Azərbaycan və Avropa Birliyi: Siyasi Dilemma


Fəsil 3: Azərbaycanda fundamental azadlıqlara qarşı



Yüklə 219,46 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix23.02.2018
ölçüsü219,46 Kb.
#27521
1   2   3   4   5   6   7   8

Fəsil 3: Azərbaycanda fundamental azadlıqlara qarşı 

repressiyaya Avropa Birliyinin cavabı  

 

“Azərbaycanda real durum sərtdir. Mediaya qarşı əsassız məhdudlaşdırmalar baş verir. Biz 



söz azadlığından istifadəyə görə cinayət məsuliyyətinin tətbiq olunmasının şahidi oluruq. 

Jurnalistlərə qarşı zorakı hücumların şahidi oluruq. Azərbaycan hökuməti bu ilin əvvəlində, 

Avroviziya mahnı müsabiqəsindən əvvəl, mətbuat azadlığını təmin etməyi vəd etsə də, 

əslində vəziyyət daha da pisləşib. Mən açıqlamışam ki, bu cür hallar yolverilməzdir.” 



Nili Krous,  Avropa Komissiyasının vitse-prezidenti, 10 noyabr 2012-ci il

45

  



AQS Fəaliyyət Planı ilə yanaşı, Azərbaycan hökuməti həmçinin Avropa Parlamentinin Azərbaycanla 

bağlı qətnamələrində irəli sürülmüş tövsiyələrin də əksəriyyətinə əhəmiyyət verməyib.  Aşağıda 

Azərbaycanın Avropa Birliyinin gözləntilərini doğrultmadığı məqamların qısa xülasəsi verilmişdir. 

 

 



Avropa Parlamentinin Azərbaycanla bağlı 9 iyun 2005-ci il tarixli Qətnaməsi 

 

2005-ci ilin parlament seçkiləri ərəfəsində repressiv mühitin daha da kəskinləşməsi ilə AB 

Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq standartlara əməl etməsi üçün edilən 

beynəlxalq  çağırışlara və səylərə qoşulmaq qərarına gəldi. Özünün T6-0243/2005 saylı 

qətnaməsində

46

 Avropa Parlamenti “öz ifadə və sərbəst toplaşma hüquqlarını həyata keçirən 



müxalifət üzvləri və gənclər hərəkatı fəallarına qarşı polisin qeyri-mütənasib gücdən istifadəsini 

şiddətlə pisləyir, müxalifət fəallarının həbsini və saxlanmasını siyasi motivli hesab edir, həbs 

olunmuş şəxslərin azadlığa buraxılmasını alqışlayır, baş vermiş halların, həmçinin polisin məsul 

olduğu halların tam araşdırılmasına çağırır.” 

 

AB tərəfindən qınanmasına baxmayaraq, Azərbaycan hakimiyyəti şəhər mərkəzində müxalifətin 



aksiya keçirməsinə qoyulan qadağanı davam etdirib.  Hətta hüquq pozuntusu ilə üzləşmiş adi 

insanlar, gənclər və vətəndaş cəmiyyəti qrupları tərəfindən təşkil olunan və mahiyyətcə siyasi 

xarakterli olmayan aksiyaların keçirilməsinə belə icazə verilmir. Həmin şəxslər buna rəğmən aksiya 

keçirirlərsə, polisin aşırı güc tətbiq etməsi, tutulma və hətta saxta xuliqanlıq və ya narkotik 

ittihamları ilə həbs kimi ağır sonuclarla üzləşə bilərlər.  

 

2012-ci ilin noyabrında Azərbaycan prezidenti tərəfindən imzalanmış, sərbəst toplaşma haqqında 



qanunvericiliyə edilmiş dəyişikliklərlə

47

 icazəsiz aksiyaların təşkili və bu aksiyalarda iştiraka görə 



müəyyən olunmuş cərimələrin məbləği dramatik şəkildə artırıldı.    

 

Azərbaycanda polis zorakılığı cəzasız qalmaqda davam edir. İcazəsiz etiraz aksiyası və ya oxşar 



tədbirlər zamanı polis çox vaxt zorakılıqdan istifadə edir; dinc nümayişçilər, aksiyaçılar və sadə 

vətəndaşlara (məcburi köçürmələr zamanı) qarşı polisin qeyri-insani davranışını sübut edən video 

görüntülər mövcuddur. Vətəndaşlara qarşı zor tətbiq etmiş polis zabitlərinin barələrində intizam 

tədbirlərinin görüldüyü azsaylı hallar istisna olmaqla, hərtərəfli araşdırma bir qayda olaraq 

aparılmır və cavabdehlər cəzalandırılmır. Polisi vətəndaşlara qarşı humanist və tolerant 

davranmağa çağırmaq əvəzinə iyul ayında Azərbaycan prezidenti aşkarca bildirib ki, Azərbaycanda 

heç bir polis əməkdaşı cəzalandırılmayacaq. Bu isə polislərin zor tətbiq etdiyi hallarda 

cəzalandırılmayacaqlarına arxayınlıqlarını artırır. 

 

                                                           



45

 Nili Krous,  Avropa Komissiyasının vitse-prezidenti, 10 noyabr 2012-ci il, 

http://bit.ly/164qzo6

  

46



 Avropa Parlamentinin Azərbaycanla bağlı 9 iyun 2005-ci il tarixli Qətnaməsi, 

http://bit.ly/17WgiOJ

  

47

 Daha ətraflı burada, 



http://bit.ly/1aJ0PoZ

  



Qətnamə 2005-ci ilin martında Elmar Hüseynovun qətlə yetirilməsini “sərt şəkildə pisləyir”, 

“plüralizm, demokratiya və qanunun aliliyinə öz dəstəyini bir daha bildirir”, cavabdehlərin 

məsuliyyətə cəlb olunması üçün hökuməti “bütün mümkün tədbirləri görməyə” çağırır, hökuməti, 

eyni zamanda, medianın fəaliyyətinə tətbiq olunan məhdudiyyətləri aradan qaldırmağa, 

hakimiyyəti tənqid edən jurnalistlərin təqib, təhdid və həbslərini dayandırmağa və öz peşə 

fəaliyyətini həyata keçirən jurnalistlərin təhlükəsizliyini və peşə toxunulmazlığını təmin etməyə 

çağırır. 

 

Jurnalist Elmar Hüseynovun qətlindən səkkiz il keçməsinə baxmayaraq, onun ölümünə görə heç 



kim məsuliyyətə cəlb olunmayıb, halbuki, cinayətdən dərhal sonra hakimiyyət onu törədənləri 

tapıb cəzalandırmağı vəd etmişdi. 

 

Lakin xarici istintaq qruplarının iştirakı ilə əldə olunmuş kiçik irəliləyişdən sonra, jurnalistin 



qətlinin istintaqında durğunluq yaranıb və hazırda heç bir fəal istintaq hərəkətinin həyata 

keçirildiyi müşahidə olunmur. 

 

Hüseynovun qətlindən sonra da öz fəaliyyətlərində müəyyən “qırmızı xətti” keçən jurnalistlər 



təzyiqlərlə üzləşiblər. Bunun bariz nümunələrindən biri jurnalist Sərdar Əlibəylinin bu yaxınlarda 

həbs olunmasıdır. Belə ki, Əlibəyli yüksək vəzifəli dövlət məmurlarını öz yazılarında tənqid etdiyinə 

görə həbs olunduğunu bildirir. 

 

Media nümayəndələrinin təqibi, şantaj və təhdid olunması da davam edir. Təzyiqə məruz qalmış 



jurnalistlərdən Azadlıq Radiosunun əməkdaşları Xədicə İsmayıl və Yafəz Əkrəmoğlunun adlarını 

çəkmək olar. Qeyd olunan jurnalistlərə qarşı seksual şantaja cəhd edilib. Xədicə İsmayıl və Azadlıq 

qəzetinin redaktoru Azər Əhmədovun şəxsi həyat toxunulmazlığı hüquqları pozulmuş, 

jurnalistlərin gizli kamera ilə çəkilmiş intim videoları internetdə yayılmışdır. Əhmədov 2010, 

İsmayılova isə 2012 və 2013-cü illərdə bu cür əməllərlə üzləşiblər.   

 

Hüseynovun qətlindən sonra jurnalistlərə qarşı fiziki hücum və digər təzyiq formalarına da son 

verilməyib. İki ciddi narahatlıq doğuran hal xüsusilə qeyd olunmalıdır. Saxta ittihamlarla həbs 

olunmuş “Tolışi Sədo” qəzetinin keçmiş baş redaktoru Novruzəli Məmmədov həbsxanada ikən ciddi 

xəstəlik keçirmiş və lazımi diqqətin göstərilməməsi nəticəsində 2009-cu ildə həbsdə dünyasını 

dəyişmişdir. Bu hadisədən iki il sonra, 2011-ci ildə müstəqil jurnalist Rafiq Tağı işdən evə 

qayıdarkən ölümcül şəkildə bıçaqlanmış və hadisədən dörd gün sonra vəfat etmişdir. Təkcə 2012-ci 

ildə müstəqil və müxalifət-yönlü jurnalistlərə qarşı 19 zorakılıq faktı qeydə alınmışdır

48

. Hökumət 



və hökumət-yönlü media nümayəndələri isə nadir hallarda fiziki zorakılıqla üzləşirlər.  Elmar 

Hüseynovun qətlindən bu yana ümumilikdə 200-dən artıq jurnalist zorakı hücuma məruz qalıb.  

 

 

Avropa Parlamentinin Azərbaycanla bağlı 17 dekabr 2009-cu il tarixli Qətnaməsi: ifadə 



azadlığı  

 

2009-cu ildə Azərbaycanda ifadə azadlığının durumu əhəmiyyətli dərəcədə pisləşib. 2009-cu il 

bələdiyyə seçkiləri ərəfəsində hökumət müstəqil medianın rolunu zəiflətmək üçün müxtəlif 

taktikalara əl atıb. Konstitusiya və digər qanunvericilik aktlarına medianın fəaliyyətini 

məhdudlaşdırmağa hesablanmış əlavə və dəyişikliklər edilib.  

 

2009-cu il yanvarın 1-dən BBC, Azadlıq Radiosu və Amerikanın Səsi kimi xarici radioların yerli FM 



tezliklərində yayımı qadağan olunub. Yerli və beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, 

hökumət diffamasiyaya görə cinayət məsuliyyətini ləğv etməyib. Nəticədə, il ərzində bir çox qəzet 

redaktorları diffamasiya ittihamları ilə həbs olunub.  

 

2009-cu ilin noyabrında bloggerlər Emin Milli və Adnan Hacızadə həmin ilin iyul ayında baş vermiş 



və əslində bloggerlərin özlərinin hücuma məruz qaldıqları bir insidentə görə “xuliqanlıq” ittihamı 

                                                           

48

 RATİ-nin 2012-ci il üçün illik ifadə azadlığı hesabatı, Azad Mətbuatın Ölüm-Dirim Mübarizəsi, 



http://bit.ly/HiXNek

  



Yüklə 219,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə