları ilə əlaqəli anaerob və no-

zokomial infeksiyaların etiopatogene-

zinin öyrənilməsi, müalicə və profilak-

tika tədbirlərin hazırlanması mühüm 

əhəmiyyət kəsb edir. Keçən əsrin 90-cı 

illərində əsgərlər və əhalinin digər qrupları 

arasında bəzi infeksion xəstəliklərə 

 

qarşı müvafiq profilaktik tədbirlərin 



hazırlanması və aparılması da önəmli 

olmuşdur.

Z.Qarayev bu illər ərzində tibb

elmində öz dəsti-xətti olan bir alim kimi 

formalaşmışdır. O, 300-dən cox elmi 

əsərin, o cümlədən 4 monoqrafiyanın, 5 

patentin, 2 dərsliyin və 20-yə qədər dərs 

vəsaitinin müəllifidir. Dünyanın müxtəlif 

elmi jurnallarında nəşr olunmuş 63 elmi 

əsərinin “xülasə”si ABŞ-ın Milli Səhiyyə 

İnstitutunun Milli Tibb Kitabxanasının 

rəsmi saytı olan 



www.pubmed.qov

  in-


ternet portalında yerləşdirilmişdir. Onun 

rəhbərliyi ilə 70-dən artıq fəlsəfə dok-

toru, 20 elmlər doktoru hazırlanmışdır. 

Onların bir çoxu ölkəmizdə və xari-

ci ölkələrin universitetlərində, elmi-

tədqiqat institutlarında  məsul  vəzifələrdə 

çalışırlar.

Z.Qarayev dəfələrlə vətən tibbi mikro-

biologiya, mikologiya və immunologi-

ya elmini xarici ölkələrdə (ABŞ, Kana-

da, Fransa, Avstriya, Almaniya, Polşa, 

İtaliya, Macarıstan, Yaponiya, Türkiyə, 

Misir, Avstraliya və s.) müxtəlif elmi 

konqreslərdə, simpozium və konfranslar-

da müvəffəqiyyətlə təmsil etmiş, Yaponi-

yada, Misirdə, Polşada və digər ölkələrdə 

çoxsaylı mühazirələr oxumuşdur. Onun 

təşəbbüsü və rəhbərliyi ilə Sankt-Peterburq 

şəhərində mikologiya və immunologiyanın 

aktual problemləri üzrə 3 Beynəlxalq və 4 

Milli simpozium, 2009-cu ildə isə Bakıda 

III Avrasiya Klinik Mikrobiologiya, 

İmmunologiya və İnfeksion Xəstəliklər 

Beynəlxalq konqresi təşkil edilmişdir. 

Ömrünün müdriklik çağlarını yaşayan 

Zakir müəllim bu gün də çalışır, öz 

biliklərini gələcək həkimlərə - tələbələrə, 

rezidentlərə və doktorantlara yorulmadan 

öyrədir. Onun azərbaycan, rus və ingilis 

dillərində oxuduğu mühazirələr tələbələr 

tərəfindən böyük maraqla qarşılanır. 

Hazırda rəhbərlik etdiyi kafedranın 

əməkdaşlarının böyük bir qismi məhz Za-

kir müəllimin yetirmələridir.

Mikrobiologiya və İmmunologiya kafed-

rasının əməkdaşları Zakir müəllimi yubi-

leyi münasibətilə səmimi-qəlbdən təbrik 

edir, ona möhkəm can sağlığı, fədakar 

və yorulmaz fəaliyyətində uğurlar arzu 

edirlər.


Mikrobiologiya və İmmunologiya 

kafedrasının əməkdaşları

Görkəmli alim, sevimli müəllim

u

 



 

Orta məktəbin son sinfində 

oxuyanda Rəhilə xanım 

Müzəffərovanın da ürəyindən həkim 

olmaq keçirdi. Amma taleyinə Xarici 

Dillər İnstitutunun (indiki Dillər Uni-

versiteti) tələbəsi olmaq düşdü. İnstitu-

tun ingilis-azərbaycan dilləri fakültəsini 

bitirib,  doğulduğu Qəbələ rayonunun 

Seyidqışlaq kəndinə təyinat aldı. Həmin 

kənd məktəbində müəllim işlədikdən bir 

müddət sonra ailə qurub Bakıya köçdü.

1991-ci  ildən  Azərbaycan  Tibb  Univer-

sitetinin  təsisçiliyi  ilə  nəşr  olunan  “Təbib” 

qəzetində  əmək  fəaliyyətini  davam  etdir-

di.  O,  qəzetdə  fəaliyyətə  başladığı  dövrdə 

Azərbaycan xalqı tarix boyu arzusunda ol-

duğu dövlət müstəqilliyini təzəcə bərpa et-

mişdi. Həkimlik arzusuna çatmasa da, tale 

onu Tibb Universitetinə gətirib çıxardı.

Dörd  ildən  artıq  redaksiyada  çalışan-

dan  sonra  Universitetin  rəhbərliyi  ona  in-

diki  Hərbi  Səfərbərlik  şöbəsində  işləməyi 

məsləhət bildi. Elə o vaxtdan da bu şöbədə 

mühəndis vəzifəsində çalışır.

R.Müzəffərova bu universitetdə dərs deyən

müəllimlərin, professorların mühazirələrini 

dinləməsə də, tibb elminə misilsiz töhfələr 

verən  dünya  şöhrətli  akademiklərdən,  pro-

fessorlardan-uzun  illər  ATU-nun  rektoru 

olmuş  akademik,  SSRİ  Dövlət  Mükafatı 

Laureatı  Əhliman  Əmiraslanov,  Moskvada 

Bloxin  adına  Rusiya  Onkoloji  Mərkəzinin 

direktoru  Mixail  Davıdov,  həmyerlimiz, 

Rusiya  Tibb  Elmləri  Akademiyasının 

üzvü,  Rusiya  Dövlət  Mükafatı  laureatı 

Məmmədbağır  Əliyevdən  səhhəti  ilə  bağlı 

məsləhətlər aldı.

Bu  günlərdə  Rəhilə  xanımın  60  yaşı  ta-

mam olub. Bu illərin 25 ili Azərbaycan Tibb 

Universiteti ilə bağlıdır. Qüsürsuz işlədiyinə 

görə  və  60  illik  yubileyi  ilə  əlaqədar  onu 

universitetin rektorluğu mükafatlandırıb.

Hərbi  Səfərbərlik  şöbəsinin  kollektivi  də 

bu təbrikə qoşulur, Rəhilə xanıma möhkəm 

cansağlığı, şəxsi həyatında və işində uğurlar 

arzulayır!



Hərbi Səfərbərlik şöbəsinin kollektivi 

ARZUSU HƏKİM OLMAQ İDİ

u

Azərbaycan Tibb Universitetinin



Tibbi biologiya və genetika kafed rasının 

assistenti, b.ü.f.d Aytəkin Həsənova bu 

ilin yayında Türkiyədə  tibbi genetika 

üzrə keçdiyi bir neçə aylıq təlimin davamı 

olaraq yenidən oktyabr ayında 10 günlük 

ezamiyyətdə olub. O, İzmir şəhərinin 

Ege və Manisa şəhərinin Celal Bayar 

Universitetlərinin tibb fakültələrinin tibbi 

genetika kafedralarında (tıbbi genetik 

anabilim dalı) öz bilik və bacarığını 

artırıb.

Səfər zamanı A.Həsə-

nova tibb fakül 

təsinin 


dekanı Prof.Dr.Süleyman 

Sami İlkerin göstərişi 

ilə Prof.Dr.Sırrı Çam ilə 

birlikdə çalışıb, moleku-

lyar genetika və sitogene-

tika laboratoriyalarında 

praktiki və nəzəri biliklər 

əldə edib. 

Bu müddət ərzində 

əməkdaşımız  molekulyar 

və sitogenetik laborato-

riyada genetik diaqno-

zun, müalicənin yeni və 

ən son üsullarının tətbiq 

edilməsi nəticəsində ana-

liz 


lərin aparılması  ilə 

yaxından tanış olmuş, klassik metod-

la Smarttype Karyotyper proqaramı 

vasitəsilə xromosomlarla bağlı (say 

və quruluşu) pozğunluğun səbəb 

olduğu  xəstələrə və ailələrinə prenatal 

(doğum öncəsi) ve postnatal (doğum 

sonrası) diaqnoz qoymaq üçün perife-

rik qan, amnion mayesi, abort materialı 

və dölün xorion hüceyrələri üzərində 

aparılan xromosom analizləri haqqında 

qazandığı biliklərin təcrübədə necə tətbiq 

olunduğunu əyani şəkildə izləmişdir. O, 

həmçinin Türkiyənin bu bölgələrində 

xromosom abberasiyalarının prenatal 

diaqnostikasının tədbiqi səviyyəsi ilə 

maraqlanmış, klassik sitogenetik me-

todun mərhələlərini öyrənmiş, tədqiqat 

materiallarının genetik müayinəsində 

iştirak etmiş, tədqiqat  müddətində qəbul 

olunmuş  materiallar əsasında xromo-

som xəstəliklərinin  rastgəlmə tezliyi ilə 

maraqlanmışdır.

A.Həsənovanın sözlərinə görə, 

bu təcrübə yalnız ixtisas biliklərini 

dərinləşdirmək üçün deyil, həmçinin tib-

bi genetika sahəsində yeni  araşdırmalar 

aparmaq  və elmi tədqiqat işlərini inkişaf 

etdirmək üçün əvəzolunmaz, faydalı bir 

təcrübə olmuşdur. 

Səfər çərçivəsində təlim iştirakçısı 

həmçinin İzmir şəhərində yerləşən Ege 

Universitetinin Tibb fakültəsinin Mo-

lekulyar  tibb laboratoriyasının müdiri 

Prof. Dr.Afiq Berdeli, Celal Bayar Univer-

sitetinin tibb fakültəsinin tibbi biologiya 

kafedrasının müdiri Prof.Dr. Mehmet 

Korkmaz  və  Dos. Dr. Nuray Altintaş ilə 

görüşlər  zamanı  onların istifadə etdikləri 

dərsliklər və dərs proqramları ilə tanış 

olmuş, Türkiyənin bu universitetləri ilə 

Azərbaycan Tibb universiteti arasında 

birgə əməkdaşlığın həyata keçirilməsi  

barədə fikirlər müzakirə olunmuşdur.

Ezamiyyətin sonunda təlimi uğurla 

başa vurduğuna görə A.Həsənovaya 

Universitetlərin dekanlıqları tərəfindən 

sertifikatlar təqdim edilmişdir.  



“Təbib„

Universitetimizin gənc alimi 

Türkiyədə ezamiyyətdə olub


Yüklə 296,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə