Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   8   9   10   11   12   13   14   15   ...   60

 
 
27 
Nə qədər ki, varam mən bu dustaqda, э 
Yüksəl ki, yüksəlsin başın bu çağda.  
Yaxşı ad qazanmış gözəl dost ara,  
 
 Ondan yetişərsən ağ günə, vara.  
Xoş ətirli bir dost yaxşıdır, inan,  
Hərzə-hərzə durub danışanlardan.  
Bir dostun da olsa eyibli əgər, э 
Yüzünün adına ləkə yetirər.  
Bağla öz əhdini pərvərdigara,  
Başqa duyğulardan çəkil kənara.  
Tanrının əmrinə sən əməl eylə,  
Bil, üstün gələrsən hər bir müşkülə.  
Hünər ardınca qoş, xalqa hünər saç,  
Qapılar bağlama, ər ol, qapı aç,  
Hər kim öyrənməyi bilməyirsə ar,  
 
 Sudan dürr, daşdan da gövhər çıxardar.  
Ancaq, öyrənməyi ar bilən insan 
Məhrumdur dünyada bilik almaqdan.  
Çox iti zehinlər yatan oldular,  
Axırda saxsı qab satan oldular.  
Təlimə həvəskar çox korazehin  
İqlimlər qazısı olmadı? Deyin.  
Dünyada keçməsin boş cavan çağın,  
Yol get ki, güclüdür indi ayağın. (2, s. 35.) 
 
“Mevlana”  monoqrafiyasının  “Sosyal  görüşləri”  bölümü  də  dahi  şairin 
yaradıcılığının  və  burada  öz  əksini  tapmış  ictimai-siyasi  görüşlərin  günümüz  üçün  nə 
qədər  əhəmiyyətli  və  qiymətli  olduğunu  elmi  şəkildə  ortaya  qoymaqdadır.  Professor 
Ahmet Kabaklının burada irəli sürdüyü fikirlər ona görə qiymətlidir ki, onlar bütün Şərq 
klassiklərini “mistik” damğası ilə damğalayan, real dünya ilə heç bir əlaqələri olmadığı 
kimi sərsəm fikirlər irəli sürən Avropasentrist şərqşünaslara tutarlı cavab kimi səslənir. 
Təsəvvüfün  heç  də  abstrakt  ideyalar  yığınından  ibarət  olmadığını  əsaslandıran  alim, 
aşağıdakı elmi qənaətə gəlir: 
“Gerçi bütün dünyası (Mevlananın – J.Ə.) tasavvufta, o dünya da Allahta, dolayısı 
ilə Hz. Peygamber ve  İslamda toplanır, lakin  yine aynı  büyük cazibedeki  dönüşünden, 
Allah  etrafındaki  sürekli  semaından  ayrılmamak  şartıyla  çağının,  yaşayan  insanların, 
topluluğun ve  yaşayacak olanların günlük müşküllerini halleden,  onların sorularına ve 
meselelerine “pratik” cevaplar  veren  fikirleri, öğütleri də vardır. Ötekiler gibi bu netice 
alıcı,  perakende,  günlük  meselelere  cevap  veren   görüşleri  de  aslında  yine  İslamın  ve 
tasavvufun  geniş  halkası  içindedir,  fakat  bunların  özəlliği  her  akla  yatacak,  bilhassa 
günlük hayattaki munasebetleri düzenleyecek tarzda oluşlarıdır.” (1, s. 129.) 
Sonra  tədqiqatçı  Mevlananın  dövlət,  hökmdar  və  xalq,  ədalət,  əmək,  zəhmət  və 
təvəkkül,  elm  və  faydalılıq,  qadın-kişi  münasibətləri,  türklər  və  monqollar  haqqındakı 
düşüncə və tövsiyələrini elmi təhlil süzgəcindən birər-birər keçirərək onlara müasir elmi 
düşüncə səviyyəsində aydınlıq gətirir. 
Mevlana  şeirinin  sənətkarlıq  xüsusiyyətlərinin  araşdırlmasına  da  kiçik  bir  bölüm 
ayıran alim Mevlana sənətini yüksək qiymətləndirərək yazır: 
“Mevlana  Celalettin,  büyük   veli,  üstün  fikir  adamı  ve  eşsiz  şahsiyetinin  üzerine 


 
 
28 
aynı  zamanda  dünyanın  en  büyük  şairlerinden  biridir.  Başta  Batının  halis  temsilcisi 
Goethe  olmak  üzere  bir  çok  Avrupalı  büyüyün  de  ona  hayranlıkları  ve  bu 
hayranlıklarını  coşkun   dille  ifade  etmiş  bulunmaları,  ehtişamının  başka  bir  yanını 
ortaya koyar.” (1, s. 161.) 
Monoqrafiyanın  sonuna  əlavə  edilmiş  “Məsnəvi”dən  seçilmiş  parçalar  əsərin 
praktik  əhəmiyyətini  daha  da  artırır  və  onu  geniş  oxucu  kütlələrinin  stolüstü  kitabına 
çevirir.  Ümumilikdə,  professor  Ahmet  Kabaklının  “Mevlana”  monoqrafiyası  alimin 
zəngin  yaradıcılığında  xüsusi  bir  yer  tutmaqla,  onun  klassik  ədəbiyyatı  nə  qədər 
dərindən bildiyinin və onu səmimi bir məhəbbətlə sevərək, həm də başqalarına sevdirə 
bilmək bacarığına malik olduğunun əyani göstəricisidir. 
 
 
ƏDƏBİYYAT: 
 
  1. Əhməd Kabaklı. Mevlana. Türk Ədəbiyyatı Yayınları vəqfi: İstanbul, 2011. 
2.  Nizami  Gəncəvi.  Əsərləri.  6  cilddə.  C.  4.Yeddi  Gözəl.  “Şərq-Qərb”:  Bakı, 
2005. 
 
3. Azadə R. Mevlana Cəlaləddin Rumi.“Elm”: Bakı,1999. 
  4. Fiş Radiy. Cəlaləddin Rumi. Moskva, 1972. 
  5. Gölpınarlı Abdulbaqi. Mevlana Cəlaəddin. İstanbul, 1959. 
 
 
XÜLASƏ 
 
Özünün qiymətli elmi tədqiqatlarında istər Azərbaycan, istərsə də qardaş Türkiyə 
folkloruna və klassik ədəbiyyatına geniş yer verən görkəmli ədəbiyyatşünas alimlərdən 
biri  də  professor  Ahmet  Kabaklıdır  (1924-2001).  Ahmet  Kabaklının  yaradıcılığında 
klassik ədəbiyyat məsələləri daha geniş yer tutur. Bu da təsadüfi deyildir; belə ki, ərəb-
fars və klassik osmanlıcanı dərindən bilməklə yanaşı, o, ürəyində həm də çox güclü bir 
klassik ədəbiyyat sevgisi daşımaqdadır. Bu klassiklər arasında heç şübhəsiz ki, dahi türk 
şairi  və  mütəfəkkiri   Mevlana  Cəlaləddin  Ruminin  (1200-1273)  ayrıca  bir  yeri  vardır. 
Məqalədə alimin “Mevlana” monoqrafiyası araşdırmadan keçirilmişdir. 
 
Açar sözlər: Mevlana, poeziya, humanizm, sufizm, “Məsnəvi”, bədii simvol, ictimai-
siyasi görüşlər. 
 


 
 
29 
Жаля АЛИЕВА 
 
ЗАДАЧИ КЛАССИЧЕСКОЙ ЛИТЕРАТУРЫ  
В ИССЛЕДОВАНИЯХ АХМЕДА КАБАКЛЫ 
(Статья первая. "Мевлана") 
 
 
ЗАКЛЮЧЕНИЕ 
 
 
            Профессор  Ахмет  Кабаклы(1924-2001)является  одним  из  известных 
литературоведов,  который  в  своих  ценных  научных  исследованиях  широко  дал 
место  азербайджанскому  и  турецкому  фольклеру  и  классической  литературе.  В 
творчестве  Ахмета  Кабаклы  задачи  классической  литературы  занимают  более 
широкое  место.  Не  является  случайным;помимо  глубоких  знаний  об  арабо-
персидской  и  классического  османлинского  языка,в  его  сердце  присутствовала 
очень  большая  любовь  к  классической  литературе.  В  ряду  этих  классиков 
несомненно  занимает  особое  место  великий  поэт  и  мыслитель  Мевлана 
Джалаладдин  Руми(1200-1273).   В  этой  статье   была  исследована  монография 
"Мевлана" ученого. 
 
Ключевые слова: Meвлага, поэзия,гуманизм,суфизм,"Месневи",художественный 
символ,общественно-политические взгляды.  
 
Zhala ALİYEVA 
 
TASKS OF CLASSİCAL LİTERATURE İN RESEARCHES  
OF AHMET KABAKLI 
 
    (Firts article."Mevlana") 
 
 
SUMMARY 
 
 
          Professor Ahmet Kabakli(1924-2001) One of the prominent literary scholar who 
widely  provides  in  his  scientific  researches  both  Azerbaijani  and  Turkey  folklor  and 
classical literature. Tasks of classical literature takes place in a wider range of issues of 
Ahmed Kabakli. This  is  not  accidental ;  besides  of depth  knowledge the  Arab-Persian 
and Classical Ottoman,he carries in his heart a very strong love of classic literature. No 
doubt,  among  the  classics  also  has  a  place  the  great  Turkish  poet  and  philosopher 
Mevlana  Jalaluddin  Rumi(1200-1273).  In  this  article  was  researched  monography 
"Movlana" of the scientist.  
 
Key words: Mevlana, poetry, humanism, sufizm, "Mesnevi", art symbol, publical-
political views  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə