27
Nə qədər ki,
varam mən bu dustaqda, э
Yüksəl ki, yüksəlsin başın bu çağda.
Yaxşı ad qazanmış gözəl dost ara,
Ondan yetişərsən ağ günə, vara.
Xoş ətirli bir dost yaxşıdır, inan,
Hərzə-hərzə durub danışanlardan.
Bir
dostun da olsa eyibli əgər, э
Yüzünün adına ləkə yetirər.
Bağla öz əhdini pərvərdigara,
Başqa duyğulardan çəkil kənara.
Tanrının əmrinə sən əməl eylə,
Bil, üstün gələrsən hər bir müşkülə.
Hünər ardınca qoş, xalqa hünər saç,
Qapılar bağlama, ər ol, qapı aç,
Hər
kim öyrənməyi bilməyirsə ar,
Sudan dürr, daşdan da gövhər çıxardar.
Ancaq, öyrənməyi ar bilən insan
Məhrumdur dünyada bilik almaqdan.
Çox iti zehinlər yatan oldular,
Axırda saxsı qab satan oldular.
Təlimə həvəskar çox korazehin
İqlimlər qazısı olmadı? Deyin.
Dünyada keçməsin boş cavan çağın,
Yol get ki, güclüdür indi ayağın. (2, s. 35.)
“Mevlana” monoqrafiyasının “Sosyal görüşləri” bölümü də dahi şairin
yaradıcılığının və burada öz əksini tapmış ictimai-siyasi görüşlərin günümüz üçün nə
qədər əhəmiyyətli və qiymətli olduğunu elmi şəkildə ortaya qoymaqdadır. Professor
Ahmet Kabaklının burada irəli sürdüyü fikirlər ona görə qiymətlidir ki, onlar bütün Şərq
klassiklərini “mistik” damğası ilə damğalayan, real dünya ilə heç bir əlaqələri olmadığı
kimi sərsəm fikirlər irəli sürən Avropasentrist şərqşünaslara tutarlı cavab kimi səslənir.
Təsəvvüfün heç də abstrakt ideyalar yığınından ibarət olmadığını əsaslandıran alim,
aşağıdakı elmi qənaətə gəlir:
“Gerçi bütün dünyası (Mevlananın – J.Ə.) tasavvufta, o dünya da Allahta, dolayısı
ilə Hz. Peygamber ve İslamda toplanır, lakin yine aynı büyük cazibedeki dönüşünden,
Allah etrafındaki sürekli semaından ayrılmamak şartıyla çağının, yaşayan insanların,
topluluğun ve yaşayacak olanların günlük müşküllerini halleden, onların sorularına ve
meselelerine “pratik” cevaplar veren fikirleri, öğütleri də vardır. Ötekiler gibi bu netice
alıcı, perakende, günlük meselelere cevap veren görüşleri de aslında yine İslamın ve
tasavvufun geniş halkası içindedir, fakat bunların özəlliği her akla yatacak, bilhassa
günlük hayattaki munasebetleri düzenleyecek tarzda oluşlarıdır.” (1, s. 129.)
Sonra tədqiqatçı Mevlananın dövlət, hökmdar və xalq, ədalət, əmək, zəhmət və
təvəkkül, elm və faydalılıq, qadın-kişi münasibətləri, türklər və monqollar haqqındakı
düşüncə və tövsiyələrini elmi təhlil süzgəcindən birər-birər keçirərək onlara müasir elmi
düşüncə səviyyəsində aydınlıq gətirir.
Mevlana şeirinin sənətkarlıq xüsusiyyətlərinin araşdırlmasına da kiçik bir bölüm
ayıran alim Mevlana sənətini yüksək qiymətləndirərək yazır:
“Mevlana Celalettin, büyük veli, üstün fikir adamı ve eşsiz şahsiyetinin üzerine
28
aynı zamanda dünyanın en büyük şairlerinden biridir. Başta Batının halis temsilcisi
Goethe olmak üzere bir çok Avrupalı büyüyün de ona hayranlıkları ve bu
hayranlıklarını coşkun dille ifade etmiş bulunmaları, ehtişamının başka bir yanını
ortaya koyar.” (1, s. 161.)
Monoqrafiyanın sonuna əlavə edilmiş “Məsnəvi”dən seçilmiş parçalar əsərin
praktik əhəmiyyətini daha da artırır və onu geniş oxucu kütlələrinin stolüstü kitabına
çevirir. Ümumilikdə, professor Ahmet Kabaklının “Mevlana” monoqrafiyası alimin
zəngin yaradıcılığında xüsusi bir yer tutmaqla, onun klassik ədəbiyyatı nə qədər
dərindən bildiyinin və onu səmimi bir məhəbbətlə sevərək, həm də başqalarına sevdirə
bilmək bacarığına malik olduğunun əyani göstəricisidir.
ƏDƏBİYYAT:
1. Əhməd Kabaklı. Mevlana. Türk Ədəbiyyatı Yayınları vəqfi: İstanbul, 2011.
2. Nizami Gəncəvi. Əsərləri. 6 cilddə. C. 4.Yeddi Gözəl. “Şərq-Qərb”: Bakı,
2005.
3. Azadə R. Mevlana Cəlaləddin Rumi.“Elm”: Bakı,1999.
4. Fiş Radiy. Cəlaləddin Rumi. Moskva, 1972.
5. Gölpınarlı Abdulbaqi. Mevlana Cəlaəddin. İstanbul, 1959.
XÜLASƏ
Özünün qiymətli elmi tədqiqatlarında istər Azərbaycan, istərsə də qardaş Türkiyə
folkloruna və klassik ədəbiyyatına geniş yer verən görkəmli ədəbiyyatşünas alimlərdən
biri də professor Ahmet Kabaklıdır (1924-2001). Ahmet Kabaklının yaradıcılığında
klassik ədəbiyyat məsələləri daha geniş yer tutur. Bu da təsadüfi deyildir; belə ki, ərəb-
fars və klassik osmanlıcanı dərindən bilməklə yanaşı, o, ürəyində həm də çox güclü bir
klassik ədəbiyyat sevgisi daşımaqdadır. Bu klassiklər arasında heç şübhəsiz ki, dahi türk
şairi və mütəfəkkiri Mevlana Cəlaləddin Ruminin (1200-1273) ayrıca bir yeri vardır.
Məqalədə alimin “Mevlana” monoqrafiyası araşdırmadan keçirilmişdir.
Açar sözlər: Mevlana, poeziya,
humanizm, sufizm, “Məsnəvi”, bədii simvol, ictimai-
siyasi görüşlər.
29
Жаля АЛИЕВА
ЗАДАЧИ КЛАССИЧЕСКОЙ ЛИТЕРАТУРЫ
В ИССЛЕДОВАНИЯХ АХМЕДА КАБАКЛЫ
(Статья первая. "Мевлана")
ЗАКЛЮЧЕНИЕ
Профессор Ахмет Кабаклы(1924-2001)является одним из известных
литературоведов, который в своих ценных научных исследованиях широко дал
место азербайджанскому и турецкому фольклеру и классической литературе. В
творчестве Ахмета Кабаклы задачи классической литературы занимают более
широкое место. Не является случайным;помимо глубоких знаний об арабо-
персидской и классического османлинского языка,в его сердце присутствовала
очень большая любовь к классической литературе. В ряду этих классиков
несомненно занимает особое место великий поэт и мыслитель Мевлана
Джалаладдин Руми(1200-1273). В этой статье была исследована монография
"Мевлана" ученого.
Ключевые слова: Meвлага, поэзия,гуманизм,суфизм,"Месневи",художественный
символ,общественно-политические взгляды.
Zhala ALİYEVA
TASKS OF CLASSİCAL LİTERATURE İN RESEARCHES
OF AHMET KABAKLI
(Firts article."Mevlana")
SUMMARY
Professor Ahmet Kabakli(1924-2001) One of the prominent literary scholar who
widely provides in his scientific researches both Azerbaijani and Turkey folklor and
classical literature. Tasks of classical literature takes place in a wider range of issues of
Ahmed Kabakli. This is not accidental ; besides of depth knowledge the Arab-Persian
and Classical Ottoman,he carries in his heart a very strong love of classic literature. No
doubt, among the classics also has a place the great Turkish poet and philosopher
Mevlana Jalaluddin Rumi(1200-1273). In this article was researched monography
"Movlana" of the scientist.
Key words: Mevlana, poetry, humanism, sufizm, "Mesnevi",
art symbol, publical-
political
views