Cədvəldən
görünür ki, köçürülən ermənilərin əksəriyyəti müsəlman kəndlərində
yerləşdirilmişdilər. Ermənilərin qarışıq yaşadıqları kəndlərdə isə köçkünləri demək olar ki,
1
AKAK, VII cild, sənəd 618. Lakin İ.K.Yenikolopovun “Грибоедов и Восток” əsərində bu
qeydlərin Qriboyedova deyil, D.E.Zubareva məxsus olduğu qeyd edilir.
2
Yenə orada. sənəd 623.
yerləşdirməmişdilər. Qriboyedov vəziyyətdən çıxış yolu kimi Naxçıvan əyalətindən 500 erməni
ailəsini Dərələyəzə köçürməyi təklif edir. Sonralar onun bu təklifi həyata keçmişdi.
Polkovnik Lazarev xristianların Rusiya ərazisinə köçürülməsinin nəticələri haqqında qraf
Paskeviç - Erivanskiyə 24 dekabr 1829-cu ildə yazdığı yekun hesabatlarda göstərir ki,
köçürmə
işlərinə 26 fevral 1828-ci ildə başlanmış və iyunun 11-də başa çatmışdır. Bu müddət ərzində
8249 xristian ailəsi (onlardan cəmisi 100-ə qədəri aysor ailəsi, qalanları ermənilər olmuşdur)
İrəvan, Naxçıvan və Qarabaq əyalətinə köçürülmüşdür.
1
Köçürmə işlərinə xəzinədən 16000
çervon və 400 gümüş manat xərclənmişdir. Köçmək istəyən 1500 erməni ailəsi isə İranda
qalmışdı. Çünki Lazarev onları köçürməyə imkan tapmamışdı.
2
Ermənilərin köçürülməsi zamanı Lazarevin tabeçiliyinə göndərilən erməni zabitləri
xüsusilə fərqlənmişdilər. Knyaz Melikov Üzümçü və onun ətrafındakı kəndlərin, knyaz
Arqutinsk - Dolqorukov -Təbriz və ətraf kəndlərin, sonra isə Salmas əyalətinin, kollec assesoru
Qamazov Marağa xanlığının
və Urmiya kəndlərinin, knyaz Şalikov Xoy əyalətində yaşayan
ermənilərin köçürülməsinə rəhbərlik etmişdilər.
Qeyd etdiyimiz kimi, İ.Şopen 1829-1832-ci illərdə Erməni vilayətində kameral
siyahıyaalma keçirmişdi. Onun verdiyi statistik məlumatlara görə, İrandan köçürülən ermənilər
366 ailə tərkibində 1715 nəfər İrəvan, 265 ailə tərkibində 1110 nəfər Naxçıvan və 36 ailə
tərkibində 182 nəfər Ordubad şəhərlərində yerləşdirilmişdilər. Köçürülən ermənilər İrəvan
əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin 61 kəvdində, Ordubad dairəsinin 11
kəndində
yerləşdirilmişdilər. Ümumiyyəqlə, İrəvan əyalətində 4599 ailə tərkibində 23568 nəfər, Naxçıvan
əyalətində 2137 ailə tərkibində 10652 nəfər, Ordubad dairəsində
1
Глинка Н.С
göstərilən əsəri, səh.114.
2
Yenə orada, səh. 131.
250 ailə tərkibində 1340 nəfər erməni yerləşdirilmişdir. Nəticədə Erməni vilayətinə 6949 ailə,
tərkibində 35560 nəfər köçürülmüşdü
1
(Əlavəyə bax).
Əgər yeni təşkil edilmiş Erməni vilayətində müsəlmanların sayı 81749 nəfər (16078 ailə)
və ermənilərin sayı 25131 nəfər (4428 ailə) olmuşdusa, İrandan erməniləri köçürdükdən onların
sayı 60691 nəfərə (11377 ailə) çatmışdı. Bununla da ermənilərin sayı 24 faizdən 43 faizə
qalxmışdı. Əkər nəzərə alsaq ki, ümumiyyətlə, İrandan köçürülən 8249 ailədən 6949-u
Erməni
vilayətində yerləşdirilmişdir, onda belə qənaətə gəlmək olar ki, yerdə qalan 1300 ailə Qarabağa
və Zəngəzura köçürülmüşdür.
1
Şopen İ., göstərilən əsəri, səh. 636-642.
4. TÜRKİYƏDƏN ERMƏNİLƏRİN KÖÇÜRÜLMƏSİ
1826-1828-ci illər Rusiya-İran müharibəsində qələbədən ruhlanan rus ordusu 1828-ci il
iyunun 14-də Paskeviçin komandanlıqı altında Gümrü yaxınlığından Arpaçayı 12 minlik qoşunla
keçərək Şərqi Anadoluya hücuma başlayır və iyunun 23-də Qars qalasını ələ keçirir. hücumu
genişləndirən ruslar iyulun 24-də Axılkələyi, avqustun 15-də Axıskanı, 22-də Ərdəhanı, 28-də
Bayazidi tutdular. 1829-cu ilin yazında müharibənin yenidən qızışması nəticəsində rus ordusu
Ərzurumu,
daha sonra Muşu, Oltunu, Bayburdu işğal edir.
Rus ordusunun türk qoşunları üzərində qələbələrinin təmin edklməsində erməni silahlı
dəstələrinin və Şərqi Anadoluda yaşayan ermənilərin böyük rolu olmuişdur. Müharibənin
əvvəlində yeni təşkil edilmiş Erməni vşilayətinin ərazisində 2800 nəfərdən ibarət piyada və
kavaler dəstələri təşkil ediimişdir. Bu dəstələr çox zaman rus qoşunlarının önündə gedirmişlər.
1
Birinci və ikinci Rusiya-İran müharibələri nəticəsində İrəvan xanlığının ərazisindən
qaçqın düşmüş azəri türkləri Şərqi Avadoluda türk paşalıqlarının ərazilərində sığınacaq
tapmışdılar, Daha öncədən-rusların “1801-ci ildə Gürcüstan işğalıidan sonra Borçalı və Qazax
boyları ilə Qarapapaq uruğundan /tayfasından/ gələn tərəkəmə türkləri qaçıb köçərək Cıldır və
Arpaçayı kəndlərində yerləşmişdilər”.
2
Rusların Şərqi Anadoluya hücumu zamanı qırqınlara və
yenidən köçməyə məruz qalanların əksəriyyəti yenə də azəri türkləri idilər. Bu dəfə onlar
Türkiyənin içərilərinə doğru köçməyə məcbur olmuşdular.
Turk tarixçisi Kemal Beydili “1828-1829-cu illərdə Osmanlı-rus savaşında Şərqi
Anadoludan Rusiyaya köçürülən ermənilər” adlı araşdırmasında
1
Парсамяn В.А.,
göstərilən əsəri, səh. 57.
2
Kirziğlu F., Surmelu çukurunda Tuzluca Ayrumluları. Türk dili dergisi., 1964, 1-ci cild,
sayı 155, səh.826.
həmin dövrün qaçqınlıq faciəsini rəsmi qaynaqlar əsasında belə təsvir edir: “Ərzurumu ələ
keçirən ermənilər düşmən önünü beləcə boş görüb Bayburda qədər getmiş və ətrafdakı qəzaları
da dəhşətə salmışdılar. Ətraf əhali ya ruslara boyun əymək, ya da yollara düşüb sağa-sola
dağılmaqdaydılar. Ərzurum və Ərzincan ətraf kəndlərində sığınacaq yerləri alan Qars və Axıska
mühacirləri bu halı görüncə, Şərqi Qarahisar tərəflərinə doğru yönəlməkdəydilər. Minlərlə
insanın yollara düşərək təlaş içində köç etmələrinə şahid olanların
gözlərinə isə bu durum, sanki
bunların “arxalarından gavur sürüb götürürmüş kimi dəhşətverici” bir şəkildə təqib edilir və hər
tərəfi vahimə içində tərk edirdilər. Kəlkit, Şirlan, Gümüşxana, Ərzincan, Tercan və Şərqi
Qarahisar bölgələrindəki xalq da bu hal qarşısında vəsvəsə edərək hər biri bir tərəfə köçməyə və
dağılmağa başlamışdır”.
1
1829-cu ilin avqustunda ruslar Balkan cəbhəsində İstanbula yaxınlaşan zaman II Sultan
Mahmud barış istəmiş və sentyabrın 2-də Ədirnə müqaviləsi imzalanmışdı. Müqaviləyə görə
Axılkələk və Axıska bölgələri Rusiyanın
tərkibinə keçmiş, işğal edilmiş qalan ərazilərin
Turkiyəyə qaytarılması qərara alınmışdı.
Ədirnə müqaviləsinin 13-cü maddəsinə əsasən, Türkiyənin işğal olunmuş ərazilərində
qalan ermənilərə 18 ay müddətində daşınan əmlakları ilə Rusiyanın tabeliyinə keçmək hüququ
verilmişdi. Rusların Qars, Ərdahan, Bayazid, Ərzurum və digər bölgələrdən geri çəkilməsi
türklərə xəyanət edən erməniləri çıxılmaz vəziyyətə sadmişdı. Erməniləri bu vəziyyətdən xilas
etmək üçün rus qoşunlarının komandanlığı onları yeni işqal edilmiş ərazilərə köçürməyi və
bununla da Türkiyə ilə sərhəd boyu ərazilərdə xristianların say üstünlüyünü təmin etməyi qərara
almışdı. Bu məqsədlə də 1829-cu il oktyabrın
1
Kemal Beydilli, 1828-1829. Osmanlı-Rus savaşında Doğu Anadoludan
Rusiyaya Köçürülən
Ermənilər, X T.T.K. konqresinde sunulan tebliğ, Ankara,1986, səh. 384-385.
10-da Paskeviç imperator I Nikolaya yazdığı raportunda göstərirdi: “Bayaziddə 2 min erməni
bizim əsgərlərin cərkəsində vuruşmuşdular, Ərzurumda xristian əhalisinin böyük hissəsi bizim
dini bayramı qeyd etmişlər; Qarsda ermənilərdən ibarət 800 nəfərlik könüllü batalyon təşkil
edilmişdi, onların ailələridən - 10 min nəfərinin başının üstünü labüd təhlükə almışdır. Bu
bədbəxt qurbanlara
diqqətinizi yönəldin, Rusiyaya göstərdikləri məhəbbətə görə Osmanlıların
onlardan qisas almasına yol verməyin.
Ona görə də cəsarət edib Əlahəzrət imperatordan mənə bu ailələri Gürcüstan və Erməni
vilayətlərində yerləşdirmək ixtiyarını verməsini xahiş edirəm.
Zənnimcə, köçürülən hər bir ailəyə orta hesabla 50 gümüş rubl kifayət edəcəkdir”.
1