Azərbaycan və Avropa Birliyi: Siyasi Dilemma



Yüklə 219,46 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix23.02.2018
ölçüsü219,46 Kb.
#27521
1   2   3   4   5   6   7   8

ilə müvafiq olaraq iki il və iki il yarım həbs cəzasına məhkum edilmiş, onlara hücum edən şəxslər 

isə azadlıqda qalmışdılar. İlin sonunda isə həbsdə olan “Gündəlik Azərbaycan” və “Realnıy 

Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı narkotik təxribatı həyata 

keçirilib.  

 

17 dekabr 2009-cu ildə Avropa Parlamenti Azərbaycanda ifadə azadlığının durumu ilə bağlı RCB7-



0266/2009 saylı sərt qətnamə qəbul edib. Azərbaycanda media azadlığı ilə bağlı durumun 

pisləşdiyini qeyd edən qətnamə müxalif jurnalistlərin müxtəlif cinayət ittihamları əsasında həbsini 

və azadlıqdan məhrum olunmasını qınayıb. Qətnamə Azərbaycan hökumətini həbs olunmuş 

jurnalistləri dərhal azadlığa buraxmağa çağırıb. 

  

İcrası haqqında məlumat: Azərbaycan hökuməti jurnalistləri fəaliyyətlərinə görə 

həbs etməyə davam edib. 2013-cü ilin sentyabr ayında Azərbaycanda həbsdə olan 

jurnalistlərin sayı səkkiz olmuşdur: azadxeber.net saytının baş redaktoru Nicat 

Əliyev, xeber44.com saytının redaktoru Araz Quliyev, müstəqil jurnalist Fuad 

Hüseynov, “Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov, müstəqil jurnalist 

Fərəməz Novruzoğlu, “Yeni Müsavat” qəzetinin müxbiri Tofiq Yaqublu və “Xural” 

qəzetinin baş redaktoru Əvəz Zeynallı. Jurnalistlərin həbsində məqsəd azsaylı 

tənqidi və müstəqil media nümayəndələrini susdurmaq, digər jurnalistlərə 

çəkindirici təsir göstərmək və ölkədə geniş yayılmış özünü-senzura mühiti 

formalaşdırmaqdır.  

 

Bundan başqa, Avropa Parlamenti deputatları prezidentin 2005-ci il mart tarixli, hər bir jurnalistin 



hüquqlarının qorunduğunu iddia etdiyi və dövlətin onların hüquqlarını müdafiə etməyə borclu 

olduğunu bildirdiyi bəyanatını bir daha xatırladır. Qətnamə media təmsilçilərinin təhlükəsizliyinin 

təcili şəkildə yaxşılaşdırılmalı olduğunu vurğulayaraq, Azərbaycan hökumətini jurnalistlərin təqibi 

və onlara qarşı zorakılıq hallarının polis tərəfindən araşdırılmaması problemini aradan qaldırmağa 

çağırır.  

 

İcrası haqqında məlumat: Prezidentin bu bəyanatı yalnız bəyanat olaraq qalıb. 

Əslində isə jurnalistlərin hüquqları hüquq-mühafizə orqanları tərəfindən 

qorunmayıb. Jurnalistlərə qarşı təzyiqlər, fiziki hücumlar və onların hüquqlarının 

digər şəkildə pozulması faktları ciddi araşdırılmayıb. Jurnalistlər tərəfindən 

qaldırılan məhkəmə iddiaları təmin olunmayıb. İctimai nümayişlərin işıqlandırılması 

zamanı jurnalistlərə qarşı polis tərəfindən baş vermiş zorakılıq halları ilə bağlı foto-

video sübutların

49

 mövcud olmasına baxmayaraq, 2 iyul 2013-cü il tarixində, Milli 



Polis Günündə polis əməkdaşlarını təbrik edən nitqində prezident İlham Əliyev heç 

bir polis əməkdaşının cəzalandırılmayacağını bəyan edib

50

.  Üstəlik, prezidentin 



Elmar Hüseynovun qatillərinin 40 gün içində tapılacağı ilə bağlı verdiyi vədə 

baxmayaraq, ötən səkkiz ildə heç kim məsuliyyətə cəlb olunmayıb.  

 

Avropa Birliyinin bu çağırışından üç il yarım keçsə də, jurnalistlərə qarşı törədilən 



cinayətlər hələ də ətraflı araşdırılmır, istintaq yarımçıq saxlanılır və tamamlanmır.  

Jurnalistlərin hədə-qorxu dolu elektron məktublar, mesajlar və telefon zəngləri 

almasından tutmuş fiziki hücumlara məruz qalmasına qədər bütün şikayətləri 

hüquq-mühafizə orqanları tərəfindən lazımınca araşdırılmır. Bir sözlə, jurnalistlərin 

təhlükəsizliyi yetərincə təmin olunmur. Diffamasiyaya görə cinayət məsuliyyəti hələ 

də qalmaqdadır. Diffamasiyanı dekriminallaşdırmaq əvəzinə hökumət təhqir və 

böhtana görə nəzərdə tutulan cinayət məsuliyyətinin internetdə yayılan məzmuna 

da şamil olunması ilə bağlı qanunvericilik dəyişikliyi edib.  



 

                                                           

49

 Polis zabiti jurnalist Rasim Əliyevə hücum edir, Foto/RATİ, 



http://on.fb.me/17Kx1o4

  

50



 İlham Əliyev: Polis cəzalandırılmayacaq, 2 iyul 2013-cü il, www.contact.az 

http://bit.ly/17il8ss

  



Qətnamə Azərbaycan hökumətini vətəndaşların dinc demokratik tədbirlərinə və bu tədbirlərin 

müstəqil və hökumətin müdaxiləsi olmadan həyata keçirilməsinə şərait yaratmağa və media 

təmsilçilərinin məruz qaldığı silsilə zorakılıqlardan sonra jurnalistləri müdafiə etməyə çağırıb.  

 

İcrası haqqında məlumat: Hökumət nəinki QHT-lər və gənclər təşkilatları üçün 

əlverişli şərait yaratmayıb, əksinə, onların fəaliyyətlərinə maneçilik törədib. Azad 

Fikir Universitetinin bağlanması,

51

 Lənkəran şəhərində keçirilən insan hüquqları 



haqqında sənədli film festivalının dayandırılması

52

 və Azərbaycan İnsan Hüquqları 



Evinin təşkil etdiyi insan hüquqlarına həsr olunmuş foto sərginin məcburi 

qapadılması

53

 buna bariz nümunədir.  



 

Nəhayət, qətnamə BBC, Azadlıq Radiosu və Amerikanın Səsi radiolarını “Azərbaycanda cəmiyyət 

üçün əhəmiyyətli olan məlumatların obyektiv və mühüm mənbələri” adlandıraraq, hökuməti bu 

radioların FM tezliklərində yayımlanma lisenziyalarını bərpa etməyə çağırıb.  



 

İcrası haqqında məlumat: Bu radioların heç birinin FM tezliklərində yayım 

lisenziyası bərpa olunmayıb, çünki hökumət vətəndaşların alternativ və qərəzsiz 

xəbərlə təmin olunmasını istəmir. Ölkənin yayım mediası və media fəaliyyətini 

tənzimləyən qurumu (MTRŞ) üzərində sıx nəzarət həyata keçirən hökumət 

yayımçıların əksərinin özünə yaxın şəxslər tərəfindən idarə olunduğu yayım 

mediası sektorunda kimlərin fəaliyyət göstərməsinə özü qərar verir.  



 

 

 



Avropa Parlamentinin Azərbaycanla bağlı Qətnaməsi: İlqar Məmmədovun işi – 2013-cü ilin 

iyunu 

 

Hüquq müdafiəçisi və müxalifət lideri İlqar Məmmədova qarşı açılmış və Qərb dövlətlərinin ciddi 

reaksiyasına səbəb olan cinayət işi Azərbaycanın beynəlxalq öhdəliklərinin yerinə yetirilməsində 

Əliyev rejiminin ciddi nöqsanlara yol verdiyini nəzərə çarpdırıb.  

 

11 iyun 2013-cü il tarixində qəbul olunmuş B7-0297/2013



54

 saylı qətnaməsində Avropa 

Parlamenti hüquq müdafiəçilərinin, yerli və beynəlxalq QHT-lərin siyasətçilərə, fəallara və 

jurnalistlərə qarşı saxta ittihamların irəli sürüldüyü xəbərlərindən ciddi narahatlığını ifadə edib. 

Qətnamə müxalif partiya liderlərinin, üzvlərinin, fəalların, jurnalistlərin və bloggerlərin yalnız və 

yalnız “öz fikirlərini ifadə etdiklərinə və beynəlxalq standartlara uyğun olaraq fundamental hüquq 

və azadlıqlarını həyata keçirdiklərinə görə” təhdid olunmasını, həbsini və azadlıqdan məhrum 

olunmasını pisləyir.  



 

İcrası haqqında məlumat: Beynəlxalq ictimaiyyətin dəfələrlə etdiyi çağırışlara 

baxmayaraq, hakimiyyət öz mövqeyini dəyişmək, həbsdə olan tənqidçi jurnalistləri 

və fəalları azad etmək, onlara qarşı tolerant davranmaq və saxta ittihamlardan 

istifadəyə son qoymaq istəyi sərgiləmir.  



 

Qətnamə birmənalı şəkildə Azərbaycan hökumətini mətbuat və media azadlığının həm onlayn, həm 

də oflayn formalarına hörmət etməyə və ifadə azadlığını təmin etməyə çağırır. 

 

 



 

İcrası haqqında məlumat: Hakimiyyət və mərkəzi hökumətə tabe olan bütün 

dövlət məmurları mətbuat və media azadlığına hörmət etməli, öz nitqlərində 

jurnalistləri və media qurumlarını hədəfə almaqdan və onları diffamasiya iddiası ilə 

                                                           

51

 Siyasi müşavir Kristofer Robinson tərəfindən Daimi Şuraya təqdim olunmuş “Azərbaycanda Azad Fikir Universitetinin 



bağlanması barədə” bəyanat, Vyana, 18 aprel 2013-cü il, www.contact.az  

http://bit.ly/Hi4D3n

  

52

 Hökumət Lənkəranda insan hüquqları mövzusunda keçirilən film festivalını dayandırıb, 6 aprel 2013-cü il, 



www.contact.az 

http://bit.ly/19GB2Ky

  

53

 Həmin yerdə 



54

 Avropa Parlamentinin Azərbaycanla bağlı Qətnaməsi: İlqar Məmmədovun işi, 

http://bit.ly/14TDQ2M

  



məhkəməyə verməkdən çəkinməlidir. Onlar mətbuatla və media təmsilçiləri ilə 

əməkdaşlıq etməli, onları istədikləri məlumatlarla təmin edərək dövlətin 

informasiya şəffaflığını daha da yaxşılaşdırmaqda onlara yardım göstərməlidir. 

Lakin bunun əksinə olaraq, fövqəladə hallar naziri, daxili işlər naziri, nəqliyyat 

nazirinin oğlu, Bakı Metropoliteninin rəhbəri və hakimiyyətə yaxın olan digər 

şəxslər Azadlıq və Yeni Müsavat qəzetlərini məhkəməyə verərək onlardan yüksək 

məbləğdə maddi təzminat tələb etmiş və onların iddiaları məhkəmələr tərəfindən 

qismən təmin olunmuşdur. Məhkəmə tərəfindən üzərinə qoyulmuş böyük məbləğli 

cərimələr nəticəsində Azadlıq qəzeti ciddi maliyyə problemləri ilə üzləşib. Qəzetin 

nəşriyyat evinə olan böyük məbləğdə borcu onun nəşri üçün problem yaratmaqda 

davam edir.  

 

Qətnamə Azərbaycan hökumətini diffamasiya sahəsində islahat həyata keçirməyə və diffamasiyaya 

görə cəzanın həbs deyil mütənasib cərimə olmasını təmin etməyə çağırır.  

 

İcrası haqqında məlumat: Beynəlxalq ictimaiyyətin uzun müddətdən bəri 

diffamasiyaya görə cinayət məsuliyyətin ləğvi üçün etdiyi çoxsaylı çağırışlara 

baxmayaraq, Azərbaycanda diffamasiyaya görə cinayət məsuliyyəti qalmaqdadır. 

Azərbaycan hakimiyyəti diffamasiyaya görə nəzərdə tutulan ağır cinayət cəzalarını 

mütənasib məbləğdə cərimə ilə əvəzləyən diffamasiya qanununun qəbulunu 

sürətləndirməlidir. Bu il Azərbaycan parlamenti internetdə diffamasiyaya görə 

cinayət məsuliyyəti nəzərdə tutan qanunvericilik dəyişikliyi edib ki, bu da 

internetdə ifadə azadlığına öz çəkindirici təsirini göstərməyə başlayıb.

55

  Yeni 



müddəalardan artıq bir məhkəmə işində istifadə olunub.

56

  Vətəndaş Mikayıl Talıbov 



avqustda yerli məhkəmələrdən biri tərəfindən bir il islah işi cəzasına məhkum 

olunub, bu bir il ərzində hər ay onun maaşının 20%-inin dövlət büdcəsinə 

ödənilməsi barədə məhkəmə qərarı çıxarılıb. Talıbova qarşı qaldırılmış iddiaya 

səbəb onun 26 mart 2013-cü il tarixində yaratdığı və keçmiş əməkdaşı olduğu bankı 

“Haqsız bank” adlandırdığı Facebook səhifəsində paylaşdığı fikirlər olub.  

Nəhayət, qətnamə Azərbaycan hökumətini Azərbaycan əhalisinin sərbəst toplaşmaq hüququna 

hörmət etməyə çağırır.  

İcrası haqqında məlumat: Azərbaycan vətəndaşları şəhərin mərkəzi 

meydanlarında aksiya keçirmək imkanlarından məhrumdurlar. Şəhərin mərkəzində 

bunun üçün münasib olan kifayət qədər məkanın olmasına baxmayaraq, onlara 

aksiya keçirmək üçün yalnız uzaq məkanlar təklif edilir. Bundan başqa, hökumət 

aksiyalar zamanı vətəndaşlara qarşı aşırı gücdən istifadə edir ki, bu da aradan 

qaldırılmalıdır. Sərbəst toplaşmaq hüququ təmin olunmalıdır.  



 

 

 

 

 

                                                           

55

 Azərbaycanda diffamasiyaya görə cinayət məsuliyyəti internetdə yayılan fikirlərə şamil olunur, ABŞ Jurnalistləri 



Müdafiə Komitəsi, Nyu-York, 14 may 2013-cü il, 

http://bit.ly/17QVgPv

   

56

 Azərbaycan: İlk onlayn diffamasiya hökmü, Amnesty International, 21 avqust 2013-cü il, 



http://bit.ly/17QVgPv

  



 

Nəticə 

Azərbaycanda istənilən Şərqi Avropa ölkəsindən daha çox siyasi məhbusun olmasına baxmayaraq, 

Avropa Birliyi onların azad olunmasına və insan hüquqları sahəsində islahatların həyata 

keçirilməsinə nail olmayıb. Avropa Birliyi ilə Azərbaycan arasındakı əməkdaşlığa paralel olaraq 

hökumət tənqidçilərinin və siyasi opponentlərin susdurulması məqsədi ilə fəalların, hüquq 

müdafiəçilərinin, tənqidçi jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının təqibi, təhdidi, həbsi və 

azadlıqdan məhrum olunması davam edib. 

AB həm Əliyev rejimi, həm də Azərbaycan müxalifəti tərəfindən sakit, lakin etibarlı siyasi subyekt 

hesab olunur. Sakit diplomatiya bəzi hallarda uğurlu olsa da, AB-nin Azərbaycanda insan 

hüquqlarının təşviqi sahəsində daha güclü rol oynamasına açıq-aşkar ehtiyac vardır. AB-nin 

Azərbaycan hökumətinə demokratik dəyişikliklərin həyata keçirilməsi üçün təzyiq göstərməməsi 

Azərbaycan cəmiyyətinin   bu quruma etimadını puça çıxara bilər. 

Enerji sahəsində Azərbaycan həm istehsalçı həm də tranzit ölkə olaraq AB üçün əsas strateji 

tərəfdaşlardan biridir. Lakin Azərbaycanla AB arasında enerji sahəsində tərəfdaşlıq yaratmaq 

məqsədi daşıyan Anlaşma Memorandumunda (AM) insan hüquqları məsələsinə toxunulmur. AM 

məcburi xarakter daşımasa da, gələcəkdə hüquqi müqavilələrin ola biləcəyini ehtimalını ortaya 

çıxarır. Azərbaycanla AB arasında gələcəkdə bağlana biləcək bütün enerji müqavilələrində insan 

hüquqları sahəsində islahatların əməkdaşlıq üçün vacib olan ilkin şərtlərdən biri kimi irəli 

sürülməsi çox vacibdir.  

Brüssel insan hüquqları sahəsində konkret və ölçülə bilən irəliləyişin əldə olunması kriteriyasını 

AB ilə daha yaxın münasibətlərin qurulmasının aşkar tələbi kimi təyin etməlidir. Bu meyarlarda 

Azərbaycanın hüquq pozulmalarını aradan qaldırmaq üçün hansı tədbirləri görməli olduğu 

dəqiqliklə göstərilməlidir.   

Paralel olaraq, Brüssel Azərbaycanın insan hüquqları sahəsində göstəricilərini həm yerli, həm də 

beynəlxalq səviyyədə yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş insan hüquqları və 

demokratikləşdirmə proqramları həyata keçirməklə Azərbaycanda öz siyasi nüfuzunu 

gücləndirməlidir. AB vətəndaşlara və siyasətçilərə uzun müddətli təsir göstərmək iqtidarında olan 

institutların yaradılması və gücləndirilməsində öz dəstəyini göstərməlidir. AB, həmçinin, ölkədə 

azad sözün təşviqi məqsədi ilə müstəqil KİV-lərin inkişafına dəstək verməlidir. 

Bir sözlə, əgər Avropa Birliyi rəsmi Bakının öz insan hüquqları öhdəliklərinə əməl etməsinə nail 

olmaq istəyirsə, insan hüquqları sahəsində irəliləyiş üçün dəqiq standartlar müəyyən etməlidir.     

 

 



 

 

Yüklə 219,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə