Fəsil 3: Azərbaycanda fundamental azadlıqlara qarşı
repressiyaya Avropa Birliyinin cavabı
“Azərbaycanda real durum sərtdir. Mediaya qarşı əsassız məhdudlaşdırmalar baş verir. Biz
söz azadlığından istifadəyə görə cinayət məsuliyyətinin tətbiq olunmasının şahidi oluruq.
Jurnalistlərə qarşı zorakı hücumların şahidi oluruq. Azərbaycan hökuməti bu ilin əvvəlində,
Avroviziya mahnı müsabiqəsindən əvvəl, mətbuat azadlığını təmin etməyi vəd etsə də,
əslində vəziyyət daha da pisləşib. Mən açıqlamışam ki, bu cür hallar yolverilməzdir.”
Nili Krous, Avropa Komissiyasının vitse-prezidenti, 10 noyabr 2012-ci il
45
AQS Fəaliyyət Planı ilə yanaşı, Azərbaycan hökuməti həmçinin Avropa
Parlamentinin Azərbaycanla
bağlı qətnamələrində irəli sürülmüş tövsiyələrin də əksəriyyətinə əhəmiyyət verməyib. Aşağıda
Azərbaycanın Avropa Birliyinin gözləntilərini doğrultmadığı məqamların qısa xülasəsi verilmişdir.
Avropa Parlamentinin Azərbaycanla bağlı 9 iyun 2005-ci il tarixli Qətnaməsi
2005-ci ilin parlament seçkiləri ərəfəsində repressiv mühitin daha da kəskinləşməsi ilə AB
Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq standartlara əməl etməsi üçün edilən
beynəlxalq çağırışlara və səylərə qoşulmaq qərarına gəldi. Özünün T6-0243/2005 saylı
qətnaməsində
46
Avropa Parlamenti “öz ifadə və sərbəst toplaşma hüquqlarını həyata keçirən
müxalifət üzvləri və gənclər hərəkatı fəallarına qarşı polisin qeyri-mütənasib gücdən istifadəsini
şiddətlə pisləyir, müxalifət fəallarının həbsini və saxlanmasını siyasi motivli hesab edir, həbs
olunmuş şəxslərin azadlığa buraxılmasını alqışlayır, baş vermiş halların, həmçinin polisin məsul
olduğu halların tam araşdırılmasına çağırır.”
AB tərəfindən qınanmasına baxmayaraq, Azərbaycan hakimiyyəti şəhər mərkəzində müxalifətin
aksiya keçirməsinə qoyulan qadağanı davam etdirib. Hətta hüquq pozuntusu
ilə üzləşmiş adi
insanlar, gənclər və vətəndaş cəmiyyəti qrupları tərəfindən təşkil olunan və mahiyyətcə siyasi
xarakterli olmayan aksiyaların keçirilməsinə belə icazə verilmir. Həmin şəxslər buna rəğmən aksiya
keçirirlərsə, polisin aşırı güc tətbiq etməsi, tutulma və hətta saxta xuliqanlıq və ya narkotik
ittihamları ilə həbs kimi ağır sonuclarla üzləşə bilərlər.
2012-ci ilin noyabrında Azərbaycan prezidenti tərəfindən imzalanmış, sərbəst toplaşma haqqında
qanunvericiliyə edilmiş dəyişikliklərlə
47
icazəsiz aksiyaların təşkili və bu aksiyalarda iştiraka görə
müəyyən olunmuş cərimələrin məbləği dramatik şəkildə artırıldı.
Azərbaycanda polis zorakılığı cəzasız qalmaqda davam edir. İcazəsiz etiraz aksiyası və ya oxşar
tədbirlər zamanı polis çox vaxt zorakılıqdan istifadə edir; dinc nümayişçilər, aksiyaçılar və sadə
vətəndaşlara (məcburi köçürmələr zamanı) qarşı polisin qeyri-insani davranışını sübut edən video
görüntülər mövcuddur. Vətəndaşlara qarşı zor tətbiq etmiş polis zabitlərinin barələrində intizam
tədbirlərinin görüldüyü azsaylı hallar istisna olmaqla, hərtərəfli araşdırma bir qayda olaraq
aparılmır və cavabdehlər cəzalandırılmır. Polisi vətəndaşlara qarşı humanist və tolerant
davranmağa çağırmaq əvəzinə iyul ayında Azərbaycan prezidenti aşkarca bildirib ki, Azərbaycanda
heç bir polis əməkdaşı cəzalandırılmayacaq. Bu isə polislərin zor tətbiq etdiyi hallarda
cəzalandırılmayacaqlarına arxayınlıqlarını artırır.
45
Nili Krous, Avropa Komissiyasının vitse-prezidenti, 10 noyabr 2012-ci il,
http://bit.ly/164qzo6
46
Avropa Parlamentinin Azərbaycanla bağlı 9 iyun 2005-ci il tarixli Qətnaməsi,
http://bit.ly/17WgiOJ
47
Daha ətraflı burada,
http://bit.ly/1aJ0PoZ
Qətnamə 2005-ci ilin martında Elmar Hüseynovun qətlə yetirilməsini “sərt şəkildə pisləyir”,
“plüralizm, demokratiya və qanunun aliliyinə öz dəstəyini bir daha bildirir”, cavabdehlərin
məsuliyyətə cəlb olunması üçün hökuməti “bütün mümkün tədbirləri görməyə” çağırır, hökuməti,
eyni zamanda, medianın fəaliyyətinə tətbiq olunan məhdudiyyətləri aradan qaldırmağa,
hakimiyyəti tənqid edən jurnalistlərin təqib, təhdid və həbslərini dayandırmağa və öz peşə
fəaliyyətini həyata keçirən jurnalistlərin təhlükəsizliyini və peşə toxunulmazlığını təmin etməyə
çağırır.
Jurnalist Elmar Hüseynovun qətlindən səkkiz il keçməsinə baxmayaraq, onun ölümünə görə heç
kim məsuliyyətə cəlb olunmayıb, halbuki, cinayətdən dərhal sonra hakimiyyət onu törədənləri
tapıb cəzalandırmağı vəd etmişdi.
Lakin xarici istintaq qruplarının iştirakı ilə əldə olunmuş kiçik irəliləyişdən sonra, jurnalistin
qətlinin istintaqında durğunluq yaranıb və hazırda heç bir fəal istintaq hərəkətinin həyata
keçirildiyi müşahidə olunmur.
Hüseynovun qətlindən sonra da öz fəaliyyətlərində müəyyən “qırmızı xətti” keçən jurnalistlər
təzyiqlərlə üzləşiblər. Bunun bariz nümunələrindən biri jurnalist Sərdar Əlibəylinin bu yaxınlarda
həbs olunmasıdır. Belə ki, Əlibəyli yüksək vəzifəli dövlət məmurlarını öz yazılarında tənqid etdiyinə
görə həbs olunduğunu bildirir.
Media nümayəndələrinin təqibi, şantaj və təhdid olunması da davam edir. Təzyiqə məruz qalmış
jurnalistlərdən Azadlıq Radiosunun əməkdaşları Xədicə İsmayıl və Yafəz Əkrəmoğlunun adlarını
çəkmək olar. Qeyd olunan jurnalistlərə qarşı seksual şantaja cəhd edilib. Xədicə İsmayıl və Azadlıq
qəzetinin redaktoru Azər Əhmədovun şəxsi həyat toxunulmazlığı hüquqları pozulmuş,
jurnalistlərin gizli kamera ilə çəkilmiş intim videoları internetdə yayılmışdır. Əhmədov 2010,
İsmayılova isə 2012 və 2013-cü illərdə bu cür əməllərlə üzləşiblər.
Hüseynovun qətlindən sonra jurnalistlərə qarşı fiziki hücum və digər təzyiq formalarına da son
verilməyib. İki ciddi narahatlıq doğuran hal xüsusilə qeyd olunmalıdır. Saxta ittihamlarla həbs
olunmuş “Tolışi Sədo” qəzetinin keçmiş baş redaktoru Novruzəli Məmmədov həbsxanada ikən ciddi
xəstəlik keçirmiş və lazımi diqqətin göstərilməməsi nəticəsində 2009-cu ildə həbsdə dünyasını
dəyişmişdir. Bu hadisədən iki il sonra, 2011-ci ildə müstəqil jurnalist Rafiq Tağı işdən evə
qayıdarkən ölümcül şəkildə bıçaqlanmış və hadisədən dörd gün sonra vəfat etmişdir. Təkcə 2012-ci
ildə müstəqil və müxalifət-yönlü jurnalistlərə qarşı 19 zorakılıq faktı qeydə alınmışdır
48
. Hökumət
və hökumət-yönlü media nümayəndələri isə nadir hallarda fiziki zorakılıqla üzləşirlər. Elmar
Hüseynovun qətlindən bu yana ümumilikdə 200-dən artıq jurnalist zorakı hücuma məruz qalıb.
Avropa Parlamentinin Azərbaycanla bağlı 17 dekabr 2009-cu il tarixli Qətnaməsi: ifadə
azadlığı
2009-cu ildə Azərbaycanda ifadə azadlığının durumu əhəmiyyətli dərəcədə pisləşib. 2009-cu il
bələdiyyə seçkiləri ərəfəsində hökumət müstəqil medianın rolunu zəiflətmək üçün müxtəlif
taktikalara əl atıb. Konstitusiya və digər qanunvericilik aktlarına medianın fəaliyyətini
məhdudlaşdırmağa hesablanmış əlavə və dəyişikliklər edilib.
2009-cu il yanvarın 1-dən BBC, Azadlıq Radiosu və Amerikanın Səsi kimi xarici radioların yerli FM
tezliklərində yayımı qadağan olunub. Yerli və beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq,
hökumət diffamasiyaya görə cinayət məsuliyyətini ləğv etməyib. Nəticədə, il ərzində bir çox qəzet
redaktorları diffamasiya ittihamları ilə həbs olunub.
2009-cu ilin noyabrında bloggerlər Emin Milli və Adnan Hacızadə həmin ilin iyul ayında baş vermiş
və əslində bloggerlərin özlərinin hücuma məruz qaldıqları bir insidentə görə “xuliqanlıq” ittihamı
48
RATİ-nin 2012-ci il üçün illik ifadə azadlığı hesabatı, Azad Mətbuatın Ölüm-Dirim Mübarizəsi,
http://bit.ly/HiXNek