kompressor stansiyası, 150 qazpaylayıcı stansiya, aktiv həсmi
3 milyard kub metr olan 2 yeraltı qaz ambarı və digər obyektlər
daxildir. Bundan başqa ARDNŞ-in strukturunda təbii qazın
təmizlənməsi və emalı üzrə ixtisaslaşdırılmış istehsal gücü 6,5
milyard kub metr olan Azərbaycan Qaz Emalı Zavodu fəaliyyət
göstərir. Azərbaycanın malik olduğu qaz nəqletmə sistemi 4
ölkənin Gürcüstan, Ermənistan, Rusiya və İranın qaz nəqletmə
sistemi ilə qarşılıqlı surətdə sıx bağlılığı vardır ki, bunlardan da
son ikisi dünya qaz ehtiyatlarının mühüm hissəsini özündə
cəmləşdirərək Avropa ölkələrinin marağını təbəssüm
etdirməkdədir. Respublikamızın neft və qaz sərvətlərindən
digər xalqlar və onların ayrı-ayrı nümayəndələri də az
bəhrələnməmişlər. Azərbaycanın bu sərvətləri 1 əsrdən artıq
müddətdə və xüsusən sovet hakimiyyəti dövrlərində qonşu
respublikaların Ermənistan, Gürcüstan və Rusiyanın enerji
ehtiyatlarını təmin etmişdir. Əsrin əvvəllərində xarici
sahibkarlar Azərbaycanda neft hasilatına sərmayə qoyaraq öz
kapitallarını artırmış, kapitalist dünyasının məhşur simaları
Rotsşild, Nobel qardaşları Bakı nefti hesabına daha da zəngin
olmuşlar. Rusiyanın özündə də neft sənayesinin yaranması
Azərbaycanla bağlı təşəkkül tapmışdır.Bu bir tarixi həqiqətdir
ki, Azərbaycanda neft-qaz yataqlarının kəşfi və istismarı onun
həyatının bütün sahələrinə təsir göstərmişdir. Neft və qaz
hasilatı hesabına çoxlu qəsəbə və şəhərlər salınmışdır. Əli-
Bayramlı, Siyəzən, Neftçala, Salyan şəhərlərinin indiki sənaye
potensialı, infrastrukturu Bakı şəhərində Suraxanı, Buzovna,
Binə, Mərdəkan, Sabunçu, Bakıxanov, Rəsulzadə, Lökbatan,
Patamdar və sair bu kimi qəsəbələrin bugünki siması məhz neft
amili ilə bağlıdır. Neft hesabına qeyd olunduğu kimi,
respublikada qüdrətli sənaye sahələri yaranmış, Azərbaycanın
iri neftmaşınqayırma, neft kimyası zavodları keçmiş İttifaqın
təchizat bazasının əsasını təşkil etmişdir. Azərbaycan həm də
keçmiş SSRİ-də neft elminin mərkəzi sayılmışdır. Bir çox
Azərbaycanlı neftçi alimlər bu elmin zirvəsini fəth etmişlər.
19
Akademik Y.Məmmədəliyev, A.Mirzəcanzadə və digərlərinin
neft sənayesindəki elmi xidmətləri əvəzsizdir. Azərbaycanın
geoloq alimi F.Salmanovun Sibir çöllərində fədəkar əməyi bu
regionda nəhəng neft yataqlarının kəşfini təmin etmişdir.
Böyük fəxrlə demək lazımdır ki, Rusiyanın iri «Lukoyl» neft
şirkətinin yaradıcısı və rəhbəri həmyerlimiz V.Ələkbərovdur.
Azərbaycan Neft-Kimya İnstitutu ( indiki Azərbaycan Dıvlət
Neft Akademiyası) öz elmi, təhsil potensialına görə keçmiş
SSRİ-də müvafiq sahədə kadr hazırlığı üzrə birinci təhsil oсağı
sayılmış və indinin özündə də əvvəlki şöhrətini saxlamışdır.
Azərbaycan alimləri, neftçiləri SSRİ dövləti ərazisində olan
demək olar ki, bütün neft və qazlı yataqların kəşfi, işlənməsi və
istismarında fəallıq göstərmiş, dünyada ilk dəfə olaraq açıq
dənizdə kəşfiyyat, istismar proseslərini həyata keçirmişlər.
Yüzlərlə Azərbaycanlı geoloqlar, neftçilər, alimlər Şərqi
Avropa ölkələrində, Afrikada, Yaxın Şərqdə, Hindis anda,
Vetnamda neft-qaz hasilatına mütəxəssis kimi cəlb olunmuş,
bu ölkələrin çoxunda yerli neft sənayesinin əsasını qoymuşlar
sırasında olmuşlar. Neft-qaz hasilatı qeyd olunduğu kimi, Bakı
şəhərinin simasının dəyişməsində də əsas amil olmuşdur. Əsrin
əvvəllərində neft hasilatından çoxlu gəlir götürən
həmvətənlərimiz iri neft sahibkarlarına çevrilmiş, Bakı
şəhərində tikinti quruсuluq işlərini həyata keçirmişlər. Belə bir
fikir həmişə mövcud olmuşdur ki, bolşeviklər Bakını ələ
keçirməsəydilər, sovet hakimiyyəti Azərbaycanda
qurulmasaydı Bakı şəhəri bu gün başqa, daha yaraşıqlı, daha
gözəl görkəmdə olardı. Bu onunla izah olunur ki, bolşevik
hökuməti nefti milliləşdirdikdən sonra neft sənayesindən əldə
olunan vəsaitdən kifayət qədər bu torpağın sakinlərinə məsrəf
etməmişdir. Hesablamalar göstərir ki, respublikamızın bu
əvəzsiz sərvətindən əldə edilən gəlirin cüzi bir hissəsi yalnız
onun ehtiyatların sərf olunsaydı, və respublikanın sənaye
kompleksi inkişaf etsəydi onda şübhəsiz ki, Azərbaycan
dünyanın çox inkişaf etmiş varlı dövlətlərindən birinə
t
20
çevrilərdi. Məlum həqiqətdir ki, Böyük Vətən Müharibəsi
illərində hər 4 sovet tankı və təyyarəsindən 3-ü Bakı benzini ilə
hərəkətə gəlmiş və bu mühüm qələbə təmin olunmuşdur. Əsrin
əvvəllərində neft hesabına varlanan Bakı milyonçuları xalqın
maariflənməsində tikinti quruculuq, xeyriyyəçilik işlərinə az
pul xərcləməmişlər. Bir sözlə neft Azərbaycan xalqının
maariflənməsində, təhsilində mühüm rol oynamış, onun
iqtisadiyyatının dirçəldilməsinə, sənaye potensialının
artırılmasına, xalqın mənəvi dəyərlərinin zənginləşməsinə
səbəb olmuşdur. Neft amili milli şüurun inkişafında öz müsbət
təsirini göstərmişdir. Pofoslu deyilsə də bu bir həqiqətdir: Neft
Azərbaycanı daha çox Azərbaycan etmişdir.
1.2. Neft-qaz hasilatının dinamikasında əsas meyllər və
Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan
sonra
Rİ dövləti dağıldıqdan sonra bir şox postsovet ölkələri
kimi,
başlıca amillər
diktatura iqtisadiyyatından bazar iqtisadiyyatına,
milliləşdirmədən özəlləşdirməyə, təmərgüzləşmədən, total
rejimindən sərbəst, yeni dünyəvi iqtisadi münasibətlər
sisteminə
qədəm qoymuşdur. Sovetlər
İttifaqının
iqtisadiyyatının tərkib hissəsi kimi, ümumən xammal bazası
əsasında təşkil olunmuş Azərbaycan iqtisadiyyatı indiki
müstəqil dövlət quruculuqu prosesində bazar iqtisadiyyatı
yolunu seçmiş, onun prinsipial tələbləri ilə üz-üzə dayanmışdır.
Hazırda dövlət müstəqilliyimizin möhkəmləndirilməsində,
iqtisadiyyatın yenidən qurulmasında, bazar münasibətlərinə
keçidlə əlaqədar mühüm işlər görülsə də, dövlət strukturlarında
yeni iqtisadi münasibətlər formalaşması və inkişafı
istiqaqmətində, inzibatçılıq iqtisadiyyatından azad olmaq üçün,
sistem xarakterli işlərin həyata keşirilməsinə böyük ehtiyac
vardır.
SS
Azərbaycan xalqı və respublikası da müstəqil dövlət
21
Dostları ilə paylaş: |