11
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015
Əməliyyatlarımız
Qaz CQBK ilə və terminalın qaz emal
qurğularını “Azəriqaz”ın milli qazpaylama
şəbəkəsinə birləşdirən SOCAR qaz kəməri ilə
ixrac edilir.
2015-ci ildə Səngəçal terminalından 296
milyon bareldən artıq neft və kondensat ixrac
edildi. Bunun təxminən 261,6 milyon bareli
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri,
təxminən 31,4 milyon bareldən çoxu Qərb
İxrac Boru Kəməri (QİBK), təxminən 2,2
milyon bareli dəmir yolu və təxminən 0,9
milyon bareli kondensat ixrac xətti ilə ixrac
edilib.
ŞD2 layihəsi üçün texnoloji emal qurğularının
təmin olunması məqsədilə Səngəçal
terminalının genişləndirilməsi üzrə iş davam
edib. Yeni giriş yolu açılıb, bu yol insanları,
qurğuları və avadanlıqları tikinti sahəsinə
daşıyan nəqliyyat vasitələri üçün daha
təhlükəsiz və səmərəlidir. Mərkəzi nəzarət-
idarəetmə binasının 16 genişləndirmə
modulunun hamısı quraşdırılıb, avadanlığın
quraşdırılması və polad konstruksiyaların
hazırlanması işləri isə qrafiki qabaqlayır.
Şahdəniz Mərhələ 2 layihəsinin qurudakı
obyektlərini təchiz etmək üçün Bakıda dörd
müxtəlif yerdə doqquz quraşdırma və boya
sexi fəaliyyət göstərir. Tələb olunan 15000
tondan artıq polad və 150000 metr boru
sahədə xüsusi təşkil edilmiş qaynaq sexində
və bu ərazidəki sahədənkənar iri
metalkonstruksiya sexlərində hazırlanır.
Səngəçal terminalının genişləndirilməsi üçün
lazım olan poladın və boruların hamısı yerli
tikinti-quraşdırma sahələrində hazırlanıb. Bu
layihə yerli iş yerlərinin açılmasına mühüm
təsir göstərib, quruda görülən tikinti-
quraşdırma işlərində daimi çalışan 1200 işçi
birbaşa BP tərəfindən, 340 nəfər isə podratçı
şirkətlər vasitəsilə işə götürülüb.
Bakı-Tbilisi-Ceyhan boru kəməri
Uzunluğu 1768 km olan BTC boru kəməri
2006-cı ilin iyun ayında istismara verilib.
O vaxtdan 2015-ci ilin sonuna qədər BTC ilə
təxminən 2,36 milyard barel (315 milyon ton)
xam neft daşınaraq 3112 tankerə yüklənib və
dünya bazarlarına yola salınıb.
Hazırda BTC-nin gündəlik ötürücülük
qabiliyyəti 1,2 milyon bareldir. 2015-ci ildə bu
boru kəməri ilə 262,8 milyon barel (35 milyon
ton) xam neft ixrac edilərək Türkiyənin
Ceyhan limanında 361 tankerə yüklənib.
Sentyabrda BTC Ceyhanda 3000-ci tankerin
yüklənməsini qeyd etdi.
BTC boru kəməri hazırda, əsasən,
Azərbaycandan AÇG-də hasil edilən nefti və
Şahdənizdə hasil olunan kondensatı nəql edir.
Bundan əlavə, Türkmənistandan və
Qazaxıstandan gələn xam neft də BTC ilə
nəql olunmağa davam edir.
Şahdəniz Mərhələ 2 və Cənub Qaz Dəhlizi
Azəbaycanda hazırlanıb
Səngəcal terminalının
genişləndirilməsi üçün
lazım olan polad və boruların
hamısı yerli tikinti-quraşdırma
sahələrində hazırlanıb.
Cənubi Qafqaz Boru Kəməri
Uzunluğu 691 km olan Cənubi Qafqaz Boru
Kəməri (CQBK) 2006-cı ilin sonlarından
istismar olunur, Şahdəniz qazını Azərbaycana,
Gürcüstana və Türkiyəyə çatdırır. 2015-ci il
ərzində kəmərin gündəlik ötürücülük gücü
18,6 milyon kubmetr qaz olub.
2015-ci ildə CQBK üzrə əməliyyat xərcləri
təxminən 47,5 milyon, əsaslı xərclər isə 1,1
milyard dollar təşkil edib.
CQBK-nin genişləndirilməsi layihəsi
2015-ci ildə CQBK-nin genişləndirilməsi
(CQBKG) layihəsi üzrə Azərbaycan və
Gürcüstanda boru kəməri marşrutu boyunca
işlər davam etdi. İyunda Azərbaycanda əsas
xəttin çəkilməsinə başladıq, 2015-ci ilin
sonuna qədər təxminən 71 kilometr boru
qaynaqlandı. Xəndək qazılması, boruların
xəndəyə endirilməsi, düzülməsi və üstünün
torpaqla örtülməsi işləri noyabrın sonunda
başlayıb və hal-hazırda davam edir. Kəmərin
Azərbaycan hissəsi üçün lazım olan
borularının 60%-dən çoxu ilin sonunda artıq
Muğan, Kürdəmir, Yevlax və Qazançıdakı
borusaxlama sahələrində idi. Biz
Azərbaycanda boru kəməri dəhlizi üçün tələb
olunan torpağın, demək olar ki, hamısını əldə
etmişik.
Qərb İxrac Boru Kəməri
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin
əməliyyatçısı kimi BP həmçinin QİBK-ni idarə
edir. Uzunluğu 829 km olan bu kəmər nefti
Xəzər hövzəsindən Səngəçal terminalı
vasitəsilə Gürcüstanın Qara dəniz sahillərində
yerləşən Supsa terminalına nəql edir. 1997-ci
ildən sonra BP və onun tərəfdaşları boru
kəmərində əsaslı təmir işləri həyata keçirib.
2015-ci ildə bu boru kəməri vasitəsilə
Səngəçal terminalından 31,4 milyon barel neft
nəql edilib.
Dövri texniki xidmət işləri
Dövri texniki xidmət, obyektlər işlək
vəziyyətdə olduğu zaman həyata keçirilməsi
mümkün olmayan mühüm texniki xidmət,
təftiş və ya layihə işlərinin aparılması
məqsədilə fəaliyyətdə olan obyektlərin
planlaşdırılmış şəkildə dayandırıldığı dövrlərdə
aparılır. İllik iş proqramı çərçivəsində, may
ayında Qərbi Azəri platformasında, avqust
ayında Şahdəniz platformasında və Səngəçal
terminalı daxilindəki Şahdəniz qurğusunda,
dekabr ayında isə Çıraq platformasında dövri
texniki xidmət işlərini uğurla başa çatdırdıq.
Bu planlı fasilələr əməliyyatların uzun müddət
təhlükəsiz və etibarlı şəkildə həyata
keçirilməsi üçün son dərəcə əhəmiyyətlidir.
Geoloji kəşfiyyat işləri
BP SOCAR-la Abşeron yarımadası ətrafındakı
dayazsulu ərazidə (AYDH) potensial
perspektiv strukturun birgə kəşfiyyatı və
işlənilməsi üzrə yeni bir geoloji kəşfiyyat
müqaviləsi imzalayıb. Müqavilə ərazisi
yarımadanın cənubunda dənizin 40 metrədək
dərinliyində yerləşir. Kollektorun potensial
dərinliyi 3000-5000 metrdir.
2015-ci ildə hasilatın pay bölgüsü sazişi Milli
Məclis tərəfindən ratifikasiya edildi. Bu,
BP-nin dünyanın digər yerlərində dayazsulu
sahələrdəki təcrübəsini və təkmilləşmiş
texnoloji həllərini Xəzər hövzəsinə
gətirməsinə imkan verir. AYDH müqavilə
sahəsində 2 ölçülü seysmik araşdırmalar
2015-ci ilin dekabrında təhlükəsiz şəkildə
tamamlandı və biz müqavilə sahəsi üçün 3
ölçülü seysmik çəkiliş proqramının
planlaşdırılmasına başladıq.
Bundan əlavə, BP Bakıdan təqribən 125 km
(78 mil) cənub-şərqdə yerləşən Şəfəq-Asiman
strukturu üçün seysmik məlumatların təhlilini
başa çatdırıb. Bu, 18 aylıq işdir və bu
mərhələdən sonra ilk geoloji kəşfiyyat
quyusunun planlaşdırılması üçün daha bir il
tələb olunur. Şəfəq-Asiman bloku dənizin
dərinsulu hissəsində suyun dərinliyinin
təxminən 650-800 metr olduğu ərazidə
yerləşir və kollektorun dərinliyi təxminən
7000 metrdir.
12
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015
Şahdəniz Mərhələ 1
Şahdəniz – BP-nin 1968-ci ildə Alyaskada
Prudo Bey yatağını kəşf etməsindən sonra ən
böyük kəşfidir.
Şahdəniz Mərhələ 1 layihəsinin işlənilməsi
çərçivəsində BP-nin dəniz dibindən 6 000
metr dərinlikdə və yüksək təzyiq altında olan
bir sıra ən çətin quyuları qazılıb. Biz bu günə
qədər cəmi yeddi il ərzində Xəzərdə mövcud
olan ən dərin quyunu qazmış, dənizdə
platforma quraşdırmış, quruda terminal tikmiş,
Azərbaycan və Gürcüstandan keçməklə
Türkiyə sərhədinə qədər 700 kilometr
uzunluğunda Cənubi Qafqaz Boru Kəmərini
çəkmişik.
Texniki təcrübəmiz və obyektlərdə apardığımız
cari texniki xidmət Şahdənizə regionun
arasıkəsilmədən təhlükəsiz və etibarlı
şəkildə qazla təchiz olunmasına kömək
edib və demək olar ki, sistemin 100%
etibarlılığına nail olmuşuq. Şahdəniz Mərhələ
1 layihəsindən 2015-ci il boyunca ən yüksək
sabit hasilat əldə olunmuş, 9,9 milyard
standart kubmetr qaz və təxminən 18,3
milyon barel kondensat hasil edilmişdir.