3. 1921-1940-cı illəri əhatə edən dövr.
baycanda sovet
hakim
1-1949-cu illəri əhatə edən dövr.
asının SSRİ-yə
hücum
Rusiyada
Oktyabr çevrilişi Azər
iyyətinin qurulması Azərbaycanda neft sənayesinin
inkişafına öz təsirini göstərdi. Azərbaycanda neft
milliləşdirildi. Köhnə iqtisadi sistem yenisi ilə əvəz olunmağa
başladı. Sovet hökuməti neftin gərəkliyini dərk edərək onun
hasilatına xüsusi diqqət yetirdi və iqtisadi sahədə həyata
keçirdiyi siyasət sistemli beşillik planlarla müşayiət olundu.
Belə ki, 1-ci beşillikdə Azərbaycanın neft sənayesinin bərpası
başa çatdı. 1928-ci ildə hasilat 11,6 milyon tona yüksəldi. 2-ci
və 3-cü beşilliklərdə Qaraçuxur, Zığ yataqlarının
kəşfi ilə
əlaqədar hasilatda mühüm artım əldə edildi. Bu tarixi dövr
Azərbaycanın neft hasilatında ən məhsuldar mərhələ kimi
yadda qalmış respublikada 235 mln.tondan çox neft hasil
edilmişdir.
4. 194
II Dünya müharibəsi, faşist Almaniy
u Azərbaycan neft sənayesinə, onun gələcək inkişafına
agır zərbə vurdu. Azərbaycanın
neft mədənlərindən xeyli
texnika, 5457 yük avtomobili, traktor parkının yarıdan çoxunu
çıxararaq orduya göndərildi. Faşist işğalı ilə bağlı Uralda,
Sibirdə yeni yaradılan müdafiə sənayesi yeni maşın və
avadanlıqlarla təchizatı bir müddət dayandı. Neftin nəqlində
yaranmış ağır vəziyyət çoxlu neft quyularının konservasiyası
ilə nəticələndi. Neftçilərin bir hissəsinin orduya göndərilməsi
(
o illərdə neft sənayesundə işləyən mühəndis-texniki işçilərin
1/3-i ordu sıralarına çağırılmışdı) sahəyə ixtisassız işçilərin
qəbul
edilməsinə, yeraltı təmir briqadalarının azalmasına,
istismara dayanmış quyuların sayının artmasına səbəb oldu.
Avadanlığın, professional işçi qüvvəsinin çatışmaması, qazma
prosesinin kəskin azalması ilə nəticələndi. Cəbhə üçün hər
vasitə ilə, nəyin bahasına olursa-olsun neft hasilatı
artirilmalıdır talabi, sahədə düşünülməmiş texniki sitasətin
aparılması, perspektivlərin düzgün müəyyən edilməməsi ilə
25
nəticələndi. Onu da xüsusi ilə vurğulamaq lazımdır ki, tarixi
inkişafın bütün mərhələrində Azərbaycanda neft yataqlarının
istismarı tələb olunan normalardan artiq olmuş, intensiv
istismar
həyata keçirilmiş, geoloji xüsusiyyətlər obyektiv
nəzərə alınmamışdır, bu da öz növbəsində neft hasilatının
dinamikasına öz mənfi təsirini göstərmişdir. II dünya
müharəbəsindən sonrakı illərdə SSRİ höküməti ölkənin digər
regionlarında yeni neft yataqlarının kəşf və istismarını ön plana
çəkdi. SSRİ-də və dünyada neftin beşiyi və akademiyası
sayılan Bakının neft mütəxəssislərin köməyi ilə Uralda,
Volqaboyunda, Sibirdə, Qazaxstanda və Orta Asiyada aparılan
axtarış, kəşfiyyat və istismar işləri SSRİ məkanında böyük neft
rayonlarının yaranmasına gətirdi. Beləliklə,
perspektivli yeni
neft rayonlarının kəşfi və rayonlarda hasilatın ucuz başa
gəlməsi Azərbaycanın neft sənayesindəki mövqeyinə ciddi təsir
etdi. 1946-cı ildə SSRİ-də hasil olunan neftin 52,8%-i, 1947-ci
ildə 49,5%-ini Azərbaycan (
quru sahələri) verdiyi halda, 1950-
ci ildə bu nisbət 40%-ə endi. 1945-1949-cu illarda
Azərbaycanda neft hasilatında artma müşahidə olunsa da,
1933-cü ildən 1942-cı ilədək əldə olunan səviyyəni ötüb
keçmək mümkün olmadı. Ümumilikdə Azərbaycanın quru
sahələrində bu illər ərzində 125 milyon ton neft hasil edilmişdi.
5. Quruda neftqazçıxarma sənayesinin sonrakı
mərhələsi 1950-1980-ci illəri əhatə edir.
Dənizdə neft yataqlarının kəşfi,
bütünlükdə Azərbaycan
üzrə neft hasilatı balanmasının dəyişməsi, quruda neft-qaz
hasilatına maraq və diqqəti səngitdi. Dənizdə əsasən fontan
üsulu ilən ucuz başa gələn hasilat, quruda isə istismar
xərclərinin yüksək olması, quyuların debitinin aşağı səviyyəsi
ittifaq hökümətinin meylini Azərbaycanda dəniz yataqlarının
istismarına yönəltdi. Azərbaycanın ixtisaslı neftşı kadrlarının,
xüsusilə də sosial şəraitlə əlaqədar dəniz mədənlərinə işə
düzəlməsi, qurudakı hasilata öz təsirini göstərdi. Artıq 1965-ci
ildə «Xəzərdənizneft» İB «Azneft» İB-dən
çox neft və qaz
26
hasil etməyə başladı. Həmişə SSRİ neft sənayesinin flaqmanı
olmuş «Azneft» İB 1954-cü ildə birinciliyi «Başneft»
(
Başqırdıstan Respublikası) İstehsalat Birliyinə verməli oldu.
Həmin illərdə SSRİ-də neft və qaz hasilatını həyata keçirən
(
SSRİ Neft Sənaye Nazirliyinin üzrə) 26 istehsalat birliyi
arasında neft hasilatı uzrə «Azneft» İB 17-ci yeri,
«Xəzərdənizneft» İB 10-cu yeri tutdu. Bütövlükdə isə müttəfiq
respublikalar arasında Azərbaycan Rusiya Federasiyasından
sonra 2-ci yerdə gedirdi. Neft və qaz hasilatında enmə sürət
götürürdü. Bu illər ərzində Azərbaycanın quru sahələrində 290
milyon ton neft çıxarılmışdır. 1971-ci ildə Azərbaycanda 1
milyardıncı ton neft (
dənizlə birlikdə) hasil edilmişdir.
6. 1981-1991-ci illəri əhatə edir.
SSRİ-də yenidənqurma və ittifaqın dağılması
ərəfəs
da dənizdə və
qurud
əndəki illərdə neft və qaz hasilatının aşağı düşmə tempi
səngimədi, əksinə bu proses daha da surətləndi. İqtisadi
eksperimentlər,
milli münaqişələr, dərin təhlil edilməmiş
proqramlar, möhtəşəm dövlətin süqutunu sürətləndirirdi.
Müvafiq proseslər iqtisadiyyatın bütün sahələrinə təsir etdi və
neft sənayesində daha ciddi əks olundu. Bu illər ərzində quru
sahələrində 32 milyon ton neft hasil edilmişdir.
Aşağıda 1949-1997-ci illərdə Azərbaycan
a neft hasilatının dinamikası cədvəl şəklində verilmişdir:
27