Azərbaycan və Avropa Birliyi: Siyasi Dilemma



Yüklə 219,46 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix23.02.2018
ölçüsü219,46 Kb.
#27521
1   2   3   4   5   6   7   8

Giriş 

“Azərbaycan, əlbəttə ki, bizim tərəfdaşımızdır. Mən, hesab edirəm ki, bütün mümkün vasitələrin 

cəlb olunması ilə aparılan açıq müzakirələr problemləri həll etmək üçün ən yaxşı yoldur. Əlbəttə ki, 

demokratik islahatlara dəstək vermək vacibdir. Mən şəxsən düşünürəm ki - bu mənim şəxsi 

baxışımdır - prezident Əliyev, suveren Azərbaycanın başçısı olaraq, ölkənin demokratikləşdirilməsi 

yoluna sadiqdir. O, ölkənin imici və etibarlılığına xüsusi diqqət yetirir.” 

-

 

Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozo



3

 

“Cənab prezident, demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi və siyasi islahatlar sahəsində 

Azərbaycana verdiyiniz davamlı dəstəyə görə mən şəxsən sizə və sizin Komissiyaya öz 

təşəkkürümü bildirirəm. Sizin təklifləriniz və tövsiyələriniz, həmçinin bizim aramızda başlanmış 

sazişlər həddən artıq mühümdür. Onlar Azərbaycanda dəyişikliklərə öz töhfəsini verir.” 

-

 



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

4

 

Azərbaycanla AB arasında əlaqələrin başlanğıcı 1990-cı illərin əvvəlinə təsadüf edir. Həmin vaxtlar 

Avropa Komissiyası “Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım” (TACIS) proqramı çərçivəsində 

Müstəqil Dövlətlər Birliyinə (MDB) dəstək göstərib.

5

 1999-cu və 2003-cü illərdə qüvvəyə minmiş 



Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) vasitəsi ilə, Avropa Birliyi Avropa Qonşuluq Siyasəti 

çərçivəsində Azərbaycan ilə əlaqələri daha da genişləndirdi.

6

 2009-cu ilin mayında Azərbaycan 



Şərq Tərəfdaşlığına qoşulduqda bu əlaqələr daha da gücləndi.

7

  



Enerji sektorunda Azərbaycan AB üçün həm istehsalçı, həm də tranzit ölkə olaraq mühüm strateji 

tərəfdaşdır. 2006-cı il 7 noyabrda Brüsseldə imzalanmış və Azərbaycanla Avropa Birliyi arasında 

enerji üzrə tərəfdaşlıq yaradılmasına yönəlmiş Anlaşma Memorandumunda (AM) aydın qeyd 

olunduğu kimi, “Enerji sektoru AB-Azərbaycan ikitərəfli münasibətlərində mühüm elementlərdən 

biri olaraq qalır”.

8

 Sözügedən Anlaşma Memorandumunda insan hüquqları barədə heç bir qeyd 



yoxdur. AB və Azərbaycan arasında əməkdaşlığın əsas məqsədi ölkədə islahatların həyata 

keçirilməsini dəstəkləmək və əsasən 1999-cu il iyun tarixli Tərəfdaşlıq və Əməkdaşlıq Sazişində

9

 

(TƏS) və 14 noyabr 2006-cı il tarixli AB-Azərbaycan AQS Fəaliyyət Planında



10

 müəyyən edilmiş 

siyasət məqsədləri çərçivəsində getdikcə daha yaxın əlaqələr qurmaqdır. 

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən sorğu olan AB-nin Qonşuluq Barometrinə

11

 

əsasən, azərbaycanlılar Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyətini əsasən 



yetərli hesab edir.  Rəy sorğusunda iştirak edənlərdən əksəriyyəti AB-nin demokratiya (59%) və 

insan haqları (51%) sahəsində, daha az qismi isə iqtisadi inkişaf (48%) və ticarət (47%) sahəsində 

rolunun daha da artırılmasına istəklərini ifadə ediblər.  

                                                           

3

 Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozonun 



birgə mətbuat konfransı, Brüssel, 21 iyun 2013, 

http://bit.ly/18dRj5s

  

4

 Həmin yerdə 



5

 Tacis proqramı (2000-2006), 

http://bit.ly/1dcvXe2

  

6



 Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz: 

http://eeas.europa.eu/enp/index_en.htm

  

7

 Əlavə məlumat üçün: 



http://bit.ly/17Wcb52

  

8



 Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu: 

http://ec.europa.eu/energy/international/doc/mou_azerbaijan_en.pdf

    

9

 Avropa Birliyi və ona üzv dövlətlərlə Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi: 



http://eeas.europa.eu/delegations/azerbaijan/documents/eu_azerbaijan/eu-az_pca_full_text.pdf

  

10



 AB-Azərbaycan münasibətlərinin icmalı: 

http://bit.ly/163TQi2

  

11

 AB Qonşuluq Barometri AB tərəfindən maliyyələşən Regional Kommunikasiya proqramı çərçivəsində fəaliyyət 



göstərən, və AB Qonşuluq Siyasəti və onun əməkdaşlıq fəaliyyəti və proqramları barədə bilik və qavrayışı qiymətləndirən 

rəy sorğusu və media monitorinqi alətidir. 

http://eastbook.eu/en/2013/05/country-en/poland-en/enpi-barometer-

taking-the-eu-pulse-in-the-eastern-neighbourhood/

    



Avropa Komissiyasının illik “qonşuluq paketi” olan və AB-yə qonşu dövlətlərin hər birində AB ilə 

razılaşdırılmış islahatların həyata keçirilməsi istiqamətində əldə etdiyi inkişafı qiymətləndirən 

“Daha Güclü Tərəfdaşlıq Naminə”

12

 nəşrinin bildirdiyinə görə, Azərbaycan “əsas tövsiyələrdən 



yalnız az bir qisminə diqqət yetirib”. Hesabatda Azərbaycan tərəfinin siyasi məhbus məsələsini 

müzakirə etmək niyyətində olmaması, jurnalistlər və vətəndaş cəmiyyəti fəallarının təqib olunması, 

söz azadlığı və seçki ilə bağlı qanunvericiliyin beynəlxalq standartlara uyğun olmaması və 

məhkəmə sisteminin müstəqil olmaması qeyd olunur. 

AB-nin Azərbaycanla bağlı qərarlarına ən çox təsir edən faktorlar- iqtisadi tərəqqi və nisbi sabitlik 

Azərbaycanın getdikcə pisləşən insan hüquq durumuna diqqət yetirilməsi və vətəndaşlar üçün 

fundamental azadlıqların təmin olunması məsələlərini arxa plana keçirib. Vəd olunmuş islahatları 

yerinə yetirməyin əvəzinə, Əliyev rejimi sərt qanunlar qəbul etməklə və tənqidi fikirlər 

səsləndirməyə cəsarət edən şəxsləri təqib etmək və qorxutmaq üçün yeni tədbirlərə əl atmaqla 

ictimai həyata öz avtoritar nəzarətini daha da gücləndirib.  

Bu hesabat AB-nin Azərbaycanda demokratiyanın təşviqi prosesindəki rolunu, xüsusilə də avtoritar 

kontekstdə enerji resursları və insan haqları məsələlərini nəzərdən keçirir. Hesabat Tərəfdaşlıq və 

Əməkdaşlıq Sazişində (TƏS) və AQS Fəaliyyət Planında yer alan AB öhdəliklərinin statusunu 

araşdırır. Bu isə öz növbəsində  Azərbaycanda demokratik təcrübənin və insan haqlarının 

təşviqində AB-nin necə fəal rol oynaya biləcəyi barədə təsəvvür yaradır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

                                                           

12

 “Avropa Qonşuluq Siyasəti: Daha Güclü Tərəfdaşlıq Naminə İş”, Avropa Komissiyası və Avropa Birliyinin Xarici Əlaqələr 



və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, 20 mart 2013-cü il: 

http://ec.europa.eu/world/enp/docs/2013_enp_pack/2013_comm_conjoint_en.pdf

   



Yüklə 219,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə