2
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015
Hər il nəşr olunan “BP Azərbaycanda. Davamlı
inkişaf haqqında hesabat”ı təqdim etməkdən
böyük məmnunluq duyuram. 13-cü ildir ki,
ölkədə gördüyümüz işlərə dair geniş ictimaiyyətə
məlumat vermək barədə üzərimizə götürdüyümüz
uzunmüddətli öhdəliyin bir hissəsi kimi bu
hesabatı hazırlayırıq.
2015-ci ildə BP Azərbaycanda ölkənin və regionun
iqtisadi inkişafına mühüm töhfələr verən
nəhəng neft və qaz layihələrini təhlükəsiz və
etibarlı şəkildə idarə etməyə davam etdi. Xəzər
dənizinin Azərbaycan sektorunda ən böyük neft
yatağı olan Azəri-Çıraq-Günəşli (AÇG) yatağının
hasilatı gündəlik orta hesabla 634 min barel
məhsuldarlıqla davam etdi.
Azərbaycan hökuməti, SOCAR və digər
tərəfdaşlarımızla sıx işləyərək AÇG-də hasilatı
maksimuma çatdırmaq məqsədilə diqqətimizi
hasilat göstəriciləri üzərində cəmləşdirməyə
davam etdik. Biz inanırıq ki, yeni texnologiyalara
və qurğulara gələcəkdə də davamlı surətdə iri
sərmayələrin qoyulması ilə AÇG uzun illər boyunca
dünya səviyyəli yataq kimi öz hasilatını davam
etdirə bilər.
2015-ci ildə Şahdəniz Mərhələ 1 layihəsi
çərçivəsində hasilat sabit yüksək səviyyədə
saxlanmaqla 9,9 milyard standart kubmetr qaz və
təxminən 18,3 milyon barel kondensat hasil edildi.
Texniki təcrübəmiz və obyektlərə göstərdiyimiz
cari texniki xidmət Şahdəniz yatağına imkan verdi
ki, regionu arasıkəsilməz şəkildə təhlükəsiz və
etibarlı qaz ilə təchiz etsin və 2015-ci ildə, demək
olar ki, sistemin 100% etibarlılığına nail olduq.
Xəzər regionunda təhlükəsiz və etibarlı operator
kimi fəaliyyət göstərərək bu hövzədəki irimiqyaslı
mürəkkəb layihələrin həyata keçirilməsində
nadir təcrübə və səriştə əldə etmişik. 2015-ci
ildə Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru
Kəmərinin Genişləndirilməsi layihələri üzrə yaxşı
irəliləyişə nail olduq. İlin sonuna qədər bütün
əsas müqavilələr üzrə tikinti işlərinə ümumilikdə
təxminən 20000 nəfər cəlb olundu ki, onların
80%-dən çoxu Azərbaycan vətəndaşlarıdır.
Layihənin 66%-dən çoxu tamamlanıb və işlər plan
üzrə irəliləyir.
Gördüyümüz bütün işlərdə əməyin təhlükəsizliyi
ən yüksək prioritetimiz olaraq qalır və 2015-ci
ildə də əməyin təhlükəsizliyi üzrə yaxşı icra
göstəricilərimizi davam etdirdik. İl ərzində qeydə
alınan xəsarət tezliyi sənayedəki standartlardan
aşağı olmaqla azaldı. Yol-nəqliyyat qəzalarının
səviyyəsini 42%-dək azaltmağa nail olduq.
Bununla belə, il ərzində sağlamlıq, əməyin
təhlükəsizliyi, təhlükəsizlik və ya ətraf mühit
ilə bağlı qəza və təhlükəli hallar kimi bir neçə
yüksək potensiallı hadisə qeydə alındı. Biz
bu hadisələrdən nəticə çıxardıq və əməyin
təhlükəsizliyini diqqət mərkəzində saxlamaq
öhdəliyimizə sadiqik.
Azərbaycan neft-qaz yataqlarının işlənməsi və
nəqli üzrə mühüm layihələrinin operatorluğunu
bizə etibar edib və layiqli korporativ vətəndaş
olmaq bu fəaliyyətin mühüm bir tərkib hissəsidir.
Biz çalışırıq ki, işlədiyimiz yerlərdəki ictimaiyyətə
və icmalara maddi və davamlı mənfəətlər gətirək.
Gəlir yaratmaqla yanaşı, bu mənfəətlər iş yerlərinin
açılmasını və səriştələrin aşılanmasını, yerli
sahibkarlıq üçün imkanlar yaradılmasını və yerli
inkişaf təşəbbüslərinə dəstək göstərilməsini əhatə
edir.
Azərbaycandakı tərəfdaşlarımızla birlikdə
sahibkarlığın inkişafı və təlim proqramlarımız
vasitəsilə, eləcə də layihələrimizdə işləyən yerli
işçi qüvvəsini artırmaqla yerli bazarın inkişafını
dəstəkləmək öhdəliyimizə sadiqik. 2015-ci ildə 131
yerli şirkətlə dəyəri 1 milyard dollardan artıq olan
yeni uzunmüddətli müqavilələr imzaladıq.
BP-nin idarə etdiyi layihələrə cəlb olunmuş yerli
işçilərin inkişafı üçün uzunmüddətli öhdəliyimizə
dəstək olaraq Azərbaycan Respublikası Dövlət
Regional prezidentimizin giriş sözü
Məqsədimiz işgüzar
fəaliyyətimizi çətin dövrlərdə
dayanıqlı və öz
tərəfdaşlarımıza, o cümlədən
geniş ictimaiyyətə mənfəət
gətirməyə davam edən
səviyyədə saxlamaqdır.
Qordon Birrell
Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığımızı davam
etdirdik. 2015-ci ilin sonunda Azərbaycanda BP
şirkətində işləyən orta səviyyəli menecerlərin
88%-i Azərbaycan vətəndaşları idi. Yüksək vəzifəli
yerli əməkdaşların sayı 275-ə çatdı ki, bu da
əvvəlki illə müqayisədə 20% artıqdır.
2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunlarının
rəsmi tərəfdaşı kimi Bakı 2015-də uğur qazanmaq
üçün ölkədəki coşquya və həyəcan dolu anlara
ortaq olduq. BP-nin xüsusi nümayəndələri kimi
seçilmiş altı Azərbaycan idmançısına sponsorluq
etdik; mötəbər tədbirlərin səmərəli şəkildə
keçirilməsinə hazırlıq məqsədilə Azərbaycanda və
Avropada təhsil almış gənclərin yetişdirilməsi üçün
Oyunlar Akademiyasına eksklüziv sponsorluq
etdik; eləcə də elit idmançıların yetişdirilməsi və
Azərbaycan idmançıları üçün təlim proqramına
dəstək olduq.
Nailiyyətlərimiz, əldə etdiyimiz müsbət nəticələr
və öhdəsindən gəldiyimiz cətinliklərlə yanaşı,
bizim məqsədimiz işgüzar fəaliyyətimizi çətin
dövrlərdə dayanıqlı və öz tərəfdaşlarımıza, o
cümlədən geniş ictimaiyyətə mənfəət gətirməyə
davam edən səviyyədə saxlamaqdır.
Ümid edirəm ki, bu hesabat sizin üçün maraqlı və
faydalı olacaq. Həmişə olduğu kimi, bu hesabat
da maraqlı tərəflərdən gələn rəylər əsasında
formalaşır. Beləliklə, sizin rəy və təkliflərinizi
gözləyirik.
Qordon Birrell
BP-nin Azərbaycan,
Gürcüstan və Türkiyə üzrə regional prezidenti
13 iyun 2016-cı il